Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   2   3   4   5   6   7   8   9   10   ...   18

onlara elə gəlir ki, bu, elə belə də olmalıdır. Məncə isə cəmiyyətdə uğursuz 

nigahların çoxalması da bu səbəbdəndir; bunu hamımız bilirik. 

MİSSİS ALLONBİ. Bilirsiniz, ledi Kerolayn, arvadların yelbeyin olmasının bura 

qətiyyən aidiyyəti yoxdur. Ailə daha çox ərin sağlamdüşüncəli olmasına görə 

dağılır. Axı qadın onu daim və inadla mükəmməl ağıllı varlıq kimi görmək 

istəyən kişiylə necə xoşbəxt ola bilər? 

LEDİ HANSTENTON. Əzizim! 

MİSSİS ALLONBİ. Kişi – zavallı, kobud, ciddi, etibarlı və lazımlı kişi o cinsə 

məxsusdur ki, o artıq milyon illərdir rasional, ağıllı olub. Artıq o özü ilə heç nə 

edə bilməz, yəni özündə heç nəyi dəyişə bilməz. Bu artıq onun qanındadır. 

Qadının tarixçəsi isə bir qədər başqadır. Biz qadınlar həmişə sağlam düşüncənin 

mövcudluğuna qarşı şairanə etiraz etmişik. Biz elə əvvəldən bu düşüncənin 

təhlükəsini görmüşük. 

LEDİ STATFİLD. Hə, elədir, doğru deyir! Ərin sağlam düşüncəsi üzüntülü bir 

şeydir. Deyin görüm, siz ideal əri necə təsəvvür edirsiniz? Mənə elə gəlir ki, bunu 

sizdən eşitmək çox, lap çox faydalı olar. 

MİSSİS ALLONBİ. İdeal Ər? Belələri, ümumiyyətlə, olmur! Bu anlayışın özü 

səhvdir. 

LEDİ STATFİLD. Onda İdeal Kişi olsun! Məsələn, bizə olan münasibətlərində. 

LEDİ KAROLİN. Yəqin ki, o, həddən artıq realist olmalıdır. 

MİSSİS ALLONBİ. İdeal Kişi? İdeal kişi bizimlə İlahələrlə danışdıqları kimi 

danışmalı, uşaqlarla necə rəftar edirsə, bizimlə də o cür rəftar etməlidir. O, bizim 

bütün ciddi xahişlərimizdən imtina etməli, bütün şıltaqlıq və ərköyünlüklərimizə 

də göz yummalıdır. O, hər zaman düşündüyünü deməməlidir; hər zaman 

düşünmədiyini deməlidir. Ağlındakını arvada bildirməməlidir; onun dediyi şeylər 

də düşündüklərindən az olmalıdır.  

LEDİ HANSTENTON. Əzizim, axı o, hər ikisinin öhdəsindən necə gələ bilər? 

MİSSİS ALLONBİ. O, başqa gözəl qadınların dalınca qaçmamalıdır. Belə olsa, 

bu, onu göstərər ki, onun zövqü yoxdur, ya da onun zövqünün ifrat olması barədə 

şübhələr yaradar. Əlbəttə, o, bütün qadınlarla mülayim olmalıdır, lakin deməlidir 

ki, nəyə görəsə qadınlar onu cəlb eləmir. 

LEDİ STATFİLD. Hə, hə, elədir, doğru deyir, çox, çox yaxşı dediniz. Özgə 

qadınlar barədə... tamam doğru... 

MİSSİS ALLONBİ. Əgər biz kişiyə nədənsə sual veririksə, o, cavabında yalnız 

bizim özümüzə aid məsələlərdən danışmalıdır. O, bizi bizdə olmayan 

keyfiyyətlərə görə də tərifləməli, göylərə qaldırmalıdır. Amma kişi gərək qadını 

məzəmmət edəndə də amansız olsun; bizi yatıb yuxuda belə görmədiyimiz 

səxavətimizə, xeyirxahlığımıza görə çox amansızcasına danlamalıdır. O, bizə nəsə 

faydalı şeylərin lazım olduğuna inanmamalıdır. Bu bağışlanmaz olardı. Amma 

əvəzində o, bizi istəmədiyimiz şeylərlə yükləməlidir. 




LEDİ KAROLİN. Mən belə başa düşdüm ki, kişinin ömrü boyu elə iki vəzifəsi 

olmalıdır: qadına hədiyyə almaq və onu tərifləmək. 

MİSSİS ALLONBİ. O, cəmiyyət arasında bizi gözdən salmalı, təklikdə isə bizə 

böyük ehtiram göstərməlidir. Axı hər necə olsa da, kişi gərək hər şeyə – bizim 

qurmaq istədiyimiz vay-şivən səhnəsinə hazır olmalıdır; o, dərhal miskin və 

tamamilə bədbəxt bir insan görkəmi almalıdır və elə, təxminən, iyirmi dəqiqə 

sonra əsəbiləşib ədalətli danlaqlarını bizə yağdırmalı, sonra isə, təxminən, yarım 

saat cin atına minib bizi əbədi tərk etməlidir; səkkizə on beş dəqiqə qalmış biz 

nahara gəlmək üçün əyin-başımızı dəyişmək istəyəndə o da acıq edib evdən 

çıxmalıdır. Və bundan sonra nələr olmalıdır? Bundan sonra qadın əsəbiləşib 

ondan əbədi ayrılacağını deyir və o, qadına bağışladığı xırda-mırda hədiyyələri 

geri almaqdan imtina edir və and içir ki, onu bir də görməyəcək və qadına bir 

daha ağılsız məktublar yazmayacaq; bu zaman kişi tamamilə sarsılmalı, qəlbi, az 

qala, parçalanmalı və poçta gedib hər yarım saatdan bir qadına teleqram vurmalı, 

ya da faytonçusundan ona məktublar göndərməlidir; sonra kişi klubda tək-tənha 

nahar etməli, hamı görməlidir ki, o, necə yalqız, necə də üzüntülü və miskindir. 

Bu sarsıntılı və üzücü hadisədən bir həftə sonra qadın kişiyə, axır ki, görüş təyin 

edir və bu görüşdə əgər kişi özünü tam qüsursuz aparırsa (qadın, həqiqətən, ona 

qarşı çox amansız idi!), onda qadın ona öz səhvlərini etiraf etməyə imkan verir

kişi düzgün hərəkət etmədiyini boynuna alandan sonra qadının borcu onu 

bağışlamaqdır; yalnız bundan sonra qadın hər şeyi müxtəlif variantlarla təzədən 

başlaya bilər. 

LEDİ HANSTENTON. Ah, əzizim, siz necə də ağıllı qadınsınız! Bir sözü belə 

nəzərdən qaçırmırsınız! 

LEDİ STATFİLD. Çox gözəl, təşəkkürlər, təşəkkürlər. Çox təsirli, çox 

maraqlıydı! Mən gərək bunların hamısını yadda saxlamağa çalışım. Sizin 

çıxışınızda o qədər maraqlı detallar, incə təfsilatlar vardı ki! Bunlar çox vacib, 

əhəmiyyətli şeylər idi! 

LEDİ KAROLİN. Axi siz heç bizə demədiniz İdeal Ərin mükafatı nə olacaq? 

MİSSİS ALLONBİ. Mükafat? Ooo! Kişiyə sonsuz ümid imkanı verilir. Bu, onun 

bəsidir. 

LEDİ STATFİLD. Amma sizə deyim ki, kişi çox, çox tələbkardır, elə deyil? 

MİSSİS ALLONBİ. Bunun bir elə əhəmiyyəti yoxdur. Qadın, hər halda, güzəştə 

getməməlidir. 

LEDİ STATFİLD. Hətta İdeal Ərə də? 

MİSSİS ALLONBİ. Əlbəttə, ona təslim ola bilər; əgər kişinin ondan doymasını 

istəmirsə. 

LEDİ STATFİLD. Ah! Elədir! Əlbəttə! Bu çox, çox vacib məsələdir! Missis 

Ollonbi, necə bilirsiniz, görəsən, mən İdeal Ərə rast gələcəyəm? Dünyada onların 

sayı çoxdur? 




MİSSİS ALLONBİ. Ledi Statfild, bilirəm ki, Londonda düz dördcə nəfər var. 

LEDİ HANSTENTON. Oh, əzizim! 

MİSSİS ALLONBİ (yaxınlaşır). Nə olub axı? Xahiş edirəm, deyin görək nə olub? 

LEDİ HANSTENTON (yavaşca). Tamam yadımdan çıxıb ki, o amerikalı cavan 

qız bütün günü bizim otaqda olub. Qorxuram bu ağıllı söhbətlər onu bir qədər pərt 

etsin. 


MİSSİS ALLONBİ. Ooo! Ona faydalı olar! 

LEDİ HANSTENTON. Gəlin ümid edək ki, o, çox şeyi anlamadı. Zənnimcə, 

gedib onunla bir qədər danışsam yaxşıdır. (Ayağa durub miss Vorsleyin yanına 

gedir.) Miss Vorsley, əzizim! (Onun yanında oturur.) Otağın bu küncündə oturub 

necə sakit-sakit tamaşa edirsiniz! Görünür, kitab oxuyurdunuz? Bizim 

kitabxanada çoxlu kitab var. 

MİSS VORSLEY. Yox, mən sizin söhbətlərə qulaq asırdım. 

LEDİ HANSTENTON. Bilirsiniz, əzizim, burada deyilənlərin hamısına inanmaq 

lazım deyil. 

ESTER. Mən, ümumiyyətlə, onların heç birinə inanmadım. 

LEDİ HANSTENTON. Nə yaxşı, əzizim! 

ESTER (davam edir). İnana bilməzdim ki, sizin bəzi qonaqlarınız qadınların 

həyata münasibətlərini bu cür izah etsinlər. 

 

(xoşagəlməz sükut) 



 

LEDİ HANSTENTON. Deyirlər, sizin Amerikada gözəl həyat hökm sürür. 

Oğlumun yazdığına görə, haradasa bizimkinə bənzəyir. 

ESTER. Ledi Hanstenton, hər yerdə olduğu kimi, bizim Amerikada da insanların 

bir yerə toplaşdığı xırda klublar, dərnəklər var. Lakin əsl Amerika cəmiyyəti 

bütün yaxşı qadın və kişilərdən ibarətdir; bizim ölkədə yaşayan bütün yaxşı 

adamlardan ibarətdir. 

LEDİ HANSTENTON. Necə ağıllı bir sistemdir! Mən deyərdim ki, çox 

xoşagəlimli bir sistemdir! Təəssüf ki, bizim İngiltərədə həddən artıq süni sosial 

baryerlər var. Biz, demək olar ki, cəmiyyətin orta və aşağı təbəqəsini görmürük. 

ESTER. Amerikada aşağı təbəqə yoxdur. 

LEDİ HANSTENTON. Doğrudan? Çox qəribə ictimai quruluşdur! 

MİSSİS ALLONBİ. O müdhiş qızcığaz nə deyir belə? 

LEDİ STATFİLD. Bu qızın çox üzüntülü bir təbiiliyi var, elə deyilmi? 

LEDİ KAROLİN. Miss Vorsley, deyirlər, sizin Amerikada çox şey yoxdur, hə? 

Məsələn, xarabalıqlar, aztapılan şeylər... 

MİSSİS ALLONBİ (ledi Statfildə). Boş şeydir! Orada onların anaları da, həyat 

tərzləri də var! 




Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə