Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə97/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   93   94   95   96   97   98   99   100   ...   197

 

 

 



324 

 

mühüm  əhəmiyyətə  malik  olmaqla  təlim  fəaliyyətində 



müstəsna əhəmiyyət daĢıyır. 

Yaradıcı təxəyyül fəaliyyətin tərkib  hissəsini  təĢkil edən 

yeni    surətlərin  yaradılmasıdır.  Təxəyyülün  bu  növü  heç  bir 

sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq  yeni surətlərin  

yaradılmasından  ibarətdir.  Bəzən  yanlıĢ  olaraq  yaradıcı 

təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması prosesi ilə 

yaradıcılıq  deyilən  fəaliyyət  prosesini  eyniləĢdirirlər.  Təbii  ki, 

insanın  yaradıcılıq  fəaliyyəti  yaradıcı  təxəyyülə  çox  bağlıdır. 

Lakin,  bunlar  eyniləĢə  bilməz.  Təxəyyül  və  yaradıcılıq 

haqqında sonrakı bölmədə söhbət  açacağıq. Burada isə ancaq 

yeni  obrazlar  yaratmaqdan  söhbət  gedir.  Yeni  obrazın,  surətin 

yaradılması prosesi haqqında ayrıca danıĢacağıq.                         

Xəyal.  Təxəyyülün  növlərindən  biri  də  xəyaldır.  Xəyal 

arzu  edilən  gələcəyə  yönəlmiĢ  obrazların  yaradılması  prosesi-

dir.  Xəyal  xülya  deyil.  Xəyalı  xülyadan  ayıran  odur  ki,  xəyal 

əsasən  real,  həyata  keçirilməsi  mümkün  olan  surətlərin 

yaradılması  prosesidir.  Xəyal  insanın  fəallığının  çox  qüvvətli 

stimullarından  biridir.  Xəyal  insana  fəaliyyətində  və 

mübarizəsində  qarĢıya  çıxan  çətinliklərə  üstün  gəlməkdə  bir 

güc,  qüvvə  verir.  Xüsusilə  gənclərin,  məktəblilərin  gələcək 

peĢələri,  həyat  mövqeləri  haqqındakı  xəyalları  onları  yaxĢı 

oxumağa, çalıĢmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi 

yanaĢmağa sövq edir. Göstərdiyimiz bütün bu cəhətlərinə görə 

xəyal insanı passivləĢdirən xülyadan əsaslı Ģəkildə fərqlənir. 

Xəyal  insanın  reallaĢa  bilən,  yaxud  reallaĢması  mümkün 

olan  fantaziyasıdır.  Belə  bir  fantaziya,  xəyal  rus  yazıçısı 

D.Ġ.Pisarevin  dediyi  kimi,  insanın  faydalı  iĢinə  təkan  verir. 

Xəyal  insanın  fəaliyyətinin  təhrikedici  səbəbi,    motivi  kimi 

meydana  çıxır.  Məhz  bu  mənada  demək  olar  ki,  insan  əli  ilə  

düzəldilmiĢ  hər  Ģey  öz  tarixi  mahiyyətinə  görə  maddiləĢmiĢ, 

həyata  keçirilmiĢ  insan  xəyalıdır.  Xəyalın  insanın  iĢində, 

əməlində,  bir  sözlə  praktik  fəaliyyətindəki  rolunu  böyük  rus 

psixoloqu  S.L.RubinĢteyin  belə  ifadə  etmiĢdir:  «Hər  bir  bədii 



 

 

 



325 

 

yaradıcılıq aktında və bütün həqiqi hisslərdə fantaziyanın kiçik 



parçası  var:  bir  baĢa  təsir  edən  faktların  üzərində  qurulan  hər 

bir mücərrəd fikirdə fantaziyanın kiçik parçası var; çox kiçicik 

Ģəkildə aləmi dəyiĢdirə bilən insanın hər bir iĢində fantaziyanın 

kiçik  parçası  var;  insan  düĢünərək,  duyaraq,  fəaliyyət 

göstərərək, həyata bir damcı da olsa,  yenilik gətirir ki, burada 

da fantaziyanın bir parçası var»

1



 



IV. 12. 3. Təxəyyül surətlərinin yaradılması 

prosesi 

 

Təxəyyül  surətlərinin  yaradılması   prosesi mühüm fikri  



proseslər  olan  təhlil-tərkib  fəaliyyəti  ilə  bağlıdır.  Təhlil  və 

tərkib  (analiz  və  sintez)  təkcə  təfəkkür  fəaliyyətinin  əsasını 

deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını təĢkil 

edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texni-

ki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın Ģəkildə özünü 

göstərir. 

Yazıçı  bu  və  ya  digər  surəti  yaratmaq  üçün  müĢahidələr 

aparır,  həyatda  rastlaĢdığı  insanları,  onların  hərəkətlərini 

təhlildən  keçirir,  daha  sonra  müxtəlif  adamlarda  müĢahidə  et-

diyi xüsusiyyətləri, əlamətləri birləĢdirir. 

Surətlərin  yaradılmasında  yazıçının  həyata  keçirdiyi  bu 

tərkib,  sintezləĢdirmə  fəaliyyəti  müxtəlif  tərzlərdə  özünü 

göstərir.  Məsələn,  böyük  rus  yazıçısı  L.N.Tolstoy  «Hərb  və 

sülh» əsərindəki NataĢa Rostova obrazını özünün həyat yoldaĢı 

Sofiya  Andreyevanın  və  bir  də  baldızı  Tanya  Andreyevanın 

Ģəxsiyyətlərinin  təhlilindən  əldə  edilən  xüsusiyyətləri 

birləĢdirməklə (tərkib) yaratmıĢdır. 

SintezləĢdirmənin  və  tərkibin  bu  tərzi  surətlərin 

yaradılmasında daha çox təsadüf edilən və daha aydın görünən 

növüdür. 

                                                 

1

 Рубенштейн С.Л.  Основы общей психологии. М., 1946, с.329 




 

 

 



326 

 

Təxəyyül  surətlərini  yaradarkən  digər  sintezləĢdirmə 



tərzlərindən də istifadə edilir. Belə tərzlərdən biri aqqlyutina-

siya  adlanır.  Aqqlyutinasiya  elə  sintezləĢdirmə  tərzidir  ki,  bu 

zaman  real  həyatda  biri-biri  ilə  birləĢməyən  müxtəlif 

keyfiyyətləri, xassələri, hissələri birləĢdirilərək yeni bir surətin 

yaradılması prosesi baĢ verir. 

Məsələn,  su  pərisi  surətinin    yaradılması  prosesi  real 

həyatda  birləĢməsi mümkün olmayan  qadının baĢı və balığın 

gövdəsi  kimi  hissələrin  birləĢdirilməsi  əsasında  baĢ  verir. 

Çoxəlli  ilahələrin,  yeddibaĢlı  əjdahaların  obrazlarının 

yaradılması  da  sintezləĢdirmənin  aqqlyutinasiya  deyilən 

tərzinin köməyi ilə edilmiĢdir. 

Təxəyyül  prosesində  özünü  göstərən  sintezləĢdirmə 

tərzlərindən  biri  də  hiperbolizasiyadır.  Hiperbolizasiya 

təxəyyül  obrazlarının  yaradılmasında  mübaliğədən  istifadə 

etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: ĢiĢirtmə 

və  kiçiltmə  istiqamətində.  Məsələn,  nağıllarımızda  və 

dastanlarımızda  xalq  öz  qəhrəmanlarının  obrazını  yaradarkən 

mübaliğədən  geniĢ  istifadə  etmiĢdir.  Məsələn,  «Koroğlu» 

dastanında belə bir əhvalat nəql olunur ki, Keçəl Həmzə Qıratı 

qaçırandan  sonra  dəyirmanda  Koroğlu  ilə  Dürat  qalır.  Bu  za-

man  dəyirmana  bir  kiĢi  iki  öküzlə  dörd  çuval  arpa  və  buğda 

gətirir.  Koroğlu  özünü  dəyirmançı  adlandırır  və  yükü  qəbul 

edir.  Sonra  iki  çuval  arpanı  bir  çuvala  doldurub  Düratın 

qabağına qoyur, öküzün də birini kəsib, kabab çəkib yeyir. La-

kin taxılın da öküzün də pulunu verib, Dürata minib yola düĢüb 

gedir.  Göründüyü  kimi  burada  Koroğlunun  da,  Düratın  da 

obrazını yaradarkən xalq mübaliğədən istifadə etmiĢdir. 

Yaxud  «Kitabi-Dədə  Qorqud»  dastanında  oxuyuruq. 

Qaracıq Çoban kafirin üç  yüzünü sapan daĢı ilə  yerə buraxdı. 

Çobanın  daĢı  tükəndi,  qoyun  deməz,  keçi  deməz  sapanın 

aynasına  qoyub  atar,  kafir  yıxar.  Burada  da  Qaracıq  çobanın 

obrazının 

yaradılmasında 

hiperbolizasiyadan 

istifadə 

edilmiĢdir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə