Q a y d a L a r I


Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə9/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   5   6   7   8   9   10   11   12   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı 
traktorlar,
ekskavatorlar və buldozerlər
1.5.60. Quyuların mənimsənilməsi, əsaslı və cari təmiri 
üçün qurğular və traktor-qaldırıcılar təhlükəsiz şpil makarası (şpi-
levaya katuşka) ilə təchiz olunmalıdırlar. Makara olmadıqda valın 
ucu örtüklə bağlanmalıdır. Traktor-qaldırıcı səs siqnalı ilə, sürü-
cünün arxa tərəfindəki pəncərə şəbəkə və dayaqlarla təchiz 
olunmalıdır. 
1.5.61. Traktorlarda gecə vaxtı işləmək üçün arxa və 
qabaq işıqlandırıcı fənərlər olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


24 
1.5.62. Traktorçu traktor-qaldırıcını yerindən hərəkət et-
dirməyə başlamazdan əvvəl, onun hərəkət yolunda adamların 
olmamasına və kənar əşyalara ilişmədiyinə əmin olmalıdır. 
Traktor–qaldırıcı hərəkətə gətirilməzdən əvvəl səs siqnalı ilə 
ətrafdakılar xəbərdar edilməlidir. 
1.5.63. Qış vaxtı traktorun yana sürüşməsinin qarşısını 
almaq üçün onun tırtıllarında xüsusi tərtibatlar qoyulmalıdır. 
1.5.64. Traktorların kabinəsinin baxış pəncərələri traktor-
çunu yaxşı görünmə ilə təmin etməli və şüşətəmizləyəni 
olmalıdır. Traktor- qaldırıcıların kabinəsində qabaq, yan və 
arxa pəncərələrdən savayı üstündə də baxış pəncərəsi 
olmalıdır. Traktor- dartıcının kabinəsinin arxa pəncərəsi
həmçinin traktor- qaldırıcının arxa və yuxarı pəncərələri dəmir 
barmaqlıqlarla mühafizə olunmalıdır. 
1.5.65. Traktor- qaldırıcı işə başlamazdan əvvəl 
mühərrikin və qaldırıcı bucurqadın işi yoxlanılmalıdır. 
Bu zaman əsas diqqət əyləc sisteminin və traktorun işlək 
hissəsinin sazlığına yetirilməlidir. 
1.5.66. Yanacaq-sürtgü materiallarının ehtiyat tutumları 
traktor- qaldırıcının dayandığı yerdən 20m-dən az olmayan 
məsafədə yerləşdirilməlidir. 
1.5.67. Traktor -qaldırıcının işlənmiş qazlar borusu səs 
boğucu və qığılcımsöndürücü ilə təchiz edilməli və yuxarıya 
elə qaldırılmalıdır ki, işlənmiş qazlar kabinəyə daxil olmasın. 
1.5.68. Ekskavator dağın döşü ilə (yamacla) hərəkət 
edən zaman onun aşmasının qarşısını almaq üçün hərəkət 
marşrutu düzlənməlidir. 
Qazmağa başlamazdan əvvəl ekskavator əvvəlcədən ha-
zırlanmış hamar meydançaya qoyulmalı və onun tırtılları 
(çarxları) əyləclənməlidir. 
1.5.69. Iş vaxtı, çalov (kovş) qruntdan çıxarılmayana 
qədər platformanın döndərilməsi, həmçinin ilməklərin köməyi 
ilə yanda yerləşmiş yükün dartılması qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


25 
1.5.70. Əgər ekskavatorun idarəetmə banının arxa divarı 
ilə xəndəyin yanı və ya tikili arasındakı məsafə qolun istənilən 
vəziyyətində 1 m-dən az olarsa, ekskavatorda işlər dayandırıl-
malıdır. 
1.5.71. Ekskavator işləyən zaman qazıntı aparılan tərəfdə 
hər hansı başqa işlərin yerinə yetirilməsinə və ekskavatorun hə-
rəkət radiusu üstəgəl 5 m məsafədə adamların olmasına icazə 
verilmir. 
1.5.72. Ekskavatorla qrunt yük avtomaşınına yüklənən 
zaman qrunt sürücünün kabinəsinin üstündən deyil, yalnız yan 
və arxa tərəfdən verilməlidir. 
Ekskavator işləyən zaman adamların (sürücünün) yük av-
tomaşınının kabinəsində, yaxud avtomaşınla ekskavatorun 
arasında olmaları qadağandır. 
1.5.73. 
Ekskavator 
dayandırılan 
zaman 
qolu 
ekskavatorun oxu boyunca yerləşdirilməli, çalovu (kovşu) isə 
yerə endirilməlidir. Ekskavatorçu qruntla dolu çalov (kovşun) 
yuxarı qaldırılmış vəziyyətdə olduqda ekskavatordan 
düşməməlidir. 
1.5.74. Tikinti meydançası hüdudları daxilində, ekskava-
torun hərəkət etdiyi yol əvvəlcədən düzləndirilməli, zəif 
qruntlarda isə inventar sipərlərlə möhkəmləndirilməlidir. 
1.5.75. Birçalovlu ekskavatorun hərəkəti zamanı onun 
qolunu mütləq hərəkət istiqamətində qoymalı, çalovu isə 
yerdən 0,5-0,7 m qaldırmalı. 
1.5.76. Ekskavatorun yüklənmiş çalovla hərəkət etməsi 
qadağandır. 
1.5.77. Tırtıllı ekskavatorun körpülərin, kəsişən yolların 
üstündən salınan körpülərin və s. üzəri ilə hərəkət etməsinə 
yalnız müvafiq təşkilatlardan icazə alındıqdan sonra yol verilir. 
1.5.78. Ekskavatorun kiçik çayların dayaz yerlərində hə-
rəkət etdirilməsi məsul iş rəhbərinin hərəkət yolunu yoxlama-
sından sonra, onun icazəsi ilə yerinə yetirilməlidir. 
vk.com/club152685050 | vk.com/id446425943


26 
1.5.79. Ekskavator işləyən zaman aşağıdakılara əməl 
edilməlidir: 
-xəndəyin kənarında çalovlu qolun təhlükəli hərəkət zo-
nasında olmamalı; 
-ekskavatorçunun siqnalını izləməli; 
-ekskavator qruntun dağılma (uçma) prizması hüdud-
larında işləyən zaman xəndəyin kənarına yaxınlaşmamalı. 
1.5.80. Xəndəyin qazılması üzrə işlərin müvəqqəti dayan-
dırılması və ya ekskavatorun təmiri zamanı, çalov qaldırılmalı, 
ekskavator isə xəndəyin qırağından 2 m-dən az olmayaraq
dağılma prizması zonası hüdudlarından kənarda dayandırılma-
lıdır. Bu zaman ekskavator əyləclənməli, tırtılların (çarxların) 
altına dayaq (altlıq) qoyulmalıdır. 
1.5.81. Buldozeri dayandıran zaman, onun laydırını yerə 
endirmədən buldozerçinin buldozeri tərk etməsi qadağandır. 
1.5.82. Xəndəyin doldurulması zamanı, buldozerin 
xəndəyə sürüşüb düşməsinin qarşısını almaq üçün laydırın 
xəndəyin kənarı ilə hərəkətinə yol verilməməlidir. 
1.5.83. Buldozerin sürüşməsinə və maşının aşmasına 
imkan verməmək üçün onun yağışlı havada gilli qruntlarda 
işləməsinə icazə verilmir. 
vk.com/club152685050 | vk.com/id446425943


27 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə