Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   2   3   4   5   6   7   8   9   ...   18

ESTER. Siz buna çox sevinirsiniz? 

CERALD. Əlbəttə, sevinirəm! Bu, mənim üçün hər şey deməkdir: indiyədək 

xəyal etdiyim ümidlərim gerçəkləşir. 

ESTER. Həyatda hər şey ümidlə bağlıdır. Həyat elə ümid deməkdir. 

LEDİ HANSTENTON. Kerolayn, məncə, lord İllinqvort diplomatik işə can atır. 

Yəqin ki, onu Vyanaya göndərəcəklər. Lakin bu xəbər düz çıxmaya da bilər. 

LEDİ KAROLİN. Ceyn, məncə, İngiltərənin xaricdəki təmsilçisinin subay 

olmasına yol verməzlər. Bu, məsələni bir qədər qəlizləşdirə bilər. 

LEDİ HANSTENTON. Kerolayn, narahat olmayın. İnanın ki, siz əbəs yerə 

narahat olursunuz. Bundan başqa, deyim ki, lord İllinqvort hər vaxt evlənə bilər. 

Mən ümid edirdim ki, o, ledi Kelso ilə evlənəcək. Lakin məncə, o deyirdi ki, 

Kelsonun ailəsi böyükdür. Ya da deyəsən, ayaqları böyükdür deyirdi? Nəsə, 

ikisindən biriydi, unutmuşam. Lakin mən çox təəssüf edirəm. O qadın, elə bil, 

səfir arvadı olmaq üçün yaranmışdı. 

LEDİ KAROLİN. Hə, elədir, Kelsonun ad-soyadları yadda saxlamaq, adamların 

sifətini isə unutmaq kimi əntiqə qabiliyyəti var. 

LEDİ HANSTENTON. Kerolayn, bu ki təbiidir, elə deyil? (Nökərə) Henriyə 

deyin ki, cavabı da gözləsin. Cerald, mən sizin sevimli ananıza bir neçə çümlə 

yazdım; sizin işinizlə bağlı yaxşı xəbəri və onun mütləq nahara gəlməsini 

arzuladığımızı da yazdım.   

 

Nökər çıxır. 



 

CERALD. Siz çox alicənab qadınsınız, ledi Hanstenton. (Esterə) Miss Vorsley, 

bir az gəzişəkmi? 

ESTER. Məmnuniyyətlə. (Ceraldla birlikdə çıxır.) 

LEDİ HANSTENTON. Mən Cerald Arbetnot üçün çox sevinirəm. Axı o, mənim 

havadarımdır. Həm də mən çox məmnunam ki, lord İllinqvort mənim heç bir 

müdaxiləm, yaxud eyhamım olmadan özü ona iş təklif edib. Heç kəs ondan nəsə 

xahiş olunmasını sevmir. Yadıma gəlir ki, zavallı Şarlotta Paqdeni cəmiyyət bir 

vaxt tamamilə təcrid etdi; çünki o, elə kimi görürdü, ona öz fransız mürəbbiyəsini 

təklif edirdi.  

LEDİ KAROLİN. Hə, Ceyn, mən də o mürəbbiyəni görmüşdüm. Ledi Paqden 

onu bizə göndərmişdi. Hələ Elinordan əvvəl idi. Mürəbbiyə çox gözəl idi və 

mötəbər evlərdə işləmək üçün təhlükəliydi. Düşünürəm ki, ledi Paqden bunu 

ondan yaxasını qurtarmaq üçün istəyirdi. 

LEDİ HANSTENTON. Hə, onda məsələ aydındır. 

LEDİ KAROLİN. Con, çəmənlik sənin üçün çox rütubətli olar. Yaxşı olar ki, 

gedib çəkmələrini geyinəsən. 

SER CON. Mənə belə rahatdır, Kerolayn. Narahat olma! 




LEDİ KAROLİN. Con, mən səndən yaxşı bilirəm. Sözümə qulaq as! Dediyimi 

elə! 


 

  Ser Con durub gedir. 

 

LEDİ HANSTENTON. Kerolayn, siz onun nazı ilə çox oynayırsınız. Lap 



ərköyünləşdirirsiniz onu! (Missis Ollonbi və ledi Statfild daxil olurlar. missis 

Ollonbiyə.) Hə, əzizim, park xoşunuza gəldimi? Deyirlər, ağacları çox yaxşıdır. 

MİSSİS ALLONBİ. Ah! Ledi Hanstenton, ağaclara söz ola bilməz! Möcüzədir! 

LEDİ STATFİLD. Hə, hə, elədir, çox gözəldir! 

MİSSİS ALLONBİ. Bütün hallarda mənə elə gəlir ki, əgər mən kənddə altıca ay 

yaşasaydım, elə maraqsız olardım ki, heç kəs mənə baxıb maraq göstərməzdi. 

LEDİ HANSTENTON. Əzizim, sizi əmin edirəm ki, kəndin belə bir təsiri yoxdur. 

Götürək Meltorpu, heç buradan iki mil deyil, o kənddən olan ledi Belton lord 

Fezersdalla qaçdı. Hadisə mənim yaxşı yadımdadır. Yazıq lord Belton üç gün 

keçmədi ki, öldü; bilinmədi sevincdən ürəyi partladı, yoxsa podaqradan. 

Yadımdan çıxıb nədən öldü! O vaxt bizdə çoxlu qonaq vardı, bura yığışmışdıq, 

hamı elə bu hadisədən danışırdı. 

MİSSİS ALLONBİ. Düşünürəm ki, qaçmaq qorxaqlıq əlamətidir. Bu, o deməkdir 

ki, sən təhlükədən qaçırsan. Bizim həyatımızda isə təhlükə çox nadir hallarda baş 

verir. 

LEDİ KAROLİN. Mənim müşahidəmə görə, indiki müasir gənc qadınların əsas 



məqsədi odla oynamaqdır. 

MİSSİS ALLONBİ. Ledi Kerolayn, odla oynamağın birinci şərti yanmamaqdır. O 

adamlar yanır ki, onlar oyunun qaydalarını bilmirlər. 

LEDİ STATFİLD. Bəli, anlayıram. Bunu bilmək çox faydalıdır. 

LEDİ HANSTENTON. Əziz missis Ollonbi, bilmirəm belə bir nəzəriyyə ilə 

dünya necə yola gedəcək! 

LEDİ STATFİLD. Ah! Dünya kişilər üçün yaranıb, qadınlar üçün yox! 

MİSSİS ALLONBİ. Ooo, belə deməyin, ledi Statfild. Biz kişilərdən daha yaxşı 

vaxt keçiririk. Kişilərə nisbətən qadınlara daha çox şey qadağandır. 

LEDİ STATFİLD. Elədir, tamam doğru deyirsiniz. Bu heç mənim ağlıma 

gəlməmişdi. 

 

(Ser Con və mister Kelvil daxil olurlar.) 



 

LEDİ HANSTENTON. Hə, mister Kelvil, işinizi qurtardınız? 

KELVİL. Bu günlük yazı işlərimi bitirdim, ledi Hanstenton! Çox çətin bir iş idi. 

Müasir ictimai xadim indi özünü gərgin işə verməlidir, çox gərgin işləməlidir; və 

onun gərgin əməyinin qiymətləndirilməsinə də inanmıram. 



LEDİ KAROLİN. Con, çəkmələrini geyindin? 

SER CON. Hə, canım, geyindim! 

LEDİ KAROLİN. Yaxşı olar ki, bura, mənim yanıma gələsən, Con! Bura daha 

çox kölgə düşür. 

SER CON. Mən tamam rahatam, Kerolayn. Narahat olma. 

LEDİ KAROLİN. Məncə, yox! Dedim ki, gəl yanımda otur! (Ser Con ayağa 

durub yerini dəyişir.) 

LEDİ STATFİLD. Mister Kelvil, bu gün nədən yazırdınız? 

KELVİL. Adi bir mövzudan, ledi Statfild! Əxlaqi təmizlikdən... 

LEDİ STATFİLD. Belə bir mövzudan yazmaq, yəqin, çox maraqlı olar? 

KELVİL. Əlbəttə. Bizim günlərdə belə bir mövzunun çox böyük ümumxalq 

əhəmiyyəti var. Fikrim var ki, parlament sessiyası başlamazdan əvvəl bu məsələ 

ilə bağlı öz seçicilərim qarşısında çıxış eləyim.  Hesab edirəm ki, ölkənin yoxsul 

sinfinin nümayəndələri daha yüksək mənəvi dəyərlərə nəzərəçarpacaq dərəcədə 

maraq göstərirlər. 

LEDİ STATFİLD. Nə yaxşı! Onlar necə də nəcibdirlər! 

LEDİ KAROLİN. Mister Kettl, siz qadınların siyasətlə məşğul olmalarına 

tərəfdarsınız? 

SER CON. Kelvil, əzizim, Kelvil! 

KELVİL. Ledi Kerolayn, qadınların siyasi həyatımıza təsirinin günbəgün artması 

sabahımıza ümid doğurur. Qadınlar həmişə mənəviyyatın – həm ictimai, həm də 

fərdi əxlaqın tərəfindədirlər. 

LEDİ STATFİLD. Bunu sizdən eşitmək çox-çox xoşdur! 

LEDİ HANSTENTON. Ah, əlbəttə! Qadınların mənəvi ləyaqəti! Bax bu çox 

vacib məsələdir. Kerolayn, məncə, hörmətli lord İllinqvort qadınlarda mənəvi 

keyfiyyətləri lazımınca dəyərləndirmir! 

 

Lord İllinqvort daxil olur. 



 

LEDİ STATFİLD. Deyirlər, lord İllinqvort çox əxlaqsız adamdır. 

LORD İLLİNQVORT. Ledi Statfild, onu kim deyir, hansı adamlar deyir? 

Görünür, o biri dünyanın adamlarıdır. Bu dünyanın adamları ilə isə mən çox yaxşı 

münasibətdəyəm. (Missis Ollonbinin yanında oturur.) 

LEDİ STATFİLD. Mənim tanıdığım hər kəs deyir ki, siz tərbiyəsiz adamsınız. 

LORD İLLİNQVORT. Bizim dövrdə adamlar özlərini çox dəhşətli aparırlar: 

insanın dalınca əsl həqiqəti deyirlər. 

LEDİ HANSTENTON. Ledi Statfild, hörmətli lord İllinqvort tamam ümidsizdir. 

Nə qədər çalışdımsa, onu düzəldə bilmədim, buna görə də daha buna cəhd də 

göstərmirəm. Bundan ötrü gərək direktorlar şurasi və ödənişli katibi olan xeyriyyə 



Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə