Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   2   3   4   5   6   7   8   9   ...   18

 

(Nökərlər qəhvə gətirirlər.) 

 

LEDİ HANSTENTON. Kölgəyə dönərik, deyirsiniz, əzizim? 



MİSSİS ALLONBİ. Bəli, ledi Hanstenton! Kişini əldə saxlamaq bilirsiniz necə 

yorucu işdir! Onlar hey çalışırlar ki, sivişib aradan çıxsınlar. 

LEDİ STATFİLD. Mənə elə gəlir ki, əslində, biz qadınlar həmişə onlardan qaçıb 

gizlənməyə çalışırıq. Kişilər çox amansız, qəddardırlar, onların qəlbi yoxdur. 

Onlar öz güclərinə inanırlar və bu gücdən də yaxşıca istifadə edirlər. 

LEDİ KAROLİN (qəhvə fincanını götürür). Kişilərlə bağlı nə boş-boş 

danışırsınız! Cəfəng söhbətlər edirsiniz! Əsas odur ki kişiyə öz yerini göstərəsən 

və o gərək bunu bilsin, vəssalam! 

MİSSİS ALLONBİ. Ledi Kerolayn, bəs onun yeri haradır? 

LEDİ KAROLİN. Hara olacaq? Arvadının böyrü! Kişi gərək arvadının yanında 

olsun! 

MİSSİS ALLONBİ. Doğrudan? (Qəhvə götürür.) Bəs əgər o subaydırsa? 



LEDİ KAROLİN. Əgər subaydırsa, onda özünə arvad axtarmalıdır. Lap 

biabırçılıqdır! İndi cəmiyyətdə o qədər subay var ki! Veyllənirlər! Gərək qanun 

qəbul edəsən ki, on iki ay müddətində bütün subay kişilər evlənməlidir! 

LEDİ STATFİLD (qəhvədən imtina edir). Birdən, məsələn, o subay kişi ərli bir 

qadına vuruldu, onda necə? 

LEDİ KAROLİN. Bu halda, ledi Statfild, onu gərək bir həftəliyə hansısa tərbiyəli 

ailədən çıxmış o qədər də gözəl olmayan hansısa qızla evləndirəsən ki, özgə 

mülkiyyətində gözü olmasın. 

MİSSİS ALLONBİ. Bilmirəm bizim kimi qadınlara nə dərəcədə “özgə 

mülkiyyəti” demək olar? Bütün kişilər ərli qadınların mülkiyyətidir. Ərli 

qadınların mülkiyyətinin yeganə həqiqi tərifi budur. Biz ki heç kimə məxsus 

deyilik. 

LEDİ STATFİLD. Oh, mən necə də sevinirəm bu sözləri eşitməyə! Nə yaxşı, nə 

yaxşı! 


LEDİ HANSTENTON. Kerolayn, yəni siz doğrudanmı belə hesab edirsiniz ki, 

vəziyyəti qanunvericilik aktı ilə düzəltmək olar? Axı deyirlər, indi bütün evlilər 

subay kimi, bütün subaylar isə evli kimi yaşayırlar. 

MİSSİS ALLONBİ. Düzünə qalsa, mən heç vaxt evli ilə subay kişini bir-birindən 

ayıra bilmirəm. 

LEDİ STATFİLD. Oh, məncə, kişinin evli olub-olmadığını dərhal bilmək olur 

məsələn, mən dəfələrlə müşahidə eləmişəm ki, evli kişilərin gözlərində qəmli

kədərli ifadə var. 




MİSSİS ALLONBİ.  Mənim müşahidələrimə görə isə kişilər yaxşı ərdirsə, çox 

darıxdırıcı olurlar, yox, əgər pis ərdirlərsə, onda dəhşətli dərəcədə şöhrətpərəst, 

xudbin adamlardır. 

LEDİ HANSTENTON. Hə də, deməli, belə çıxır ki, indi ər tayfası mənim cavan 

vaxtlarımdakı kimi deyil, onlar tamamilə dəyişiblər. Lakin mən qeyd etməliyəm 

ki, mənim yazıq Hanstentonum çox gözəl insan idi və onun qızıl xarakteri vardı. 

MİSSİS ALLONBİ. Ah, mənim ərim veksel kimi bir şeydir; mən onu görməkdən 

usanmışam. 

LEDİ KAROLİN. Amma siz o vekseli hərdənbir təzələyirsiniz, elə deyilmi? 

MİSSİS ALLONBİ. Ooo, yox, ledi Kerolayn! Mənim bircə dənə ərim olub

vəssalam! Görürəm, siz mənə həvəskar kimi baxırsınız. 

LEDİ KAROLİN. Sizin baxışlarınıza baxanda adam təəccüb edir, vallah: necə 

olub ki, siz, ümumiyyətlə, ərə getmisiniz!? 

MİSSİS ALLONBİ. Elə özüm də məəttəl qalmışam buna. 

LEDİ HANSTENTON. Mənim əzizim, siz ailə həyatınızda çox xoşbəxtsiniz, 

bilirəm! Lakin siz öz xoşbəxtliyinizi başqalarından gizlətməyi xoşlayırsınız. 

MİSSİS ALLONBİ. İnanın ki, Ernestə ərə getməkdə mən çox böyük səhv 

eləmişəm. 

LEDİ HANSTENTON. Oh, yox, əzizim, yox! Mən onun anasını çox yaxşı 

tanıyırdım; o, Strattonlardan idi, Kerolayn! Lord Krolandın qızlarından biri… 

LEDİ KAROLİN. Viktoriya Starttonu deyirsiniz? Hə, hə, çox yaxşı xatırlayıram. 

Səfeh bir sarışın qadın idi, buxağı da yox idi. 

MİSSİS ALLONBİ. Aaa, Ernestin buxağı var! Onun çox enerjili çənəsi var, 

dördküncdür! Hətta mən deyərdim ifrat dördküncdür! 

LEDİ STATFİLD. Doğrudan, siz düşünürsünüz ki, kişilərin çənəsi ifrat dördkünc 

ola bilir? Məncə, kişi gərək güclü görünsün, çox güclü! Onun çənəsi də kvadrat, 

tamam kvadrat şəklində olmalıdır. 

MİSSİS ALLONBİ. Onda siz gərək Ernestlə tanış olasınız, ledi Statfild! Amma 

xəbərdarlıq edirəm: o danışmağı sevmir. 

LEDİ STATFİLD. Mən sakit təbiətli kişiləri sevirəm. 

MİSSİS ALLONBİ. Ernest heç də sakit deyil. O, bütün günü danışır. Lakin 

danışmağı bacarmır. Nədən danışır – mən başa düşə bilmirəm. Mən artıq uzun 

illərdir ona qulaq asmıram. 

LEDİ STATFİLD. Siz onu heç vaxt bağışlamamısınız, hə? Necə də kədərli 

mənzərədir! Elə həyat özü də başdan-başa kədərdir, elə deyilmi? 

MİSSİS ALLONBİ. Ledi Statfild, həyat, sadəcə, mauvaıs quart d'heure1-dir, bu 

on beş dəqiqə də xoşbəxt anlardan ibarətdir. 

LEDİ STATFİLD. Hə, elə anlar olur, əlbəttə.  Məgər mister Ollonbi bu anlarda 

nəsə bir səhv edib, ya çox, lap çox axmaq hərəkətə yol verib? O, sizə 

acıqlanıbmı? Bəlkə, sizə pis söz deyib, ya bəlkə, əsl həqiqəti söyləyib, hə? 




MİSSİS ALLONBİ. Eee, yox, əzizim, belə şey olmayıb! Ernest  həmişə təmkinini 

saxlayır. Məni əsəbiləşdirən amillərdən biri də budur. Adamı təmkinli olmaqdan 

başqa heç nə belə qıcıqlandırmır. Müasir kişilərin təmkinli xarakterində nəsə 

müsbət bir öküz xisləti var. Mən çox təəccüb edirəm buna: necə olur ki, biz 

qadınlar yalandan buna dözürük. 

LEDİ STATFİLD. Elədir, kişilərin müsbət xarakteri onu göstərir ki, onlar bizdən 

kobud, bizdən qəlbsizdirlər. Bu da çox vaxt ərlə arvad arasında baryer yaradır, elə 

deyilmi? Amma hər halda, yenə mənim üçün maraqlıdır, axı mister Ollonbi nə 

edib belə, hansı qələti eləyib? 

MİSSİS ALLONBİ. İndiki belədir, qoy deyim: əgər siz mənə təntənəli surətdə söz 

versəniz ki söylədiklərimi hamıya və hər kəsə çatdıracaqsınız, deyərəm. 

LEDİ STATFİLD. Təşəkkür edirəm, təşəkkür edirəm. Mən, təbii ki, çalışacağam 

əməl eləməyə. 

MİSSİS ALLONBİ. Biz Ernestlə nişanlananda o, diz çöküb mənə and içdi ki, 

onun həyatında əvvəllər heç vaxt heç bir qadın olmayıb; o vaxt mən çox cavan 

idim və bunu sizə deməyə də ehtiyac yoxdur – ona inanmadım. Bədbəxtlikdən, 

mən bu barədə heç kəsdən bir şey soruşmadım. Evləndik və üstündən dörd-beş ay 

keçdi. Yalnız o zaman bildim ki, Ernest mənə əsl həqiqəti söyləyib. Bu cür 

etiraflar kişini maraqsız edir. Nəsə, daha orasını demirəm… 

LEDİ HANSTENTON. Əzizim! 

MİSSİS ALLONBİ. Kişilər hər zaman çalışırlar ki, qadının ilk sevgisi olsunlar. 

Yəni qadın bakirə olsun, ondan əvvəl kişi görməsin. Bax onların da  mənasız 

xudbinliyi budur. Biz isə, qadınlar, belə şeylərdə daha həssasıq. Biz kişinin 

sonuncu məhəbbəti olmaq istərdik. 

LEDİ STATFİLD. Hə, nə demək istədiyinizi anlayıram. Çox gözəl, çooox, çooox 

gözəl… 


LEDİ HANSTENTON. Əzizim, yəni siz, doğrudanmı, demək istəyirsiniz ki, 

ərinizin həyatında heç vaxt başqa qadın olmadığı üçün onu bağışlaya bilmirsiniz, 

hə? Kerolayn, siz heç belə şey eşitmisiniz? Mən lap məəttələm. 

LEDİ KAROLİN. Oh… Ceyn, indi qadınlar o qədər təhsilli olublar ki! İndi bizi 

heç nə heyrətləndirməməlidir. Xoşbəxt nikahlardan başqa, əlbəttə! Bu da, məncə, 

nadir hallarda olur bizim dövrdə. 

MİSSİS ALLONBİ. Sizin dedikləriniz keçmişdə qaldı. 

LEDİ STATFİLD. Amma mənə deyiblər ki, belə şeylər orta təbəqələr arasında 

hələ də baş verir.  

MİSSİS ALLONBİ. Bunlar elə orta təbəqəyə yaraşan şeylərdir! 

LEDİ STATFİLD. Hə, elədir, lap düz deyir! Doğru deyirsiniz, yaraşır, yaraşır! 

LEDİ KAROLİN. Ledi Statfild, əgər orta burjua təbəqəsi haqqında dedikləriniz 

həqiqətdirsə, onda bu, onlara şərəf gətirir ki! Amma çox təəssüf etmək lazımdır 

ki, bizim dairədə arvadlar həmişə özlərini yelbeyin aparırlar; göründüyü kimi, 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə