Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

barəsində nə desəniz, çox yumşaq çıxar! Hesab edirəm ki, Henri şərəfsiz adamdır, 

tamamilə ləyaqətsiz adamdır. Lakin Ceyn, sizin də qeyd elədiyiniz kimi, mən 

boynuma almalıyam ki, Henri maraqlı həmsöhbətdir; onun aşpazı Londonda ən 

yaxşı aşpazdır; ləzzətli nahardan sonra adam hər kəsi bağışlayar, hətta doğma 

qardaşını da... 

LEDİ HANSTENTON (miss Vorsleyə). Hə, əzizim, indi yaxın gəlin, missis 

Arbetnotla tanış olun. Bu qadın o sadə, xeyirxah, yaxşı insanlardan biridir ki, biz 

onu, sizin dediyiniz kimi, öz cəmiyyətimizə heç vaxt buraxmırıq. Mən çox təəssüf 

edirəm ki, missis Arbetnot çox gec-gec bizə gəlir. Lakin bu, mənim günahım 

deyil. 


MİSSİS ALLONBİ. Bu kişilər də nahardan sonra itib-batırlar! Allah bilir

görəsən, bizim haqqımızda nə danışırlar? 

LEDİ STATFİLD. Doğru deyirsiniz? Yəni bizim barəmizdə danışa bilərlər? 

MİSSİS ALLONBİ. Yüz faiz əminəm. 

LEDİ STATFİLD. Ah, necə pis adamdırlar! Bəlkə, biz artırmaya keçək? 

MİSSİS ALLONBİ. Oh! Hara deyirsiniz gedək! Təki bu dul və pinti qadınlardan 

canımızı qurtaraq. (Qalxır və ledi Statfildlə qapıya sarı gedir.) Ledi Hanstenton, 

biz, sadəcə, ulduzlara baxmağa gedirik. 

LEDİ HANSTENTON. Əzizim, o qədər ulduz var göydə! Çoxlu... gedin baxın, 

gedin baxın, xoşunuz gələcək! Amma özünüzü soyuğa verməyin. (missis 

Arbetnota) Hə, əzizim, bundan sonra Ceraldı tapmaq çətin olacaq. 

MİSSİS ARBETNOT. Doğrudan, lord İllinqvort Ceralda iş təklif edib? 

LEDİ HANSTENTON. Oh, əlbəttə, əlbəttə! Lord bunu böyük məmnuniyyətlə 

etdi və o, Ceraldı çox istəyir, oğlunuz haqqında yüksək fikirdədir. Siz hələ lord 

İllinqvortla tanış deyilsiniz, eləmi? 

MİSSİS ARBETNOT. Mən lordu heç vaxt görməmişəm. 

LEDİ HANSTENTON. Şübhə etmirəm ki, onun adını eşitmisiniz. 

MİSSİS ARBETNOT. Təəssüf ki, eşitməmişəm. Mənim dünyadan xəbərim 

yoxdur, o qədər qapalı həyat keçirirəm ki, bayırda nələr baş verdiyini bilmirəm. 

Demək olar ki, heç kəslə də ünsiyyətim olmur. Yadımdadır gərək ki Yorkşirdə 

yaşayan qoca lord İllinqvort barədə eşitmişdim. Bu da çox illər bundan əvvəl 

olub. 


LEDİ HANSTENTON.  Ah, hə, əlbəttə! O lord sonuncudan əvvəlki qraf idi. Çox 

maraqlı adam idi. Aşağı təbəqəli qadınla evlənmək istəyirdi, ya da istəmirdi, 

dəqiq yadımda deyil. Bu barədə çox danışırdılar. İndiki lord İllinqvort tamam ayrı 

aləmdir. Kübar kişidir. O nə iləsə məşğul... yox, heç nə ilə məşğul olmur... onsuz 

da, bizim məşğuliyyətlərimiz amerikalı gözəl qonağımızın xoşuna gəlmir. Missis 

Arbetnot, görəsən, o, sizin maraqlandığınız məsələ ilə maraqlanırmı? Siz necə 

fikirləşirsiniz, Kerolayn, lord İllinqvort kasıbların sığınacaq yeriylə 

maraqlanırmı? 




LEDİ KAROLİN. Ceyn, məncə, heç maraqlanmır. 

LEDİ HANSTENTON. Hər kəsin öz zövqü var, elə deyilmi? Lakin lord İllinqvort 

yüksək vəzifə sahibidir, o istəsə, hər şey edə bilər. Əlbəttə, o, hələ gəncdir, varis  

titulunu təzəcə alıb; Kerolayn, bilmirsiniz o, nə vaxtdan lord İllinqvortdur? 

LEDİ KAROLİN. Məncə, dörd ildir, Ceyn. Yadımdadır ki, lord titulunu mənim 

qardaşımın qəzetlərdə biabır edilən ilində aldı. Hə, hə, həmin il idi. 

LEDİ HANSTENTON. Hə, mənim də yadıma düşdü. Elə dörd il olar. Bilirsiniz, 

missis Arbetnot, lord İllinqvortla titulu arasında çoxlu adam dayanmışdı. Orada, 

məsələn, ... kim idi o, Kerolayn, yadımdan çıxıb? 

LEDİ KAROLİN. O bədbəxt Marqaretin oğlu. Yadından çıxıb, o, necə oğlan 

uşağı doğmaq istəyirdi?! Elə oğlan da oldu, amma öldü! Bundan sonra əri də öldü 

Marqaretin. O da dərhal ərə getdi, lord Askotun oğlanlarından birinə getdi. 

Deyirlər, əri onu yaman döyür... 

LEDİ HANSTENTON. Ah, əzizim, bu, ailədəndir… onlar ailəlikcə belədirlər… 

Biri də vardı, yadındadır, pastor özünü dəliliyə vurmuşdu, deyəsən, yox, ya da 

dəliydi, özünü pastor kimi aparırdı… nə isə, dəqiq yadımda deyil; amma dəqiq 

bilirəm ki, işə Kansler Məhkəməsi baxırdı və hökm verildi ki, onun ağlı 

başındadır. Sonra mən onu yazıq lord Plamstedin yanında gördüm; saçlarında 

saman vardı, ya nəsə bir qəribə şey vardı… Yadıma sala bilmirəm. Ledi 

Kerolayn, mən tez-tez heyifsilənirəm; heyifsilənirəm ki, əziz ledi Sesilya öz 

oğlunun lord titulu almasını görmədi. 

MİSSİS ARBETNOT. Ledi Sesilya? 

LEDİ HANSTENTON. Hə, əzizim, lord İllinqvortun anası. Hersoginya 

Cerminqamın ən gözəl qızlarından biriydi; Tomas Harforda ərə getmişdi; o vaxt 

deyirdilər ki, o, Sesilyaya yaraşan ər deyil; amma deyim ki, ser Tomas Harford 

Londonun ən qəşəng gənci idi. Mən həmin ailəni yaxından tanıyırdım, hər iki 

oğlunu – Arturu və Corcu da tanıyıram.  

MİSSİS ARBETNOT. Yəqin ki, titula böyük oğul sahib oldu, hə, ledi 

Hanstenton? 

LEDİ HANSTENTON. Yox, əzizim, böyük oğlanı ovda öldürdülər. Ya da… 

bilmirəm, Kerolayn, balıq ovuydu? Yadımdan çıxıb. Nə isə, bütün miras qaldı 

Corca. Mən də həmişə deyirəm ki, dünyada heç vaxt kiçik oğullarınkı gətirmir. 

Corc kimi. 

MİSSİS ARBETNOT. Ledi Hanstenton, mən bu saat Ceraldla danışmaq 

istəyirəm! Onu görə bilərəm? Dalınca adam göndərə bilərsiniz? 

LEDİ HANSTENTON. Əlbəttə, əlbəttə, əzizim. İndi nökərlərdən biri gedib 

yemək otağından onu çağırar. Mən bilmirəm bu kişiləri yemək otağında ləngidən 

nədir belə? (Zəngi basır.) Mən lord İllinqvortu ilk dəfə görəndə o, hələ Corc 

Harford idi, titulsuz-filansız,  şəhərin, sadəcə, qəşəng cavanlarından biriydi, 

cibində də pul olmazdı, yazıq Sesilya ona xərclik verərdi; Sesilya onu çox sevirdi. 




Məncə, əsasən ona görə ki, oğlan atasıyla yola getmirdi. Oh, bu da bizim sevimli 

baş keşiş! (nökərə) Yox, lazım olmadı! 

 

     Ser Con və doktor Dobeni varid olurlar. Ser Con ledi Statfildə, doktor Dobeni 



də ledi Hanstentona yaxınlaşır.    

 

DOKTOR DOBENİ. Lord İllinqvort bu gün çox maraqlıydı. Mən heç vaxt 



bugünkü kimi belə yaxşı istirahət etməmişdim. (Missis Arbetnotu görür.) Aaa! 

Missis Arbetnot! 

LEDİ HANSTENTON (doktor Dobeniyə). Görürsünüz də, nəhayət, missis 

Arbetnotu bizə gəlməyə razı sala bildim. 

DOKTOR DOBENİ. Bu, böyük şərəfdir, ledi Hanstenton. Missis Dobeni sizə 

qısqanclıq edəcək. 

LEDİ HANSTENTON. Ah, çox təəssüf ki, missis Dobeni gələ bilmədi. Həmişəki 

kimi baş ağrısıdır, eləmi? 

DOKTOR DOBENİ. Bəli, ledi Hanstenton! O, daim əzab çəkən bir qadındır! 

Amma o, yalqız qalanda xoşbəxt olur. Yalqızlıqdan məmnundur! 

LEDİ KAROLİN (ərinə). Con! 

 

   Ser Con arvadına yaxınlaşır. Doktor Dobeni ledi Hanstenton və missis 



Arbetnotla danışır. Missis Arbetnot isə gözlərini lord İllinqvortdan çəkmir. Lord 

İllinqvort onu görmür, otaqdan çıxıb missis Ollonbiyə tərəf gedir. Missis Ollonbi 

ledi Statfildlə qapının yanında yanaşı durub artırmaya baxır.   

 

LORD İLLİNQVORT. Dünyanin ən gözəl qadını özünü necə hiss edir? 



MİSSİS ALLONBİ (ledi Statfildin əlindən tutur). Hər ikimiz yaxşıyıq, təşəkkür 

edirəm, lord İllinqvort! Bəs siz nə əcəb yemək otağında belə az qaldınız? Bizə elə 

gəldi ki, indicə çıxmışıq oradan. 

LORD İLLİNQVORT. Dəhşətli dərəcədə darıxdım. Bütün nahar boyu heç 

dodaqlarımı tərpədib danışmadım. Səbirsizliklə sizin yanınıza gəlməyi 

gözləyirdim. 

MİSSİS ALLONBİ. Gərək gələydiniz! Amerikalı xanım bizə mühazirə oxuyurdu. 

LORD İLLİNQVORT. Doğrudanmı? Güman edirəm ki, bütün amerikalılar 

mühazirə oxumağı xoşlayırlar. Onların iqlimindəndir, görünür. Bəs mühazirə nə 

barədəydi? 

MİSSİS ALLONBİ. Təbii ki, puritanlıqdan... 

LORD İLLİNQVORT. Mənim qarşımda o qızı geri qaytarmaq vəzifəsi durub, elə 

deyil? Mənə bunun üçün nə qədər vaxt verirsiniz? 

MİSSİS ALLONBİ. Bir həftə. 

LORD İLLİNQVORT. Bir həftə bəs edər! 



Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə