Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə180/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   176   177   178   179   180   181   182   183   ...   197

 

 

 



590 

 

verir.  Bu  cür  müəllim  dərsdə  sanki  özünü  üzür.  Daima  öz 



arqumentlərinin həqiqiliyinə Ģübhə edir, hər Ģeyə ciddi reaksiya 

verir. 


Nəticədə – müəllimin sosial-psixoloji həssaslığı güclənir, 

kəskinləĢir, sinfin replikasına və hərəkətinə qeyri adekvat reak-

siya verir. 

6.DəyiĢməyən  reaksiya  modeli  («Robot»).  Bu  cür 

müəllimlər  Ģəraitin  dəyiĢməsinə  baxmayaraq  ünsiyyəti  əvvəl 

planlaĢdırdıqları Ģəkildə aparmağa can atırlar.  

Nəticədə – pedaqoji qarĢılıqlı təsirin səmərəsi aĢağı olur. 



7.Avtoritar model («Mən özüm»). Təlim prosesində bu 

cür müəllim yeganə və əsas iĢtirakçı olur. Sualı da, cavabı da, 

hökmü də o verir. Siniflə onun arasında yaradıcı qarĢılıqlı əlaqə 

praktik  olaraq  mövcud  deyildir.  Müəllimin  birtərəfli  fəallığı 

Ģagirdlərin hər cür təĢəbbüsünü boğur. ġagirdlər özlərini yalnız 

icraçı kimi dərk edirlər. Onların idrak və ictimai fəallığı mini-

muma enir. 

Nəticədə – təĢəbbüskar olmayan insanlar tərbiyə olunur. 

Təlimin  yaradıcı  xarakteri  itir.  Ġdrak  fəallığının  motivasiya 

sahəsi təhrif olunur. 



8.Fəal  qarĢılıqlı  təsir  modeli  («Ġttifaq»).  Bu  cür 

müəllim  Ģagirdlərlə  daima  dialoqda  olur,  onlarda  major  əhval 

yaradır,  təĢəbbüsü  rəğbətləndirir.  Qrupda  psixoloji  iqlimin 

dəyiĢməsini  asanlıqla  hiss  edir  və  ona  reaksiya  verir.  Özünün 

rol distansiyasını saxlamaqla dostluq əlaqələrinə üstünlük verir. 

Nəticədə – qarĢıya çıxan tədris, təĢkilati, etik problemlər 

birlikdə, hamının gücü ilə yaradıcı Ģəkildə həll olunur. Bu cür 

model daha məhsuldar hesab olunur.     

 ġübhəsiz  pedaqoji  ünsiyyət  zamanı  müəllim  həqiqi 

müəllim, dost mövqeyi tutursa öz məqsədinə nail ola bilir.  



 

Gənc  müəllimin  Ģagirdlərlə  ünsiyyətindəki  əsas 

çətinliklər  və  onları  aradan  qaldırmağın  bəzi  səmərəli 

yolları. Təcrübə göstərir ki, pedaqoji fəaliyyətə təzəcə baĢlayan 


 

 

 



591 

 

gənc  müəllimlər  Ģagirdlərlə  ünsiyyət  yaratmaqda  bir  sıra 



çətinliklərlə  qarĢılaĢırlar.  Bu  cür  çətinliklər  bəzən  ilk  gündən 

gənc müəllimi ruhdan sala bilir və onun özünəinamını zəiflədir. 

ġübhəsiz  bu  cür  çətinliklər  hamıda  tam  mənasında  eyni  baĢ 

vermir.  Bununla  belə  hamı  üçün  nisbətən  yaxın  olan  elə 

çətinliklər vardır ki, onlar haqqında söhbət açmaq mümkündür. 

Bu  sahədə  aparılmıĢ  tədqiqatlara,  mövcud  ədəbiyyata  və 

məktəb  təcrübəsinə  istinad  etmiĢ  olsaq  həmin  çətinlikləri 

təxmini olaraq aĢağıdakı Ģəkildə qruplaĢdıra bilərik. 

1.

 

ġagirdlərlə təmas yarada bilməmək. 



2.

 

ġagirdin  daxili  psixoloji  mövqeyini  baĢa  düĢə 



bilməmək. 

3.

 



Dərsdə ünsiyyəti idarə etməyin mürəkkəbliyi. 

4.

 



QarĢılıqlı  münasibəti  yaratmağı  və  pedaqoji 

məqsəddən  asılı  olaraq  onu  dəyiĢdirməyi  bacarma-

maq. 

5.

 



Nitq  ünsiyyətindəki  və  özünün  emosional  müna-

sibətlərini  materiala  köçürə  bilməməklə  bağlı 

çətinliklər. 

6.

 



Ünsiyyət  prosesində  öz  psixi  vəziyyətini  idarə 

etməyin mürəkkəbliyi. 

Gənc  müəllimin  pedaqoji  ünsiyyətindəki  bu  cür 

çətinliklər  müxtəlif  amillərlə  bağlı  ola  bilər.  Bu  cür  amilləri 

«psixoloji maneələr» adlandırırlar. Pedaqoji ünsiyyət sahəsində 

geniĢ  tədqiqat  aparmıĢ  V.A.Kan-Kalik  bu  cür  «psixoloji 

maneələri» aĢağıdakı Ģəkildə xarakterizə edir: 

–  Ustanovkaya  malik  olmamaq  «maneəsi»  –  müəllim 

sinfə  maraqlı  dərs  demək  niyyəti  ilə  gəlir,  sinif  isə  laqeyddir, 

diqqətsizlik  və  pərakəndəlik  göstərir,  nəticədə  təcrübəsiz 

müəllim hirslənir, əsəbiləĢir və i.a.; 

–  fəaliyyətə  təzəcə  baĢlayan  müəllimlər  üçün  sinifdən 

qorxmaq  «maneəsi»  də  xarakterik  haldır.  Adətən,  onlar 

materialı  yaxĢı  bilir,  dərsə  yaxĢı  da  hazırlaĢırlar.  Lakin 

Ģagirdlərlə  bilavasitə  təmasda  olmaq  fikri  onları  «qorxudur», 



 

 

 



592 

 

yaradıcılığı bir növ buxovlayır və i.a.; 



–təmasın  olmaması  «maneəsi»  –  müəllim  sinfə  daxil 

olur,  bu  zaman  Ģagirdlərlə  dərhal  və  əməli  Ģəkildə  qarĢılıqlı 

əlaqə  yaratmaq  əvəzinə,  bir  növ  «avtonom»  hərəkət  etməyə 

baĢlayır (məsələn, yazı taxtasında izahat yazır);  

–ünsiyyət  funksiyasının  məhdudlaĢdırılması  «maneəsi»-

müəllim  yalnız  ünsiyyətin  məlumatvermə  funksiyasını  nəzərə 

alır,  onun  qarĢılıqlı  təsir,  sosial-perseptiv  funksiyalarına 

əhəmiyyət vermir; 

–sinif  haqqında  neqativ ustanovkanın  yaranması  «mane-

əsi»  –  bu  cür  ustanovka  həmin  kollektivdə  iĢləyən  baĢqa 

müəllimlərin fikrinə və ya özünün uğursuzluğuna müvafiq ola-

raq yarana bilir; 

–həmin  siniflə  və  ya  Ģagirdlə  keçmiĢ  neqativ  ünsiyyət 

təcrübəsi ilə bağlı «maneə»; 

–pedaqoji  səhv  etməkdən  qorxmaq  «maneəsi»  (dərsə 

gecikməkdən,  vaxtdan  düzgün  istifadə  etməkdən,  Ģagirdləri 

düzgün qiymətləndirə bilməməkdən qorxmaq və i.a.); 

–təlqin  «maneəsi»  –  gənc  müəllim  baĢqa  müəllimin 

fəaliyyətini,  ünsiyyət  tərzini  yamsılamağa  baĢlayır,  lakin 

baĢqasının  ünsiyyət  üslubunu  mexaniki  Ģəkildə  öz  fərdi  peda-

qoji fəaliyyətinə keçirməyin mümkün olmadığını baĢa düĢmür. 

Bütün  bunları  nəzərə  alaraq  gənc  müəllim  birinci 

növbədə  özünün  Ģagirdlərlə  ünsiyyətində  bu  kimi  halların, 

«maneələrin»  olub-olmadığına  diqqət  yetirməli,  onları  aradan 

qaldırmağa  cəhd  göstərməlidir.  Sonra  müəllim  Ģagirdlərlə 

ünsiyyətinin hansı cəhətlərinin onlar tərəfindən bəyənilməsini, 

hansı  cəhətinin  isə  onları  təmin  etməməsini  müəyyənləĢdir-

məli, təhlil etməlidir.     

Ünsiyyət  zamanı  bu  cür  maneələrin  olmaması  üçün 

müəllim  müvəffəqiyyətli  qarĢılıqlı  əlaqəyə  açıq-aĢkar  mane 

olan stereotip davranıĢdan (mentorluq, özünü Ģagirdlərdən uzaq 

tutmaq,  didaktizm  və  s.)  uzaqlaĢmağa  çalıĢmalıdır.  Müəllim 

daima  belə  bir  suala  cavab  verməyə  çalıĢmalıdır:  «ġagirdlər 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə