126
zamanı hər bir adam qeyri-ixtiyari olaraq onun üçün
əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bil-
dirir. Nəticədə ünvanlanmıĢ məlumat təhrif olunur və
anlaĢıqsızlığa gətirib çıxarır. Ona görə də ünsiyyətin əsas
məqsədi olan məlumat bir növ düzgün dərk edilmir. Bu isə
münaqiĢə ilə nəticələnir.
QavrayıĢla yanaĢı olaraq ünsiyyətdə olan adamların
təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini
çətinləĢdirir. Bu cür çətinliyi məntiqi səhvlərdən doğan çətinlik
adlandırmaq olar. Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin
inkiĢaf xüsusiyyətlərinə görə fərqli olmaları onların bir –
birlərini baĢa düĢmələrini çətinləĢdirir. Məhz buna görə də
bəzən ünsiyyət alınmır.
Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri də bir
maneə kimi ünsiyyət prosesini çətinləĢdirir. Belə ki, bəzən
adamların nitqində məlumatların çatdırılması forması onun
məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini
çətinləĢdirir.
Bu cür çətinliyin qarĢısını almaq üçün mütəxəssislər
ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyi-
ni irəli sürürlər. Bunlara aĢağıdakıları aid etmək olar:
«HaĢiyə» qaydası. Bu qaydanın mahiyyəti ondan
ibarətdir ki, hər cür iĢgüzar ünsiyyətin əvvəli və sonu dəqiq
müəyyənləĢdirilməlidir.
«Məqsəd» qaydası. Bu qaydaya görə çatdırılan fikirlər
tör – töküntü Ģəklində deyil çox dəqiq Ģəkildə sıralanmalıdır.
Bunlarla yanaĢı olaraq ünsiyyətə girərkən nitqin
əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli,
maraqlı faktlarla, aforizm və nümunələrlə onun diqqəti cəlb
edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı
olur. Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və
suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə baĢa
çatdırmaq lazım gəlir.
Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə
127
etməlidir. Bu cür məlumat dinləyicilərin yadında yaxĢı qalır.
Semantik (məna) səhvlər də ünsiyyətə mənfi təsir edən
maneə kimi özünü göstərə bilər. Adətən bu cür səhvlər eyni
sözün müxtəlif məna daĢıdığı zaman özünü göstərə bilir.
Nəticədə dinləyici sözü eĢitdikdə onu təhqir mənasında anlaya
bilər ki, bu da ciddi münaqiĢəyə səbəb olar.
Ünsiyyətin səmərəli keçməməsinə səbəb olan maneə kimi
resipientin xətrinə dəyən söz və ifadələrdən istifadə edilməsini
də qeyd etmək olar. ġübhəsiz dinləyiciyə «Sən qorxaqsan,
tənbəlsən, satqınsan» və s. Ģəklində deyilən söz ciddi
narazılığa səbəb ola bilər.
Nitqdə tez- tez «həmişə», «heç vaxt» kimi ifadələrin
iĢlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. AĢağıdakı iki ifadə
bir – birindən nə qədər fərqli səslənir: «Siz məĢğələyə gecikmi-
siniz» və «Siz həmiĢə məĢğələyə gecikirsiniz!» Burada
«həmiĢə» sözündən istifadə olunması, ona istinad edilməsi
ünsiyyət məntiqinin pozulmasına səbəb olur. Bu sözdəki hər
cür vəd və ya qadağan təmasın yaranmasına mane ola bilər.
Bunun üçün «Sən mənə heç vaxt bu cür hərəkət etməyəcəyini
vəd etmiĢdin», «Sən həmiĢə bunu yadda saxlaya bilmirsən!»
kimi ifadələrin iĢlənməsi ünsiyyətin alınmaması üçün
kifayətdir.
Həmsöhbətlərin hər hansı bir fikri başqa cür başa
düşməsi də ünsiyyət üçün maneə rolunu oynaya bilər. Məsələn,
«Sən sadəcə olaraq düĢünürsən ki, mən…» və ya da «Siz bilə –
bilə gecikirsiniz görəsiniz ki, mən buna necə reaksiya
verəcəm» və s. ifadələri qavramada olduğu kimi. Hətta əgər
baĢqasının fikri düzgün «baĢa düĢülməzsə» də bunun
hündürdən ifadə olunması adətən həmsöhbət tərəfindən özünün
təhqir olunması və ya ona təzyiq göstərilməsi kimi baĢa
düĢüləcəkdir. Bu isə Ģübhəsiz təmasın inkiĢafına Ģərait
yaratmayacaqdır.
Ünsiyyətin səmərəliliyi və onun iĢtirakçılarının bu
prosesdə qarĢılıqlı təsirində maneə rolunu oynayan səbəblərdən
128
biri də insanların həmin prosesdə ehtiyatlı hərəkət etməməsi,
danıĢığında əmr üslubundan istifadə etmələri, baĢqa sözlə av-
tokratik mövqe tutmalarıdır. XahiĢ, məsləhət Ģəklində müraciət
tərzi – kimə müraciət etmələrindən asılı olmayaraq, əmr
etməyə nisbətən olduqca az daxili etiraz, qarĢıdurma yaradır.
«Gətir!», «Yadında saxla!», «Dərhal yerinə yetir!» tipli
müraciət formaları insanın mənliyinə ağır təsir göstərir,
nəticədə ünsiyyət prosesi üçün maneə rolunu oynayır.
Ünsiyyət zamanı nitqdə olan fonetik səhvlər, səslərin
təkrarı, tüfeyli sözlərdən (qısası, deməli, zad və s.), eləcə də
parafonezlərdən istifadə edilməsi ünsiyyət prosesinə mənfi
təsir göstərir. Bu cür hallar həmsöhbətin diqqətinin
yayınmasına, həyəcanlanmasına, nitqi yanlıĢ Ģəkildə qavrama
və anlamasına səbəb olur.
Ünsiyyət zamanı mövcud ola biləcək maneələri azaltmaq
və baĢ verə biləcək münaqiĢənin qarĢısını almaq üçün
«səmərəli ünsiyyət qaydaları»ndan istifadə olunması zəruridir.
Mütəxəssislər bu cür qaydalara aĢağıdakıları aid edirlər:
1.
Öz çıxıĢına baĢlamazdan əvvəl dinləyicilərə nələri
çatdırmaq istədiyini bildirmək, baĢqa sözlə öz ideyalarını
aydınlaĢdırmaq zəruridir.
2.
Qısa cümlələrlə (5 – 9 sözdən ibarət ) danıĢmağa
çalıĢın. Bu cür cümlələr qavrama və anlama üçün daha çox
səmərəlidir.
3.
Səsinizin daha çox ifadəli olmasına çalıĢın.
4.
Öz nitqinizdə fasilələrdən istifadə edin.
5.
Öz nitqinizdə aydın olmayan, ikimənalı ifadələrdən
eləcə də professionallıqdan qaçmağa çalıĢın.
6.
Həmsöhbətinizin qeyri – verbal siqnallarına (mimika
və jestlər və s.) nəzər salın.
7.
Kateqoriyallıqdan qaçmağa çalıĢın. Nəzərə alın ki, si-
zin fikriniz yanlıĢ ola bilər.
8.
Ünsiyyət yeri və vaxtını düzgün seçin.
9.
Daima öz nöqteyi nəzərinizi dəyiĢdirməyə hazır olun.
Dostları ilə paylaş: |