Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   10   11   12   13   14   15   16   17   18

LEDİ HANSTENTON (yelpiklə onu hədələyir). Bilmirəm niyə, amma mənə elə 

gəlir ki, sizin burada danışdıqlarınızın hamısı, sadəcə, tərbiyəsizlikdir. Lakin sizə 

qulaq asmaq çox maraqlı idi. 

LORD İLLİNQVORT. Hər bir fikir əxlaqsızdır. Onun mahiyyətində dağıdıcılıq 

var. Siz nə barədəsə düşünəndə həmin o “nə barədə”ni məhv edirsiniz. Fikrin 

təsiri kimi ölümcül heç nə yoxdur. 

LEDİ HANSTENTON. Lord İllinqvort, mən heç nə başa düşmədim. Amma 

şübhə etmirəm ki, bunlar hamısı həqiqətdir. Şəxsən mən çox fikirləşdiyim üçün 

özümü heç qınamıram. Məncə, qadınlara çox düşünmək ziyandır. Onlar hər şeydə 

olduğu kimi, bunda da orta həddi gözləməlidirlər. 

LORD İLLİNQVORT. Orta hədd çox mənfur bir xüsusiyyətdir. Yalnız ifrat cəhd 

qələbəyə aparır.  

LEDİ HANSTENTON. Məncə, bunu yadımda saxlayacağam. Bu ifadə gözəl 

səslənir. Amma mən hər şeyi unutmağa başlayıram. Aman Allah, necə böyük 

bədbəxtlik! 

LORD İLLİNQVORT. Bu, elə sizin güclü füsunkar gözəlliklərinizdən biridir, ledi 

Hanstenton. Qadınlara yaddaş gərək deyil. Qadında yaddaş zövqün məhv 

olmasının başlanğıcıdır. Qadının şlyapasına baxan adam dərhal deyə bilər ki, bu 

qadının yaddaşı var, ya yox. 

LEDİ HANSTENTON. Lord İllinqvort, siz necə də sevimlisiniz! Siz həmişə belə 

qənaətə gəlirsiniz ki, biz qadınların ən biabırçı cəhəti elə bizim ən böyük 

məziyyətimizdir. Sizin həyata baxışlarınız adama təskinlik verir. 

 

     Nökər varid olur. 



 

NÖKƏR. Doktor Dobeninin kareti gözləyir! 

LEDİ HANSTENTON. Əzizim baş keşiş! Hələ on birin yarısıdır ki! 

DOKTOR DOBENİ (durur). Ledi Hanstenton, təəssüf ki, mən getməliyəm. 

Çərşənbə günləri missis Dobeni çox pis yatır. 

LEDİ HANSTENTON (ayağa durur). Yaxşı, sizi ləngitməyim. (Qapıya qədər 

yola salır.) Mən nökərə tapşırdım ki, karetə bir cüt kəklik qoysun. Yəqin ki, onlar 

missis Dobeninin xoşuna gələcək. 

DOKTOR DOBENİ. Ah, siz çox səxavətlisiniz, ledi Hanstenton. Amma deyim ki, 

indi missis Dobeni bərk şeylər yemir; həlməşik şeylər yeyir. O çox həyatsevərdir, 

çox! Şikayət-filan da eləmir. (Ledi Hanstentonla birlikdə çıxır.) 

MİSSİS ALLONBİ (lord İllinqvorta yaxınlaşır). Bu gün ay necə də gözəldir! 

LORD İLLİNQVORT. Gedək aya baxmağa. Bizim zəmanədə nəsə dəyişkən 

şeylərlə əylənmək xoşdur. 

MİSSİS ALLONBİ. Sizin güzgünüz var. 



LORD İLLİNQVORT. Bu güzgü çox amansızdır. O, mənə yalnız qırışlarımı 

göstərir. 

MİSSİS ALLONBİ. Mənim güzgüm daha tərbiyəlidir. O, mənə heç vaxt həqiqəti 

demir. 


LORD İLLİNQVORT. Deməli, sizə vurulub. 

 

    



     Ser Con, ledi Statfild və lord Alfred çıxırlar. 

      


CERALD (lord İllinqvorta). Olar mən də sizinlə gəlim? 

LORD İLLİNQVORT. Əlbəttə, əzizim! (Üçü də çıxışa tərəf gedir.) 

           

Ledi Kerolayn varid olur, ətrafa boylanır, otərəf-butərəfə baxıb əks tərəfə keçir; 

ser Con və ledi Statfildin getdiyi istiqamətə yeriyir. 

 

MİSSİS ARBETNOT. Cerald! 



CERALD. Nə olub, ana! 

 

Lord İllinqvortla missis Ollonbi çıxırlar. 



 

MİSSİS ARBETNOT. Çox gecdir. Gəl gedək evə! 

CERALD. Anacan, əzizim! Gəl bir az da qalaq. Lord İllinqvortla olmaq elə 

maraqlıdır ki! Yeri gəlmişkən, ana, mənim sənə böyük bir sürprizim var! Biz bu 

ayın axırında Hindistana yola düşürük. 

MİSSİS ARBETNOT. Gedək evə! 

CERALD. Sən istəyirsənsə, gedək, ana. Qoy lord İllinqvortla xudahafizləşim, 

beşcə dəqiqəyə gəlirəm. (Çıxır.) 

MİSSİS ARBETNOT. Əgər istəyirsə, məni tərk etsin! Amma onunla yox! Heç 

vaxt onunla yox! Mən buna dözə bilmərəm! (Obaş-bubaşa gedir.) 

Ester daxil olur. 

 

ESTER. Missis Arbetnot, necə gözəl bir gecədir! 



MİSSİS ARBETNOT. Doğrudan? 

ESTER. Missis Arbetnot, çox istərdim ki, sizinlə yaxından tanış olum. Əlbəttə, 

əgər icazə versəniz. Siz buradakı o biri qadınlara bənzəmirsiniz. Bu gün qonaq 

otağına girəndə, elə bil, nəsə təmizlik və paklıq gətirdiniz özünüzlə. Mən özümü 

çox gic kimi apardım. Bəzən lazımi anda lazım olan sözləri demirlər; lazım olan 

adama demirlər. 

MİSSİS ARBETNOT. Mən dediklərinizin hamısını eşitdim. Razıyam sizinlə, 

miss Vorsley. 




ESTER. Bilmirdim ki, siz eşitmisiniz. Lakin bilirdim ki, siz mənimlə 

razılaşacaqsınız. Günah işlətmiş qadın cəzalandırılmalıdır, eləmi? 

MİSSİS ARBETNOT. Elədir. 

ESTER. Axı o qadını namuslu kişi və qadınların məclisinə buraxmaq olmaz! 

MİSSİS ARBETNOT. Elədir, olmaz! 

ESTER. Kişi də eynilə beləcə cəzalandırılmalıdır. 

MİSSİS ARBETNOT. Eynilə, düzdür! Bəs uşaqlar, əgər varsa, onlar da 

cəzalandırılmalıdır? 

ESTER. Bəli! Belə lazımdır. Ataların günahları uşaqların üstünə düşür. Bu, 

ədalətli qanundur. Allah tərəfindən verilmiş qanundur.    

MİSSİS ARBETNOT. Allah tərəfindən verilmiş ən amansız qanunlardan biridir! 

(Divar sobasına tərəf yeriyir.) 

ESTER. Missis Arbetnot, oğlunuzun sizi tərk etməsinə təəssüflənirsiniz? 

MİSSİS ARBETNOT. Bəli. 

ESTER. Siz onun lord İllinqvortla getməsinə razısınız? Əlbəttə, bu işdə mövqe, 

pul var. Lakin mövqe, vəzifə, pul hələ hər şey demək deyil, düzdür? 

MİSSİS ARBETNOT. Onlar heç nə demək deyil; onlar yalnız bədbəxtlik gətirir 

insana. 


ESTER. Onda bəs nə üçün oğlunuzu buraxırsınız onunla? 

MİSSİS ARBETNOT. Oğlum özü belə istəyir. 

ESTER. Əgər siz ondan xahiş eləsəniz ki getməsin, o, sizə qulaq asar, elə deyil? 

MİSSİS ARBETNOT. O artıq qəti qərara gəlib ki, getsin. 

ESTER. Oğlunuz sizin sözünüzdən çıxa bilməz. O, sizi həddən artıq çox istəyir. 

Ondan rica edin, xahiş edin ki, getməsin. İcazə verin mən onu sizin yanınıza 

göndərim. İndi o, lord İllinqvortla artırmadadır. Mən onların yanından ötəndə 

gördüm ki, gülürlər. 

MİSSİS ARBETNOT. Narahat olmayın, miss Vorsley, mən gözləyərəm. Bu çox 

da vacib deyil. 

ESTER. Yox, mən ona deyəcəyəm ki, siz gözləyirsiniz. Xahiş edirəm, sizdən rica 

edirəm, ona deyin ki, getməsin. (Çıxır.) 

MİSSİS ARBETNOT. O gəlməyəcək... Bilirəm... o gəlməyəcək... 

 

  Ledi Kerolayn daxil olur. O, həyəcanla otərəf-butərəfə göz gəzdirir. Cerald varid 



olur. 

 

        LEDİ KAROLİN. Mister Arbetnot, icazə verin soruşum: siz oralarda ser 



Conu görmədiniz ki? 

CERALD. Yox, ledi Kerolayn, artırmada yox idi. 

LEDİ KAROLİN. Çox qəribədir! Onun artıq yatmaq vaxtı keçib! (Çıxır.) 



Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə