Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə2/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   2   3   4   5   6   7   8   9   ...   197

 

 

 



 

                            



BĠRĠNCĠ HĠSSƏ

 

 

PSĠXOLOGĠYAYA  GĠRĠġ 



 

1 - c i     F Ə S Ġ L  

 

PSĠXOLOGĠYANIN PREDMETĠ VƏ METODLARI 



 

Q ı s a   x ü l a s ə  

Psixologiyanın  predmeti.  Psixika  haqqında  ümumi  anlayıĢ. 

Psixi  inikasın  xüsusiyyətləri.  Psixi  hadisələr:  psixi  proseslər,  psixi 

hallar, psixi xassələr. Psixologiyanın bir elm kimi tərifi. 

Psixologiyanın elmlər sistemində yeri və əsas sahələri. Mü-

asir  elmlər  sistemi  və  psixologiya.  Psixologiya  və  təbiət  elmləri, 

psixologiya  və  sosiologiya,  psixologiya  və  pedaqogika,  psixologiya 

və dilçilik. Müasir psixologiya elminin prinsipləri və quruluĢu. Müa-

sir psixologiya elminin sahələri və onların təsnif prinsipləri. 

Psixologiya 

tarixinin 

əsas 

mərhələləri. 

Müasir 


psixologiyanın  baĢlıca  istiqamətləri.  Azərbaycanda  psixoloji  fikrin 

və elmi psixologiyanın inkiĢaf xüsusiyyətləri. 



Psixologiyanın  tədqiqat  metodları.  Metod  və  metodologiya 

haqqında  anlayıĢ.  Psixologiyanın  tədqiqat  metodları  və  onların  təs-

nifi.  Subyektiv  və  obyektiv  metodlar.  Əsas  və  yardımçı  metodlar. 

MüĢahidə  obyektiv  metod  kimi.  MüĢahidənin  növləri.  Eksperiment 

və onun növləri: təbii və laborator eksperiment, müəyyənedici ekspe-

riment,  öyrədici  (formalaĢdırıcı)  eksperiment.  Müsahibə  və  onun 

psixoloji  tədqiqatlarda  yeri.  Sorğu  psixoloji  metod  kimi.  ġifahi, 

yazılı və sərbəst sorğu. Fəaliyyət məhsullarının təhlili və ya praksi-

metrik metodlar. 

Testlər  psixodiaqnostik  metod  kimi.  Sosiometriya  psixodiaq-

nostik  metodlardan biri kimi. Riyazi-statistik və kibernetik metodlar 

(modelləĢdirmə). Onların psixoloji tədqiqatda yeri. Bioqrafik metod-

lar.  



 

 

 



 

I. 1.1. Psixologiyanın predmeti 

 

Elm  və  texnikanın  sürətlə  inkiĢaf  etdiyi  bir  dövrdə 



yaĢayırıq.  Bu  dövr  yeni  elm  sahələrinin  meydana  gəlməsi  ilə 

fərqlənən  bir  dövrdür.  Özünün  qədim  tarixiliyi  ilə  fərqlənən 

elm  sahələri  ilə  yanaĢı  tamamilə  yeni  elmlərin  meydana 

gəlməsi  onları  bir-birlərindən  fərqləndirməyi,  onlardan  yerli-

yerində  bəhrələnməyi  tələb  edir.  Bu  elmlərin  bir  çoxunun  ob-

yekti  eyni  olduğu  halda,  onlar  öz  predmetlərinə  görə  bir-

birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus 

hadisələr  təĢkil  edir.  Bu  hadisələrdən  bəziləri  olduqca 

mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin 

predmetini təĢkil edən hadisələr də məhz özünün mürəkkəbliyi 

və  çətin  dərk  olunması  ilə  fərqlənir.  Həmin  hadisələr  hələ 

qədim  zamanlardan  insanların  diqqətini  cəlb  etmiĢ,  bu  sahədə 

müxtəlif  fikirlərin,  görüĢlərin  meydana  gəlməsinə  səbəb 

olmuĢdur.  Psixologiyanın  öyrəndiyi  bu  hadisələr  psixi 

hadisələr  adlandırılmıĢdır.  Psixi  hadisələrin  təsnifi  və  onun 

strukturu  müxtəlif  mövqelərdən  Ģərh  olunmuĢdur.  Bu  sahədə 

daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması 

ilə  bağlı  olan  fikirlərdir:  psixi  proseslər,  psixi  hallar,  psixi 



xassələr (bax Ģəkil 1). 

Psixi  proseslər  insan  davranıĢının  ilkin  tənzimləyicisi 

kimi  meydana  çıxır.  Psixi  proseslərə  duyğu,  qavrayıĢ,  hafizə, 

diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi 

proseslərin  müvafiq  baĢlanğıcı,  gediĢi  və  sonu  vardır.  Məhz 

buna  görə  də  psixoloqlar  psixi  proses  termininin  psixi  faktın 

prosessuallığını  nəzərə  çarpdırmağını  qeyd  edirlər.  Psixi 

prosesləri  üç  qrupa  ayırırlar:  idrak  prosesləri,  emosional  və 

iradi proseslər. 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ġəkil 1



. Psixi hadisələrin quruluĢu 

 

İdrak  prosesləri  gerçəkliyi  dərk  etmək,  gerçək  aləm 

haqqında məlumatların qavranılması və iĢlənməsi ilə bağlı olan 

psixi  proseslərdir.  Bunlara  duyğular,  qavrayıĢ,  hafizə,  diqqət, 

nitq, təfəkkür, təxəyyülü aid etmək olar. 



Emosional  proseslərə  insanların  gerçəkliyə  münasibət-

 

ПСИХИ ЩАДИСЯЛЯР

Психи

просесляр



Психи

щаллар


Психи

хассяляр


Идрак просесляри

Дуйьулар, гав-

райыш, щафизя, 

тяфякк р, тяхяй

й л, нитг, диггят

Дирчялиш, мя

йуслуг, горху, 

м дс зл к, 

рущдан д шмя, 

э мращлыг вя с.

Шяхсиййятин ис-

тигамяти, тем-

перамент, ха-

рактер, габи

лиййятляр

Емосионал

просесляр

Севинъ, кядяр, кин, мящяббят, 

нифрят вя с.

Иради просесляр

Гярар гябулу, чятинликляри арадан 

галдырмаг, мотивляр мüбаризяси, 

давранышыны идаря етмяк




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə