Publication1


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə7/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   2   3   4   5   6   7   8   9   10   ...   89
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
­
6
­


­
7
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Xüsusən, Azərbaycan SSR‐in 1937‐ci il Konstitusiyasında 118‐ci maddə təqsirləndirilən şəxsin
müdafiə hüququnu təsbit etməklə kifayətlənmişdisə, 1978‐ci il Konstitusiyasında təqsirləndirilən
şəxsin müdafiə hüququ (maddə 170) ilə yanaşı, vətəndaşlara və təşkilatlara hüquqi yardım
göstərmək üçün vəkillər kollegiyasının təsis olunması nəzərdə tutulmuşdu (maddə 170). Bundan
əlavə, həmin maddədə qeyd olunurdu ki, “qanunvericiliklə müəyyən edimiş hallarda vətəndaşlara
hüquqi yardım əvəzsiz olaraq göstərilir”.
Diqqətə layiq faktdır ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991‐ci il tarixli
Konstitusiya Aktı Azərbaycan Respublikasının hü
dud
larından kənarda olan hər bir Azərbaycan
Respublikası vətəndaşının hüquqi müdafiəsinə təminat vermişdi
r
(18‐ci maddə, 3‐cü bənd). Bu da,
öz növbəsində, tərəfimizdən tədqiq olunan subyektiv hüququn məzmun tutumunu daha
genişləndirir.
Yuxarıda aparılmış təhlili bu cür xülasə etmək ola
r:
Hüquqi yardım almaq hüququnun kökləri qədim zamanlara dayanır. Bu subyektiv hüququn müasir
vəziyyətə gəlməsi, indiki konstitusion məzmun tutumuna yiyələnməsi uzun sürən, mürəkkəb
təkamül proseslərindən keçmişdir ki
,
buda ilk növbədə, bəşəriyyətin vacib bir gerçəkliyi dərk
etməsinə söykənir
:
hüquqi yardım almaq hüququnu lazımi şəkildə tənzim etmədən, insanın hüquq
dəyərlərinə əsaslanan bir cəmiyyətdə və dövlətdə yaşaması və pozitiv inkişaf etməsi mümkün
deyildir.
Hüquqi yardım almaq hüququnun, xüsusə
n
məhkəmələrdə ittihamdan hüquqi müdafiə imkanının
meydana çıxması, onun yazılı hüquq mənbələrində təsbit edilməsi bəşəriyyətin ədalətə can atma
səylərinin nəticəsidir. Hüquqi yardım göstərilməsi üzrə ən qədim və geniş yayılmış institutlar öz
başlanğıcını Qədim Yunanıstan və Romadan götürmüş vəkillik institutu hesab olunmalıdır.
Bu hüququn inkişaf edərək müasir məzmun tutumuna çatması dünyanın müxtəlif ölkələrində hüquq
sistemlərinin inkişafı, xüsusən də, yurisdiksiya prosesləri (mülki, cinayət hüquqi və s.) ilə bağlı
olmuşdur. Və aydındır ki, bu hüquq şəxsiyyətin hüquq və azadlıqlarının mühafizə və müdafiə
olunması sahəsində uzun əsrlər davam etmiş hüquq yaradıcılığı prosesinin tərkib hissəsi, vacib
ünsürü kimi baxılmalıdır.
Hüquqi yardım almaq hüququnun ilkin tarixi realizə formalarından biri təqsirləndirilən şəxsə
müdafiə hüququnun verilməsi olmuşdur. ABŞ‐da və Avropanın bəzi ölkələrində konstitusionalizmin
inkişaf etməsi ilə bu hüququn məzmunu xeyli genişlənmişdir. Yekun olaraq, həmçinin qeyd
edilməlidir ki, hüquqi yardım almaq hüququ insan və vətəndaş hüquq və azadlıqlarının Birinci
nəslinə aid olunmalıdır.
Hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasında XX əsrin birinci yarısında konstitusion
səviyyədə öz təsdiqini tapmış, 1995‐ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının
qəbulu ilə, onun 61‐ci maddəsində müasir məzmun
unu
qazanmışdır. Nəzərə alınmalıdır ki, əvvəlki
konstitusiyalardan fəqli olaraq, qüvvədə o
l
an Konstitusiyanın 61‐ci maddəsi məhz yüksək
keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Eyni zamanda, bu cür yardımın
qanunla
nəzərdə tutulmuş hallarda ödənişsiz, dövlət hesabına göstərildiyi müəyyən olunmuşdur.
Ümumilikdə, hüquqi yardım almaq hüququnun təmin olunma mexanizmlərinin təkmilləşdirilməsi,
onun təsirliliyini yüksəldilməsi, xüsusən ödənişsiz hüquqi yardım sisteminin və onun normativ
əsaslarının formalaşdırlması müasir dövrdə Azərbaycan Respublikasının
d
övlət hakimiyyəti
orqanlarının, alimlərin, habelə müxtəlif ictimai təşkilatların fəaliyyətində prioritet istiqamətlərdən
biri hesab olunmalıdır
.
Mənbə:
(1) Êåðèìîâ Ä.À. Ìåòîäîëîãèÿ ïðàâà. Ïðåäìåò, ôóíêöèè, ïðîáëåìû ôèëîñîôèè ïðàâà. 2­å èçä.
Ì.: Àâàíòà+, 2001. –s. 110.
(2) Ñèíåîêèé Î. Â. Àäâîêàòóðà êàê èíñòèòóò ïðàâîâîé ïîìîùè è çàùèòû: Ó÷åáíîå ïîñîáèå. –
Õ.: Ïðàâî, 2008. – Ñ.12
(3) Âñåîáùàÿ èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà. Ó÷åáíèê äëÿ âóçîâ â äâóõ òîìàõ. Òîì 1. Äðåâíèé


ìèð è ñðåäíèå âåêà / Ïîä ðåäàêöèåé Â. À. Òîìñèíîâà. Ì.: ÈÊÄ "Çåðöàëî­Ì", 2011. – Ñ. 88.
(4) Ìåëüíè÷åíêî Ð.Ã. Ïðàâî íà þðèäè÷åñêóþ ïîìîùü: êîíñòèòóöèîííûå àñïåêòû: Ìîíîãðàôèÿ.
– Âîëãîãðàä: Èçä­âî ÂÀÃÑ, 2003. – Ñ. 6.
(5) Ñèíåîêèé Î. Â. Àäâîêàòóðà êàê èíñòèòóò ïðàâîâîé ïîìîùè è çàùèòû: Ó÷åáíîå ïîñîáèå. –
Õ.: Ïðàâî, 2008. – Ñ.19­20
(6) Ìàðêà Ôàáèÿ Êâèíòèëèàíà Äâåíàäöàòü êíèã ðèòîðè÷åñêèõ íàñòàâëåíèé. / Ïåð. ñ ëàò.
[íåïîëíûé] À. Íèêîëüñêîãî. ×. 1­2. ÑÏá, 1834. ×. 1.
 –Ñ. 409.
(7) Ïðîèñõîæäåíèå òåðìèíà «àäâîêàò» ñâÿçûâàþò ñ âîçíèêíîâåíèåì â Äðåâíåì Ðèìå
ëåãèñàêöèîííîãî ñóäåáíîãî ïðîöåññà (legis ast­sones – çàêîííûå äåéñòâèÿ).
(8) Ïàìÿòíèêè ðèìñêîãî ïðàâà: Çàêîíû 12 òàáëèö. Èíñòèòóöèè Ãàÿ. Äèãåñòû Þñòèíèàíà.
–Ì.:3åðöàëî,1997. – Ñ. 182­183
(9) Òàì æå. – Ñ. 209.
(10) Ñèíåîêèé Î. Â. Àäâîêàòóðà êàê èíñòèòóò ïðàâîâîé ïîìîùè è çàùèòû: Ó÷åáíîå ïîñîáèå.
– Õ.: Ïðàâî, 2008. – Ñ.30
(11) Ðèìñêîå ÷àñòíîå ïðàâî: Ó÷åáíèê / Ïîä ðåä. ïðîô. È.Á. Íîâèöêîãî è ïðîô. È.Ñ. Ïåðåòåðñêîãî.
­ Ì.: Þðèñïðóäåíöèÿ, 2000. – Ñ. 75
(12) Âñåîáùàÿ èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà. Ó÷åáíèê äëÿ âóçîâ â äâóõ òîìàõ. Òîì 1. Äðåâíèé
ìèð è ñðåäíèå âåêà / Ïîä ðåäàêöèåé Â. À. Òîìñèíîâà. Ì.: ÈÊÄ "Çåðöàëî­Ì", 2011. – Ñ.487
(13) Ñèíåîêèé Î. Â. Àäâîêàòóðà êàê èíñòèòóò ïðàâîâîé ïîìîùè è çàùèòû: Ó÷åáíîå ïîñîáèå.
– Õ.: Ïðàâî, 2008. – Ñ.40
(14) Âñåîáùàÿ èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà. Ó÷åáíèê äëÿ âóçîâ â äâóõ òîìàõ. Òîì 1. Äðåâíèé
ìèð è ñðåäíèå âåêà / Ïîä ðåäàêöèåé Â. À. Òîìñèíîâà. Ì.: ÈÊÄ "Çåðöàëî­Ì", 2011. – Ñ. 616.
(15) Âñåîáùàÿ èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà. Ó÷åáíèê äëÿ âóçîâ â äâóõ òîìàõ. Òîì 1. Äðåâíèé
ìèð è ñðåäíèå âåêà / Ïîä ðåäàêöèåé Â. À. Òîìñèíîâà. Ì.: ÈÊÄ "Çåðöàëî­Ì", 2011. — 640 ñ. Ñ.524
(16) Ìåëüíè÷åíêî Ð.Ã. Ïðàâî íà þðèäè÷åñêóþ ïîìîùü: êîíñòèòóöèîííûå àñïåêòû: Ìîíîãðàôèÿ.
– Âîëãîãðàä: Èçä­âî ÂÀÃÑ, 2003. – 200 ñ. Ñ. 11
(17) Áèëëü î ïðàâàõ 1789­1791 ãã. (ïåðâûå 10 ïîïðàâîê Êîíñòèòóöèè ÑØÀ) // Èñòîðèÿ
ãîñóäàðñòâà è ïðàâà çàðóáåæíûõ ñòðàí: õðåñòîìàòèÿ / ñîñò.: Ì.Ì.Áîðèñåâè÷.­ Ì.: ÌÍÝÏÓ,
1998. ­ ñ.149­150.
(18) Êîíñòèòóöèÿ Ôðàíöèè 1971 ã. // Èñòîðèÿ ãîñóäàðñòâà è ïðàâà çàðóáåæíûõ ñòðàí:
õðåñòîìàòèÿ /
 ñîñò.: Ì.Ì.Áîðèñåâè÷.­ Ì.: ÌÍÝÏÓ, 1998. ­ Ñ. 167
(19) Déclaration des droits de l'Homme et du citoyen de 1789. – http//www.textes.justice.gouv.fr/textes‐
fondamentaux­10086/droits­de­lhomme­et­libertes­fondamentales­10087 / declaration­des­droits­
de­lhomme­et­du­citoyen­de­1789­10116.html

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə