Publication1



Yüklə 45,12 Kb.
Pdf görüntüsü
tarix21.02.2018
ölçüsü45,12 Kb.
#27291


Azәrbaycan Respublikasının Prezidenti

yanında Qeyri­Hökumәt Tәşkilatlarına

Dövlәt Dәstәyi Şurası

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ

ÜÇÜN DAVRANIŞ PRİNSİPLƏRİ

2005‐ci ildə BMT‐nin Ədalətli Məhkəmə Hakimiyyətinin

Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış



1

M

ƏHKƏMƏ

A

PARATI

İ

ŞÇİLƏRİ

ÜÇÜN

D

AVRANIŞ

P

RİNSİPLƏRİ

Beynəlxalq  və  milli  qanunvericiliyin  tanıdığı  "hər  kəsin,  o

cümlədən  cinayət  törədilməsində  ittiham  olunan  istənilən

şəxsin hüquqlarının qanunla yaradılmış müstəqil və qərəzsiz

məhkəmələr  tərəfindən  ədalətli  və  açıq  şəkildə  müdafiə

olunması" fundamental prinsipini nəzərə alaraq,

Yuxarıda qeyd olunan prinsipə riayət edilməsinin səlahiyyətli

və  qərəzsiz  məhkəmə  aparatı  üçün əhəmiyyətli  olduğunu

nəzərə alaraq,

Məhkəmə  sisteminə  olan  ictimai  etimadın

ədalət

mühakiməsinin  həyata  keçirilməsində  məhkəmə  aparatı



işçilərinin hamı tərəfindən qəbul olunan ədalətliliyindən asılı

olduğunu nəzərə alaraq,

Eyni  zamanda  məhkəmə  aparatı,  habelə  onun  üzərində

ümumi və intizam nəzarətinin həyata keçirilməsi və həmin

heyətin 

fəaliyyətinin 

dəstəklənməsinin 

məhkəmə


hakimiyyətinin üzərinə düşdüyünü nəzərə alaraq

on ölkənin ali məhkəmələrinin sədrləri və yüksək instansiya

məhkəmələrinin 

hakimlərindən 

ibarət 

tərkibdə


formalaşdırılan 

Ədalətli 

Məhkəmə 

Hakimiyyətinin

Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən məhkəmə

aparatı işçiləri, həmçinin yardımçı heyət üçün vahid davranış

standartları  müəyyənləşdirmək  məqsədi  ilə  aşağıdakı

prinsiplər  qəbul  olunmuşdur.  Bu  Prinsiplər  hakimlər  üçün

məhkəmə  aparatlarının  idarə  edilməsi  məqsədi  ilə  bələdçi

vəsait  qismində  hazırlanmışdır.  Həmçinin,  bu  Prinsiplər

məhkəmə aparatı işçilərinin tabe olduğu qanunun aliliyi və

etik davranış prinsiplərinə xələl gətirməməklə onlara dəstək

verir.



2

1. PRİNSİPLƏRİN TƏTBİQİ DAİRƏSİ

(1) Bu prinsiplər hakimlərdən savayı məhkəmə fəaliyyətinə

bilavasitə və bilvasitə cəlb olunmuş bütün məhkəmə aparatı

işçilərinə şamil olunur. Əvvəllər məhkəmə sahəsində çalışmış

və bu Prinsiplərin 3(1)‐ci maddəsinə əsasən, həmin dövrdə

məxfi məlumatlar əldə etmiş şəxslər 3(6)‐cı maddənin təsiri

altındadırlar.

(2)  "Məhkəmə  aparatı  işçiləri"  dedikdə  məhkəmə  katibləri

və məhkəmədə fəaliyyət göstərən xüsusi səlahiyyətli işçilər

nəzərdə  tutulur.  Hər  bir  üzv  dövlət  bu  Prinsiplərin  tətbiq

olunduğu  məhkəmə  aparatı  işçilərinin  dairəsini  özü

müəyyənləşdirir.



2. İŞƏ SƏDAQƏT

(1) Məhkəmə aparatı işçiləri vəzifələrindən istifadə edərək

özləri  və  başqa  şəxslər  üçün  qeyri‐qanuni  üstünlük  və

imtiyazlardan 

yararlanmamalı, 

habelə 


buna 

cəhd


göstərməməlidirlər.

(2) Məhkəmə aparatı  işçiləri  bilə‐bilə ki,  onların  müşahidə

oluna bilən və bilinməyən hərəkətləri təsir altına düşə bilər,

istənilən hədiyyə, xidmət və digər dəyərləri tələb və qəbul

etməməli, habelə onlara razılıq verməməlidirlər.

(3) Məhkəmə aparatı işçiləri istənilən şəxsə onun üstünlüyü

(qohumluğu, vəzifəsi, rütbəsi və s.) baxımından ayrı‐seçkiliyə

yol  verməməlidirlər.  Qohumluq  əlaqələri,  qarşıdakı  şəxsin

qulluq  mövqeyi,  rütbəsi  və  digər  qeyri‐qanuni  təklifləri

məhkəmə aparatı işçilərinin vəzifə funksiyalarına və qəbul

etdikləri sənədlərin qanuniliyinə təsir göstərməməlidir.

(4) Məhkəmə aparatı işçiləri öz vəzifə funksiyalarının icrası

ilə  bağlı  göstərdikləri  xidmət,  verdikləri  məsləhətlər

qarşılığında  ödənilən  rüsumdan  başqa,  digər  pul,  təzminat

və sair ödənişlərin ödənilməsini tələb etməməlidirlər.



3

(5)  Məhkəmə  aparatı  işçiləri  rəsmi  saxlanclarında  olan

əşyalardan, əmlaklardan  və  pul  vəsaitlərindən  yalnız

qanunda  və  müvafiq  təlimatlarda  göstərilmiş  qaydada,

ağlabatan çərçivədə istifadə etməlidirlər.

3. KONFİDENSİALLIQ

(1)  Daxilolma  mənbəyindən  asılı  olmayaraq  məhkəmə

aparatı  işçiləri  məhkəmə  sistemində  işlədiyi  dövrdə  əldə

etdikləri konfidensial məlumatları açıqlaya bilməzlər.

(2)  Qanunvericiliyə,  məhkəmənin  daxili  qaydalarına  görə

qanunda göstərilmiş konkret şəxslərə açıqlanması nəzərdə

tutulan  məxfi  məlumatlar  yalnız  buna  səlahiyyəti  çatan

məhkəmə aparatı işçiləri tərəfindən verilə bilər.

(3)  Əgər  daxil  olmuş  məxfi  məlumat  qanunun  tələblərinin

pozulmasını  və  ya  qeyri‐etik  davranış  baş  verdiyini

təsdiqləyərsə və məhkəmə aparatı işçisi buna əsaslı olaraq

inanırsa, 

bu 

barədə 


müvafiq 

səlahiyyətli 

şəxsi

məlumatlandırmalıdır.  Müvafiq  səlahiyyətli  şəxsə  bu  cür



məlumatın  açıqlanmasına  görə  məhkəmə  aparatı  işçisi

intizam məsuliyyətinə cəlb oluna bilməz.

(4)  Məhkəmə  aparatı  işçilərinə  məhkəmə  prosedurları  ilə

bağlı məsləhət vermək qadağan deyil, lakin buraya hüquqi

məsləhətlər  aid  deyildir.  Vətəndaşlar  standart  məhkəmə

prosedurları  –  şikayətin  verilməsi  qaydası  və  az  məbləğli

iddiların  verilməsi  barədə  məhkəmə  aparatı  işçiləri

tərəfindən şifahi məlumatlandırıla bilərlər.

(5) Məhkəmə aparatı işçiləri proses tərəflərinin, şahidlərin

və  ya  müdafiəçilərdən  birinin  xeyrinə  hakimlər,  andlı

iclasçılar və ya digər şəxslərlə ünsiyyətə girməməlidirlər.

(6)  Hazırkı  məhkəmə  aparatı  işçiləri  tərəfindən açıqlanan

məlumat konfidensiallığı pozarsa, eyni məlumatların sabiq



4

məhkəmə aparatı işçiləri tərəfindən açıqlanması qadağandır.

Bu  müddəanın əksinə  olaraq  bu  cür  məlumatların

açıqlanması məhkəməyə hörmətsizlik kimi qiymətləndirilə

bilər.

(7) "Konfidensial məlumat" dedikdə davam edən məhkəmə



prosesləri  ilə  bağlı  ictimailəşməmiş  məlumatlar,  bu  cür

proseslərlə  bağlı  hakimin  fəaliyyətinə  aid  olmayan

məlumatlar,  habelə  qeydlər,  qərar  layihələri, araşdırma

qeydləri,  qapalı  müzakirələr,  xidməti  məktub,  qurumdaxili

müzakirələrin protokolları  və  s.  başa  düşülür.  Yekun

məhkəmə  qərarının  və  ya  digər  tipli  qərarın  tərtibi  üçün

hakim  tərəfindən  istifadə  olunan  qeydlər,  qərar  layihələri,

araşdırma  qeydləri,  qapalı  müzakirələr,  xidməti  məktub,

qurumdaxili  müzakirələrin  protokolları  və  s.  məlumatlar

həmin qərar açıqlandıqdan sonra belə, məxfi saxlanılır.



4. MARAQLARIN TOQQUŞMASI

(1)  Vəzifələrinin  icrası  ilə  bağlı  məhkəmə  aparatı  işçiləri

maraqların 

toqquşmasından 

çəkinməlidirlər.

Onlar


maraqların  toqquşmasının  baş  verə  bilməsi  barədə

maksimum dərəcədə sayıqlıq nümayiş etdirməli, baş verdiyi

təqdirdə  müvafiq  orqanları  məlumatlandırmalı  və  belə

hadisə baş verərsə, onları aradan qaldırmalıdırlar.

Maraqların toqquşması aşağıdakı hallarda baş verir:

i.  məhkəmə  aparatı  işçilərinin  rəsmi  vəzifələrinin  icrası  ilə

bağlı qərəzsizliyinə və ya müstəqil mühakimə yürütməsinə

xələl  gəldiyi,  yaxud  xələl  gəlmiş  kimi  görünməsi  üçün  əsas

olduğu halda, və ya

ii. məhkəmə aparatı işçiləri, onların ailə üzvləri və ya onların

biznes,  yaxud  digər  maddi  marağı  həmin işçilərin  rəsmi



5

hərəkəti nəticəsində maddi gəlir əldə edəcəyi halda.

b) Məhkəmə aparatı işçisi hər hansı peşənin, biznesin və ya

təşkilatın üzvü kimi həmin peşənin, biznesin və ya təşkilatın

məhkəmə sistemində vəzifəsi olmayan hər hansı digər üzvü

qədər gəlir əldə edirsə, bu halda maraqların toqquşması baş

vermir.

c) “ailə üzvləri” anlayışı qan, evlilik və ya övladlığa götürülmə



yolu  ilə  qohumluqdan  asılı  olmayaraq  aşağıdakı  şəxsləri

ehtiva  edir:  həyat  yoldaşı,  oğul,  qız,  qardaş,  bacı,  ata,  ana,

baba, nənə, nəvə, qayınata, qayınana, baldız (yengə), qayın

(yeznə),  kürəkən,  gəlin,  öğey  ata,  ögey  ana,  oğulluq,  qızlıq,

ögey qardaş, ögey bacı və işçinin evində yaşayan hər hansı

digər  yaxın  qohum  və  ya  şəxs.    “Həyat  yoldaşı”  anlayışı  de

facto həyat yoldaşını və ya mülki nikahı da əhatə edir.

Məhkəmə aparatı işçiləri aşağıdakıları etməməlidirlər:

a) işçinin vəzifəsi ilə bağlı bağladığı əmək müqaviləsi istisna

olmaqla  məhkəmə  sistemi  ilə  hər  hansı  xidmət,  təchizat,

əmlakın  və  ya  avadanlığın  satışı  və  ya  icarəsi  üzrə

müqavilələr  bağlamaq,  həmçinin  öz  ailə  üzvlərindən  hər

hansı  birinin  məhkəmə  sistemi  ilə  müqavilə  bağlamasının

təmin  edilməsinə  digər  maraqlı  şəxslərin  malik  olmadığı

şəkildə kömək göstərmək məqsədilə öz mövqeyindən istifadə

etmək.


b)  məhkəmə  sistemi  ilə  əqd  bağlayan  və  ya  proseslərdə

iştirak edən şəxslərə kömək etməyin və ya onların bu işləri

ilə  məşğul  olmağın  müqabilində  bəxşiş  və  ya  sair

kompensasiya, mükafat və ya təşviqləndirici hədiyyə almaq.

c) məhkəmə aparatı işçisinin və ya onun ailə üzvlərindən hər

hansı  birinin  gələcəkdəki  əmək  fəaliyyəti  üzrə  danışıqlar

apardığı  hər  hansı  şəxslə  bağlı  hər  hansı  rəsmi  fəaliyyətdə

iştirak etmək.




6

d) məhkəmə aparatı işçilərinin ailə üzvlərini bilərəkdən işə

götürmək və ya işə götürülməsini tövsiyə etmək.

e)  donorun  əsas  məqsədinin  məhkəmə  aparatı  işçilərinin

rəsmi vəzifələrinin icrasına təsir etmək olduğunun anlaşıldığı

və ya anlaşıla bildiyi hallarda hər hansı hədiyyə, borc, bəxşiş,

endirim, güzəşt, qonaqpərvərlik və ya xidmət xahiş etmək və

ya qəbul etmək.

3) Yuxarıdakı prinsiplərə riayət olunmasının təmin edilməsi

məqsədilə  məhkəmə  sisteminin  adından  müqavilələr

bağlamaq  və  ya  təsdiq  etmək  səlahiyyəti  olan  məhkəmə

aparatı  işçiləri  həmin  vəzifəyə  təyin  oldunduqda,  əmək

fəaliyyətlərinə  xitam  verildikdə,  həmçinin  illik  olaraq

müvafiq  quruma  öz  maddi  vəziyyətləri  barədə  bəyannamə

təqdim etməlidirlər. Bəyannamə müvafiq qurum tərəfindən

müəyyən  edilən  qaydalara  uyğun  olmalı  və  bütün  şəxsi  və

biznes  gəlirlərini,  o  cümlədən  investisiyalar  və  daşınmaz

əmlak, həmçinin həyat yoldaşlarının və onların himayəsində

olan övladlarının əldə etdikləri bilinən gəliri əhatə etməlidir.

4) Hər bir məhkəmə aparatı işçisinin məhkəmə sistemində

tutduğu  vəzifə  həmin  işçinin əsas  işi  olmalıdır.  Əsas  iş

dedikdə, məhkəmə işçisinin normal iş saatlarını əhatə edən

və  onun  rəsmi  vəzifələrinin  icrasına  eksklüziv  diqqət

ayırmasını  tələb  edən  vəzifə  başa  düşülür.  Əlavə  işdə

işləməyə yalnız aşağıdakı meyarlara riayət edildiyi halda yol

verilə bilər:

a)  əlavə  iş  məhkəmələrdə  hüquqşünas  kimi  fəaliyyət

göstərən  və  ya  məhkəmə  sistemi  ilə  biznesi  olan  şəxslərlə

bağlı deyilsə;

b) əlavə iş məhkəmə aparatı işçisinin vəzifə və öhdəliklərinin

icrası ilə uyğunsuzluq təşkil etmirsə;

c)  əlavə  iş  hüquqşünas  kimi  fəaliyyət  göstərməyi  tələb

etmirsə;



7

d) əlavə iş məhkəmə aparatı işçilərinin rəsmi vəzifələrinin

icrası zamanı əldə etdiyi məxfi informasiyanı açıqlamalarını

tələb etmirsə və ya buna sövq etmirsə;

e)  əlavə  iş  icra  və  qanunverici  hakimiyyət  orqanlarında

deyilsə  (hər  iki  işəgötürən  tərəfindən  xüsusi  olaraq  razılıq

verildiyi hallar istisna olmaqla);

f) maraqların toqquşmasının mövcud olduğu və ya əlavə işin

məhkəmənin  düzgünlüyünə  mənfi  təsir  göstərdiyi  halda

məhkəmə aparatı işçiləri əlavə işi qəbul etməməlidirlər.



5. VƏZİFƏLƏRİN İCRASI

(1)  Məhkəmə  aparatı  işçiləri  öz  vəzifə öhdəliklərini  hər

zaman düzgün və xüsusi diqqətlə icra etməlidirlər. Onlar iş

vaxtı ərzində yalnız öz vəzifə öhdəlikləri və işləri ilə məşğul

olmalıdırlar.

2)  Məhkəmə  aparatı  işçiləri  dövlət  qulluqçusu  kimi  öz

vəzifələrinin  icrasını  mümkün  qədər  nəzakətli şəkildə  icra

etməlidirlər.

3)  Məhkəmə  aparatı  işçiləri  onların  nəzarətində  olan  hər

hansı 


qeydləri 

dəyişdirməməli, 

təhrif 

etməməli,



saxtalaşdırmamalı,  məhv  etməməli,  yaxud  lazımi  qeydləri

aparmaqdan yayınmamalıdırlar. Bu müddəa qeydlərin və ya

sənədlərin məhkəmə qərarına əsasən dəyişdirilməsini və ya

silinməsini qadağan etmir.

4) Məhkəmə aparatı işçiləri vəzifə öhdəliklərini icra edərkən,

insanların  irqi,  dini,  milli,  etnik  mənsubiyyətinə,  əlilliyinə,

yaşına, cinsinə, ailə vəziyyətinə, cinsi orientasiyasına, sosial

və  ya  iqtisadi  statusuna  və  ya  siyasi  əqidəsinə  görə

diskriminasiya etməməli, yaxud sözləri və ya hərəkətləri ilə

qabaqcadan formalaşmış mənfi rəy göstərməməlidirlər.




8

5) Məhkəmə aparatı işçiləri iş üzrə tərəflərə, gələcəkdə tərəf

olacaq şəxslərə və ya məhkəmə sistemi ilə işi olan hər hansı

bir şəxsə özəl hüquqşünaslar tövsiyə edə bilməzlər.

6) Məhkəmə aparatı işçiləri qaydalara riayət olunmasını və

məhkəmə  tapşırıqlarının  icrasını  öz  səlahiyyətləri

çərçivəsində operativ şəkildə təmin etməlidirlər.

7) Məhkəmə aparatı işçiləri öz əmək funksiyalarından kənar

hər  hansı  bir  işi  və  ya  vəzifəni  görməyə  məcbur  edilə

bilməzlər.




Azәrbaycan Respublikasının Prezidenti

yanında Qeyri­Hökumәt Tәşkilatlarına



Dövlәt Dәstәyi Şurası

Nəşr  “Peşədaxili  davranış  qaydaları  korrupsiyaya  qarşı

mübarizədə əsas alət kimi” layihəsinin icrası çərçivəsində

hazırlanmışdır.

Yüklə 45,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə