Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə99/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   95   96   97   98   99   100   101   102   ...   197

 

 

 



330 

 

Yaradıcılıq  insanın  elə  bir  mürəkkəb  fəaliyyətinə  deyilir 



ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində 

yeni  əsərlər  meydana  gəlir.  Yaradıcılıq  sözün  hərfi  mənasında 

nə isə yeninin yaradılmasıdır. 

Adətən  yaradıcılıq  dedikdə  insan  fəaliyyətinin  o  sahəsi 

nəzərdə  tutulur  ki,  bu  fəaliyyətin  sahəsində  nə  isə  yeni  bir 

ideya,  nəzəriyyə,  qanun  (elmi  yaradıcılıq),  yeni  maĢın,  mex-

anizm  (texniki  yaradıcılıq),  yeni  bir  bədii  əsər  (bədii 

yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.RubinĢteyn yaradıcılığa 

belə  bir  tərif  vermiĢdir:  «Yaradıcılıq  insanın  xüsusi  növ 

fəaliyyəti  olub  ictimai  əhəmiyyəti  olan  maddi  və  mənəvi 

dəyərlərin  yaradılması prosesidir. Yaradıcılıq da  mahiyyət eti-

bari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də 

azdır.  Ona  görə  ki,  hər  cür  idrak  fəaliyyəti  elə  insanın 

fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır». 

Yaradıcılıq  prosesində  insanın  bütün  psixi  prosesləri, 

onun  duyğu,  qavrayıĢ,  hafizə,  təfəkkür  və  təxəyyülü  iĢtirak 

edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün 

rolu  daha  qabarıq  Ģəkildə  özünü  göstərir.  Xüsusilə  bədii 

yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. 

Hər  bir  ədəbi–bədii  əsər  ideya  məzmuna  malik  olur.  Sənətkar  

yazıçı  bu  ideyanı  elmi  əsərlərdəkindən  fərqli  olaraq  konkret 

obrazların vasitəsilə əks etdirir.       

Obrazları yaradan isə yazıçının bədii təxəyyülüdür. Bədii 

təxəyyülün  mahiyyəti  yeni  obrazlar  yaratmaqdan  ibarətdir. 

Məhz  bu  obrazlar  yazıçının  ideyalarının,  fikirlərinin, 

düĢüncələrinin daĢıyıcısı funksiyasını yerinə yetirir. 

 Ədəbi-bədii 

yaradıcılıqda 

mühüm 

rol 


oynayan 

təxəyyülün  gücü  onda  ifadə  edilmir  ki,  sənətkar  həyati 

reallıqdan  daha  çox  uzaq  olan  obrazlar  yarada  bilsin,  əksinə 

yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, on-

lar  özlərinin  həyati  qavrayıĢlarını  həyatın  tələblərinə,  özünün 

ideyasına  uyğun  bir  Ģəkildə  elə  dəyiĢdirir,  birləĢdirir,  yenidən 




 

 

 



331 

 

iĢləyir  ki,  tamamilə  yeni,  əyani  obrazlar  yarada  bilirlər. 



S.Rəhimov    «Saçlı»      romanındakı  Kosa  surətinin  yaradılması 

haqqında  yazır  ki,  «bir  kosa  kənddə  uĢaqlıq  yaĢlarından  ona 

tanıĢ idi, sonra bu kosanın birini də mən Laçında gördüm, daha 

sonra  bir  kosaya  da  NoraĢen  rayonun  Qıvraq  kəndində  rast 

gəldim. Lakin bu üç kosanın heç biri hələ də «Saçlı»dakı Kosa 

deyildir, üç kosa mənə ancaq zahirən material vermiĢdir. 

Bəs,  «Saçlı»dakı  kosanın  daxili  aləmi?  Qulluq  mərəzi, 

dolaĢıq  imza  yaratmaq  həvəsi  haradan  gəlmiĢdir?  Deməliyəm 

ki,  bu  bir  lopabuğ  kiĢidən,  bizim  raykomda  xidmət  edən,  bir 

çox  adamın  baĢına  ağıl  qoymaq  istəyən  bir  adamdan 

gəlmiĢdir». 

Yəni,  üç  kosadan,  bir  lopabuğdan  «Saçlı»dakı  Kosa 

düzəlmiĢdir. Bütün bu dediklərimiz belə düĢünməyə  əsas ver-

mir  ki,  bədii  yaradıcılıqda  yaradıcının  təxəyyül  fəaliyyəti  heç 

zaman obyektiv reallıqdan uzaqlaĢa bilməz. Əgər belə olsaydı, 

onda  bizim  nağıllarımız,  əfsanələrimiz  yarana  bilməzdi.  Lakin 

insanın  təxəyyülü  nə  qədər  əcayib,  qərayib,  fantastik  obraz 

yaradırsa  yaratsın,  onun  ayrı-ayrı  bütün  elementləri  real 

həyatdan götürülür. Bu cür təxəyyül obrazları həyatın müəyyən 

tərəfini vasitəli Ģəkildə əks etdirir. Yazıçının təxəyyül fəaliyyəti 

yazıçıya gələcəyə baxmaq, gələcəyi qabaqcadan xəbər vermək 

imkanı  verir.  Böyük  S.Vurğun  «Bakının  dastanı»  poemasında 

təxəyyülünün yaratdığı obrazlarla gələcəyə belə baxır: 

 Bakı! Gecə! Yadımdadır üç il qabaq 

 Sahil boyu Ģölə saçan çırağbanlar! 

 Yanacaqdır! Yanacaqdır yenə onlar. 

 Ulduz kimi qatar-qatar alıĢaraq, 

 Yenə hilal Ģəklindəki qızıl kəmər 

 Dolanacaq kərdəninə bu dənizin. 

 O vaxt bu sahilin ağ Ģamları 

 Min toy qurub neçə gəlin köçürəcək. 

 Ah, o zaman bizim Bakı axĢamları      

 Bir ilahi əfsanə tək görünəcək! 



 

 

 



332 

 

Təxəyyül  təkcə  ədəbi-bədii  yaradıcılıqda  deyil,  elmi 



yaradıcılıqda  da  zəruri  olan  bir  prosesdir.  Fransız  psixoloqu 

Rıbonun  fikrinə  görə,  hətta  təxəyyül  fəaliyyətinin  yeri  elmi, 

texniki  yaradıcılıqda  bədii  yaradıcılıqda  olduğundan  da 

artıqdır. 

Təbiidir  ki,  alimin,  ixtiraçının  fikri  prosesində 

anlayıĢlarla  yanaĢı  əyani  obrazlar  da  bu  və  ya  baĢqa  Ģəkildə 

iĢtirak  edir.  Lakin  qavrayıĢ,  eləcə  də  hafizə  obrazlarının 

mövcudluluğu  təfəkkürün  qarĢısında  duran  məsələni  həll 

etməyə imkan  vermir. Belə olduqda qavrayıĢ, hafizə obrazları 

dəyiĢdirilir  ki,  bu  da  yeni  bir  nəzəriyyənin,  kəĢfin  meydana 

çıxması  ilə  nəticələnir.  Bu  prosesdə  hakim  rol    təxəyyülün 

üzərinə düĢür. 

                      Özünü yoxlamaq üçün sual və tapşırıqlar 

 

1.



 

Təxəyyül nəyə deyilir? 

2.

 

Təxəyyülün digər psixi proseslərlə əlaqəsi nədən ibarətdir? 



3.

 

Təxəyyülün fizioloji  əsaslarından danıĢın. 



4.

 

Təxəyyülün insanın həyat və fəaliyyətində rolu nədən 



ibarətdir? 

5.

 



Təxəyyülün passiv növlərini səciyyələndirin. 

6.

 



Bərpaedici və yaradıcı təxəyyülü Ģərh edin. 

7.

 



Xəyal nədir?  Onu səciyyələndirin və xülyadan fərqini 

göstərin. 

8.

 

Təxəyyül surətlərinin yaradılması prosesini Ģərh edin. 



9.

 

Təxəyyül və oyunun qaĢılıqlı əlaqəsi nədən ibarətdir? 



10.

 

Təxəyyülün bədii və elmi yaradıcılıqda rolu nədən 



ibarətdir? 

 

 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə