Q a y d a L a r I


 Işçilərə olan tələblər. Öyrədilmə və



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə4/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   2   3   4   5   6   7   8   9   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.4. Işçilərə olan tələblər. Öyrədilmə və 
təlimatlandırma 
 
1.4.1. Neftqazçıxarma (qazma) sənayesində işlərə yaşı 
18-dən az və 62-dən çox olmayan, tibbi müayinədən keçmiş 
və ya tibbi əks göstərişi olmayan şəxslər buraxılırlar. Qalan 
hallarda (yaşı 62-dən çox olduqda) tibbi müayinənin müsbət 
nəticəsinə görə işçilərin ağır və zərərli işlərdən başqa digər 
işlərdə işləməsinə icazə verilir. 
1.4.2. Müəssisəyə yeni işə qəbul olunmuş işçilər və həm-
çinin başqa işə yeni bir sənət üzrə keçirilənlər əvvəlcədən təh-
lükəsizlik 
texnikasına 
dair 
öyrədilməli 
və 
təlimatlandırılmalıdırlar. Bu haqda müvafiq jurnalda həm 
təlimatlandırılanın, həm də təlimatçının imzası ilə qeydlər 
aparılmalıdır. 
1.4.3. Işçilərin sərbəst olaraq işə buraxılması üçün 
öyrədilmənin, 
təlimatlandırmanın 
keçirilməsinin, 
biliyin 
yoxlanılmasının və işə buraxılmanın təşkili və qaydası [96, 36] 
tələblərinə uyğun olmalıdır.
1.4.4. Obyektlərdə işə, təhlükəsizlik texnikası üzrə 
təlimatlandırılmış, istehsalat təlimi keçmiş və müəssisə üzrə 
verilmiş əmrə əsasən həmin struktur bölmə üçün təyin 
olunmuş komissiya tərəfindən bilikləri yoxlanılmış işçilər 
buraxılırlar. Komissiyanın sədri, təhlükəsizlik texnikasına 
cavabdeh bölmənin texniki rəhbəri təyin olunur. Komissiyanın 
tərkibinə təhlükəsizlik texnikası, mexanika, energetika 
xidmətlərinin mühəndis-texniki işçiləri, usta və ya obyektdə bu 
işlərə məsul olan rəhbər daxil olmalıdır. 
1.4.5. Işçilərə, onlardan iltizamnamə almaqla, rəhbərlik 
tərəfindən peşələr üzrə təhlükəsizlik texnikasına dair təlimatlar 
keçirilməlidir. 
1.4.6. Qazma, mənimsəmə və quyuların təmiri, geofiziki 
və həmçinin neft və qazın hasilatı və hazırlanması işlərinə 
vk.com/club152685050 | vk.com/id446425943


12 
rəhbərlik etmək üçün həmin sahələr üzrə müvafiq təhsili olan 
(mütəxəssis) və təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış 
şəxslər buraxılırlar. Bu tələb həmçinin xarici ölkələrdən olan 
mütəxəssislərə də aiddir. 
1.4.7. Fəhlə peşələri üzrə işləyən ali və orta ixtisas 
təhsilli mütəxəssislərin, o cümlədən ali və orta ixtisas təhsil 
müəssisələrinin 
praktikantlarının, 
sərbəst 
olaraq 
işə 
buraxılması üçün, fəhlə peşələri üzrə müvafiq vəsiqələri 
olmalıdır. 
1.4.8. Əsas peşələrin fəhlələri, tələb olunan səviyyədə 
öyrədildikdən, iş yerində təcrübə keçdikdən, bilikləri 
yoxlanıldıqdan, istehsalat təlimi keçdikdən sonra və müəyyən 
işlərin yerinə yetirilməsi hüququnu verən vəsiqəsi olduqda 
onlara sərbəst işləməyə icazə verilir. 
1.4.9. 
Kompleks 
briqadaların 
işçilərinin 
(işin 
xüsusiyyətinə görə bir neçə peşə üzrə iş görən) müvafiq 
ixtisasları (kvalifikasiyası) olmalı və həmçinin əsas və əlavə 
(əvəzçi) peşələr üzrə icazəsi olmalıdır. 
1.4.10. Müəssisənin işçiləri fərdi mühafizə vasitələrindən 
(FMV) təyinatı üzrə düzgün istifadə etməyi bacarmalı, həyəcan 
siqnalları üzrə hərəkət (davranış) qaydalarını bilməli və 
bədbəxt hadisələr zamanı xəsarətalanlara həkiməqədər ilk 
yardım etməyin üsul və qaydalarını mükəmməl bilməli və 
onları tətbiq etməyi bacarmalıdır. 
1.4.11. Işçilərin təhlükəsiz iş görülməsinə dair biliklərinin 
yoxlanılması hər il keçirilməlidir. 
Yeni texnika, texnologiya, avadanlıq və ya təhlükəsizlik 
texnikası qaydaları tətbiq edildikdə, həmçinin xəsarətalmaya 
səbəb olmuş və ya olmamış fövqəladə hadisə baş verdikdə 
müvafiq işçilərə təhlükəsizlik texnikası üzrə növbədənkənar 
təlimat keçirildikdən sonra onların bilikləri yoxlanılmalıdır. Bu 
haqda müvafiq jurnalda qeydlər aparılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


13 
1.4.12. Müəssisələrdə işçilər vaxtaşırı olaraq (Azərbaycan 
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş 
müddətdə) yerinə yetirdikləri işlər və peşələr nəzərə alınmaqla 
tibbi müayinədən keçməlidirlər. 
1.4.13. Elektrik qurğuları və avadanlıqlarına xidmət edən 
işçilər «Istehlakçıların elektrik qurğularının texniki istismar Qay-
daları»nda və «Istehlakçıların elektrik qurğularının istismarında 
təhlükəsizlik texnikası Qaydaları»nda nəzərdə tutulmuş həcmdə 
və müddətdə təlimatlandırılır və onların bilikləri yoxlanılır. 
1.4.14. Elektrotexnoloji qurğulara xidmət edən və elekt-
rikləşdirilmiş aqreqatları işə salan və açan (dayandıran) və 
həmçinin elektrik alətləri ilə işləyən işçilər təhlükəsizlik 
texnikasına dair müvafiq təlimat keçməli və onların elektrik 
təhlükəsizliyi üzrə ən azı II qrupu olmalıdır. 
Köməkçi avadanlıqların (transformatorlar, tezliyi dəyişən-
lər, mühafizə-açıcı quruluşları və s.) şəbəkəyə qoşulmasını və 
açılmasını qrupu III-dən az olmayan elektrotexniki heyət 
yerinə yetirməlidir. 
1.4.15. Qazanxanalara, yükqaldırıcı kranlara, təzyiq altın-
da işləyən qablara və digər spesifik avadanlıq və qurğulara xid-
mət edən işçilər müvafiq Qaydaların tələblərində nəzərdə tutul-
duğu həcmdə və müddətdə təlimatlandırılır və bilikləri yoxlanı-
lır. 
1.4.16. Neft, qaz və qaz - kondensat quyularının qazılması 
və istismarı, layihələndirilməsi və tikintisi, neft, qaz və qaz - 
kondensatın nəqli və saxlanılması ilə məşğul olan müəssisələrin 
və həmçinin yardımçı müəssisələrin rəhbərlərinin və mühəndis-
texniki işçilərinin bu Qaydaların və bununla yanaşı müvafiq nor-
mativ sənədlərin tələblərini bilmələrinə dair bilikləri yoxlanılma-
lıdır. 
Biliklərin yoxlanilması [36] uyğun aparılmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


14 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə