Q a y d a L a r I


 Qurğular, avadanlıqlar, mexanizmlər və



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə5/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   2   3   4   5   6   7   8   9   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

1.5. Qurğular, avadanlıqlar, mexanizmlər və 
alətlər 
1.5.1. Yenidən işlənilmiş, modernləşdirilmiş və təkmilləş-
dirilmiş qurğuların, avadanlıqların və alətlərin işlənilməsi və is-
tifadə edilməsi AzDƏMTTETI tərəfindən sənaye təhlükəsizliyi 
ekspertizası aparıldıqdan sonra və Azdövdağtexnəzarət Komi-
təsinin icazəsi ilə həyata keçirilməlidir. 
1.5.2. 
Qurğuların, 
avadanlıqların, 
mexanizmlərin, 
alətlərin, nəzarət ölçü cihazlarının istismarı

180

-ə müvafiq 
tərtib edilmiş istismar üzrə təlimatlara uyğun yerinə 
yetirilməlidir. Xaricdə istehsal olunmuş qurğu, avadanlıq və 
alətlər istehsalçı firmaların texniki sənədlərinə uyğun olaraq 
istismar edilməlidir. 
1.5.3. Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri, 
avadanlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə 
vasitələri ilə və bloklayıcılarla təchiz edilməlidir. 
1.5.4. Partlayış təhlükəli texnoloji əməliyyatların, bütün 
iş rejimlərində nəzərdə tutulmuş son yol verilən
parametrlərdən kənaraçıxma hallarında partlayış təhlükəli 
mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və 
prosesin təhlükəsiz dayandırılmasını və ya təhlükəsiz 
vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və 
qəzaların qarşısını alan sistemləri olmalıdır. 
1.5.5. Təhlükəli istehsalat obyektlərində istifadə olunan 
yükqaldırma maşın və mexanizmlərin görünən yerində 
(oxunan) yükqaldırma qabiliyyəti, növbəti, texniki yoxlamanın 
tarixi göstərilməlidir. Təzyiq altında işləyən qablarda, buxar 
qazanlarında icazə yerilən təzyiq, növbəti texniki yoxlamanın 
tarixi və qeydiyyat nömrəsi göstərilməlidir. 
1.5.6. Avadanlıq, onun normal işini təmin edən, 
istehsalçı zavodun layihəsinə və quraşdırma (istismar) üzrə 
vk.com/club152685050 | vk.com/id446425943


15 
təlimatlarının tələblərinə uyğun olaraq möhkəm özül
üzərində qoyulmalıdır. 
1.5.7. Partlayışyanğın təhlükəli sistemlər üçün (istismar 
prosesində titrəyişə məruz qalan avadanlıqlar və boru 
kəmərləri) 
layihədə 
titrəyişi 
azaldan, 
avadanlıqların 
yerdəyişməsini (qəzaya səbəb ola biləcək), dağılmasını və 
kipliyinin pozulmasını istisna edən tədbirlər nəzərdə 
tutulmalıdır. 
1.5.8. 
Yenidən 
quraşdırılmış, 
təkmilləşdirilmiş 
(modernləşdirilmiş), əsaslı təmir edilmiş avadanlıqların 
istismara buraxılması müəssisənin əmrinə əsasən həyata 
keçirilməlidir. 
1.5.9. Quraşdırma, texniki yoxlama və ya istismar 
zamanı avadanlıqda texniki istismar və təhlükəsizlik 
qaydalarının tələblərinə uyğunsuzluq aşkar edilərsə, o, 
istismardan çıxarılmalıdır. Onun istismarına, aşkar edilmiş 
çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra icazə verilir. 
1.5.10. Avadanlığın konstruksiyasında dəyişiklik, bu ava-
danlığı istehsal və layihə edən təşkilatın və onun istehsalına 
icazə vermiş Dövlət orqanının razılığından sonra edilə bilər. 
Modernləşdirilmiş avadanlığın istifadəsinə sənaye təhlükəsizliyi 
ekspertizasının müsbət rəyi olduqda icazə verilir. 
1.5.11. Işləyənlər üçün təhlükə mənbəyi olan 
avadanlığın elementləri, tərtibatlar, hissələr, bəndlər, habelə 
çəpər və mühafizə qurğularının səthləri müvafiq siqnal 
rəngində olmalıdır. 
1.5.12. Avadanlıqların (aparatlar, boru kəmərlərinin mü-
vafiq hissələri və s.) işə salınması və dayandırılması zamanı 
texnoloji sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat 
əmələ gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq 
üçün tədbirlər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli 
olmasına nəzarət və s.) nəzərdə tutulmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


16 
1.5.13. Avadanlığın gərginlik altına düşə bilmə ehtimalı 
olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi ilə birləş-
dirilmək üçün görünən konstruktiv element nəzərdə 
tutulmalıdır. Bu elementin yanında «Yer»in rəmzi işarəsi təsvir 
edilməlidir. 
1.5.14. Avadanlığın xarici səthinin və istilikdən izolə örtü-
yünün temperaturu, tətbiq olunan ən çox partlayışyanğın təhlü-
kəli məhsulun öz-özünə alışma temperaturundan çox olmama-
lıdır.
Istismar zamanı konstruksiyanın elementlərinin və boru 
kəmərlərinin səthlərinin temperaturu 45
0
C-dən artıq olarsa, 
həmin yerlər çəpərlənməli və ya xidmət heyətinin təmasda 
olma ehtimalı olan sahələr istilikdən izolə olunmalıdır. 
1.5.15. Nasos və ya kompressorların vurucu və sorucu 
boru kəmərlərində qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və 
qoruyucu qurğular nasosa (kompressora) maksimum 
yaxınlaşdırılmalı, xidmət üçün rahat və təhlükəsiz olan zonada 
yerləşdirilməlidir. 
1.5.16. Boru kəmərlərində quraşdırılmış bağlayıcı arma-
turlarda (siyirtmələrdə, kranlarda) «Açıqdır» və «Bağlıdır» 
vəziyyət göstəriciləri olmalıdır. 
Quyularda, kameralarda və ya xəndəklərdə (qanovlarda) 
yerləşdirilmiş bağlayıcı armaturun quyuya və ya xəndəyə (qa-
nova) 
xidmət 
heyəti 
üzvlərinin 
düşmədən 
(enmədən)armaturun açılmasına (bağlanmasına) imkan verən 
rahat intiqalı olmalıdır. 
1.5.17. 
Mərkəzdənqaçma 
nasoslarının 
və 
kompressorların vurucu boru kəmərlərində əks klapan və ya 
nəql 
edilən 
maddələrin 
əks 
(geriyə) 
istiqamətdə 
yerdəyişməsinin qarşısını alan digər qurğu, lazım gələrsə 
qoruyucu klapan da nəzərdə tutulmalıdır. 
1.5.18. Tezalışan və yanar mayelərin vurulması üçün isti-
fadə edilən nasoslar (onların iş parametrlərinin pozulması haq-
vk.com/club152685050 | vk.com/id446425943


17 
qında) 
xəbərdaredici 
siqnalverici 
vasitələrlə 
təchiz 
edilməlidirlər. Təhlükəsiz iş parametrlərinin son həddi texnoloji 
reqlamentlər və avadanlıqların istismarı üzrə təlimatlarla 
müəyyən edilməlidir. 
1.5.19. Stasionar texnoloji boru kəmərləri quraşdırıldıq-
dan, habelə qaynaqlama tətbiq etməklə təmirdən sonra kipliyə 
sınanılmalıdır. Korroziya və temperatur prosesləri nəzərə alın-
maqla sınanılmanın dövrülüyü və şərtləri layihə ilə müəyyən 
edilir. Sınanma təzyiqi işçi təzyiqdən 1,25 dəfə artıq olmalıdır. 
1.5.20. Bucurqadların, kranların və digər yükqaldırma 
mexanizmlərinin yükqaldırma məhdudlaşdırıcıları, habelə
yükün və mexanizmin öz-özünə hərəkətinə imkan verməyən 
etibarlı əyləc qurğuları və təsbitləyiciləri olmalıdır. Bu tələblər 
əl talına (bucurqadına) şamil edilmir. 
1.5.21. Avadanlıqların, mexanizmlərin dəstində işin ra-
hatlığını və təhlükəsizliyini təmin edən, tezyeyilən və tez-tez 
dəyişdirilən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün 
xüsusi tərtibat və ya qurğular nəzərdə tutulmalıdır. 
1.5.22. Maşın və avadanlıqların bərkidici bənd və hissələ-
rində öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan 
tərtibatlar (əks qaykalar, şplintlər, pazlar və b.) olmalıdır. Isti-
fadənin zəruriliyi və tərtibatların tipləri layihə konstruktor 
sənədləri ilə müəyyən edilir. 
1.5.23. Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər 
nasaz vəziyyətdə və ya təhlükəsizlik quruluşları (bloklayıcı, 
təsbitləyici, siqnalverici tərtibat və cihazlar) nasaz olduqda, 
habelə işçi parametrləri pasportdakından fərqli olduqda 
onların istismarı qadağandır. 
1.5.24. Avadanlığın təmiri yalnız onu elektrik 
şəbəkəsindən açdıqdan, qalıq təzyiqini buraxdıqdan, hərəkət 
edən hissələr dayandırıldıqdan və təsadüfən onları hərəkətə 
gətirən ağırlıq qüvvəsi və ya digər amillərə qarşı tədbirlər 
vk.com/club152685050 | vk.com/id446425943


18 
görüldükdən sonra aparılmalıdır. Işəsalma qurğusunda mütləq 
«Işə salmayın, adamlar işləyir» plakatı asılmalıdır. 
1.5.25. Qazma, neft-mədən avadanlıqları, həmçinin 
energetik qurğular və polad konstruksiyalar dövri olaraq, 
dağıdıcı olmayan üsulla [255, 256]–ya uyğun sınaqdan 
(defektoskopiya) keçirilməlidir. 
1.5.26. Avadanlıqların, alətlərin, polad konstruksiyaların 
siyahısı və sınaqdan keçirilmə müddətləri Azdövdağtexnəzarət 
Komitəsi ilə razılaşdırılmaqla, onları istismar edən təşkilat tərə-
findən müəyyən edilməlidir. 
1.5.27. Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının 
istismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, korrozi-
ya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul 
edilməlidir.
Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) onu 
işləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilir və 
istismar üzrə olan təlimatda nəzərə alınır. 
1.5.28. Texniki quruluşların, avadanlıqların və qurğuların 
təhlükəsiz istismar müddətinin artırılması mümkünlüyünün 
təyini üzrə işləri ekspert təşkilatı yerinə yetirir. 
1.5.29. Təhlükəli istehsalat obyektlərində istifadə edilən 
istismar avadanlıqlarının, alətlərin və polad konstruksiyaların 
sertifikatlaşdırılması müəyyən edilmiş qaydada həyata keçirilir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə