Q a n u n 10 (276), 2017 Rüstəmli Vüqar Sahib oğlu



Yüklə 171,55 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü171,55 Kb.
#66652


Q A N U N   10  (276),  2017

Rüstəmli Vüqar Sahib oğlu,

Azərbaycan Respeblikasmın Prezidenti yanında 

Dövlət idarəçilik Akademiyasının  "Hüquqşünaslıq 

ixtisasının III kurs bakalavrı

G Ə N C   H Ü Q U Q Ş Ü N A S I N   T R İ B U N A S I  

C İ N A Y Ə T  H Ü O U O U

UOT34: 341.485

SOYQIRIM CİNAYƏTİNİN ANLAYIŞI

Açar  sözlər:  soyqırım,  Rafael  Lemkin, 

BMT,  beynəlxalq cinayət hüququ.

Ключевые  слова:  геноцид,  Рафаел 

Лемкин,  ООН,  международное уголовное 

право.

Keywords:  genocide,  Rafael  Lemkin, 

United Nations,  International Criminal Law.

S

oyqırım  cinayəti  insanlığa  qarşı 

yönələn amansız cinayətdir. Beynəl­

xalq  cinayət  olan  soyqınm  cinayəti 

hüquqi  termin  kimi  ötən  əsrdə  elmə  daxil 

edilmişdir.

“ Soyqırım”  anlayışını  ilk  dəfə  elmə 

gətirən  şəxs  Rafael  Lemkin  olmuşdur.  O, 

“Genosid”  adlı  məqaləsinin  II  hissəsində 

soyqınm  haqqında  aşağıdakı  fikirlərini  qeyd 

edir;

“Kütləvi  qətl  hər hansı  bir  fenomen  üçün 



adekvat  ola  bilərmi?  Biz  hesab  edirik  ki, 

xeyr.  Əgər  o,  cinayətin  motivi  ilə  uyğunlaş­

mırsa, xüsusən də motiv irqi, milli və ya dini 

zəmindən  irəli  gəlirsə,  bu,  adekvat  hesab 

oluna  bilməz.  Bir  millətin,  habelə  onun  mə­

dəni  simasının  məhvinə  yönələn  hərəkətlər 

indiyə qədər xüsusiləşdirilərək adlandırılmış­

dır.  Əgər  qeyd  edilən  hərəkətlər  bioloji 

məhvlə  uyğunlaşmırsa,  adekvat  görünmür. 

Digər  mənada  bu  anlayış,  əsasən,  vətəndaş­

lıqdan  məhrum  etməni  xarakterizə  etmək, 

onu ifadə etmək üçün istifadə olunur.  Bir çox 

müəlliflər  ümumi  anlayışdan  istifadə  etmək 

əvəzinə,  irqlərin  və  millətlərin məhv  edilmə­

sini  onlann  yalnız  bəzi  funksional  cəhəti  ilə 

uyğunlaşan  anlayışlarla  adlandırmağa  üstün­

lük verirlər”.

Bu  mülahizələr  məqalənin  müəllifini  bu 

xüsusi  konsepsiyanın zərurətindən  irəli  gələ­

rək yeni termin yaratmağa sövq etdi:  genosid. 

Bu söz qədim yunan sözü “genos” (irq, tayfa) 

və  latın  dilindəki  “cide”  (öldürmək)  şəkilçi­

sindən formalaşdınimışdır”  [6,  s.  227-228].

Çörçill soyqmmı “adsız cinayət” adlandır­

mışdır [5,  s.  12]

Rafael  Lemkin  soyqınmm  qısa  anlayışını 

bu cür verir:

“Genosid  milli,  irqi  və  ya  dini  qrupun 

məhv edilməsi cinayətidir”  [6, s. 228]

Soyqırıma  Ruanda  üzrə  Beynəlxalq 

Cinayət Tribunalının Kambanda işində (16-cı 

bənd)  “cinayətlərin  cinayəti”  kimi  qiymət 

verilmişdir [3,  s.  7].

Soyqırım  cinayəti  haqqında  ən  əsas 

beynəlxalq sənəddə -  BMT Baş Məclisinin 9 

dekabr  1948-ci  ildə  qəbul  etdiyi  “ Soyqınm 

cinayətinin  qarşısının  alınması  və  cəzalandı­

rılması  haqqmda”  Konvensiyada  soyqınma 

bu cür anlayış verilir:

“Bu  Konvensiyada 



“soyqırım” 

dedikdə, 

hər  hansı  milli,  etnik,  irqi,  yaxud  dini  qrupu 

tam  və  ya  qismən  məhv  etmək  məqsədilə 

törədilən aşağıdakı hərəkətlər başa düşülür;

a)  bu cür qrupun  üzvlərinin öldürülməsi;

b)  bu  cür  qrupun  üzvlərinə  ağır  bədən 

xəsarəti, yaxud əqli xətər yetirilməsi;

c)  hər hansı  qrup  üçün  qəsdən  onun  tam, 

yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan 

həyat şəraiti yaradılması;

d) bu cür qrupda doğumun qarşısım alma­

ğa yönəldilmiş tədbirlərin görülməsi;

e)  uşaqların  zorla  bir  insan  qrupundan 

alınıb başqasına verilməsi” [2,  s.  277].

Soyqırım  cinayətinin  tərkib  hissələri  olan 

əməllərin izahını aşağıdakı kimi vermək olar:

4 B tl-



QAxNUN  10  (276),  201'

1) Qrup  üzvlərinin öldürülməsi:

Bu əməldə cinayətkann bir və ya daha çox 

şəxsi öldürməsi baş verir. Burada “öldürmək” 

sözü  “ölümə  səbəb  olma”  ilə  də  əvəz  oluna 

bilər.  Cinayətkann  niyyəti  bu  əməl  də  daxil 

olmaqla, birlikdə soyqınmı təşkil  edən bütün 

əməllərdə  milli,  etnik,  irqi  və  ya  dini  qrupu 

tam və ya qismən məhv etmək olur;



2)  Bu  cür  qrupun  üzvlərinə  ağır  bədən 

xəsarəti, yaxud əqli xətər yetirilməsi:

Bu əməldə cinayətkann bir və ya daha çox 

şəxsin  ağır  bədən  xəsarəti  almasına,  yaxud 

onlara  əqli  xətər  yetirilməsinə  səbəb  olması 

baş  verir.  Bir və  ya  bir  neçə  şəxsə  əzab  ver­

mə, cinsi təcavüz, qeyri-insani və ya alçaldıcı 

rəftar buraya aid edilə bilər;

3)  Hər  hansı  qrup  üçün  qəsdən  onun 

tam, yaxud  qismən  fiziki  məhvini  nəzərdə 

tutan  həyat şəraiti yaradılması:

Bu  əməldə  cinayətkann bir və ya bir neçə 

şəxsin  həyat  şəraitinə  zərər  vuran  tədbirlər 

görməsi  baş  verir.  Burada 



“həyat  şəraitinə 

zərər vuran tədbirlər” 

dedikdə,  qrup üzvlə­

rinin  qəsdən  həyat  üçün  əvəzolunmaz 

mənbələrdən  məhrum  edilməsi,  yəni  qida, 

tibbi  xidmətlərdən  məhrum  edilmə  və  ya 

evlərdən qovulma başa düşülür.



4)  Bu  cür  qrupda  doğumun  qarşısını 

almağa yönəldilmiş tədbirlərin görülməsi:

Bu  əməldə cinayətkann bir və ya bir neçə 

şəxs üzərində müəyyən tədbirlər görməsi baş 

verir  (şəxslərdə  nəsilartırma  qabiliyyətinin 

məhv edilməsi).

5) Uşaqların zorla bir insan qrupundan 

alınıb  başqasına verilməsi:

Bu əməldə cinayətkann zorla bir və ya bir 

neçə  şəxsi  başqa  qrupa  keçirməsi  baş  verir. 

Burada “zorakı” anlayışı yalnız fiziki məcbu­

riyyəti  ifadə etmir,  belə ki, bir və ya bir neçə 

şəxsə  qarşı  yönələn  güc  ilə  təhdid  etmə, 

təzyiq  göstərmə,  saxljınma,  psixoloji  iztirab 

və  ya  ağır  təhqirlər,  şəxs  və  ya  şəxslərdə 

yaranan  zorakılıq  qorxusu  da  bu  anlayışın 

məzmununa  daxildir.  Bu  cür  hərəkətlərin 

yönəldiyi  şəxslər  zorakı  mühitin  təsirlərinə 

məruz  qalırlar.  Zərərçəkm iş  şəxs  və  ya 

şəxslərin  18  yaşından  aşağı  olması  və  cina­

yətkann  zərərçəkmiş  şəxs  və ya  şəxslərin  18 

yaşından  aşağı  olduğunu  bilməsi  və  ya

bilməli  olması  bu  əməl  üçün  qeyd  edilməli 

olan ən mühüm hallardan biridir [4,  s.  2-4].

Qeyd  etmək  lazımdır  ki,  “Soyqınm  cina­

yətinin  qarşısının  alınması  və  cəzalandırıl­

ması  haqqında”  BMT  Konvensiyasında  tam 

və  ya  qismən  məhv  edilməyə  məruz  qalan 

qrupların  təsnifatında  “sosial”  və  “siyasi” 

ifadələrinin işlədilməməsi beynəkalq cinayət 

hüququnda  kolliziyalar  yaradır.  Belə  ki, 

soyqınm  cinayəti  törədilərkən  cinayətkarlar 

tərəfindən  aparılan  ayrı-seçkilikdə  yalnız 

milli,  etnik,  irqi  və  ya  dini  xüsusiyyətlər 

nəzərə  alınmır,  burada  həm  də  sosial  və  ya 

siyasi  xüsusiyyətlərə  görə  soyqırım  aktının 

tərkib hissələrinə yol verilir.  Lakin Konvensi­

yada  soyqınma verilən  anlayışda “sosial” və 

“siyasi”  ifadələri  işlədilmədiyi  üçün  bu 

səbəblərdən  törədilən  cinayətləri  soyqınm 

cinayəti hesab etmək mümkün deyildir. Tanın­

mış  hakim A.  Kassesi  iddia  edir ki,  Konven­

siyada insanlann könülsüz şəkildə və adətən, 

doğularkən  aid  olduqları  sosial  qruplar 

nəzərdə tutulur [1,  s.  13].  Kassesini  bu iddia­

ya sövq edən amil də Konvensiyada qrupların 

xüsusiyyətlərinə “sosial” və  “siyasi” anlayış- 

lannın  aid edilməməsi olmuşdur.  Fikrimizcə, 

sosial və ya  siyasi xüsusiyyətinə görə  fərqlə­

nən qrupun tam və ya qismən məhvinə yönəl­

miş  hərəkətlər  soyqırım  cinayətinin  tərkib 

hissəsi  sayılmalıdır.  Bu barədə  fikrimizi belə 

əsaslandıra bilərik ki,  soyqırım cinayəti üçün 

məhz  müəyyən xüsusiyyətinə  görə  fərqlənən 

qrupun  tam  və  ya  qismən  məhvinə  yönələn 

hərəkət  faktı  olmalıdır.  Fikrimizi  nisbətən 

ümumiləş-dirərək qeyd edə bilərik ki, 



soyqı­

rım  -   hər  hansı  bir  xüsusiyyətinə  görə 

fərqlənən  qrupun  tam  və  ya  qismən  məh­

vinə  yönələn  hərəkətlərin  toplusudur. 

Soyqırıma  məruz  qalan  qrupun  üzvləri 

müəyyən xüsusiyyətlərinə  görə  eynilik təşkil 

etməlidirlər.  Bu  da  onların  məhvinə  yönələn 

hərəkətlərin  soyqırım  hesab  olunması  üçün 

əsasdır.


Fikrimizcə,  Konvensiyada  soyqınm  cina­

yətini  xarakterizə  edən  hərəkətlər  arasında 

yanlışlıq  vardır.  Belə  ki,  soyqınm  cinayəti 

üçün  qrupun  tam  və  ya  qismən  məhvinə




Q A N U N   10  (276),  2017

yönələn hərəkətlərin törədilməsi tələb olunur. 

Dilçilik  nöqteyi-nəzərindən  məsələyə  yana­

şarkən  “genocid”  ifadəsinin  tərcümədə  “so­

yun,  nəslin  qınmı,  məhvi,  öldürülməsi”  m ə­

nasım  verməsi  də  bunu  təsdiqləyir.  Qrupun 

məhvi  üçün  ən  əsas  meyar  onun  üzvlərinin 

ölümü və ya gələcək davamçılarmın (nəsilar- 

tırma  qabiliyyəti  ilə  dünyaya  gəlmiş  olan  və 

ya  övladlığa  götürülmüş  uşaqlar)  ola  bilmə­

məsidir.  Lakin  Konvensiyada  soyqınm  cina­

yətini xarakterizə edən hərəkətlərin daxilində 

qrupu  təşkil  edən  şəxslərin  bioloji  məhvi, 

yəni ölümü və ya gələcək davamçılanmn ola 

bilməməsi  faktı  ilə  nəticələnməyən  hissə 

qeyd olunmuşdur.  Belə  ki,  Konvensiyanın  2- 

ci maddəsinin “b” hissəsində nəzərdə tutulan 

“bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, 

yaxud  əqli  xətər  yetirilməsi”  ifadəsi  qrup 

üzvlərinin  bioloji  məhvini,  habelə  onlann 

gələcək  davam çılarının  ola  bilməməsini 

xarakterizə  edən  hərəkətlərdən  sayılmır  ki, 

fıkrimizcə,  bu  da  soyqınm  cinayətinin tərkib 

hissəsi hesab oluna bilməz. Doğrudur, şəxslə­

rə  ağır bədən  xəsarəti,  yaxud  əqli  xətər yeti­

rilməsi bəzi hallarda onlann ölümünə yol aça 

bilər,  lakin  bu  hərəkətlər  şəxslərin  ölümünü 

şərtləndirmədiyindən  soyqırım  cinayətinin 

tərkib hissəsi kimi  nəzərə alına bilməz.

Fikrimizi ümumiləşdirərək  soyqınm  cina­

yətinə bu cür anlayış  verə bilərik:

“Soyqırım  -   milli,  etnik,  irqi,  dini,  sosial 

və  yaxud siyasi  xüsusiyyətinə  görə  fərqlənən 

qrupun;


-  üzvlərinin öldürülməsi;

-   üzvlərinin  ölümünü  şərtləndirən  həyat 

şəraitinin yaradılması;

-  üzvləri  daxilində nəsil  artımının  qarşısı­

nın alınması;

-   üzvlərinin  uşaqlarının  qrupdan  qəsdən 

ayrı  salınaraq  fərqli  qrup  daxilində  inkişaf 

etməsi  üçün tədbirlərin görülməsi hərəkətləri 

ilə  səciyyələnən,  bununla  da  qrupun  tam  və 

ya  qismən  məhvinə  yol  açan  və  bəşəriyyətə 

qarşı törədilən cinayət əməlidir”.

Müasir dövrdə soyqınm cinayətinin tərkib 

hissəsi  olan  əməllərin və bu  cinayətin yönəl­

miş  olduğu  şəxslərin  konkret  dairəsinin 

müəyyən  olunması,  bununla  da  ona  düzgün 

və dəqiq anlayış verilməsi beynəlxalq cinayət 

hüququ  üçün  öz  aktuallığını  saxlayan  məsə­

lələrdən biridir.

Qeyd  etməliyik  ki,  soyqınm  cinayətinin 

digər  cinayətlər  kimi  anlayışının  düzgün  və 

dəqiq  müəyyən  olunması  bu  cinayətin  qarşı­

sının  alınması  və  cəzalandıniması  sahəsində 

hüquqa böyük töhfələr verəcəkdir.

İstifadə  edilmiş mənbələr:

1.  Cassesse A.  International Criminal Law.  Cambridge,  2004

2.  “Convention  on  the  Prevention  and  Punishment  of the  Crime  of Genocide”, Adopted  by  Resolution  260 

(III) A o f the United Nations General Assembly on 9 December  1948.  U.N.T.S. No.  1021, vol.  78,  1951, p. 277

3.  ICTR.  Kambanda, 4.9.1998

4.  International  Criminal  Court.  Elements  of Crimes.  The  Hague,  International  Criminal  Court publication, 

2011

5.  Leo Kuper.  Genocide.  Its Political Use in the Twentieth Century.  New Haven, Yale University Press,  1981



6.  Raphael  Lemkin.  Genocide //American  Scholar, Volume  15, no.  2, April  1946, p.  227-230


QANUN  10  (276),  2017

Рустамлы  Вюгарь Сахиб оглу

ПОЯТИЕ  ПРЕСТУПЛЕНИЯ  ГЕНОЦИДА 

РЕЗЮМЕ

В  статье  отмечено,  что  престугшение  геноцида  не  удовлетворено  только  физическим  уничтожением 

определенной  группы  людей,  более того  это  также  влияет  на  психологию  общества.  Спецификация  его 

концепции, понимая суть этого серьезного преступления очень важна для  права.



Rustamii Vugar Sahib

CONCEPT OF GENOCIDE CRIME 

SUMMARY

It is  stated in the article that genocide  is  not just a matter of physical assimilation  of a certain group  of peo­

ple,  but it also  affects the psychology of society.  Understanding the  specifications  of its  concept and essence  of 

this serious crime is of crucial  importance in international criminal  law.



Rəyçi:  h.ii.f.d., dos. A.Qədiməliyev 

Təqdim edən:  h.ü.e.d.,  prof.  H.S.Qurbanov 

Daxil olma tarixi:  18.07.2017 

Təkrar işlənmə tarixi:  22.08.2017 

Çapa imzalanma tarixi:  03.10.2017

4

® -

Yüklə 171,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə