Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
  1   2   3   4   5   6   7   8   9   ...   43


A

ZƏRBAYCAN

V

ƏKİLİ


“Vəkillərimiz şikayətlənmirlər” Vəkillər Kollegiyasının sədri Azər Tağıyev

“Rus və sovet vəkilliyinin ən yaxşı ənənələri” Rusiya Vəkillər Gildiyasının

prezidenti Həsən Mirzəyev

“İmkansızlar üçün ədliyyə və yaxud qanunları hər kəs üçün səmərəli etməyin sirri”

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov



“Vəkillik fəaliyyəti zamanı təcrübədə rastlaşılan problemlər”

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Kamandar Nəsibov

“Azərbaycanın bu sahədəki müsbət təcrübəsi nümunədir”

GİZ‐in Layihə rəhbəri Tomas Meltser

“Vəkil ona müraciət edən şəxsin güman və inam yeridir” vəkil Elton Quliyev

“Beynəlxalq müqavilələrin Azərbaycanda tətbiqinin aktual problemləri”

vəkil Turqay Hüseynov



“Azərbaycan vəkilliyinin inkişaf tarixi” vəkil Şəhriyar Əliyev

“Yeni məcəllənin qəbulu tikinti sahəsində normativ hüquqi aktların

sistemləşdirilməsinə şərait yaradır” hüquqşünas Samir Qasımov

“Kredit münasibətlərində istehlakçıların hüquqları necə qorunur?!”

hüquqşünas Əkrəm Həsənov

“Sürəyya Ağaoğlu kimdir?!” ‐ tanınmış hüquqşünaslar silsiləsindən

“Sualını vəkil cavablandırsın!” ‐ hüquqi məlumatlandırma rubrikası



“Azərbaycan  vəkili”  jurnalının  məqsədi  Azərbaycanda  insan  hüquqlarının

müdafiəsinə dəstək verilməsi, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun

nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual

problemlərin  tədqiqi  ilə  vəkillik  hüququ  elminin  inkişafına  töhfə  verilməsindən

ibarətdir.

Nəşr  “Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi”  İB‐nin  təşkilati  dəstəyi  və  “Akkord

Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC‐nin maliyyə yardımı nəticəsində işıq

üzü  görmüş  və  Vəkillər  Kollegiyasının  üzvləri,  həmçinin  digər  hüquqşünaslar

arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.

Redaksiya heyəti:

Baş redaktor:  Anar Bağırov – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin

sədri,  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  və  Hakimlərin

Seçki Komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru

Məsləhətçi:    Fariz  Məmmədov  ‐ Vəkillər  Kollegiyasının  üzvü,  Vəkillər

Kollegiyasının Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri



Buraxılışa  məsul  şəxs:  Fərhad  Nəcəfov –  “Azərbaycan  Hüquq  İslahatları

Mərkəzi” İB‐nin baş koordinatoru, hüquqşünas



Korrektor: Könül Şövqətova – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin

                      ictimaiyyətlə əlaqələr üzrə koordinatoru, hüquqşünas



Redaksiyanın ünvanı:

Bakı şəhəri, Füzuli küçəsi 49,

SKS Plaza, 7‐ci mərtəbə

Tel/Faks: +994 12 492 28 83

e­mail: info@lawreform.az

veb‐səhifə: http://www.lawreform.az/



“Azərbaycan vəkili” jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Mətbu nəşrlərin reyestrində 3708 nömrəsi ilə qeydiyyata alınmışdır.

© “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB




Bu il, ölkəmizdə əlamətdar hadisə olan

ümummilli lider Heydər Əliyevin 90 illik

yubileyi  ilə  yadda  qalacaqdır.  Dahi

öndər 

təkcə 

müasir, 

müstəqil

Azərbaycan  dövlətinin  memarı  və

qurucusu  olmaqla  deyil,  həmçinin  bu

quruculuğun  məhək  daşı  olan  hüquq

islahatlarının 

təşəbbüskarı 

kimi

xatirələrimizdə yaşayır. Onun bilavasitə

rəhbərliyi  ilə  1995‐ci  ildə  Azərbaycan

Respublikasının 

yeni 

konstitusiya

layihəsinin hazırlanması üzrə komissiya,

1996‐cı  ildə  isə  Hüquqi  İslahat

Komissiyası  yaradılmışdır  ki,  məhz  bu

dövrdən  sonra  müstəqil  Azərbaycan

vəkilliyinin  əsasları  formalaşdırılmış,

Vəkillər   Kollegiyası    müstəqil   təsisat

olaraq  məhkəmə‐hüquq  sistemində  öz layiqli yerini tutmuşdur. Bütün bu

fəaliyyətin məntiqi davamı olaraq ümummilli lider Heydər Əliyev tərəfindən

28 dekabr 1999‐cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan

Respublikasının Qanunu imzalanmış və Azərbaycan tarixində ilk dəfə vəkillik

tam  müstəqil,  hakimiyyətin  heç  bir  qolundan  asılı  olmayan  bir  təsisata

çevrilmişdir. Bu tarixin yaxın gələcəkdə "Vəkillərin peşə bayramı" günü kimi

ölkəmizin hüquq tarxinə düşəcəyi isə şübhəsizdir.

Bu gün respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə

məhkəmə‐hüquq  islahatları  tam  gücü  ilə  davam  etdirilməkdədir.  Vəkillik

sahəsi  də  qeyd  olunan  islahatların  ayrılmaz  tərkib  hissəsidir.  Təsadüfi

deyildir ki, Respublika Prezidenti tərəfindən imzalanan aidiyyəti sənədlərdə

belə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müvafiq tövsiyələr

verilir və həmin tövsiyələrin icrası istiqamətində Kollegiya tərəfindən ardıcıl

fəaliyyət nümayiş etdirilir.

"Azərbaycan vəkili" nəşrinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi

ərəfəsində buraxılmasında məqsəd isə bu ardıcıl fəaliyyətə dəstək olmaqla

aparılan  mütərəqqi  məhkəmə‐hüquq  islahatlarına  cüzi  də  olsa  töhfə

verməkdir.

"Azərbaycan vəkili" nəşrinin

Redaksiya heyəti


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə