321
sübut edir. Belə ki, beynin aĢağı Ģöbəsində yerləĢən hipotali-
mik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xa-
rakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda
ifadə edilir ki, xəstə özünün davranıĢını planlaĢdıra bilmir.
Nəzərə alsaq ki, insanın öz davranıĢını planlaĢdırması və onu
idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-
limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir.
Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində
gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar
yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə
təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə
misallardan istifadə edilir. MəĢhur yazıçı Floberin özünün
yazdığı kimi o, «Xanım Bavari» romanının qəhrəmanı Bava-
rinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər
tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili
Varfolomey gecəsinin il dönümündə xəstələnirmiĢ. Dini fana-
tizmin qurbanı olmuĢ minlərlə günahsız adamın öldürüldüyü
həmin gün haqqında düĢüncələr, bununla bağlı onda yaranan
təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə,
daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin
çoxalmasına səbəb olarmıĢ.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün
nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuĢ
insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı
simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb
ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri
ilə bağlı ideomotor aktlar haqqında da danıĢmaq olar.
Volf Messinqin, Tofiq DadaĢovun məlum təcrübələrini
yadımıza salaq. Onlar gizlədilmiĢ cismi tapa bilirlər. Ona görə
tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz
iĢinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində
322
həmin Ģəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir
və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir.
Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor
aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiĢ cismi
tapa bilir.
Təxəyyüldən psixoterapiyada da geniĢ istifadə olunur və
müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan
verir.
Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç Ģübhəsiz ki,
onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiĢ xeyli məsələlər
mövcuddur.
IV. 12. 2.. Təxəyyülün növləri
Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə
gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu
prosesə nə qədər Ģüurlu münasibətdə olur. Bu baxımdan
təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf
mühiti dəyiĢdirməyə yönəlmiĢ yaradıcı fəaliyyət kimi özünü
göstərmir. Ġnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda
insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin
vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün
yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü
passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə,
niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı mi-
salda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül pro-
sesidir. Niyyətli Ģəkildə gedən təxəyyül prosesində həyatda
təcəssümü mümkün olmayan surətlər yaradılarsa, buna xülya
deyilir.
XoĢ, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan
bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir
baĢa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd
etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ
323
təxəyyül üstünlük təĢkil etsə, belə adamlara xülyaçı,
xülyapərəst adamlar deyilir. Bu cəhət Ģəxsiyyətin mənfi cəhəti
olub, onu passivləĢdirən, fəaliyyətdən qoyan bir cəhətdir.
Passiv təxəyyülün niyyətsiz növü adətən Ģüurun, insanda
ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baĢ verir.
Məsələn, siz sərin otaqda yatmısınız və üstünüzü isti yorğanla
örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara
çıxır. Bu zaman siz soyuğu hiss etməyə baĢlayırsınız. Bu
duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur,
siz yuxu görürsünüz. Görürsünüz ki, qarın üstə ayaqyalın
gəzirsiniz, soyuqdan gizlənməyə çalıĢırsınız və s. Bütün röya
obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi
təzahür edir.
Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa,
fəal təxəyyül həmiĢə niyyətli xarakterə malik olub, bərpaedici
və yaradıcı təxəyyül növlərinə ayrılır.
Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin
yaradılması prosesidir. Mövcud olmuĢ, yaxud mövcud olan, la-
kin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamıĢ
obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici
təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid
parçaları
oxuyarkən
gözümüzün
qarĢısında,
yəni
təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin
obrazı yaranır. Həndəsədə fiqurların fəzada vəziyyətinə aid
teoremanın Ģərtlərində verilən faktlara əsasən biz onun obrazını
təxəyyülümüzdə yarada bilməsək, teoremanı isbat etmək ol-
maz. ġagird tarix, coğrafiya fənnləri ilə bağlı materialları
öyrənərkən, beləcə, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif
coğrafi əraziləri, tarixdə baĢ verən döyüĢ səhnələrini, onların
obrazlarını təxəyyülündə yaradır. Bütün bunlar da öz
növbəsində təlim materialarının mənimsənilməsində, uzun
müddət yadda saxlanılmasında çox böyük əhəmiyyət daĢıyır.
Bərpaedici təxəyyül insanın həyat və fəaliyyətində
Dostları ilə paylaş: |