Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə54/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   50   51   52   53   54   55   56   57   ...   89
42
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Məhkəmə aktları
AZƏRBAYCAN RESPUBLİ
KASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ
 PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7‐ci maddələrinin Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi
müddəalarının şərh edilməsinə dair
14 may 2015‐ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi‐hakim), Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Teymur Ocaqverdovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(Ombudsman) Aparatının Elmi‐Analitik sektorunun müdiri Mahir Məmmədovun, Göyçay rayon
Məhkəməsinin hakimi Elxan Babayevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi
qanunvericilik şöbəsinin müdir müavini Rövşə
n Muradovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq
üzrə fəlsəfə doktoru Azad Talıbovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirovun, Bakı
Apellyasiya Məhkəməsinin hakimi Mehti Əsədovun, Azərbaycan Respublikası Mərkəzi Bankının
baş direktoru Rəşad Orucovun və Hüquq departamentinin direktoru Rəna Məlikovanın iştirakı
ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI və VII hissələrinə müvafiq
olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 439.1, 439.2 və 439.7‐ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına
uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) sorğusu və Göyçay rayon Məhkəməsinin həmin maddələrin bəzi
müddəalarının şərh edilməsi ilə bağlı müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (bundan sonra –
Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 439.1, 439.2 və 439.7‐ci maddələrinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 19‐cu maddəsinin III hissəsinə, 149‐cu
maddəsinin III və VII hissələrinə, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında”
Konstitusiya Qanunu) 25‐ci maddəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.Sorğu onunla
əsaslandırılmışdır ki, Mülki Məcəllənin 439.1‐ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və
ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada
da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2‐ci maddəsinin “əgər xarici valyutada olan


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə