Q a y d a L a r (15. 04. 2010-cu IL tarixli dəyişikliklərlə) Bu Qaydalar



Yüklə 83,75 Kb.
Pdf görüntüsü
tarix12.02.2018
ölçüsü83,75 Kb.
#26829
növüQaydalar


 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən  

veksellərin yenidən uçotu haqqında müvəqqəti 

Q A Y D A L A R  

 

(15.04.2010-cu il tarixli dəyişikliklərlə) 

 

 

 

Bu 


Qaydalar 

Azərbaycan 

Respublikasının 

Mülki 


Məcəlləsinə,  

«Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında»,  «Banklar  və  bank 

fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası  qanunlarına,  Azərbaycan 

Respublikası Prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi (irəlidə 

–  QKDK)  haqqında  Əsasnaməyə  və  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında  Qiymətli  kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  təsdiq  edilmiş 

«Azərbaycan Respublikasında veksel dövriyyəsi haqqında» Əsasnaməyə (irəlidə 

- Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı (irəlidə – 

Mərkəzi  Bank)  tərəfindən  sadə  veksellərin  (irəlidə  -  veksellər)  yenidən  uçota 

alınmasını tənzimləyir. 

 

1. 

Ümumi müddəalar 

1.1. 


Mərkəzi  Bank  veksellərin  yenidən  uçotunu    yeritdiyi  pul-kredit 

siyasətinin  məqsədlərinə  müvafiq  surətdə  kredit  əməliyyatlarının  bir 

növü  kimi    həyata  keçirir  və  aparılan  əməliyyatların  həcmini  müstəqil 

surətdə müəyyənləşdirir.  

1.2.   Mərkəzi  Bank  rəsmi  uçot  (diskont)  dərəcəsini  pul  bazarının  ümumi 

vəziyyətindən,  kreditlər  üzrə  tələb  və  təklifdən  asılı  olaraq 

müəyyənləşdirir.  Mərkəzi  Bank    uçot  (diskont)  siyasətini  dövlətin  pul-

kredit  siyasəti  çərçivəsində  bankların  uçot  (diskont)  dərəcələrinə  təsir 

göstərmək üçün həyata keçirir.  

1.3. 


Mərkəzi  Bank  kommersiya  banklarından    uçota  alınmış  vekselləri 

yenidən uçota geri almaq şərtilə alır. 

1.4. 

Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 



1.4.1.  Veksel  -  qanunvericiliyə  görə  təsdiq  olunmuş  formada  dəqiq  tərtib 

olunmuş,  öhdəliyin  vaxtı  bitdikdən  sonra  sahibinə  (vekselsaxlayana) 



«Təsdiq edilmişdir» 

Azərbaycan Respublikasının  

Prezidenti  yanında  Qiymətli  Kağızlar 

üzrə Dövlət Komitəsi  

əmr№  01/10-232 

«26» avqust 2002-ci il 

«Təsdiq edilmişdir» 

Azərbaycan Respublikası Mərkəzi Bankı 

İdarə Heyətinin 2002-ci il «16» avqust tarixli  

qərarı ilə protokol№18 

 

«16» avqust 2002-ci il  

 

________________H.Babayev 

 

____________________E.Rüstəmov 


 

2

vekseldə  göstərilmiş  məbləğin  vekselverəndən,  borcludan  və  ya  veksel 



məbləğini ödəməyi üzərinə götürən şəxsdən həmin məbləği şərtsiz tələb 

etmək  hüququ  verən,  yazılı  borc  öhdəliyini  əks  etdirən  qiymətli 

kağızdır;

 

 

1.4.2.  Sadə  veksel  -  vekselverənin,  vekseldə  göstərilmiş  pul  məbləğini  tələb 



edildikə və ya müəyyən edilmiş digər bir vaxtda vekselsaxlayana şərtsiz 

ödəyəcəyi barədə öhdəliyini ifadə edən qiymətli kağızdır;  

1.4.3.  Veksellərin  yenidən  uçotu  -  vekselin  uçotunu  aparan  bankdan  uçota 

aldığı  vekselləri  ödəniş    tarixindən  əvvəl  Mərkəzi  Bank  tərəfindən 



vekselin  məbləğini  diskontla ödəməklə alınmasıdır;  

1.4.4.  Veksel verən (emitent) –  Azərbaycan Respublikasının  rezidenti olan  və 

veksel buraxan müəsissə və təşkilatlar; 

1.4.5.  Uçot  aparan  bank  –  Mərkəzi  Bankın  müəyyən  etdiyi  məcburi  iqtisadi 

normativlərə əməl edən  və QKDK–da uçot təşkilatı kimi qeydiyyatdan 

keçmiş  müvvəkil  bankdır.  Uçot  aparan  bank  domisiliyant  vəzifəsini 

yerinə yetirir;  

1.4.6.  Veksel  məbləği  (vekselin  nominalı)-  vekselin  üzərində  yazılmış  və 

ödənilməli olan məbləğ; 

1.4.7.  Diskont  –  veksellərin  uçotu  zamanı  Mərkəzi  Bank  tərəfindən  alınan 

məbləğdir;  

1.4.8.  İndossament  



 

vekseldən  irəli  gələn  bütün  hüquqları  sonuncu 

vekselsaxlayandan  növbəti  saxlayana  ötürən  vekseldə  aparılan  ötürücü 

yazıdır; 

1.4.9.  İndossant – vekseldə ötürücü yazını (indossamenti) yazan şəxsdir; 

1.4.10.  İndossat – - ötürücü yazı (indossament) əsasında veksel ötürülən şəxs ; 

1.4.11.  Allonj  –  vekseldə  qeydlərin  yazılması  üçün  yer  olmadıqda  üzərində 

yazılar  yazmaq,  avalları,  akseptləri  və  sairəni  rəsmiləşdirmək  üçün 

vekselə əlavə edilmiş kağız vərəqidir; 

1.4.12.  Aval -



 

vəkseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər 

şəxslərin  öhdəliklərini  yerinə  yetirməsinə  görə  məsuliyyəti  öz  üzərinə 

götürən şəxsin veksel zəmanətidir; 

1.4.13.  Domisiliyasiya  -  veksel  üzrə  hər  hansı  bir  üçüncü  tərəfin  ödəyici  təyin 

olunmasıdır; 

1.4.14.  Vekselin  protesti  - 

 

akseptdən  və  ya  ödəmədən  imtina  faktlarının 

səlahiyyətli dövlət orqanı (notarius) tərəfindən rəsmi təsdiq edilməsidir; 

  

1.5. 



Mərkəzi  Bank  vekselləri  yenidən  uçota  qəbul  etdikdə  veksel 

məbləğindən  Mərkəzi  Bankın  rəsmi  uçot  (diskont)  dərəcəsinə  uyğun 




 

3

olaraq  müəyyən  diskont  tutulur.  Tutulan  diskontun  məbləği  aşağıdakı 



düstüra  əsasən hesablanır.  

   

                                                                  

                                           







100



360

F

T

K

D

  

                                                               

burada: 


 

D – veksel məbləğindən tutulan diskontun məbləği; 

K – vekselin məbləği; 

T – vekselin yenidən uçotu tarixindən onun ödənilmə 

        tarixinə  qədər olan müddət; 



F – Mərkəzi Bankın rəsmi uçot dərəcəsi.

 

 

2. 



Veksellərin yenidən uçot proseduru 

2.1.  Veksellərin  yenidən  uçota  alınması  veksellərin  yenidən  uçotu    haqqında 

Mərkəzi  Bank  və  uçot  aparan  bank  arasında  yazılı    şəkildə    bağlanmış 

müqavilə  əsasında aparılır. (Əlavə №1). 

2.2.  Vekseli  yenidən  uçota  təqdim  etmək  istəyən  uçot  aparan  bank 

aşağıdakılardan ibarət sənədlər zərfini Mərkəzi Banka təqdim edir: 

2.2.1.  vekselin  yenidən  uçota  qəbul  edilməsi  üçün  ərizə (əlavə № 2); 

2.2.2.  vekselin əsli (allonj  varsa, onunla birlikdə); 

2.2.3.  veksel verənin son iki ilin maliyyə hesabatı sənədlərini; 

2.2.4.   veksellərin dövlət reyestrindən çıxarış. 

2.3.   Sənədləri  qəbul  edərkən  Mərkəzi  Bankın  müvəkkil  bölməsinin 

veksellərin  yenidən  uçotu  üçün  məsul  olan  işçisi  (irəlidə  –  məsul  işçi) 

sənədlərin qəbulunun  qeydiyyatı  jurnalını doldurur (əlavə №3). 

2.4.   Mərkəzi  Bank  tərəfindən  yenidən  uçota  qəbul  olunan  veksellərin 

məzmunu  qarşısında  qoyulan  tələblər  bu  Qaydaların  3-cü  fəsilində 

müəyyən edilir. 

2.5.   Vekselin  yenidən  uçota  alınması  və  ya  onu  yenidən  uçota  almaqdan 

imtina  edilməsi  haqqında  qərar  Mərkəzi  Bank  tərəfindən  siyahısı  bu 

Qaydalarda  müəyyən  edilmiş  sənədlərin  tam  zərfi  alındığı  gündən 

başlayaraq 5 iş günü ərzində qəbul olunur.  

2.6.   Mərkəzi  Bank  vekselin  yenidən  uçota  qəbul  edilməsi  və  ya  imtina 

haqqında qərar qəbul etdikdə  banka məlumat verir. 

2.7.   Vekselin  yenidən  uçota  qəbul  olunması  məsələsi  müsbət  həll  edildikdə 

bank  Mərkəzi  Bankın  xeyrinə  indossamenti  rəsmiləşdirir  və  vekseli 

məsul  şəxsə  təqdim  edir.  Mərkəzi  Bankın  xeyrinə  edilən  indossamentdə 



 

4

indossantı  veksel  üzrə  ödəniş  məsuliyyətindən  azad  edən  şərtlərin  daxil 



edilməsinə icazə verilmir. 

2.8.  Mərkəzi  Bankın  xeyrinə  indossamenti  rəsmiləşdirmək  səlahiyyətlərinə  

yalnız uçot aparan bankın İdarə Heyətinin sədri malikdir. 

2.9.  Mərkəzi Bankın xeyrinə indossamenti olan vekselin əslini aldıqdan sonra 

Mərkəzi  Bank  növbəti  iş  günündən  gec  olmayaraq  diskontu,  poçt 

xərclərini  və  digər  xərcləri  çıxmaqla  vekselin  məbləğini  bankın  xeyrinə 

köçürür.  

2.10.  Mərkəzi  Bank  və    uçot  aparan  bank  arasında  bağlanmış  müqaviləyə 

əsasən  vekseli  yenidən  uçota  təqdim  etmiş  bank  həmin  vekselin  ödəniş 

tarixinə iki iş günü qalmış veksel məbləğini Mərkəzi Banka ödəməlidir. 

 

3. 

Yenidən uçota qəbul edilən veksellər üzrə qoyulan tələblər 

3.1.  Mərkəzi  Bank  tərəfindən  yenidən  uçota  qəbul  edilən  veksellər  aşağıdakı 

tələblərə cavab verməlidir: 

3.1.1.  veksellərin ödəniş müddəti bir aydan az və bir ildən çox olmamalıdır; 

 

3.1.2.  veksel  məbləği  Azərbaycan  manatında  göstərilməlidir  və  Azərbaycan 



dilində tərtib olunmalıdır;  

3.1.3.  veksellərin emitentləri sabit maliyyə vəziyyətinə malik olan Azərbaycan 

Respublikasının rezidentləri olmalıdırlar; 

3.1.4.  veksel  üzrə ödəniş  müddəti  müəyyən  bir   gün  göstərilməlidir.  «Təqdim 

edilən  kimi»,  «Təqdim    olunduqdan  sonra  müəyyən  vaxt  ərzində», 

«Tərtib  olunduqdan  sonra  müəyyən  vaxt  ərzində»  müddətləri  ilə 

veksellər yenidən uçota qəbul olunmur;  

3.1.5.  vekseldə faizlərin hesablanması barədə şərt olmamalıdır; 

3.1.6.  ödəniş  yeri  kimi  vekselin  uçotunu  aparmış  kommersiya  bankı 

göstərilməlidir  (domisiliyasiya  haqqında  qeyd).  Vekseldə  «ödəniş 

_____________  ünvanında    yerləşən  (  uçot  aparan  bankın  adı) 

aparılsın» göstərişi domisiliyasiya haqqında qeydidir ; 

3.1.7.  vekseldə hər hansı məhdudlaşdırıcı qeyd olmamalıdır; 

3.1.8.  vekselin əsli olmalıdır. Surətlər yenidən uçota qəbul olunmur;  

3.1.9.  veksellər 

QKDK 


tərəfindən 

təsdiq 


edilmiş 

«Azərbaycan 

Respublikasında  veksel  dövriyyəsi  haqqında»  Əsasnamənin  (irəlidə  - 

Əsasnamə)  tələblərinə  uyğun  olaraq  müvafiq  qaydada  çap  olunmalı  və 

dövlət reyestrinə salınmalıdır. 

3.2.  Mərkəzi  Bank  uçot  aparan  bank  qarşısında  yenidən  uçota  təqdim  edilən 

vekselin başqa bir kommersiya bankı tərəfindən avallaşdırılması haqqında 

şərti qoya bilər. 




 

5

3.3.  Mərkəzi Bank aşağıdakı hallarda bankın veksellərini yenidən uçota  qəbul 



etməkdən imtina edə bilər: 

3.3.1. veksel üzrə ödəniş tarixinə qalan müddət bir aydan az olduqda; 

3.3.2.  vekselin  məzmunundan  onun  ödəniş  yeri,  veksel  üzrə  vəzifə  daşıyan 

şəxslərin  ödəmə  qabiliyyəti  barədə  birmənalı  nəticə  çıxarmaq  mümkün 

olmadıqda,  yaxud  vekselin  mətnində  veksel  üzrə  hüquqların  həyata 

keçirilməsinə imkan verməyən başqa nöqsanlar olduqda; 

3.3.3.  veksel  bu  Qaydaların  3.1.  bəndində  göstərilən  tələblərinə  cavab 

vermədikdə.   

 

4. 

Yenidən uçota qəbul olunmuş veksellərin qeydiyyatı 

4.1. 


Mərkəzi Bank yenidən uçota qəbul olunmuş veksellərin qeydiyyatı üçün 

xüsusi  nəzarət kitabı aparır. Nəzarət kitabında  hər  müştəri  üzrə  yenidən 

uçota  qəbul  olunmuş  veksellərin  sayı,  məbləği  və  valyutası,  həmin 

veksel  üzrə ödəyici  və ödəyici  tərəfindən  ödənilmiş  veksellərin  miqdarı 

qeyd olunur. 

4.2. 


Mərkəzi  Bankın  kredit  portfelində  veksellər  aşağıdakı  meyarlar  üzrə 

təsnifləşdirilir: 

  indossant (ad və lazımi rekvizitlər); 

  vekselin ödəyicisi; 

  ödəniş yeri; 

  ödəniş müddətləri (aylar və günlər); 

  digər lazımi parametrlər. 

 

5. 



Veksellərin  yenidən  uçotu  əməliyyatları  haqqında  informasiyaların 

yayılması  

5.1.   Mərkəzi  Bank  veksellərin  yenidən  uçotu  əməliyyatları,  o  cümlədən 

yenidən  uçot  dərəcəsi    haqqında  məlumatları  kütləvi  informasiya 

vasitələri, internet şəbəkəsi  və özünün  informasiya bülletenləri  vasitəsilə 

yayır.  

  

6. 



Yekun müddəalar  

6.1. 


Bu  Qaydalar QKDK tərəfindən razılaşdırıldığı gündən qüvvəyə minir. 

 

 



 


 

6

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə  



Heyətinin 2002-ci il «____» ________ tarixli   

qərarı ilə təsdiq edilmiş (protokol № ______) və  

Azərbaycan Respublikasının Prezidenti yanında 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  

tərəfindən 2002-ci il «____» ________ tarixində  

təsdiq edilmiş (əmr №  ___) 

«Azərbaycan Respublikasının Mərkəzi Bankı  

tərəfindən veksellərin yenidən uçotu haqqında müvəqqəti 

Qaydaları»na  

Əlavə № 1 

 

 

 

Veksellərin yenidən uçota alınması haqqında  

Müqavilə  

 

Bakı şəhəri                          



   «__»  «_________»  200_- ci il 

 

«Azərbaycan 



Respublikasının 

Mərkəzi 


Bankı 

haqqında» 

Azərbaycan 

Respublikası  Qanunu  əsasında  fəaliyyət  göstərən  Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankı  (irəlidə-  «Mərkəzi  Bank»),  İdarə  Heyətinin  üzvü,  Baş 

Direktor______________________________şəxsində 

bir 

tərəfdən 



və 

Nizamnamə    əsasında    fəaliyyət  göstərən  (bankın  adı,  irəlidə-«Bank»),  İdarə 

Heyəti  Sədri  ______________________________şəxsində,  digər  tərəfdən 

(irəlidə-«tərəflər») aşagıdaki şərtlərlə bu Müqaviləni bağladılar. 

 

1.  Ümumi  müddəalar. 

Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:  

 veksellərin  yenidən  uçotu  -    vekselin  uçotunu  aparan  bankdan  uçota 

aldığı  vekselləri  ödəniş  tarixindən  əvvəl  Mərkəzi  Bank  tərəfindən 



vekselin  məbləğini  diskontla ödəməklə alınmasıdır;  

 diskont 



veksellərin  uçotu  zamanı  Mərkəzi  Bank  tərəfindən  alınan 

məbləğdir; 

 vekselin qiyməti - diskontu çıxmaqla vekselin məbləği; 

 vekselin  məbləği  -  vekselin  üzərində  yazılmış  və  ödənilməli  olan 

məbləğ; 


 vekselin  protesti  -    akseptdən  və  ya  ödəmədən  imtina  faktlarının 

səlahiyyətli  dövlət  orqanı  (notarius)  tərəfindən  rəsmi  təsdiq 

edilməsidir; 

  indossament  -  vekseldən  irəli  gələn  bütün  hüquqları  sonuncu 

vekselsaxlayandan növbəti saxlayana ötürən vekseldə aparılan ötürücü 

yazıdır; 

 



 

7

 



2.  Müqavilənin predmeti 

2.1.   Bu  Müqavilənin  qüvvədə  olduğu    müddətdə  Mərkəzi  Bank  Bankın 

_________  qeydiyyat  nömrəli  veksellərini  yenidən  uçota  geri  satın 

alma şərtilə  alır. Bu əməliyyat zamanı Bank vekselləri Mərkəzi Banka  

vekselin  qiyməti    ilə  satır  və  həmin  vekselləri  vekselin  məbləği 

həcmində geri satın almağı öhdəsinə götürür.  

2.2.  Mərkəzi  Bank  Bankın  veksellərini  «__»  _________  il  tarixindən 

etibarən   ___ gün  müddətinə  ____________manat məbləğində alır. 

2.3.  Bank «_» ______ il  tarixdə  vekselləri tam məbləğdə ödəməklə  onları  

geri almağı öhdəsinə götürür. 

 

3.  Tərəflərin  hüquq və öhdəlikləri 



 

3.1.  Mərkəzi  Bankın  xeyrinə  indossamenti  olan  vekselin  əslini  aldıqdan 

sonra  Mərkəzi  Bank  növbəti  iş  günündən  gec  olmayaraq  diskontu 

çıxmaqla vekselin məbləğini Bankın müxbir hesabına köçürür. 

 

3.2.  Mərkəzi  Bank  yenidən  uçota  alınmış  vekselin  ödəmə  vaxtı  çatdıqda 



ilknövbəli  ödənişlər  aparıldıqdan  sonra  veksel  məbləğinə  bərabər 

vəsaiti  həmin  vekseli  uçota  almış  Bankın  müxbir  hesabından  qeyd-

şərtsiz qaydada silmək hüququna malikdir. 

3.3.   Veksellərin məbləği ödənildikdən sonra veksellərin əsli Mərkəzi Bank 

tərəfindən Banka qaytarılır. 

3.4.  Geri  satın  alma  tarixinə  Bankın  veksel  məbləğini  ödəmək  üçün 

Mərkəzi  Bankdakı  müxbir  hesabında  yetərli  vəsait  olmadığı  halda 

Mərkəzi  Bank  tərəfindən  veksel  üzrə  veksel  verənə  tələblər  təqdim 

etmək yolu ilə vekseldən protest  verilir.

 

 



3.5.  Bank  vekseli  geri  alma  vaxtından  əvvəl  almaq  hüququna  malikdir. 

Veksellərin  vaxtından  əvvəl  geri  alınması  Bankın  təşəbbüsülə 

keçirildiyi  halda  Mərkəzi  Bank  Banka  bu  zaman  heç  bir  diskont 

ödəmir. 


 

4.  Müqavilənin qüvvədə olduğu müddət 

 

4.1.  Müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 



4.2.  Müqavilə  tərəflər  bir-birinin  qarşısında  Müqavilə  qüvvədə  olduğu 

müddət ərzində yaranan öhdəlikləri icra etdiyi təqdirdə xitam verilmiş 

hesab olunur. 



 

8

4.3.  Müqavilə  iki  nüsxədə  tərtib  olunur  və  tərəflərin  hər  birində    onun  bir 



nüsxəsi saxlanılır. 

 

5.  Mübahisələrin həlli 

 

5.1.  Bu Müqavilənin icrası zamanı fikir ayrılıqları çıxdıqda tərəflər onların 



aradan  qaldırılması  üçün  bütün  zəruri  tədbirləri  görməyi  öhdələrinə 

götürürlər. 

5.2.  Tərəflərin  qarşılıqlı  razılığını  əldə  etmək  mümkün  olmadıqda 

mübahisələrə məhkəmədə qanunla müəyyən edilmiş qaydada baxılır.   

 

6.  Tərəflərin  hüquqi ünvanları 

 

Mərkəzi Bank



 

Bank


 

Azərbaycan Respublikası  

Mərkəzi Bankı

 

_____________________________ 

Bakı şəhəri, Rəşid Behbudov küçəsi 32



 

_____________________________ 

 

7.  Tərəflərin  təsdiqi 

 

Mərkəzi Bank 

Bank 

İdarə Heyətinin üzvü, Baş Direktor 



İdarə Heyətinin sədri 

_____________________ 

____________________________ 

M.Y 


M.Y. 

 

 




 

9

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə  



Heyətinin 2002-ci il «____» ________ tarixli   

qərarı ilə təsdiq edilmiş (protokol № ______) və  

Azərbaycan Respublikasının Prezidenti yanında 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  

tərəfindən 2002-ci il «____» ________ tarixində  

təsdiq edilmiş (əmr №  ___) 

«Azərbaycan Respublikasının Mərkəzi Bankı  

tərəfindən veksellərin yenidən uçotu haqqında müvəqqəti 

Qaydaları»na  

Əlavə № 2 

 

 



Vekselin yenidən uçota qəbul edilməsi üçün ərizə 

 

 

________________________________________________________ 



(vekseli təqdim edən uçot  aparan bankın adı) 

______________________________________________________________ 



(vekselin məbləği rəqəmlə və yazı ilə) 

məbləğində vekselin yenidən uçota alınmasını xahiş edir. 

______________________________________________________________   

(veksel verənin adı və yaşayış yeri/olduğu yer) 

İndossantlar  

______________________________________________________________ 

______________________________________________________________ 



(indossantların adı və yaşayış yeri/olduğu yer) 

Veksel üzrə vəzifə daşıyan digər şəxslər  

_______________________________________________________________ 

________________________________________________________________ 



(veksel üzrə vəzifə daşıyan digər şəxslərin adı və yaşayış yeri/olduğu yer) 

Veksel üzrə ödəniş müddəti ___________________________________ 

Ödəniş yeri  __________________________________________________ 

Vekselin mətninə daxil edilmiş şərtlər _________________________ 

______________________________________________________________ 

Vekselin valyutası ____________________________________________ 

 

 

Ərizəçi 



 

 

 



 

 

______________ (İmza)   



 

 

   M.Y. 



 

 


 

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə 

Heyətinin 2002-ci il «____» ________ tarixli 

qərarı ilə təsdiq edilmiş (protokol № ______) və 

Azərbaycan Respublikasının Prezidenti yanında 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 

tərəfindən 2002-ci il «____» ________ tarixində 

təsdiq edilmiş (əmr №  ___) 

«Azərbaycan Respublikasının Mərkəzi Bankı 

tərəfindən veksellərin yenidən uçotu haqqında 

müvəqqəti Qaydaları»na 

Əlavə № 3 

 

 



Sənədlərin qəbulunun qeydiyyat jurnalı 

 

 



 

№ 

Bankın adı 



Ödəniş 

müddəti 


Vekselin 

ödəniş yeri 

Məbləğ və 

valyuta 


Sənədlərin 

siyahısı 

Veksel 

verənin 


adı 

Ödəyici


nin adı 

Veksel üzrə 

vəzifə 

daşıyan 


şəxslərin adı 

və yaşayış 

yeri/olduğu 

yer 


Avalın 

olması 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 83,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə