Q a y d a L a r I



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə14/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   10   11   12   13   14   15   16   17   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
1.8.4. Materiallar anbarı 
1.8.4.1. Anbarda müxtəlif material və məmulatlar oxşar 
yanğınsöndürücü vasitələrdən (su, köpük, qaz) istifadə etmə 
əlamətlərinə görə və materialların (məsələn, AAM və YM) yan-
masının oxşarlığına görə seçilib yığılmalı və digər 
materiallardan (azot və kükürd turşusu, digər üzvü maddə və 
karbohidrogenlərdən) ayrıca saxlanılmalıdır. 
1.8.4.2. Anbarların stellajlarında saxlanılan məhsullar ni-
zamla yığılmalıdır. Anbar qapısının qarşısında eni qapı eninə 
bərabər, ancaq 1 m-dən az olmamaq şərti ilə keçidlər nəzərdə 
tutulmalıdır. 
Stellajlar yanmayan materialdan hazırlanmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


36 
1.8.4.3. Materialların anbarlara yüklənməsi və boşaldıl-
masında istifadə olunan mexanizmlər və elektroyükləyicilərin 
şlanqlı kabelləri saz vəziyyətdə olmalıdır. 
1.8.4.4. Anbar müdiri (anbardar) işin sonuna yaxın bütün 
otaqlara baxış keçirməli və ancaq onların yanğın 
təhlükəsizliyinə əmin olduqdan sonra elektrik şəbəkəsini 
söndürməli və anbarı bağlamalıdır. 
1.8.4.5. Istehsalat və yardımçı binaların, anbarların zirzə-
milərində lakların, rənglərin, kalsium karbidin, qaz dolu balon-
ların, AAM və YM və digər yanğın və partlayış təhlükəli mad-
dələrin və materialların saxlanılmasına yol verilmir. 
1.8.4.6. Materiallar anbarının otaqlarında elektrokar, av-
toyükləyici və digər daxiliyanma mühərrikli texnikanın 
dayanacağı qadağandır. 
 
1.8.5. Yanar qaz balonları saxlanılan anbarlar 
1.8.5.1. Yanar qaz balonları saxlanılan anbarlar 
çardaxsız, arakəsməsiz, yüngül tip örtüklü yanmayan 
konstruksiyalardan tikilməli və birmərtəbəli olmalıdır. 
Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən ba-
lonları qorumaq şərti ilə onların açıq meydançalarda da saxla-
nılmasına icazə verilir. 
1.8.5.2. Yanar qaz balonları saxlanılan anbarların döşə-
mələri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır. 
1.8.5.3. Qrup halında balonların divarla arakəsməsi olma-
dan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və 
pəncərəsi olmayan divar) binalarda icazə verilir. 
Qrup halında balonlar şkaflarda və ya yanmayan mate-
riallardan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


37 
1.8.5.4. Sıxılmış, mayeləşdirilmiş, həll olunmuş qazların 
saxlanılması üçün ayrılmış balonlar [9]-n tələblərinə cavab 
verməlidir.
Balonların xarici səthi hər bir qaz üçün müəyyən edilmiş 
rəngə uyğun rənglənməlidir. 
1.8.5.5. Balonların müəyyən edilmiş normadan artıq sıxıl-
mış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qa-
dağandır. 
1.8.5.6. Yanar qaz balonları (hidrogen, asetilen, propan, 
etilen və s.) oksigenli balonlardan, sıxılmış hava və digər 
oksidləşdiricilərdən, 
həmçinin 
zəhərli 
qazlardan 
ayrı 
saxlanılmalıdır. 
1.8.5.7. Oksigenli balonlar yağlarla və yağlı materialı olan 
armaturlarla təmasda olmamalıdır. Oksigenli balonların əllə 
daşınması zamanı ventildən tutmaq qadağandır. 
1.8.5.8. Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaqla-
rında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qa-
tılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır. 
Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə 
bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır. 
Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı hissə-
lərindən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olu-
narsa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli, 
onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırıl-
malıdır. 
1.8.5.9. Düzülmə zamanı balonların bir-birindən zərbə al-
masına, balon qapaqlarının döşəməyə düşməsinə yol verilməmə-
lidir. 
1.8.5.10. Yanar qaz balonlarında sızma aşkar olunarsa, 
həmin balonlar təcili olaraq anbardan kənarlaşdırılmalıdır. 
1.8.5.11. Yanar qaz balonları istilik mənbələrindən 1m-
dən az olmayan məsafədə saxlanılmalıdır.
vk.com/club152685050 | vk.com/id446425943


38 
1.8.5.12. Yanar qaz balonları saxlanılan anbarlara ayaq-
qabısının altlığına (dabanına) metal mismar və ya nal 
vurulmuş şəxslərin daxil olması qadağandır. 
1.8.5.13. Balonların günəş şüalarının birbaşa təsirindən 
qorunması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli 
və ya günəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır. 
1.8.5.14. Balonlar saxlanılan anbarlardan radiusu 10 m-
dən yaxın məsafədə yanar materialların saxlanılması və odlu 
işlərin aparılması qadağandır. 
1.8.5.15. Başmaqlı yanar qaz balonları anbarlarda şaquli 
(dik) vəziyyətdə saxlanılmalıdır. Balonların aşmaması üçün, 
onlar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir. 
1.8.5.16. Başmağı olmayan balonlar taxta çərçivələrdə və 
ya stellajlarda üfiqi vəziyyətdə saxlanılmalıdır. 
Balonlar sıra ilə yığılarkən, onların hündürlüyü 1,5 m 
artıq olmamalı, bütün ventillər qoruyucu qapaqlarla 
bağlanmalı və hamısı bir tərəfə yönəldilməlidir. 
1.8.5.17. Yanar qaz balonları saxlanılan anbarların təhlü-
kəsiz qaz qatılığını təmin edən məcburi ventilyasiyası olmalıdır. 
Ventilyasiyası nasaz anbarların istismarı qadağandır. 
1.8.5.18. Qaz balonları olan anbarlarda digər maddə, 
material və əşyaların saxlanılması qadağandır. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə