Punhan babanin yashlamı



Yüklə 484,19 Kb.
səhifə6/9
tarix11.10.2017
ölçüsü484,19 Kb.
#4447
1   2   3   4   5   6   7   8   9

3_Rengli_HeyaT

07.07.2008, 2:48

Həyatı
Qarabağ xanının birinci vəziri XVIII əsrin məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər ən'ənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şe'rlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük tə'sir göstərmişdir.

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, omun əcdadları böyük Füzulinin də mənsub olduqu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey mə'lumdur. Bəllidir ki, onun babasını Süleyman, atasını Mehdi, anasını isə Ağqız çağırmışlar.

Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bə'zi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da mə'lumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."

XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Cavanşir uyezdinin Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüz"i maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır. Görünür, onun məşhur "Bayram oldu" qoşması da elə həmin vaxtlarda yazılmışdır:

Bayram oldu, heç bilmirəm neyləyim...


Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

Əlbəttə, Vaqifin yaradıcılığında heç nə ilə fərqlənməyən bu şe'ri misal gətirməmək də olardı. Ancaq sovet dövründə Vaqif poeziyasının məşhur nümunəsi kimi daim xatırladılan bu şe'r az qala şairin bütün yaradıcılığının şah əsəri sayılırdı. Bu şe'ri uşaq bağçalarından tutmuş universitet auditoriyalarına qədər hər yerdə əzbərdən söyləyirdilər. Və qoşmanın məzmununda mövcud quruluşun üstünlükləri haqqında ciddi ümumiləşdirmələr aparırdılar. Azərbaycan şe'rsevərlərinin geniş kütləsi şairin bədii yaradıcılığı ilə tanışlı-ğı məhz bu qoşma ilə başlayır, Vaqifin həyat və yaradıcılığı haqqında ən dolqun mə'lumatı isə Səməd Vurğunun məşhur "Vaqif" pyesindən alırdılar.

Biz isə tarixi mə'lumatlarımıza davam edək. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də iste'dadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahim Xəlil xana çatır və onu saraya də'vət edirlər.

Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda irəlicədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahim Xəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin İbrahim Xəlil xanın tə'kidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir.

Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması mə'lumdur. O, əvvəlcə eşik ağası, yə'ni, daxili işlər naziri, daha sonra isə birinci vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəqbətini qazanır.

Görünür, Vaqif astronomiya ilə ciddi məşqul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşqul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif (hər şeyi bilən) adını doğrultduğunu göstərir.

Vaqif yaradıcılıqının görkəmli tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir. Doğrudur, Vaqifin bacarıq və iste'dadını şübhə altına almaq mümkün deyil, amma bir məsələni aydınlaşdırmaq üstündən bu qədər vaxt keçəndən sonra bizim üçün çətinlik törədir: Bu gün Qarabağda baş verən qanlı hadisələr kimin "uzaqgörənliyinin" nəticəsidir - Vaqifin, yoxsa İbrahim Xəlil xanın? Bu hadisələrin kökü o vaxtlar yeridilmiş siyasətdənmi irəli gəlir?...

Vaqif iki arvad alıb. Birinin adı Qızxanım, o birininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlar idilər. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bə'zi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şe'rləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.

Vaqifin yaxın dostlarından biri - Hüseyn xan Müştaq 22 il Şəki xanı olmüşdu, Vaqifin onunla da şe'rləşdiyi bəllidir.

Vaqif saraya düşüb birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Az bir müddət ərzində Şəki, Qarabağ, Gəncə, Quba kimi Azərbaycan xanlıqları beynəlxalq miqyasda tanınmağa başlayırlar. Lakin bu xanlıqların müəyyən iqqisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı üzərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi dolaşırdı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran və Türkiyə mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tə'rifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Eulona həsr olunmuş şe'rlər də yazıb. 1783-cü ildə İbrahim Xəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacarı seçməli idi. İbrahim Xəlil xan çox düşünmədən Rusiyaya üstünlük verir. Məsələ onda idi ki, hələ qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Yəqin ki, Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahim Xəlil xan II İrakli ilə daha artıq yaxınlaşmağa başlayır. Vaqif Ağa Məhəmməd xana qarşı birləşmək üçün İbrahim Xəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak edir.

Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa Məhəmməd şah İbrahim Xəlil xandan ona tabe olmasını və bunun rəmzi kimi oğlunu onun yanına girov göndərməsini tələb edir. İbrahim Xəlil xan buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahim Xəlil xanı qorxutmaq məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub bu məzmunda olmalı idi: "Ey ağılsız, göydən başına daşlar yağarkən sən şüşənin içində mö'cüzəmi axtarırsan?" Bu parçada Şuşa qalasının adı ("şüşə sözü) oy-nadılmışdı. Şuşa Azərbaycan dilində "şüşə" demək idi və şüşə də təbii ki, daşa davam gətirə bilməzdi. Həmin beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atırlar. Qarabağ xanının birinci vəziri Vaqif buna cavab yazaraq, elə həmin yolla Qacara çatdırır. Cavabın məzmunu belə idi: "Bə'li,yaradan məni şüşəyə salıb. Ancaq bu şüşə sal daşlardan tikilmiş qalanın içində yerləşir. "

Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın igid müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, Gürcüstana yola düşür.

Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. Onun şe'r yazan barmaqları silahla da davranmağı bacarırdı. Şairin atıcılıq məharəti xalq arasında hətta rəvayətlər də yaradıb. Deyirlər ki, bir erməni toyunda atıcılıq yarışı keçirilir və bu yarışdan da Vaqif qalib çıxır. Vaqif hətta silaha bir müxəmməs də həsr edib:

Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng
Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng...
Hər kim istər kim, vücüdi mə'rəkə ara gərək,
Kəndi zatından silahü əsləha ə'la gərək,
Gülləsilə xuni-ə'da tökməyə sövda gərək...

1796-cı ildə qraf V. Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək, Qarabağ sərhədlərinə gəlirlər. İbrahim Xəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu hey'ətə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar.

Səfarət geri dönərkən İbrahim Xəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verirlər. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahim Xəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə ildə Q. A. Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahim xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir. Rusiya hökmdarı öz favoritindən həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları cəzalandırmaq istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan başlayır. Bu dəfə İbrahim Xəlil xan qalanı döyüşsüz təslim edir və öz qohumları, yaxın adamları və kiçik dəstəsi ilə Azərbaycanın şimalına qaçır. Lakin mə'lumdur ki, Vaqif, o vaxt xanın özü ilə götürdüyü adamların içində olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir həftə sonra onu tutub İbrahim Xəlil xanın qardaşı Məhəmməd Həsənbəyin sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi.

Özünün mühasirə qüdrətinə görə şöhrət qazanmış Şuşa qalasını İbrahim Xəlil xanın döyüşsüz təslim etməsi tarixçilər tərəfindən xanlığın ağır iqtisadi vəziyyəti ilə izah olunur. Burada il quraqlıq keçdiyindən qıtlıq hökm sürürdü. Vaqifin xanın yanında olmaması müxtəlif cür yozulur. Bütün izahlar çoxsaylı suallar doğurur. Şuşa alınmaz qala sayılırdı və İbrahim Xəlil xanın zəruri ehtiyat toplayaraq, qalanın müdafiəsini təşkil etmək üçün xeyli vaxtı vardı. Yox, əgər onun əvvəldən qalanı döyüşsüz təslim etmək fikri vardısa da, bundan Vaqifin xəbəri olmalıydı. Çünki Vaqif onun ən yaxın saray adamı idi və elə bu halda xan onu da özü ilə aparmalıydı. Lakin belə olmur və bu da müxtəlif müəmmalarla səbəblənir.

Şairin şimala gedən xanın dəstəsinə daxil olmamasını, göstərdiyimiz kimi, bir neçə cür izah edirlər. Yozumlardan birinə görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və geri qayıdan baş Ağa Məhəmməd şahın adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan tərəfindən tutulub, Qacara təhvil verilir.

Başqa bir ehtimal da var ki, guya şəhər hələ Qacara qədər İbrahim Xəlil xanın düşmənləri tərəfindən tutulubmuş və Vaqif də şah gəlməmişdən əvvəl həbs olunubmuş. Qalanın döyüşsüz təslim edilməsini də bununla izah etmək olar.

Bundan sonra daha müəmmalı hadisələr baş verir. Məşhur tarixçi Mirzə Camalın (İbrahim Xəlil xan Şuşaya qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına əsasən, Vaqifi səhərə yaxın saraya gətirirlər və Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu e'dam etsinlər. Ən qəribəsi budur ki, Mirzə Camalın yazdığına əsasən, elə həmin axşam o, hansısa günahlarına görə, dan yeri söküləndə özünün də üç xidmətçisini e'dam etməg tapşırığı veribmiş. Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun e'dam edəcəyi həmin üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə yetirirlər. Bu hadisə ilk baxışda çox sadədir, lakin bütün bunların arxasında eyni ssenari dayanır.

Bir çox tarixçilər belə hssab edir ki, Ağa Məhəmməd şaha qəsdi onun ya İrandakı müxalifətlə, ya da gürcü çarı II İrakli ilə əlaqədar olan yaxın adamları təşkil etmişlər. Bu qətldə II İraklinin iştirakını onunla izah edirlər ki, sui-qəsdi təşkil edənlər arasında bir gürcü də olub. Hadisələrin bu cür yozumu adamları çoxdan bəri düşündürən bu qaranlıq məsələyə bir aydınlıq gətirmiş olardı. Belə ki, İbrahim Xəlil xan gürcü çarının yaxın müttəfiqi idi və əgər həmin sui-qəsddə İraklinin əli varsa, demək, İbrahim Xəlil xan bu işə mütləq qarışmalı idi. Belə götürdükdə Vaqifin Qarabağda qalma səbəbləri də aydınlaşır. Ola bilsin ki, Vaqif İran şahı ilə mübarizəni təşkil etmək, aralarında Qacarın yüksək mənsəbli adamları da olan qəsdçilərə rəhbərlik etmək üçün qalıbmış. Tarixçilər həmin qəsdçilərdən biri kimi məşhur sərkərdə və tanınmış Azərbaycan xanı Sadıq xan Şəqqaqini göstərirlər. Qacarı Şuşaya müşaiyət edən bu sərkərdə həm Azərbaycan xanları ilə, həm də İranda yaşayan gürcülərlə çox yaxın idi. Həmin versiyanı bu fakt da sübut edə bilir ki, qəsddən sonra şahın üstündə olan zinət şeyləri ona təhvil verilmişdi. Şahın ölümündən sonra qoşunlar müxtəlif yollarla İrana qayıdır. Gürcüstana planlaşdırılan yürüş baş tutmur. Ola bilsin ki, qəsdçilər öz üzərlərindən şübhəni götürmək məqsədi ilə səhərisi gün asılmalı olan xidmətçilər haqda versiyanı gücləndirmişlər. Şah öldürülən gecə Vaqifin davranışı da həmin fikri təsdiqləyə bilir. Deyilənə görə, Vaqif həmin kecə səhərə qədər bir neçə dəfə həbsxana rəisini yanına çağırtdırıb ondan şəhərdə qeyri-adi hadisələrin baş verib-verməməsini soruşub.

İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahim Xəlil xanın yaxın qohumlarından olan Məmməd bəy Cavanşir keçir. Belə görsənir ki, Vaqif xilas ola bilər. Lakin belə olmur və birinci vəzirin azad edilməsindən az sonra Məmməd bəy Cavanşir onu və oğlu Əli bəyi e'dam etdirir. Böyük sənətkarın e'dam olunma səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur.

Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar? Vaqif cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar". Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

Buna baxmayaraq, Vaqifin ölümündən sonra onun evi talan olunur, əlyazmaları yandırılır. Şairin şe'rlər "Divan"ı da bu səbəbdən bizə gəlib çatmamışdır. İndi kitablarda nəşr olunan şe'rlər isə şairin yaradıcılığının pərəstişkarları tərəfindən bircə-bircə toplanmışdır. Onun şe'rləri aşıqların dilindən düşmürdü, xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şe'rləri bə'zi adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə bu işi Mirzə Yusif Nersesov görür. 1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı basılır. Sonra estafet M. F. Axundova keçir. O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə tez-tez istinad etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy Vəzirov tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olub.

Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Mə'lumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şe'rləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şe'rlər təşkil edir. Həmin şe'rlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.

Vaqif aşıq mühitində böyümüşdü və kütlənin zövq və təlabatını yaxşı bilirdi. Onun yaradıcılığında qoşmanın böyük yer tutmasını da elə bununla bağlamaq olar. Məsələyə başqa tərəfdən yanaşanda ehtimal etmək olar ki, "Divan"ı itdikdən sonra şairin yalnız xalqın hafizəsində qalan şe'rləri yazıya alınıb. Bunlar isə əsas e'tibarilə qoşmalar ola bilərdi. Orası da qeyd olunmalıdır ki, qoşmaya aludəliyi Vaqifin klassik şe'r növlərində yazdığı əsərlərin dilinə və üslubuna da müsbət tə'sir göstərib.

Vaqifin əsərlərindəki məhəbbət orta əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin böyük əksəriyyətinin şe'rlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz əsərlərində həyat eşqini, mə'şuqəsinin gözəlliyini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir.

Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib. Vaqif az qala bütün şe'rlərində mə'şuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını, əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir. Bəlkə də bu şe'rlər bizə bir qədər yekrəng görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, şairin müasirləri bu əsərləri tamamilə başqa cür qəbul etmişlər. Kişinin, qadının sifətini görmək və onlarla sərbəst şəkildə ünsiyyətə girmək imkanı olmayan müsəlman cəmiyyətində qadın gözəlliyi daha tez və həssaslıqla anlaşılırdı. Bu mə'nada qadının gözəllik əlamətlərini sadəcə sadalayan şe'rlər belə o zaman oxuculara aşkarda görülməsi mümkün olmayan obrazları tam təsəvvür etmək imkanı verirdi. O dövrün auditoriyasının emosionallıq dərəcəsi də bizimkindən qat -qat yüksək idi. Bu fikri bir çox ədəbiyyatlarda təsvir olunan sufi məclisləri də sübut edə bilər. Belə ki, həmin məclislərdə oxunan adi sevgi şe'rləri də bə'zən dinləyiciləri bayıltmaq qüdrətinə malik olurmuş. O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə həssaslıqla qəbul edilməsi Vaqifin şe'rlərini dinləyənlərə ləzzət verirdi. Çünki onlar şairin sənətkarlıq xüsusiyyətləri sayəsində öz təsəvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-qamətli, iri, badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı-kamallı Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz poeziyasının məqsədini elə bunda görürdü. Onun şe'rləri oxucuda obrazın həm xarici görünüşünün həm də daxili dünyasının canlı təsəvvürünü yaradır. Əsərləri:


v Сечилмиш ясярляри: /Тярт.ед.: Щ.Араслы.- Б.: Маариф, 1978.- 160 с.

v Гурбан олдуьум: [Лирика].- Б.: Эянълик.- 1994.- 117 с.
* *
v Дурналар; Байрам олду; Севэилим, ляблярин йагута бянзяр; Кцр гыраьынын яъяб сейранэащы вар //Азярбайъан.- 2006.- № 2.- С. 3-4.

v Байрам олду… //Вятян сяси.- 1991.- 7 март.-С.-5.

v Кясибдир; Йандырдын: [Шерляр] //Ядябиййат вя инъясянят.- 1982.- 23 ийул.- С. 4.
Щаггында
v Ъяфяров Низами. Фцзулидян Вагифя гядяр: [Полемик гейдляр] //Азярбайъан.- 1988.- № 6.- С. 176-180.

v Гараханоьлу М. Вагифля Видадинин «дейишмяси»ндя щяйатилик //Шяфяг.- 2005.- № 1.- С. 65-68.

v Рцстям С.Каш эюряйдим бу эцнляри //Ядябиййат вя инъясянят.-2001.- 22 йанв.- С. 4.





[b]Bəri bax"
Ala gözlü,sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan bəri bax!
Gecə-gündüz fikrim-zikrim əzbərim,
Üzüldü taqətim aman bəri bax!

Kim dözər mənim tək belə firqətə?


Rəncü məşəqqətə ,bari-möhnətə.
Haçandır düşmüşəm tari-zülmətə
Çəkilsin üstümdən duman,bəri bax!

Payibəndəm qəmi-eşqə giriftar,


Hicran atəşindən can oldu bimar.
Razi-dilimi də bilməm aşikar,
Çəkərəm dərdini pünhan,bəri bax!

Günbəgün könlümün artır qubarı,


Pərişandır tapmaz o qəmküsarı.
Ölsün,itkin olsun belə əğyarı
Gəzməsin arada yaman,bəri bax!

Çox çəkir hicrini Vaqifi xəstə


Leylü nahar,şamü səhər peyvəstə.
Ey yanağı lalə,ləbləri püstə,
Ağzı nabat,dili şəkər zəban,bəri bax!


BAX
EY Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!


ruzigarə qıl tamaşa,karə bax kirdarə bax!

əhli zülmü necə bərbad elədi bir ləhzadə,


hökmü adil padişahi-qadirü qəhharə bax!

sübh söndü şəb ki xəlqə qiblə idi bir çıraq,


gecəki iqbalı gör gunduzdəki idbarə bax!

taci-zərdən ta ki ayrıldı dimagi-pürqürur,


payimal oldu təpiklərdə səri-sərdarə bax!

mən fəqirə əmr qılmışdı siyasət etməyə,


saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!

ibrət et AĞA MƏHƏMMƏD xandan ey kəmtər gəda,


ya həyatın var ikən nə şahə nə xunxarə bax!

baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,


nə qıza nə oğula nə dusta nə yara bax!

VAQİFA GÖZ YUM CAHANIN BAZMA XUBÜ ZİŞTİNƏ


ÜZ ÇEVİR ALİ-ƏBAYƏ ƏHMƏDİ - MUXTARƏ BAX![/b]

QEYD:MİRZƏ FƏTƏLİ AXUNDOV VAQİF YARADICILIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR



MaKu

14.07.2008, 15:41

Xaqani_Şirvani.jpg‎(228 × 336 piksel, fayl həcmi: 17 KB, MIME növü: image/jpeg)

Tam Adı Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvani


Doğum Tarixi 1126
Doğum Yeri Şamaxı
Ölüm Tarixi 1199
Ölüm Yeri Təbriz

Həyatı


Xaqani 8 yaşında atasıni itirmiş, dövrünün məşhur alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayə və tərbiyəsi altında böyümüşdür.

Xaqani Şirvaninin Sənainin "Hədiqətül-həqiqət" əsərinin təsiri ilə "Həqayiqi" təxəllüsü ilə yazdığı şerlər ona şöhrət qazandırmışdır. 25 yaşında ikən Şirvanşahların məliküş-şüərası Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül-ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şerlər yazmışdır.

Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb etmişdir. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olmuşdu. Xaqani Şirvani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən Xaqani Şirvani, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edərək Təbrizə köçmüş, ömrünün sonunadək orada yaşamış və bu şəhərdə vəfat etmişdir. Təbriz yaxınlığında sonralar "Məqbərətüş-şüəra" adlandırılan Surxab qəbristanlığında dəfn olunmuşdur. Dahi Nizami Gəncəvi Xaqani Şirvaninin vəfatı münasibəti ilə mərsiyə yazmışdır.

Xaqaninin heykəli

Xaqani Şirvaninin ədəbi irsi zəngindir. Yaxın Şərqə səfərdən qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən "Töhfətül-İraqeyn" (1157) adlı məsnəvisini yazmışdır. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da əhəmiyyətlidir. "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürmüşdür. Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvanı hüsnkar təbiətli, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm etmişdir. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatmışdır. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir. Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. "Töhfətül İraqeyn" məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzli ifadəsi, təşbeh, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib. Əsərləri Hindistanda, İranda dəfələrlə çap edilmişdir. Yaradıcılığı 12-ci əsrdən tədqiqatçıların diqqətini cəlb etmiş, Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiyə, Hindistan və s. ölkələrin şərqşünasları tərəfindən öyrənilmişdir.

Ey Xaqani, bu dünyada hər zaman,


Anan vermiş zəhmətilə sənə can.

Su, çörəyin qıt olsa da atmadın, -


Yurdun oldu bu əzablı, dar Şirvan.

Heç bir kəsə sən olmadın tüfeyli,


Kömək aldın allahdan nə anandan.

Sən oturdun kölgə kimi ananın


Cəhrəsinin kölgəsində anbaan.

Ey ağ qartal! Nə vaxtadək olacaq


Ana yurdu vücuduna aşiyan?

Nə vaxtadək, İsa kimi atasız, -


Ana ilə tanısınlar səni? Qan!

Bir dəfə də Xzır kimi yoxa çıx,


Bəsdir oldun ananla həmxaniman!

Sən qiymətli bir dürrsən, nədəndir


Oldun ana astanasından pünhan?

Sən ağıllı övladsansa dilə gəl,


Ana kimi özünü danla bir an.

Hər nə etsən ana haqqın unutma,


Bil, anandır sənə edər can qurban.

Bu ananın xatirinə, düşməndən


Gələn dərdə dözüb, sən ol mehriban.

Qorx o gündən, bir gün səni tək qoyub,


Əbədilik anan köçər dünyadan.

Çox ağırdır xasiyyəti mənim nəccar atamın,


Onu xalis yanar oddan yaratmış pərvərdigar.

Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,


Ona təlim verən usta olmuş Yusifi-nəccar.

Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,


Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.

Hər gün fələk sitəmindən o eyləyir şikayət,


Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.

Mərrix əgər olsa idi sakin birinci göydə,


Dərhal ona əl uzadıb, vurardı iki mismar.

Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yel


Başı isə dazlaşaraq, huşu pərsəng aparar.

Köhnəlmişdir lıkka kimi dərisində vücudu,


Əti sanki bədənində əprimişdir aşikar.

Nə üzündə səfası var, nə başında sevdası,


Hamımızın üzərində ağır bir yükə oxşar.

Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,


Minarə tək baş qaldırıb atam edir iftixar.

Zəmanənin mən ki belə ən layiqli oğluyam,


Osa mənim hünərimi özü üçün bilir ar.

Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,


Olmayaydı söz mülkündə belə qabil sənətkar.

Nə etməli, atam odur bir oğulam ona mən,


Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.

Axır mənə çörək verib bəsləmişdir birtəhər,


Böyük allah, qoru onu, bəlalardan çək kənar.

Bu göylər şahının lütfü mənə sayə salıb əlan,


Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,


Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;


Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.

Gedib məğrib-zəminə bir kişi dərya kənarında,


Dararkən başını bir tük yerə saldı o, başından.

Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,


Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,


Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.

Buna Xaqaninin halı, onun Abxazə ezamı


Necə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.

Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya


Zavallı canı bir tük tək düşüb qalmış ora nalan.

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,


Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,


Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,


Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.

Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,


O, halbuki quru sözlə olardı nəşəli, xəndan.

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,


O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,


Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin səfərbər oldu,


Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,


Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,


Ona görə fanilikdən azad oldu əbədi

Öz qələmin rəng vermişdir məharətlə ruzgara,


Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri saflığına hər zaman


Nuş eyləyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,


Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,


Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,


Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər


Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,


Sonra gedib hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,


Hünər ona deyərəm ki, almas polad sındıra.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad,


Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,


Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,


Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından boldu xurma dərərsən,


Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –


Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,


Çünki xəznə olar ancaq xarabazar məkanda.


Yüklə 484,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə