Q a y d a L a r I


Pilləkənlər və meydançalar



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə7/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   2   3   4   5   6   7   8   9   10   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

Pilləkənlər və meydançalar 
1.5.42. Marş pilləkənlərinin mailliyi 60
0
-dən çox (rezer-
vuarlarda 50
0
-dən çox) olmamalı, adi pilləkənlərin eni 0,65 m-
dən, ağırlıq daşınan pilləkənlərin isə–1 m-dən az olmamalıdır. 
Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən 
çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-5
0
olmalıdır. 
Pillələrin hər iki tərəfinin, hündürlüyü 0,15 m-dən az 
olmayan yan haşiyələri olmalıdır. 
Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri 
olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


21 
1.5.43. Marş pilləkənlərinin orta tamasası olmaqla iki tə-
rəfli 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı 
məsafə 2 m-dən çox olmamalıdır. 
1.5.44. Marş pilləkənlərinin quruluşu, üstündə hərəkət 
edərkən onun əyilməsini və yerdəyişməsini istisna etməli və 
2000N (200 kq) yükə davam gətirməlidir. 
1.5.45. Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-
dən az olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri ol-
malı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməli-
dir. Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır. 
Qövsün pillələrdən ən aralı nöqtəsi 0,70-0,80 m həddində olma-
lıdır. 
Nərdivanlar şaqul üzrə bir-birindən 6 m-dən çox olmayan 
məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir. 
Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı mə-
safə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır. 
1.5.46. Tunel tipli nərdivanlar və pilləkənlər 2500 N 
(250kq) yükə davam gətirməlidir. 
1.5.47. Tunel tipli nərdivanların və pilləkənlərin yan his-
sələri (tetiva), keçid meydançasına çıxış yerində onun 
üzərində 1m hündürlüyündə məhəccərlə qurtarmalıdır. 
Məhəccərlər meydançaya tərəf əyilməli və ona möhkəm 
bərkidilməlidir. 
1.5.48. Hündürlükdə yerləşən işçi meydançaların döşəmə 
səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı 
40mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m 
olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən 
uzununa tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox 
olmayan hündürlükdə yerləşən hündürlüyü 0,15 m-dən az 
olmayan yan haşiyəsi (bortu) olmalıdır. 
1.5.49. Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi 
təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çökün-
vk.com/club152685050 | vk.com/id446425943


22 
tülərinin axıb getməsini təmin edən metal döşəmələri 
olmalıdır. 
1.5.50. 1 m-dən çox olmayan hündürlükdə yerləşən 
meydançaların hündürlüyü 1 m olan məhəccərli çəpəri 
olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən 
çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə 0,4 m olan 
üfqi tamasalarla bir-birinə birləşdirilməlidir. 
Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşə-
mədən 1 sm-ə qədər hündürlükdə yerləşən yan haşiyəsi 
olmalıdır. 
1.5.51. Meydançalar və pilləkənlər müntəzəm olaraq 
qardan, buzdan və çirkdən təmizlənməlidir. 
1.5.52. Yanğın və partlayış təhlükəli obyektlərdə (neftin 
hazırlanması qurğularında, rezervuar parklarında və s.) taxta 
döşəməli meydançalardan istifadə etmək qadağandır. 
1.5.53. Işçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə 
qalxması tələb olunan obyektlər (yerlər) pillələrlə, 0,75-dən 
artıq hündürlükdə isə məhəccərli pilləkənlərlə təchiz 
edilməlidir. 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə