Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə5/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   2   3   4   5   6   7   8   9   ...   89
3
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
İnsan və vətəndaş subyektiv hüquq və azadlıqla
r
ından hər hansı
birin
in, o cümlədən hüquqi yardım
almaq hüququnun genezisi və təkamülü bəşəriyyətin tarixi hüquq nailiyyətlərinin sənədləşdirilmiş
irsin
ə, daha doğrusu, müxtəlif xalqların, müxtəlif tarixi dövrlərin yazılı hüquq mənbələrinə müraciət
etməklə araşdırıla bilər. Bu cür mənbələr onların yaranmasının xronoloji və məntiqi ardıcıllığı ilə
,

v
afiq tarixi dövrün xüsusiyyətləri nəzərə alınmaq
la
aparılmalıdır. Əlbəttə, bəşəriyyəti
n
inkişafının ilk çağlarında insanlar arasında münasibətlərin tənziminin əsas üsulu olan adətlər şif
ahi
formaya malik idilər. Bununla belə, əldə olan mənbələrə əsasən, Cənub‐Şərqi Afrikanın qə
dim
xalqlarında (kafrlar, beçuanlar, zuluslar), Qədim Hindistan, Çin tarixi mənbələrində hüquqi yardım
göstərilməsinin ilk rüşeymlərinə rast gəlinir. Belə ki, mühakimə olunan şəxsə onun qohumları,
dostları, qonşuları, həmkəndliləri yardımedirdilər. Əlbəttə, mütəxəssis olmayan həmin adamların
göstərdiyi yardım müasir “hüquq müdafiəsi” anlayışı ilə olduqca az ortaq cəhətə malik idi.(2)
Həmçinin əlavə olunmalıdır ki, həmin dövrlərin (söhbət ibtidai icma münasibətlərinin mövcud
olduğu qədim çağlardan gedir) məhkəmə icraatı haqqında məlum şərtilikə danışırıq, çünki qədim
zamanlarda məhkəmə icraatı mövcud adətlərə, ənənələrə, ayinlərə uyğun olaraq tayfa başçıları,
ağsaqqallar tərəfindən həyata keçirilirdi.
Günümüzə gəlib çatmış mənbələrin öyrəniləməsi əsasında təsdiq edə bilərik ki, hüquqi yardımın
müasir mənasında ilk rüşeymləri e.ə. I minillikdə qədim Babilistanda meydana çıxmışdı. Yeni Babil
monarxiyası (e.ə.VII əsrin sonları – e.ə. VI əsrin ikinci yarısınadək) dövründə kahinlərin məhkəmə
icraatında malik olduğu əlavə funksiyaları araşdırdıqda
, onlar
ın məhkəmə prosesi tərəflərinə dolayı
hüquqi yardım göstərdikləri məlum olur. Belə ki, kahinlər müvafiq sənəndləri toplayıb məhkəməyə
təqdim edirdilər. Sənədləri onlara proses tərəfləri öz iddialarını əsaslandırmaq üçün təqdim edir,
məhkəmələr işə baxarkən həmin sənəndlərə əsaslanırdılar.(3) Qeyd etmək lazımdır ki, Osmanlı
dövründə Türkiyədə də islam hüququnun bilicisi olan alimlər (müftilər) fəaliyyət göstərirdilə
r.
Onların vəzifəsi mübahisə edən tərəflərə hüquqi məsləhətlər, tövsiyələr verməkdən ibarət olmuşdur.
Təhlil olunan hüququn daha geniş məzmunlu təzahürü Afina dövlətində qarşıya çıxır
. Afinada
dövlətin meydana gəldiyi və inkişaf etdiyi illərdə məhkəmə cinayət prosesində “müqəddəs hüququn
təfsirçiləri” adlanan subyektlərin iştirakı xüsusi maraq doğurur. Onların əsas vəzifəsi, cinayətkarı
m
əhkəmə qaydasında təqib etmək istəyən şəxslərə (əsasən, zərərçəkənlərə) bunu necə etmək lazım
g
əldiyini izah etmək idi. Başqa sözlə, cinayətdən zərər çəkən insanlar hüquqi məsləhə
t almaq
imkanına malik idilər. Zaman keçdikcə, Afina dövlətinin yüksəliş dövründə (e.ə. VI‐V əsrlər)
məhkəmə cinayət prosesində yeni subyektlər meydana çıxır: onlar zərərçəkən tərəflə yanaşı, cinayət
məsuliyyətinə cəlb olunan şəxslərə də hüquq
i
yardım göstərirdilər. Həmin şəxslər
iki qrupa
bölünürdü: loqoqraflar, başqa sözlə “işin hallarını yazanlar” və sineqorlar, yəni “köməkçi
operatorlar”.(4)
Cinayət prosesinin subyekti kimi loqoqraflıq
daha
öncə təsis olunmuşdu, bununla belə,
sineqorlar
tədricən loqoqrafları sıradan çıxardırdılar. Belə ki, loqoqraflar həmin dövrün məhkəmə icraaatı
tələblərini lazımi şəkildə ödəyə bilmirdilər.(5) Daha doğrusu, onlar məhkəmə prosesində bilavasitə
iştirak etmir, iddiaçı və cavabdehlər üçün sadəcə məhkəmə nitqlərinin inşasını yazırdılar. Mətnlərin
əzbər öyrənilməsi çətin olduğundan, bu məsələ zamanla öz
akt
uallığını itirdi. Habelə, loqoqrafiya
yalnız ittiham və i
ddia
çıxışları üçün yararlı olduğu halda, müdafiə tərəfinin çıxış və replikaları üçün
çox məhdudvə əlverişsiz surətdə tətbiq
olunurdu.
Loqoqraf itiham və ya iddianın mətnini
qabaqcadan hazırlasa da, onların məhkəmədə əlavə nə kimi sübutlar gətirəcəyini
ehtimal etmir, bu
üzdən ittihamçı vəya iddiaçıya etiraz edə bilmirdi. Həmçinin, onlar əks tərəfin nə kimi sübutlar
gətirəcəyini bilmədiyindən, təbii ki, həmin mümkün sübutlara qarşı əvvəlcədən inkaredici mövqe
hazırlaya bilməzdi. Bütün bunlar təsdiq edir ki, loqoqraflar şifahi çıxışları əvəz edə bilməzdilər.
Bundan əlavə, A.V.Sineokinin doğru qeyd etdiyi kimi, müdafiəçinin prosesə buraxılmasını
(
ən
azından cinayət işlərində
)
labüd ədalət prinsipi tələb edirdi. Daha doğrusu, müdafiəçi institutunun
tətbiqi göstərir ki, cinayət törədilməsində itti
ha
m olunan və təqsirli olması hələ məhkəmə
qaydasında sübut edilməmiş şəxs barəsində obyektiv olmağın vacibliyini qədim cəmiyyət insanları
dərk edirdilər
.


Məhz buna görə sineqorluq institutu təsis edilmişdi.
Sineqorlar
təqsirləndirilən şəxslərə bilavasitə
məhkəmə prosesində hüquqi yardım göstərir, əvvəlcədən müdafiə nitqləri hazırlayıb məhkəmədə
təqsirləndirilən şəxs tərəfində
n
çıxış edir,
onun
hüquqlarını müdafiə edir və bununla da, ədalət
məqsədinə nail olmaqda vasitəçilik edirdilər.
Həmin dövrün Afinasında hüquqi yardım göstərən müdafiəçilərin fəaliyyətinin başlıca xüsusiyyəti
ondan ibarət idi ki, onların işi hüquqşünaslıqdan çox əsasən natiqlik sənəti ilə bağlı idi. Bu
təsbitiRomanın görkəmli
natiqlik ustas
ı
Mark Fabi Kvintilian
ın (təqribən 35 – 96‐cı illər) məhşur
sitatı ilə gücləndirmək olar: “Bizə məmnuniyyətlə qulaq asan hakim demək olar ki bizə inanır”
.(6)
Qədim Romanın yaranması və mövcudluğu dövründə (e.ə. VIII əsr – b.e. V əsr), xüsusən sonrakı
mərhələlərdə hüquqi yardım institutu öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. O,
məzmun etibarı ilə dolğunlaşır, habelə ifadə üsullarına görə çeşidlənir. Müdafiə xidmətini artıq
mütəxəssislər təqdim edir
di
lər. Ümumən demək olar ki, o vaxtın hüquqi yardım mexanizmləri tədqiq
etdiyimiz
hüququn müasir anlayışına daha çox yaxı
n
laşır.
İlk növbədə ona diqqət edilməlidir ki, məhz qeyd olunan tarixi dövrdə yazılı hüquq meydana çıxır.
Roma
hüququnun əsas mətnləri olan XII cədvəl qanunlarını (e.ə. V əsrin ortaları), Qay
institusiyalarını (143‐cü il), Yustinian digestasını
(530–
533‐cü illər) araşdırdıqda, həmin dövr
cəmiyyətində hüquqi yardım alma institutunun mövcud olduğunu birbaşa təsdiq edən müddəalara
rast gəlirik. Onlar həmçinin, hüquqi yardım i
nstitutunun
ayrı‐ayrı ünsürləri, səciyyyəvi xüsusiyyətləri
barədə nəticələr çıxarmağa əsas verir.
Məsələn, Qədim Romada hüquqi yardım üzrə peşəkar fəaliyyət göstərmiş hüquq biliciləri şərti olaraq
3 qrupa b
ölünürdülər: cavere (yeni iddia və əqdlər hazırlanması); agere (məhkəmədə iş aparmaq),
respondere (suallara cavab vermək). Göstərilən birinci fəaliyyət növü hüquqşünasların iddia, əqd
və vəsiyyətnamə tərtibində yardım göstərməsindən ibarətidi. Bu sahədə əqd və iddia hazırlığının
formaları tərtib olunurdu ki, həmin formaların bir çoxu onları hazırlayan müəlliflərin adı ilə bağlıdır.
İkinci fəaliyyət növü
olan agere
hüququşünasın məhkəmədə iş
i
aparmasından ibarət idi
. Bu zaman
hüququşünas prosesdə tərəflərdən birinin funksiyasını öz üzərinə götürmüş olurdu, həm mülki, həm
də cinayət işləri üzrə. Qədim Romada cinayət məsuliyyətinə cəlb olunan şəxs
in
hüquqi yardımla
təmin edilməsinə ciddi əhəmiyyət verilirdi. Müdafiəçilər üç növə bölünürdü: advocati, laudatores,
patroni. D
aha bir forma vardı ki, “respondere” adlanmaqla , fərdi şəxslərin sorğuları üzrə hüquqşü
nas
rəyi verməklə məşğul olurdu. Məqalənin həcmi ilə bağlı tələbləri nəzərə alaraq, Qədim Romada
hüquqi yardım göstərmənin xüsusiyyətlərini geniş şərh etmirik, bununla belə, tədqiq olunan
subyektiv
hüququn inkişafı ilə bilavasitə bağlı olan bəzi mühüm məqamlara toxunmaq lazım gəlir.
Xüsusən
,
Yustinian digestalarının
Birinci Kitab
ında (XVI Titul) göstərilir ki, prokonsul “vəkil istəyən
hər kəsə, ilk növbədə
q
adınlara, yaxud yetkinlik yaşına çatmayanlara, yaxud digər zəiflərə və ya ağlı
yerində olmayanlara vəkil təmin etməli, əgər kimsə vəkil istəməzsə, onda prokonsul özü vəkil təqdim
etməlidir.(7) Əgər kimsə, rəqibin güclü olmasına görə özünə vəkil tapa bilmədiyini deyirsə, ədalətlik
naminə ona vəkil təqdim olunmalıdır”
.(8)
Göründüyü kimi, əhalinin aztəminatlı təbəqələrinə, habelə
nisbətən az həcmli hüquq qabiliyyəti olan subyektlərə (qadınlar, yetkinlik yaşına çatmayanlar,
xəstələr və s.) hüquqi yardım üçün vəkil xidmətindən istifadə edilməsinə qanun səviyyəsində təminat
verilmişdi.
Roma hüququnun qeyd olunan mənbəsinin Üçüncü Kitabında, daha dəqiqi, “Prokurorlar və
müdafiəçilər haqda (De procuratoribus et defensoribus)» III Titulda bir müddəada yazılırdı ki,
təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edə bilməyən hallarda ona mütləq qaydada hüquqi
yardım göstərilməlidir. Mənbədə həmin müddəanın ictimai faydası da qeyd olunur: “əgər
məhkəmədə iştirak etməyən şəxs mühakimə oluna bilirsə, onun əvəzindən söz deyəcək və onun
təqsirsizliyini müdafiə edəcək başqa birinin prosesə buraxılması ədalətlidir və müəyyən edilmiş
qaydalara uyğundur”
.(9) Ro
ma respublikası və Roma imperiyasının tarixində bir dövrdən etibarən
aztəminatlı vətəndaşlar üçün təyinatlı və ödənişsiz müdafiə xidməti təmin olunmuşdu.
Qanun
normaları cinayət işləri üzrə müdafiəçinin iştirakını məcburi edirdi. Tərəfin müdafiəçisi olmayan
hallarda pretor onun üçün müdafiəçi təyin etməyə borclu idi.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə