178
fəaliyyətinin artıq yoluna qoyulmuş növləri ilə qarşılıqlı
əlaqədə nəzərdən keçirilir. Riskin azaldılması məqsədilə
elə əmtəələri seçmək lazımdır ki. onlar üzrə tələb əks
istiqamətlərdə dəyişsin, yəni bir əmtəə üzrə tələb
artdıqda, digər əmtəə üzrə tələb azalsın və ya əksinə.
Lakin heç də hər bir risk diversfikasiyanın köməyilə
azaldıla bilinmir. Sahibkarlığa yüksəlişin və ya böhranın
gözlənilməsi, bank faizi dərəcəsinin hərəkəti və s. kimi
makroiqtisadi amillər təsir göstərir. Menecer belə
proseslərlə şərtlənən riski istehsalın diversfikasiyanın
köməkliyi ilə azalda bilmir.Müəssisədə idarəetmə
qərarlarının
qəbulu riskin bütün növlərinin sıx
əlaqələndirilməsini nəzərdə tutur, amma menecerin hətta
ən düz hesab edilən proqnozları belə firmanın özündən
asılı olmayan gözlənilməz və əvvəlcədən müəyyən edilə
bilinməyən şəraitlər üzündən qeyri-real ola bilər: iqtisadi
toqquşmalar,
müştərilərin
zövqlərində
kəskin
dəyişikliklər, rəqiblərin gözlənilməz hərəkətləri, tətillər,
yeni dövlət qərarları. Buna görə də qeyri-əlverişli
hadisələrin baş verməsi halı üçün ehtiyat vəsaitləri,
istehsal gücləri, xammal və hazır məhsul hesabına mənfi
nəticələrin azaldılmasının mümkünlüyü nəzərdə tutulur,
fəaliyyətin yenidən istiqamətləndirilməsi üçün maddi
təmin olunmuş planlar işlənib hazırlanır.
İstənilən
investisiyanın
effektivliyinin
qiymətləndirilməsi zamanı iki tərəf nəzərdən keçirilir:
gəlirlilik və risk dərəcəsi. Gəlirlilik və risk arasındakı
əlaqə iqtisadi təhlilin əsas müddəasıdır. İstənilən vəsaitin
investisiyalaşdırılması bu və ya digər dərəcədə özünə risk
elementini daxil edir ki, bu da investisiya riski adını
daşıyır. Bu riski qoyulmuş vəsaitlərin tam və ya qismən
itirilməsi və ya gözlənilən gəlirlərin əldə edilə
bilinməməsi kimi xarakterizə etmək olar. Əgər investor
daha
ciddi
riskə
gedirsə,
deməli
o, verilmiş
179
investisiyadan böyük gəlir də gözləyir. Risk isə
gözlənilən gəlirin əldə edilməyəcəyinin kəmiyyət
formasında ifadəsidir. İnvestisiyanın mahiyyəti müəyyən
həqiqi
dəyərin
müəyyən
gələcək
dəyərə
görə
özgəninkiləşdirilməsindən ibarətdir.
Ümumi halda, investorun məcmu gözlənilən gəliri iki
komponentdən ibarət olur: kapital artımı; səhmlər üzrə
dividendlər və fiksə edilmiş gəlirə malik başqa qiymətli
kağızlar üzrə faizlər. Minimal risk şəraitində gəlir demək
olar ki, olmur. Riskin artması ilə əvvəlcə maliyyə faizləri
şəklində kiçik gəlirlər üzməyə tərəddüd etməyə başlayır,
onların qeyri-müəyyənliyi də artır, zəif proqnozlaşdırılan
dividendlər və gəlirlərin ən yüksək riskli hissəsi olan
kapital artımını simvolizə edən dəyişkən məzənnə əlavəsi
əmələ gəlir.
İnvestisiya risklərinin ortaya çıxması mənbələrini bir
sıra başlıca kateqoriyalara bölmək olar.
Məlumdur ki, faiz dərəcəsinin artması ilə istiqrazların
qiyməti aşağı düşür. Faiz dərəcəsi ilə bağlı risk onunla
şərtlənir ki, onun gələcəkdə dəyişməsi bizim üçün qeyri-
məlumdur. İnvestorlar nə qədər uzaq perspektivi nəzərə
alırlarsa, faiz dərəcəsinin qeyri-müəyyənliyi də bir o
qədər yuxarı olur. Buna görə də uzunmüddətli istiqrazlar
qısamüddətlilərə nisbətən faiz dərəcəsinin dəyişməsinə
qarşı həssasdırlar. Faiz dərəcəsi artıqda səhmlərin
məzənnəsi də aşağı düşür, çün ki, səhmlər maliyyə
alətləridir, misal üçün, depozit əmanətlərinə münasibətdə
rəqibdirlər. Artan faiz dərəcəsi pul bazarı üçün müsbət,
bütünlükdə kapital bazarı üçün isə mənfi amildir. Gəlirin
istinilən qiymətli kağızla diskontlaşdırılması uçot
dərəcəsinin kəmiyyəti ilə birbaşa bağlıdır. Uçot
dərəcələri nə qədər yuxarıdırsa, gələcəkdə nəzərdə
180
tutulmuş gəliri qazanmaq məqsədilə hazırkı dövrdə
qiymətli kağızların əldə edilməsi üçün də bir o qədər
böyük məbləğ tələb olunur. Faiz dərəcələri aşağı
düşdükdə belə bir risk təhlükəsi yaranır ki, investorlar
özlərinin gələcək gəlirlərini daha aşağı faiz dərəcələri
altında yenidən investisiyalaşdırmalı olacaqdır.
İnflyasiya pulun alıcılıq qabliyyətini azaldır. İnvestor
qiymətlərin artımını kompensasiya edə və inflyasiyanın
səviyyəsini üstələyən gəlir səviyyəsini təmin edə bilən
maliyyə alətləri axtarır. Hər şeydən çox stabil
iqtisadiyyat şəraitində məzənnə dəyəri daima artan
səhmlər ən dayanıqlı səhmlər hesab olunur. Əgər
kompaniyanın mənfəəti sadəcə olaraq inflyasiyaya
proporsional olaraq artırsa və ya hətta inflyasiyanın orta
səviyyəsindən aşağıdırsa, onda belə kompaniyanın
səhminin keyfiyyəti böyük olmayacaqdır. Səhmin
məzənnə dəyərinin müəssisə fəaliyyətinin iqtisadi
göstəricilərindən asılılığı inflyasiyanın səviyyəsinin aşağı
düşməsi və makroiqtisadi şəraitin stabilləşməsi zamanı
daha qabarıq şəkil alır.
Mübadilə məzənnəsinin tərəddüdü valyuta riskinin
ortaya çıxmasına səbəb olur. Bu zaman xarici
investisiyaların effektivliyi dəyişir; ixracatçı və
idxalatçıların mənfəətlərinin nisbəti dəyişir; inflyasiya
gecikdirilir
və
ya
əlavə olaraq stimullaşdırılır.
İnflyasiyanın
səviyyəsi
dolların
məzənnəsinin
artmasından asılı olan Azərbaycan şəraiti üçün valyuta
riski xüsusi əhəmiyyət kəsb edir, çünki inkişaf etməmiş
valyuta bazarında valyuta məzənnəsinin dəyişməsi çox
halda iqtisadi yox, siyasi amillərlə müəyyən olunur.
Bundan başqa, valyuta riskinin kəmiyyəti həmçinin
valyuta bazarı alətlərinin sayının məhdud olması ilə də
müəyyən olunur ki, bu da valyutaların müxtəlif növləri
Dostları ilə paylaş: |