611
rol oynayır. Pedaqoji kollektivdəki müsbət psixoloji iqlim
məktəbdə təlim-tərbiyə iĢinin yüksək səviyyədə həyata
keçirilməsinə, kollektiv üzvlərinin gümrahlığına, əhval-
ruhiyyələrinin yüksək olmasına, bütün sahələrdə kollektivin
birliyinə səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin
əməkdən zövq almasına, optimizmə, ünsiyyət sevincinə,
etibarlılığa və s. kimi emosional vəziyyətinin yaranmasına
səbəb olur. Ona görə də pedaqoji kollektivdə müsbət, xoĢ psix-
oloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət
hesab olunur. Psixoloji iqlimin pozulması üzvləri bir-birinə
qarĢı qoyur, onlarda bir-birinə qarĢı inamsızlıq, kinlilik, iĢə
qarĢı laqeydlik, müxtəlif münaqiĢələr və s. yaranmasına gətirib
çıxarır.
Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən
asılıdır. Pedaqoji kollektiv cəmiyyətin bir hissəsi olduğuna
görə, onun iqlimi də birinci növbədə həmin cəmiyyətin həyat
Ģəraiti ilə Ģərtlənir. Pedaqoji kollektivdə bu və ya digər psixolo-
ji iqlimin yaranması məktəb rəhbərlərinin, məktəbin ictimai
təĢkilatlarının rəhbərlik üslubundan da asılıdır. Əgər məktəb di-
rektoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb
olunan səviyyədə keçirərlərsə, kollektiv üzvləri arasında ayrı
seçkilik qoymadan onların əməyini düzgün qiymətləndirirlərsə,
bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına
köməklik göstərir. Pedaqoji kollektivin psixoloji iqliminə kol-
lektiv üzvlərinin iĢ Ģəraiti də müvafiq təsir göstərə bilir.
Nəhayət, pedaqoji kollektivdəki psixoloji iqlimə kollektiv
üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-
psixoloji uyuĢma, uyğunluq yoxdursa burada psixoloji
iqlimdən də danıĢmağa dəyməz. Bunun üçün kollektiv üzvlə-
rində Ģəxsiyyətin bir-birini qarĢılıqlı tamamlamaq, qarĢılıqlı
yardım, özünə qarĢı yüksək tənqidilik və həmkarına qarĢı
dözümlülük kimi yüksək keyfiyyətlər olmalıdır. Bəzən
kollektivdə yüksək psixoloji uyuĢmazlığa malik olan
612
müəllimlərə də rast gəlmək olur ki, onlar psixoloji iqlimin
pozulmasının əsas səbəbkarına çevrilir. Kollektiv özünün bu
cür üzvlərini tərbiyə etməyə borcludur.
Pedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivin
fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin
yaranması onun düzgün idarə olunmasından, baĢqa sözlə
rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən bi-
ri pedaqoji kollektivə rəhbərliyin, onu idarəetmənin sosial-
psixoloji funksiyalarını həyata keçirməkdən ibarətdir. Həmin
funksiyalara aĢağıdakıları aid etmək olar:
Kollektivin təĢkili, məqsəd yönəliĢliyi, fəallaĢdırılması,
fəaliyyətinin təkmilləĢdirilməsi, kollektivin birliyinin təmin
edilməsi, kollektivdə özünüidarəetmənin inkiĢaf etdirilməsi.
Kollektivin təĢkili - bu, hər Ģeydən əvvəl, pedaqoji pro-
sesin tələblərinə uyğun olaraq müəllimlərin qarĢılıqlı
münasibətini, onların intizamını qaydaya salmaqdan ibarətdir.
Kollektivin təĢkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki
sosial rolların persenifikasiyasından (Ģəxsləndirilməsindən),
daha doğrusu müəllimlərin seçilməsi və yerləĢdirilməsi, eləcə
də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
Məqsəd yönəliĢliyi - bu, pedaqoji kollektivdə mövcud
konkret fəaliyyət Ģəraitində məktəbin idarə olunmasının sosial
funksiyasının həyata keçirilməsinə yönəldilmiĢ məqsədlərin
təĢəkkülündən ibarətdir. Kollektiv və onun hər bir üzvü
tərəfindən qəbul olunmuĢ məqsəd onların əmək fəaliyyətinin
lazım olan istiqamətdə fəallaĢdırılması üçün mühüm zəminə
çevrilir.
Kollektivin fəallaĢdırılması - kollektivin təlim-tərbiyə
iĢində yüksək nəticələr əldə etməsinə yönəldilmiĢ optimal
əmək gərginliyini, Ģəraitini yaratmaq və müdafiə etmək.
FəallaĢdırma maddi və mənəvi stimul sistemi yaratmaq və
onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə
613
edilir. Pedaqoji kollektivin fəaliyyətinin fəallaĢdırılmasının
mühüm Ģərtlərinə: yerinə yetirilən əməyin kəmiyyət və
keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı
asılılığın düzgün müəyyənləĢdirilməsi, müəllimə yüksək, lakin
yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani
münasibət, borc hissi tərbiyə etmək, kollektivdə iĢgüzar
Ģəraitin yaradılması daxildir.
Kollektivin fəaliyyətinin təkmilləĢdirilməsi. Fasiləsiz
olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq, kollektivdə
hər bir müəllimi təlim-tərbiyə iĢinin müasir forma və
metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini
və qabaqcıl təcrübəni mənimsəməyə, öz Ģəxsiyyətini hərtərəfli
inkiĢaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin
yaradılmasından ibarətdir.
Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji
eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir
və bir-biri ilə bağlı olan aĢağıdakı üç cəhəti əhatə edir: 1)
Ģəxsiyyətlərarası inteqrasiya-kollektivin sosial-psixoloji struk-
turunun optimallaĢması, burada qarĢılıqlı anlama, qarĢılıqlı
hörmət, yoldaĢlıq və dostluq mühitinin formalaĢması; 2) funk-
sional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ-
rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına
qarĢı vahid müsbət münasibətlərin formalaĢması, kollektiv
əhəmiyyət daĢıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət
və rəftarlarını qiymətləndirmək üçün vahid norma və meyarla-
rın hazırlanması; 3) təĢkilati birlik ─ müəllimlərdə öz
məktəblərində yaĢamaq və iĢləmək ustanovkası, ona bağlılıq,
ondan razılığın təĢəkkülü.
Özünüidarəetmənin inkiĢafı - müəllimləri fəal
idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir
müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli Ģəkildə təĢkil
etmək üçün zəruri olan ictimai rəyin təĢəkkülü, müəllimlərdə
Dostları ilə paylaş: |