Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə183/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   179   180   181   182   183   184   185   186   ...   197

 

 

 



599 

 

gözlənilməməsi  nəticəsində  müəllimlə  Ģagirdlər  arasında 



qarĢılıqlı təsir prosesində məna maneələri  yarana bilir. Bu cür 

maneələr Ģəxsiyyətlərarası münaqiĢələrin mənbələrindən birini 

təĢkil  edir.  Təcrübə  göstərir  ki,  müəllimə  qarĢı  məna  maneəsi 

yaranan Ģagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək 

istəmir.  Adətən,  uĢaqların  daha  çox  küsəyən  və  tez  özündən 

çıxan  dövrü  olan  yeniyetməlik  dövründə  məna  maneəsi  daha 

tez  yaranır,  daha  parlaq  təzahür  edir  və  çətinliklə  aradan 

qaldırılır.  Ona  görə  də  müəllim  öz  ünsiyyətini  elə  təĢkil 

etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin.  

 

VI.25.4.ġagird Ģəxsiyyəti və sinif kollektivinin       



  öyrənilməsi və onlara psixoloji xarakteristika 

tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili 

 

    

ġagird  Ģəxsiyyətini  hərtərəfli  inkiĢaf  etdirmək  və  sinif  kol-

lektivini  təĢkil  etmək  üçün  birinci  növbədə  onları  hərtərəfli 

öyrənmək  lazımdır.  Bu  tələbi  həyata  keçirmədən  müəllim  öz 

qarĢısında duran vəzifəni müvəffəqiyətlə həyata keçirməyə nail 

ola  bilməz.  Ona  görə  də  müəllim  bir  növ  tədqiqatçılıq 

qabiliyyətinə  malik  olmalı,  bu  qabiliyyətin  köməyi  ilə 

Ģagirdlərini, onların daxil olduqları sinif kollektivini öyrənməli, 

onlar  haqqında  zəruri  biliyə  malik  olmalıdır.  Təcrübə  göstərir 

ki, müəllimin, sinif rəhbərinin öz Ģagirdlərini, sinif kollektivini 

öyrənmək əsasında tərtib etdiyi psixoloji-pedaqoji xarakteristi-

ka  Ģəxsiyyətin  formalaĢmasını  idarə  etməkdə      ona  lazımi  im-

kanlar  yaradır.  Bu  cür  xarakteristikanın tələb edilən səviyyədə 

olması üçün onun tərtibi zamanı müəyyən prinsiplərə, tələblərə 

əməl olunmalıdır.  

Gələcək  müəllimin  bu  sahədə  müəyyən  təcrübəyə  malik 

olması, pedaqoji təcrübə zamanı ayrı-ayrı Ģagirdlər və sinif kol-

lektivi  üzərində  müĢahidəni  necə  təĢkil  etmək  və  bunun 

əsasında  psixoloji-pedaqoji  xarakteristika  tərtibi  bacarığına 




 

 

 



600 

 

yiyələnməsi zəruridir. 



ġagird  Ģəxsiyyətinin,  eləcə  də  sinif  kollektivinin  yararlı 

psixoloji-pedaqoji xarakteristikasını tərtib etmək üçün müəllim 

– təcrübəçi birinci növbədə  Ģagird və sinif kollektivi haqqında 

kifayət  qədər  məlumata  malik  olmalıdır.  Bu  məlumatı  əldə 

etmək  üçün  müasir  psixologiyanın  tədqiqat  metodlarından, 

xüsusilə  müĢahidə  və  müsahibə  metodundan  geniĢ  istifadə 

edilməlidir.  Həmin  metodların  köməyi  ilə  əldə  edilən  faktlar 

mütləq  gündəlik  Ģəklində  qeyd  olunmalıdır.  Əks  təqdirdə 

yalnız  hafizəyə  istinad  edilərək  tərtib  olunan  xarakteristikada 

bəzən  zəruri  cəhətlər,  detallar  nəzərdən  qaçır.  ġagirdin  və  ya 

sinif  kollektivinin  öyrənilməsi  nəticəsində əldə edilən  material 

ciddi  təhlil  edildikdən  sonra  sistemləĢdirilir.  Xarakteristikanın 

əsas məqsədi Ģagird Ģəxsiyyətinin əsas cəhətlərini açmaq, onun, 

əlamətlərinin,  keyfiyyətlərinin  və  təzahürünün  ümumi 

istiqamətini  göstərməkdən  ibarətdir.  Xarakteristikada  Ģagirdin 

bir fərd kimi özünəməxsus xüsusiyyətləri öz əksini tapmalıdır. 

Belə olduqda həmin Ģagirdlə gələcəkdə aparılacaq təlim-tərbiyə 

iĢinin  proqramını  müəyyənləĢdirmək  mümkün  olur.  Xarak-

teristikada  irəli  sürülən  hər  bir  fikir  yaxĢı  əsaslandırılmalı, 

Ģagird  Ģəxsiyyətində  və  sinif  kollektivində  baĢ  verən 

dəyiĢikliklər  burada  öz  əksini  tapmalıdır.  Bunun  üçün  Ģagirdi 

və  ya  sinif  kollektivini  müxtəlif  vəziyyətlərdə  öyrənmək, 

kifayət  qədər  tutarlı  və  bir-birini  tamamlayan  faktlar  əldə 

etmək  lazımdır.  Təsadüfən  təzahür  edən  bir  hərəkətə,  bir 

davranıĢ tərzinə əsasən Ģagird Ģəxsiyyətini və sinif kollektivini  

xarakterizə  etmək  səmərəli  nəticə  vermir.  Ġmkan  daxilində 

müĢahidə  zamanı  əldə  edilmiĢ  faktın  əsaslı  olub-olmamasını 

müsahibə,  sadə  eksperimentlərdən  istifadə  etməklə  yoxlamaq 

lazımdır.  ÇalıĢmaq  lazımdır  ki,  əldə  olunmuĢ  faktlar  Ģagird 

Ģəxsiyyətinin  və  sinif  kollektivinin  tipik  xüsusiyyətlərini, 

dəyiĢmə  və  inkiĢafını  əks  etdirsin.  ġagird  Ģəxsiyyətinə  aid 

tərtib  olunmuĢ  xarakteristikada  Ģagird  Ģəxsiyyətində  hansı 

keyfiyyəti, əlaməti və təzahür xüsusiyyətini inkiĢaf etdirməyin, 



 

 

 



601 

 

hansıları aradan qaldırmağın zəruri olduğu öz əksini tapmalıdır. 



Xarakteristika qısa nəticələrlə baĢa çatmalıdır. Burada Ģagirdin 

fərdi  psixi  xüsusiyyətlərinin  təhlili  əsasında  onunla  gələcəkdə 

aparılması  zəruri  olan  tərbiyəvi  iĢin  istiqaməti,  konkret 

tərbiyəvi təsir metodları və priyomları qeyd olunmalıdır. 

Bu  cəhətlər  sinif  kollektivinə  tərtib  olunan  psixoloji-

pedaqoji xarakteristikada da nəzərə alınmalıdır. Burada da sinif 

kollektivinin  inkiĢaf  xüsusiyyətləri  və  gələcəkdə  kollektivlə 

aparılacaq iĢin məzmunu və təĢkilinə dair təkliflər verilməlidir. 

Burada  bir  cəhəti  də  qeyd  etmək  lazımdır  ki,  istər  Ģagird 

Ģəxsiyyətinin,  istərsə  də  sinif  kollektivinin  gələcək  inkiĢafı 

üçün irəli sürülən təkliflər ünvansız olmamalıdır. Konkret ola-

raq bu və ya digər cəhətin inkiĢafında kimin məsul olduğu, ki-

min müvafiq tədbiri həyata keçirəcəyi göstərilməlidir.  

ġagird  Ģəxsiyyətinin  psixoloji  xarakteristikası  özündə 

aĢağıdakı göstəriciləri əks etdirməlidir: 

I. ġəxsiyyət haqqında ümumi məlumat. 

II. ġagirdin daxil olduğu kollektivin qısa xarakteristikası.  

III. Xarakterizə olunan Ģagirdin sinifdə, ailədə və yoldaĢ-

ları arasında mövqeyi. 

IV. ġəxsiyyətin istiqaməti və iddia səviyyələri. 

V. Fəaliyyətinin ümumi xarakteristikası. 

VI. Psixi proseslərinin fərdi xüsusiyyətləri. 

VII.  ġəxsiyyətin  struktur  komponentləri  (qabiliyyətləri, 

temperamenti və xarakteri). 

VIII.  ġagird  Ģəxsiyyətinin  müsbət  və  mənfi  kompo-

nentləri barədə nəticələr, onunla gələcəkdə aparılacaq iĢ barədə 

təklif və məsləhətlər. 

ġagird  Ģəxsiyyətinin  öyrənilməsi  və  ona  psixoloji-

pedaqoji  xarakteristika  tərtibini  aĢağıdakı  təxmini  sxem  üzrə 

aparmaq olar

 

ġagird Ģəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji 



xarakteristika  tərtibi üçün təxmini sxem 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə