PýYL? Nm? Haqqinda 10 fakt müntəzəm fiziki fəaliyyət sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür



Yüklə 23,28 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü23,28 Kb.
#8575


PÝYL? NM?  HAQQINDA 

10 FAKT

Müntəzəm fiziki fəaliyyət sayəsində sağlam orqanizmə sahib 

olmaq mümkündür.

İnsanlar  həyat  boyunca  müvafiq  səviyyəli  fiziki  aktivliklə  məşğul 

olmalıdırlar. Ən azı gündəlik müntəzəm şəkildə 30 dəqiqə fiziki aktivlik 

ürək-damar  xəstəliyi,  şəkərli  diabet,  yoğun  bağırsaq  və  döş  xərçəngi 

kimi  xəstəliklərin  yaranma  riskini  azaldır.  Əzələlərin  bərkidilməsi  və 

tarazlığı saxlamaq üçün edilən məşqlər yıxılma saylarını azaldır və yaşlı 

nəsildə hərəkətliliyi yaxşılaşdırır. Düzgün çəkini qoruyub saxlamaq üçün 

daha yüksək səviyyədə fiziki aktivlik tələb olunur.



Qlobal piylənmə epidemiyasının qarşısını almaq üçün konkret 

əhaliyə  yönəldilmiş  və  onların  mədəniyyət  xüsusiyyətlərini 

nəzərə alan çoxsahəli və inzibati yanaşma tələb olunur. 

Qeyri-infeksion  xəstəliklərin  profilaktikası  və  onlarla  mübarizə  üzrə 

Qlobal  strategiyanın  həyata  keçirilməsi  üçün  ÜST-nin  fəaliyyət 

planı  epidemioloji  nəzarət  sahəsində  təşəbbüslərin  yaranma  və 

gücləndirilməsi, piylənmə də daxil olmaqla, qeyri-infeksion xəstəliklərin 

profilaktikası və aparılması üçün proqram təklif edir.



FAKT

 9

FAKT

  1 0

Buklet  Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar 

Mərkəzi  tərəfindən  hazırlanmış  və  çap  edilmişdir.  Bukletin 

hazırlanmasında  Ümumdünya  Səhiyyə  Təşkilatının  məlu-

matlarından istifadə olunmuşdur.



Piylənmə,  adətən,  qəbul  edilən  kalori  ilə 

sərf edilən kalori arasında yaranmış qeyri-

düzgün nisbətin nəticəsidir.

Fiziki  aktivlik  olmadan  yüksək  kalorili  məhsulların  artıq  miqdarda 

qəbulu çəkinin qeyri-sağlam artmasına gətirib çıxarır. Fiziki fəaliyyətin 

aşağı səviyyədə olması da həmçinin düzgün olmayan enerji balansına 

və çəkinin artmasına gətirib çıxarır.

Əlverişli ətraf mühit və yerli icmalar insanların sağlam həyat 

tərzi seçiminin və piylənmənin qarşısının alınmasının əsasını 

təşkil edir. 

Şəxsi  məsuliyyət  insanların  sağlam  həyat  tərzi  sürməyə 

imkanları  olduğu  halda  reallaşa  bilər.  ÜST  maraqlı  tərəfləri 

sağlam  ətraf  mühitin  və  bahalı  olmayan  sağlam  qida 

seçimlərinin  formalaşmasında  əhəmiyyətli  rol  oynamağa 

səfərbər etməyə çağırır. 



Uşaqların qida, fiziki fəaliyyət seçimi və 

vərdişlərinə onların əhatəsi təsir edir. 

Sosial  və  iqtisadi  inkişaf,  həmçinin  kənd  təsərrüfatı, 

nəqliyyat,  şəhər  planlaşdırılması,  ətraf  mühit,  təhsil, 

habelə  ərzaq  məhsullarının  emalı,  bölüşdürülməsi  və 

qida  marketinqi  sahəsində  siyasət  uşaqların  hansı 

qida və fiziki aktivliyin modellərinə vərdiş və üstünlük 

verməsinə  təsir  göstərir.  Bütün  dünyada  bu  cür  təsir, 

adətən,  çəkinin  qeyri-sağlam  artımına  səbəb  olur  və 

nəticədə uşaqlarda piylənmə hallarının davamlı şəkildə  

yayılması müşahidə olunur.



Sağlam qidalanma sayəsində piylənmənin 

qarşısını almaq mümkündür.

İnsanlar:

sağlam çəkini saxlamalıdırlar

yağların ümumi qəbulunu məhdudlaşdırmalı 

və doymuş yağların (heyvan mənşəli yağlar) 

əvəzinə doymamış yağlara (bitki mənşəli yağlar) 

üstünlük verməlidirlər

meyvə, tərəvəz, paxlalılar, tam dənli bitkilər və 

qoz-fındıqdan istifadəni artırmalıdırlar

şəkər və duzdan istifadəni 

məhdudlaşdırmalıdırlar



Artıq çəki və piylənmə 

“patoloji və ya artıq piylərin 

yığılması və bununla sağlam-

lığa zərər verilməsi” deməkdir.

 

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  BÇİ-nin  25-ə 

bərabər və ya yuxarı olmasını artıq çəki, BÇİ-nin 30-a 

bərabər və ya yuxarı olmasını isə piylənmə kimi təyin edir.



Dünyada 1,4 milyarddan çox insan artıq çəkilidir 

və  yarım  milyarddan  çox  insan  piylənmədən 

əziyyət çəkir.

Hər il artıq çəki və ya piylənmə nəticəsində ən azı 2,8 milyon insan məhv 

olur. Piylənmə hallarının sayı son 30 il ərzində təxminən iki dəfə artmışdır.

Yüksək gəlir səviyyəsi olan ölkələrdə rast gəlinən piylənmə halları hazırda 

orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə də yayılmışdır.

Dünyada 5 yaşa qədər olan 4 milyondan çox uşaq artıq çəkiyə 

malikdir.

Uşaqlarda  piylənmə  XXI  əsrin  ictimai  səhiyyəsinin  ən 

ciddi problemlərindən biridir. Güman olunur ki, artıq çəkili 

uşaqlar  yetkinlik  yaşına  çatanda  piylənmədən  əziyyət 

çəkəcəklər.  Belə  uşaqlarda  artıq  çəkiyə  malik  olmayan 

uşaqlara  nisbətən  daha  cavan  yaşlarda  diabet  və  ürək-

damar  xəstəliklərinin  yaranma  ehtimalı  çoxdur.  Bu  da 

öz  növbəsində  vaxtından  əvvəl  ölüm  və  əlillik  ehtimalını 

artırır.

Artıq çəki və piylənmə, çəki azlığı ilə müqayisədə, dünya üzrə 

daha çox ölüm hallarına gətirib çıxarır.

Dünya əhalisinin 65%-i çəki azlığına nisbətən artıq 

çəki  və  piylənmədən  ölüm  hallarının  daha  çox 

yayıldığı  ölkələrdə  yaşayır.  Bura  yüksək  və  orta 

gəlir səviyyəsi olan ölkələr daxildir. 

Dünya üzrə şəkərli diabetlə xəstələnmənin 44%-i, 

ürəyin  işemik  xəstəliyinin  23%-i  və  bəzi  xərçəng 

xəstəliklərinin  7-41%-i  artıq  çəki  və  piylənmə  ilə 

əlaqədardır.

FAKT

 1

FAKT

 2

FAKT 

3

FAKT

 4



FAKT



FAKT



FAKT



FAKT

BÇÝ-nin t?snifatý

B?d?n ç?kisinin az olmasý 

Normal b?d?n ç?kisi

B?d?n ç?kisinin artýqlýðý

Piyl?nm?d?n qabaqký hal

Piyl?nm?

1-ci d?r?c?li piyl?nm?

2-ci d?r?c?li piyl?nm?

3-cü d?r?c?li piyl?nm?



< 18.5

18.5 - 24.9

> 25.0

25.0 - 29.9



> 30.0

30.0 - 34.9

35.0 - 39.9

> 40.0


Bədən çəkisi indeksi (BÇİ) aşağıdakı 

düsturla hesablanır:

BÇİ =  

 

m





m – bədən çəkisi (kq) 



h – boy ölçüsü (m)

Yüklə 23,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə