Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   2   3   4   5   6   7   8   9   ...   18

LEDİ KAROLİN. Məncə, belə etsən, başın salamat olar, ledi Statfild. Əlbəttə, 

gərək biləsən ki, o adam həqiqətən yaxşı adamdır. Amma bizim zəmanədə bu çox 

çətin məsələdir. Adamları tanımaq olmur. 

LEDİ STATFİLD. Eh, indi o qədər dedi-qodu, o qədər qeybət var ki! 

LEDİ KAROLİN. Lord İllinqvort dünən gecə mənə dedi ki, hər bir dedi-qodunun 

mayası yaxşıca sınanmış tərbiyəsizliklə yoğrulub.  

KELVİL. Lord İllinqvort, əlbəttə, gözəl insandır; amma mənə elə gəlir ki, onun 

çatışmayan cəhəti budur ki, o, həyatın nəcibliyi və təmizliyinə olan inamdan 

məhrumdur; bu isə bizim əsrdə ən vacib keyfiyyət sayılır. 

LEDİ STATFİLD. Elədir, elədir, çox vacib keyfiyyətdir, çox vacibdir! 

KELVİL. Məndə belə bir təsəvvür yaranır ki, o, ingilis ailə həyatının bütün 

gözəlliklərini qiymətləndirmək iqtidarında deyil. Mən deyərdim ki, o, bu 

məsələyə münasibətdə yadelli baxışlarla zəhərlənib. 

LEDİ STATFİLD. Ailə həyatından gözəl nə ola bilər, hə? 

KELVİL. Bizim ailə həyatının əsasını ingilis əxlaqı təşkil edir, ledi Statfild. Biz 

bunsuz qonşularımız kimi olardıq. 

LEDİ STATFİLD. Belə olsaydı, necə də kədərli görünərdik! Elə deyil? 

KELVİL. Bundan başqa, lord İllinqvortun bir cəhətini də qeyd edim: o, qadına, 

sadəcə, oyuncaq kimi baxır. Lakin mən heç vaxt qadına oyuncaq kimi 

baxmamışam. Qadın kişinin düşünən dostu, köməkçisidir: həm ictimai, həm də 

şəxsi həyatda. Qadın olmasaydı, biz əsl ideallarımızı unudardıq. (Ledi Statfildin 

yanında oturur.) 

LEDİ STATFİLD. Bu sözləri eşitməyimə çox şadam, çox-çox şadam! 

LEDİ KAROLİN. Siz evlisiniz, mister Kettl? 

SER CON. Kelvil, əzizim, onun adı Kelvildir! 

KELVİL. Bəli, ledi Kerolayn! 

LEDİ KAROLİN. Uşaqlarınız var? 

KELVİL. Var. 

LEDİ KAROLİN. Neçə uşağınız var? 

KELVİL. Səkkiz! 

 

Ledi Statfild diqqətini lord Alfredə yönəldir. 



 

LEDİ KAROLİN. Yəqin, missis Kettl uşaqlarla dəniz sahilində istirahət edir? 

(Ser Con onun çiyinlərinə toxunur.) 

KELVİL. Arvadım uşaqlarla istirahətdədir, ledi Kerolayn. 

LEDİ KAROLİN. Əlbəttə, siz də onlara qoşulacaqsınız, eləmi? 

KELVİL. Əgər ictimai işlərim imkan versə... 

LEDİ KAROLİN. Sizin ictimai fəaliyyətiniz, yəqin ki, missis Kettlin ürəyincədir, 

hə? 



SER CON. Kelvil, əzizim, onun adı Kelvildir! 

LEDİ STATFİLD (lord Alfredə). Lord Alfred, o qızılı haşiyəli siqaretləriniz necə 

qəşəngdir; çox gözəldir, çox! 

LORD ALFRED. Bunlar, həqiqətən, bahalı siqaretlərdir. Mən yalnız xirtdəyəcən 

borc içində olanda bunlardan çəkirəm. 

LEDİ STATFİLD. Görünür, borc içində olmaq çox ağır, çox ağır bir dərddir, hə? 

LORD ALFRED. İndiki zamanda gərək bir işlə məşğul olasan. Əgər mənim də 

borclarım olmasaydı, yəqin ki, düşünməyə də heç nə olmazdı. İndi kimi 

tanıyıramsa, öz dostlarım qarışıq, hamı borc içindədir. 

LEDİ STATFİLD. Bəs borclu olduğunuz adamlar sizi narahat etmirlərmi? Yəqin, 

çox narahat edərlər, eləmi? 

 

Nökər varid olur. 



 

LORD ALFRED. Ooo, yox, yox! Axı onlar mənə yazırlar hər dəfə, mən ki 

yazmıram! 

LEDİ STATFİLD. Çox, çox qəribədir! 

LEDİ HANSTENTON. Ah, bax, Kerolayn, budur, məktub gəldi, missis 

Arbetnotdandır. Çox təəssüf, o, nahara gəlməyəcək. Amma axşam gələcək. Çox 

sevinirəm, doğrusu. O, elə sevimli qadındır ki! Onun xətti də gözəldir, iri, 

səliqəli... (Məktubu ledi Kerolayna verir.) 

LEDİ KAROLİN (məktuba baxır). Ceyn, bir balaca qadın lətafəti çatmır! 

Qadınlarda ən çox məni valeh edən yeganə cəhət qadınlıqdır, qadın lətafətidir! 

LEDİ HANSTENTON (məktubu geri alır və stolun üstünə qoyur). Oh! Kerolayn, 

o qadın çox lətafətlidir, incədir, mehribandır, ləyaqətlidir. Kaş siz pastorun onun 

barəsində dediklərini eşidəydiniz; o hesab edir ki, kilsə prixodunda missis 

Arbetnot onun sağ əlidir. (Nökər ona nəsə pıçıldayır.) Sarı Qonaq otağı. Hə, 

əzizlərim, gedə bilərikmi? Ledi Statfild, gəlin gedək çay içməyə. 

LEDİ STATFİLD. Məmnuniyyətlə. (Onlar qalxıb çay otağına gedəndə ser Con 

ledi Statfildin plaşını əlinə götürür.) 

LEDİ KAROLİN. Con! Sən yaxşı olar ki, o plaşı bacın oğluna ver götürsün! 

Mənim əl çantamı götürsənə! 

 

Lord İllinqvort və missis Ollonbi varid olurlar. 



 

SER CON. Əlbəttə, əzizim!    

 

Çıxırlar. 



 


 MİSSİS ALLONBİ. Qəribədir, kifir qadınlar həmişə ərlərini qısqanırlar, gözəl 

qadınlar isə heç vaxt qısqanmırlar.  

LORD İLLİNQVORT. Gözəl qadınların vaxtı olmur. Onlar, sadəcə, özgə ərlərini 

qısqanmaqla məşğuldurlar.  

MİSSİS ALLONBİ. Güman etmək olar ki, ledi Kerolayn bu uzun illər ərzində 

evlilikdən boğaza yığılıb! Axı ser Con onun dördüncü əridir! 

LORD İLLİNQVORT. Əlbəttə, tez-tez ərə getmək də bir şey deyil. İyirmillik  

sevgi romanı qadını məhv edir; o, xarabalığa bənzəyir. Lakin iyirmillik evlilik 

onu, sanki, ictimai binaya döndərir. 

MİSSİS ALLONBİ. İyirmi il sevgi romanı! Belə bir şey olurmu? 

LORD İLLİNQVORT. Bizim zəmanədə yox! Qadınlar çox ağıllı olublar! Sevgi 

romanını qadındakı yumor hissi qədər korlayan heç nə yoxdur!  

MİSSİS ALLONBİ. Ya da kişidə yumor hissinin olmaması... 

LORD İLLİNQVORT. Tamamilə düz deyirsiniz. Məbəddə gərək hamı ciddi 

olsun! Sitayiş olunandan başqa! 

MİSSİS ALLONBİ. Sitayiş olunan kişidir, eləmi? 

LORD İLLİNQVORT. Qadınlar dizlərini çox gözəl əyirlər, kişilər bunu edə 

bilmir. 


MİSSİS ALLONBİ. Siz ledi Statfildi nəzərdə tutursunuz? 

LORD İLLİNQVORT. Sizi əmin edirəm ki, mən ledi Statfild barədə düz on beş 

dəqiqədir düşünmürəm. 

MİSSİS ALLONBİ. Yəni o qadın müəmmadır? 

LORD İLLİNQVORT. O, müəmmadan daha çox şeydir! O qadın kefdir!  

MİSSİS ALLONBİ. Kef, əhvali-ruhiyyə uzun sürmür. 

LORD İLLİNQVORT. Əsas gözəllik də elə burasındadır. 

 

Ester və Cerald varid olurlar. 



 

CERALD. Lord İllinqvort, hamı məni təbrik edir… Ledi Kerolayn, ledi 

Hanstenton… hamı. Güman edirəm ki, məndən yaxşı katib çıxacaq. 

LORD İLLİNQVORT. Siz nümunəvi katib olacaqsınız, Cerald! (Onunla söhbət 

edir.) 

MİSSİS ALLONBİ. Kənd həyatı necədir, xoşunuza gəldimi, miss Vorsley? 



ESTER. Çox xoşuma gəlir. 

MİSSİS ALLONBİ. London ziyafətləri üçün darıxmamısınız? 

ESTER. London ziyafətlərini xoşlamıram. 

MİSSİS ALLONBİ. Mənimsə çox xoşuma gəlir. Ziyafətlərdə ağıllı adamlar heç 

vaxt qulaq asmırlar, axmaqlar isə həmişə susurlar. 

ESTER. Məncə, axmaq adamlar çox danışırlar. 

MİSSİS ALLONBİ. Ah, mən heç vaxt qulaq asmıram! 



Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə