Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   2   3   4   5   6   7   8   9   ...   18

LORD İLLİNQVORT. Əzizim, əgər siz mənim xoşuma gəlməsəydiniz, mən heç 

vaxt sizə o yeri təklif etməzdim. Buna görə də mən istəyirəm ki, siz həmişə 

mənim yanımda olasınız. (Ester Ceraldla gedir.) Əntiqə oğlandır Cerald Arbetnot! 

MİSSİS ALLONBİ. Çox gözəl, doğrudan, çox gözəl oğlandır! Amma o amerikalı 

gözəlçədən heç xoşum gəlmir. 

LORD İLLİNQVORT. Niyə? 

MİSSİS ALLONBİ. Dünən gecə mənə dedi ki, özü də lap astadan, onun cəmi on 

səkkiz yaşı var. Heç xoşum gəlmədi! 

LORD İLLİNQVORT. Yaşını gizlətməyən qadına heç vaxt inanmaq olmaz. 

Yaşını söyləyən qadın nə desən danışa bilər. 

MİSSİS ALLONBİ. O həm də puritandır… 

LORD İLLİNQVORT. Ah! Bax bu bağışlanmazdır artıq! Heç olmasa, kifir qadın 

puritan olsaydı, dərd yarıydı. Bu, onların yeganə bəraətidir. Amma bu amerikalı 

çox gözəl qızdır. Mən, sadəcə, onun gözəlliyinə heyran olmuşam. (Altdan-altdan 

missis Ollonbiyə baxır.) 

MİSSİS ALLONBİ. Siz necə də pis adamsınız! 

LORD İLLİNQVORT. Siz kimə dediniz pis adam? 

MİSSİS ALLONBİ. Bakirəliyə vurulan kişilərə! 

LORD İLLİNQVORT. Bəs pis qadınlar kimdir, görəsən? 

MİSSİS ALLONBİ. Oh! O qadınlardır ki, kişilər heç vaxt onlardan doymurlar. 

LORD İLLİNQVORT. Siz özünüzə qarşı həddən artıq amansızsınız! 

MİSSİS ALLONBİ. Onda bizə bir cins kimi tərif verin. 

LORD İLLİNQVORT. Sirsiz sfinkslər. 

MİSSİS ALLONBİ. Bu tərif puritan qadınlara da aiddir? 

LORD İLLİNQVORT. Bilirsiniz, mən puritan qadınların mövcud olmasına 

inanmıram. Məncə, dünyada elə bir qadın yoxdur ki, ona göstərilən iltifatdan 

xoşlanmasın; bütün qadınların qılıqlı sözlərdən xoşu gəlir. Bax məhz bu, qadınları 

dəfedilməz dərəcədə cazibəli edir. 

MİSSİS ALLONBİ. Yəni düşünürsünüz dünyada elə bir qadın tapılmaz ki, 

öpülməkdən imtina etsin? 

LORD İLLİNQVORT. Olsa da, cüzi sayda… 

MİSSİS ALLONBİ. Miss Vorsley icazə verməz ki, siz onu öpəsiniz. 

LORD İLLİNQVORT. Siz əminsiniz? 

MİSSİS ALLONBİ. Qəti əminəm. 

LORD İLLİNQVORT. Necə fikirləşirsiniz, əgər mən onu öpsəm, nə edər? 

MİSSİS ALLONBİ. Ya sizi məcbur edəcək onunla evlənəsiniz, ya da sizə yağlı 

bir şillə vuracaq. Yaxşı, əgər o, əlcəklərini sifətinizə çırpsaydı, bəs siz nə 

edərdiniz? 

LORD İLLİNQVORT. Yəqin ki, ona vurulardım. 

MİSSİS ALLONBİ. Onda sizin onu öpməməyiniz məsləhətdir… 




LORD İLLİNQVORT. Bu çağırışdır? 

MİSSİS ALLONBİ. Yox, havaya atılan oxdur. 

LORD İLLİNQVORT. Bilirsinizmi ki, mən istədiyimə həmişə nail oluram? 

MİSSİS ALLONBİ. Bunu eşitməyimə təəssüflənirəm. Biz qadınlar, adətən, 

uğursuzlara pərəstiş edirik. Biz onların söykənəcək yeriyik. 

LORD İLLİNQVORT. Siz qaliblərə sitayiş edirsiniz. Siz onlara sarılırsınız. 

MİSSİS ALLONBİ. Biz dəfnə yarpaqlarından hazırlanmış çələnglərin onların daz 

başını gizlədirik. 

LORD İLLİNQVORT. Qalibiyyət təntənəsi anından başqa, hər zaman onların 

sizə ehtiyacı var. 

MİSSİS ALLONBİ. Qalibiyyət anında onlar maraqsız olurlar. 

LORD İLLİNQVORT. Siz işvəli qadınsınız! (pauza) 

MİSSİS ALLONBİ. Lord İllinqvort, sizdə bir cəhət var ki, həmişə mənim xoşuma 

gələcək. 

LORD İLLİNQVORT. Yalnız elə bircə cəhət? Amma mənim çatışmayan 

cəhətlərim çoxdur. 

MİSSİS ALLONBİ. Ah, onlara çox da üz verməyin. Qocalanda  onlardan xilas 

ola bilərsiniz. 

LORD İLLİNQVORT. Mən qocalmaq niyyətində deyiləm. Qəlb qoca doğulur, 

lakin get-gedə cavanlaşır. Həyatın komediyası da budur. 

MİSSİS ALLONBİ. Bədən isə cavan doğulur, sonradan qocalır. Bu da həyatın 

faciəsidir. 

LORD İLLİNQVORT. Bəzən bu, komediya da olur. Nə isə… Yaxşı, hansı 

müəmmalı səbəbə görə mən sizin həmişə xoşunuza gələcəyəm? 

MİSSİS ALLONBİ. Ona görə ki, siz heç vaxt mənə nəvaziş göstərməmisiniz! 

LORD İLLİNQVORT. Mən heç vaxt başqa bir şey də etməmişəm. 

MİSSİS ALLONBİ. Doğrudan? Bunu görməmişəm. 

LORD İLLİNQVORT. Nə böyük səadət! Yoxsa hər ikimiz üçün faciə olardı. 

MİSSİS ALLONBİ. Birlikdə bu faciədən sağ çıxardıq. 

LORD İLLİNQVORT. İndi ölümdən başqa hər şeyə çarə tapmaq olar; və yaxşı 

nüfuz, addan başqa hər şeyə də dözmək olar. 

MİSSİS ALLONBİ. Siz yaxşı adın, nüfuzun nə olduğunu bilirsiniz? 

LORD İLLİNQVORT. Çoxsaylı xoşagəlməz hallardan biridir; mənim başıma heç 

vaxt gəlməyib! 

MİSSİS ALLONBİ. Ola bilsin ki, gəldi. 

LORD İLLİNQVORT. Niyə məni qorxudursunuz? 

MİSSİS ALLONBİ. Siz o puritan qadını öpəndə deyərəm. 

 

(Nökər varid olur.) 



 


FRENSİS. Milord, Sarı Qonaq otağına çay verilib. 

LORD İLLİNQVORT. Ledi Hanstentona deyin ki, bu saat gəlirik. 

FRENSİS. Baş üstə, milord. (Çıxır.) 

LORD İLLİNQVORT. Çay içməyə gedəkmi? 

MİSSİS ALLONBİ. Siz belə sadə əyləncələri xoşlayırsınız? 

LORD İLLİNQVORT. Sadə əyləncələrdən ötrü ölürəm. Kompleksi olanların 

sonuncu sığınacaq yeridir. Lakin istəsəniz, burada qala bilərik. Hə, gəlin burada 

qalaq. Qadınla kişi arasındakı Həyat Kitabı bağdan başlanır1. 

MİSSİS ALLONBİ. Və kəşflə bitir… 

LORD İLLİNQVORT. Siz misilsiz dərəcədə qılınc oynadırsınız. Amma sizin 

məşq qılıncınızın ucu sürüşüb düşüb. 

MİSSİS ALLONBİ. Maska hələ üzümdədir. 

LORD İLLİNQVORT. O, sizin gözlərinizi daha da sevimli edir. 

MİSSİS ALLONBİ. Təşəkkür edirəm. Gəlin gedək. 

LORD İLLİNQVORT (stolun üstündə missis Arbetnotun məktubunu görür, 

götürür və konvertin üstünə baxır). Nə maraqlı xətdir! Bu, mənə uzun illər bundan 

qabaq tanıdığım bir qadının xəttini xatırladır. 

MİSSİS ALLONBİ. Kim idi o qadın? 

LORD İLLİNQVORT. Oh! Heç kim! Əhəmiyyəti yoxdur! Diqqəti cəlb edən 

qadın deyil! (Məktubu stolun üstünə tullayır və missis Ollonbi ilə artırmanın 

pilləkənlərini qalxır. Onlar bir-birinə gülümsünürlər.) 

 

Pərdə enir. 



 

İKİNCİ PƏRDƏ 

 

     Ledi Hanstentonun qonaq otağı. Nahardan sonra. Lampalar yanır. Qadınlar 



divanda oturublar. 

 

MİSSİS ALLONBİ. Ah, heç olmasa, bir qədər kişilərdən qurtulmaq can 



rahatlığıymış!  

LEDİ STATFİLD. Hə, hə! Kişilər bizdən əl çəkmirlər, elə hey təqib edirlər, elə 

deyil? 

MİSSİS ALLONBİ. Təqib edirlər? Kaş belə olaydı. 



LEDİ HANSTENTON. Əzizim! 

MİSSİS ALLONBİ. Adamı yandıran odur ki, bu yaramazlar bizsiz də xoşbəxt ola 

bilirlər. Buna görə də düşünürəm ki, hər bir qadının vəzifəsi onları gözdən 

qoymamaqdır; bax nahardan sonrakı bu kiçik tənəffüsdən savayı heç bircə dəqiqə 

də olsun onları nəzarətsiz buraxmaq olmaz! Bunsuz biz yazıq qadınlar quruyub 

gedərik, tamam kölgəyə dönərik. 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə