Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
  1   2   3   4   5   6   7   8   9   ...   25


Q an  y a d d a ş ı 

 

 



 

VAQİF ARZUMANLI

VƏLİ HƏBİBOĞLU, 

KAMİL MUXTAROV 

 

 

 



 

 

 



 

 

1918-ci  il 

QIRĞINLARI 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı “ÖYRƏTMƏN” 1995 


 

 

 



 

84.3  


A 75 

 

 



 

 

 



 

Redaktoru:   Cavad Zeynal 

 

 



A   75    V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.  

1918-ci  il  qırğınları.   Tarixi  araşdırmalar  

B.: “Öyrətmən”.  1995. 90 səh. 

 

 



 

 

 



Əsrin  əvvəlində xalqımızın soyqırımına məruz qalmasından, mahallarımızın, 

ərazilərimizin işğalından, həmin qanlı siyasət nəticəsində qurban gedən yüz 

minlərlə soydaşımızın faciə-fəlakətlərindən bəhs edən bu kitab hər bir kəs üçündür: 

kiçik oxumalıdır-gələcəyə hazırlanması üçün; yeniyetmə oxumalıdır - tarixini 

bilməsi və mübarizələrə hazır olması üçün; böyük oxumalıdır-bu faciələri 

unutmaması üçün; analar oxumalıdır- həmin hadisələri beşik başında körpələrinə 

danışmaları üçün-yalnız bu halda milli yaddaşımız özünə qayıda bilər. 

 

 



 

 

 



 

 

 



 

 

A   470202400 



 

 

 84,3 



©“Öyrətmən”1995  


 

 

 

Ö N      S Ö 3 

 

Xalqımıza qarşı əsrimizin əvvəllərində iki dəfə soyqırımı siyasətinin həyata 



keçirilməsinə baxmayaraq, bugünkü nəsil yaxın vaxtlara qədər bu tarixi faciələr 

barədə, demək olar, heç nə bilmirdi. Son illərin demokratik işığı soykökümüzə 

qarşı çevrilmiş bu mənfur siyasətin acı  həqiqətləri üzərinə öz ziyasını saldı, 

mətbuat səhifələrində 1905 və 1918-ci illərdə olmuş  qırğınlar barədə yazılar 

görünməyə başladı. 

Sovet hakimiyyəti illəri  ərzində bu tarixi faciələr barədə danışmaq qeyri-

mümkün idi. Xalqın soykökünün məhvinə, Azərbaycan torpaqlarının zəbt 

edilməsinə aid məqalələr dərc etdirmək, kitablar buraxmaq qanunla qadağan 

olunurdu. Bu işi görməyə cəhd edən ayrı-ayrı şəxslər inzibati orqanlar tərəfindən 

təqib edilirdi, onların bu vətənpərvərlik fəaliyyəti o dövrdə partiyanın irəli sürdüyü 

beynəlmiləlçilik siyasəti ilə uyğun gəlmirdi. 

Elə  həmin dövrdə heç bir partiya və dövlət siyasətinə  məhəl qoymayan 

ermənilər xalqımıza qarşı, bütövlükdə türk dünyasına qarşı  həyata keçirtdikləri 

soyqırımı siyasəti ilə əlaqədar olaraq əhali arasında təbliğat işləri aparır, yeni nəsli 

sırf erməni millətçiliyi ruhunda tərbiyə etməyə çalışırdılar. Məhz buna görə  də 

yaxın vaxtlara qədər, yəni Dağlıq - Qarabağ problemi meydana çıxana qədər hər 

bir erməni gənci türkə nifrət ruhunda böyümüş, 1905-1918-ci illərdə olmuş 

erməni-müsəlman qırğınları barədə tarixi həqiqətlər barədə uydurulmuş, şişirdilmiş 

təsəvvürlərə malik idi. Azərbaycanda isə başımıza açılan müsibətləri yazmaq 

qadağan edildiyindən gənclərimiz öz yaxın keçmişində baş vermiş faciələri öyrənə 

bilməmişdi, başqa sözlə desək, soykökümüzə,  ərazimizə, torpaqlarımıza, 

tariximizə qarşı çevrilmiş bu faciədən süni surətdə məhrum olmuşdu. 

  

1993-cü ildə 1918-ci ilin erməni-müsəlman qırğınından 75 il keçdi. Düz 75 



il  əvvəl erməni quldur dəstələri Azərbaycan türklərinə qarşı tarixdə görünməmiş 

bir vəhşilik etdi. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda, 

habelə Azərbaycanın digər  şəhər və  kəndlərində, qədim oğuz yurdu İrəvan 

torpaqlarında yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürüldü, evlər qarət 

edildi, yandırıldı.  Daşnak silahlı dəstələri dinc əhaliyə qarşı elə vəhşiliklər tətbiq 

etdilər ki, bu gün həmin tarixi faciələr barədə söhbət açanda adamın nəbzi dayanır. 

Erməni vəhşiləri qocaları, qadınları, uşaqları qılıncdan keçirir, bu gün olduğu kimi, 

1918-ci ildə də azərbaycanlıların yaşayış yerlərini yandıraraq ölü zona yaratmağa 

çalışırdılar. Həmin dövrdə daşnak hərbi qüvvələrinin vasitəsilə  təşkil edilmiş bu 

soyqırımını başda Stepan Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş 

müharibəsi kimi qələmə verməyə  və bununla da əsl tarixi həqiqəti ört-basdır 

etməyə çalışırdılar. 

Lakin zaman hər  şeyi öz yoluna qoydu. Erməni bolşeviklərinin  əsl siması 

məlum oldu. Xalqımızın soyqırımına susamış bu vəhşilər öz tarixi cinayətlərini 

gizlədə bilmədilər. 

1918-ci ilin mart soyqırımı günü  vaxtilə Azərbaycan Demokratik 




Respublikası  hökuməti tərəfindən milli matəm günü  kimi keçirildi. Bu  matəm iki 

il, yəni 1919 və 1920-ci illərdə Azərbaycanda milli matəm kimi qeyd edildi. 

  

Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər  İnstitutunun 



əməkdaşları tərəfindən hazırlanan bu kitab həmin sahədə ilk təşəbbüs hesab olunur. 

Müəlliflər 1918-1920-ci illərdə Azərbaycanın bütün ərazisində Bakı, Quba, 

Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və  Zəngəzurda, eləcə  də  qədim oğuzların 

yaşayış  məskəni olan İrəvan torpağında soykökümüzə qarşı dövlət səviyyəsində 

həyata keçirilən soyqırımı hadisələrini faktik materiallar əsasında təhlil edərək  

ümümiləşdirib oxuculara çatdırmağı özlərinə borc bilmişlər. 

Şübhəsiz ki, adları  çəkilən  şəhərlərdə  və  ərazilərdə törədilən soyqırımı 

barədə daha böyük həcmli kitablar yazmaq mümkündür. Yəqin ki, tarixçilərimiz 

bu işin öhdəsindən layiqincə gələcəklər. İndiki halda isə, bu soyqırımı hadisələrini 

özündə geniş  əks etdirən kitabın olmamasını  nəzərə alaraq onun tezliklə  nəşr 

olunub oxuculara çatdırılmasını vacib bilmirik. Çünki bu soyqırımı  hər bir 

Azərbaycan vətəndaşının, xüsusilə böyüməkdə olan gənç nəslin qan yaddaşında 

möhkəmlənməlidir. 

  

BAKI    QIRĞINI 

 

1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik 



rəhbərliyinin iradəsi və  fəal iştirakı ilə milli zəmində törədilmiş  dəhşətli qırğın 

nətiçəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir 

və  işgəncələrə  məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı 

hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkaranın, Şamaxının 

və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına 

məhv edilməsi ilə  nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı  nə 

qocaya, nə cavana, nədə körpələrə aman verilməmiş, adamları  vəhşicəsinə  qətlə 

yetirilmələri üçun onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab 

edilmişdir. 

  

Bu dəhşətli cinayətlərin təşkilatçıları cürbəcür vasitələrlə Leninin rəğbət və 



etimadını qazanmış Şaumyanın başçılıq etdiyi Bakı bolşevikləri, başlıca icraçıları 

isə daşnak hərbi hissələri olmuşdur. 

Belə bir sual ortaya çıxa bilər ki, bu cür qanlı cinayətə əl atmaq, yaxud da 

ona göz yummaq məgər bolşeviklərə çoxmu gərək idi? Axı, onlar artıq beş aydan 

artıq idi ki, hakimiyyəti  ələ keçirmişdilər. Məgər onlar düşünmürdülərmi ki, 

törətdikləri qanlı cinayətlərdən ötrü, nə vaxtsa cavab verməli olacaqlar? 

Bu suallara cavab vermək üçün bolşeviklərin Bakıda hakimiyyətə gəlmələri

hansı ictimai-siyasi qüvvələr tərəfindən müdafiə olunmaları, yerli əhaliyə-

azərbaycanlılara, onların ictimai-siyasi təşkilatçılarına münasibəti məsələlərini bir 

qədər geniş şərh etmək lazımdır. 

Tarixdən yaxşı məlumdur ki, hər yerdə olduğu kimi, Bakıda da bolşeviklərin 

hakimiyyətə gəlməsi heç vaxt demokratik ənənələrə əsaslanmamış, yəni geniş əhali 

kütləsinin onları müdafiə etməsinin  nəticəsi olmamışdır. Sadəcə olaraq, Bakı 

bolşevikləri Rusiyada 1917-ci il oktyabr çevrilişi  ərəfəsində yaranmış qarışıqlıq 

zamanı özlərinə xas olan demoqoqluq məharətlərini ustalıqla işə salaraq elə həmin 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə