Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   2   3   4   5   6   7   8   9   ...   18

cəmiyyəti yaradasan. Lord İllinqvort, sizin artıq katibiniz var, elə deyilmi? Cerald 

Arbetnot bizə dedi ki, ona vəzifə təklif etmisiniz. Nə xeyirxah iş görmüsünüz!   

LORD İLLİNQVORT. Ooo, belə deməyin, ledi Hanstenton! Xeyirxahlıq qorxulu 

sözdür. Gənc Arbetnot ilk baxışdan çox xoşuma gəlmişdi; düşünürəm ki, o, 

mənim axmaq-axmaq düşündüyüm işlərdə mənə çox yararlı köməkçi olacaq. 

LEDİ HANSTENTON. O, sevimli bir gəncdir, anası isə mənim ən əziz 

rəfiqələrimdən biridir. İndicə bizim amerikalı gözəlçəylə gəzməyə çıxdı. 

Doğrudan, o qız çox gözəldir, elə deyilmi? 

LEDİ KAROLİN. Hətta ifrat gözəldir! Bu amerikalı gözəlçələr bütün  yaxşı 

adaxlıları ovlayırlar. Niyə axı onlar öz evlərində oturub qalmırlar? Axı həmişə 

bizə deyirlər ki, Amerika qadınlar üçün cənnəti-məkandır. 

LORD İLLİNQVORT. Tamam doğru deyirlər, ledi Kerolayn. Elə buna görə də 

Həvva kimi onlar da çalışırlar ki, oradan qaçıb getsinlər. 

LEDİ KAROLİN. Miss Vorsleyin valideynləri kimdir? 

LORD İLLİNQVORT. Təəccüblü olsa da, amerikalı qadınlar öz valideynlərini 

gizlədirlər. 

LEDİ HANSTENTON. Əzizim, nə demək istəyirsən? Miss Vorsley yetim qızdır, 

Kerolayn. Onun atası, məncə, milyoner, ya da filantrop, hər halda, ikisindən biri 

olub; mənim oğlum Bostonda olanda o qızın atası oğluma çox böyük 

qonaqpərvərlik göstərib. Düzü, bilmirəm o, pullarını necə qazanıb... 

KELVİL. Məncə, o, qazancını Amerika manufakturasından götürüb. 

LEDİ HANSTENTON. Amerika manufakturası nədir belə? 

LORD İLLİNQVORT. Amerika romanları... 

LEDİ HANSTENTON. Çox qəribədir!.. Nə olar, miss Vorsleyin var-dövlətinin 

haradan gəlməsindən asılı olmayaraq mənim ona çox böyük hörmətim var. O qız 

qeyri-adi dərəcədə çox qəşəng geyinir. Bütün amerikalı qadınlar yaxşı geyinirlər. 

Onlar əyin-başlarını Parisdən alırlar. 

MİSSİS ALLONBİ. Ledi Hanstenton, deyirlər, yaxşı amerikalılar “öləndən” 

sonra Parisə gedirlər. 

LEDİ HANSTENTON. Doğrudanmı? Bəs pis amerikalilar “öləndən” sonra hara 

gedirlər?  

LORD İLLİNQVORT. Ooo, onlar da Amerikaya gedirlər. 

KELVİL. Lord İllinqvort, görürəm siz Amerikanı lazımi qədər 

qiymətləndirmirsiniz. Amerika çox gözəl ölkədir; xüsusilə nəzərə alsaq ki cavan 

ölkədir. 

LORD İLLİNQVORT. Amerikanın cavanlığı onun ən qədim ənənələrindən 

biridir. Artıq onun üç yüz yaşı var. Amma amerikalılara qulaq asanda adama elə 

gəlir ki, onlar hələ körpəlik çağlarını yaşayırlar. Lakin mədəniyyətə gəlincə, 

deməliyəm ki, onlar hələ uşaqlıq dövründədirlər. 



KELVİL. Şübhəsiz, Amerikanın siyasi həyatı çox korrupsiyalaşıb. Güman edirəm 

ki, siz bunu nəzərdə tutursunuz. 

LORD İLLİNQVORT. Bəlkə də! 

LEDİ HANSTENTON. Deyirlər, indi elə hər yerdə siyasət pis gündədir. Əlbəttə, 

İngiltərədə də eyni vəziyyətdir. Hörmətli mister Kardyu, sadəcə, ölkəni pis günə 

qoyub. Bilmirəm missis Kardyu bunu necə rəva görür? Lord İllinqvort, əminəm 

ki, siz savadsız kütləni seçkidə səsverməyə buraxmağı məqbul saymazsınız. 

LORD İLLİNQVORT. Məncə, elə yalnız onları seçkiyə buraxmaq lazımdır. 

KELVİL. Lord İllinqvort, siz siyasətdə kimin tərəfindəsiniz? 

LORD İLLİNQVORT. Mister Kelvil, heç vaxt heç kim heç nəyin tərəfində 

durmamalıdır. Kiminsə tərəfini saxlamaq səmimiyyətin başlanğıcıdır, onun 

dalınca da addımbaaddım ciddilik irəliləyir; nəticədə insan zinhara gəlir bundan. 

Bununla belə, Ümumilər Palatasi mahiyyətinə görə zərərsiz qurumdur. 

Qanunvericilik yolu ilə insanları yaxşılığa, comərdliyə gətirib çıxarmaq olmaz; 

bu, elə özü də nəsə yaxşı bir şeydir. 

KELVİL. Amma siz Ümumilər Palatasının yoxsul təbəqənin iztirablarına həmişə 

biganə qaldığını inkar edə bilməzsiniz. 

LORD İLLİNQVORT. Bu da onun xəstəliyidir və ümumiyyətlə, bu, əsrin 

bəlasıdır. İnsan gərək canlı həyatın sevincinə, gözəlliyinə, rəngarəngliyinə şərik 

olsun. Həyatın yara və zillətlərindən nə qədər az danışsan, bir o qədər yaxşıdır, 

mister Kelvil. 

KELVİL. Axir ki, ist end hələ də vacib problem olaraq qalır. 

LORD İLLİNQVORT. Elədir ki var! Bu, köləlik problemidir. Biz isə bu problemi 

qulları əyləndirməklə həll etməyə çalışırıq. 

LEDİ HANSTENTON. Əlbəttə, sizin dediyiniz kimi, ucuz əyləncə yolu ilə çox iş 

görmək olar; bizim hörmətli doktor Dobeni, buradakı pastorumuzu deyirəm, qışda 

kasıblar üçün əla əyləncə gecələri düzəldir. Qışda kasıblara başqa vasitələrlə də 

köməklik etmək olar; məsələn, onlara sehrli lampalar göstərmək olar, yaxud hər 

hansı bir missionerin moizələrinə qulaq asmağı təşkil eləmək olar, ya da buna 

oxşar tədbirlər həyata keçirməklə xeyriyyəçilik əyləncələrinin sayını artırmaq 

olar. 

LEDİ KAROLİN. Ceyn, mən kasıblar üçün bu cür əyləncəli xeyriyyə 



tədbirlərinin qəti əleyhinəyəm; adyal və daş kömürlə təmin eləsən – kifayətdir. 

Varlılar üçün əyləncəli məşğuliyyətlər, onsuz da, yetərlidir. Bizim zəmanədə əsas 

məsələ sağlamlıqdır. Bu isə qeyri-sağlam istiqamətdir, inanın, qeyri-sağlam 

yoldur.  

KELVİL. Ledi Kerolayn, siz çox düz deyirsiniz. 

LEDİ KAROLİN. Məncə, elə həmişə düz deyirəm. 

MİSSİS ALLONBİ. “Sağlamlıq” sözündən zəhləm gedir. 



LORD İLLİNQVORT. Bizim dildə ən axmaq sözdür; amma gör sağlamlıq barədə 

təsəvvürlər camaatın arasında necə yaxşı yayılıb. İngilis kəndlisi bütün günü tülkü 

qovur; əti yeməli olmayan heyvanın dalınca səsini çıxarmadan qaçır. 

KELVİL. Lord İllinqvort, mənim sizə bir sualım var: siz Lordlar Palatasını 

Ümumilər Palatasından daha mükəmməl qurum hesab edirsiniz? 

LORD İLLİNQVORT. Əlbəttə, əlbəttə! Biz Lordlar Palatası olaraq heç vaxt 

ictimai rəylə qarşılaşmırıq. Bu da bizi mədəni institut kimi göstərir. 

KELVİL. Siz ciddi deyirsiniz? 

LORD İLLİNQVORT. Tamamilə ciddi deyirəm, mister Kelvil. (Missis 

Ollonbiyə) İndi adamlarda pis bir vərdiş yaranıb: öz fikirlərini bölüşəndən sonra 

adamdan soruşurlar ki, bu fikrin ciddidir, ya yox. Ehtirasdan başqa heç bir şey 

ciddi deyil. Ağıl indinin özündə də ciddi şey deyil və heç vaxt da ciddi olmayıb. 

O, sadəcə, bir alətdir, musiqi aləti, sən də onu çalırsan, vəssalam. Zənnimcə, ağlın 

ən ciddi forması mənim tanıdığım Britaniya ağlıdır. Savadsızlar isə Britaniya 

ağlının üstündə baraban çalırlar.  

LEDİ HANSTENTON. Baraban haqqında nə dediniz, lord İllinqvort? 

LORD İLLİNQVORT. Mən, sadəcə, missis Ollonbiyə London qəzetlərində baş 

məqalələrin xülasəsini söyləyirdim. 

LEDİ HANSTENTON. Siz qəzetlərdə yazılanların hamısına inanırsınız? 

LORD İLLİNQVORT. İnanıram. İndi, onsuz da, yalnız o şeylər baş verir ki, 

onlara inanmaq qeyri-mümkündür. (Missis Ollonbi ilə birlikdə qalxır.) 

LEDİ HANSTENTON. Missis Ollonbi, gedirsiniz? 

MİSSİS ALLONBİ. Bağçaya düşürəm. Lord İllinqvort mənə dedi ki, orada 

qəşəng bir səhləb çiçəyi var – lap yeddi ölüm günahı kimi bir çiçəkdir. 

LEDİ HANSTENTON. Əzizim, məncə, orada beləsi yoxdur. Gərək bağbanla 

danışam. 

 

    Missis Ollonbi və Lord İllinqvort çıxırlar. 



 

LEDİ KAROLİN. Maraqlı tipdir bu missis Ollonbi! 

LEDİ HANSTENTON. O, bəzən öz acı dilini qarnında saxlaya bilmir. 

LEDİ KAROLİN. Ceyn, məgər missis Ollonbi təkcə bunu nəzarətdə saxlaya 

bilmir? 

LEDİ HANSTENTON. Əlbəttə, Kerolayn, güman ki, bu belədir. (Lord Alfred 

daxil olur.) Ooo, əziz lord Alfred, gəlin bura, gəlin burada oturun. (Lord Alfred 

ledi Statfildin yanında oturur.) 

LEDİ KAROLİN. Ceyn, siz elə ucdantutma hamıya inanmaq istəyirsiniz. Amma 

bu, böyük səhvdir. 

LEDİ STATFİLD. Ledi Kerolayn, siz, doğrudanmı, belə fikirdəsiz ki, həyatda heç 

kmə inanmaq lazım deyil? 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə