Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

təqibindən  yaxa qurtarmaq  üçün  qarlı  Murovdağın        keçilməz yollarına üz 

tutmuş və daha çox itki vermişdilər. 

Danışıqlar vaxtı erməni numayəndəsinin həyasızlıqla dediyi: “bunlar nədir 

ki, görün hələ sizi qabaqda nələr gözləyir”- sözləri bu vəhşiliklərin planlı qaydada 

aparıldığına dəlalət etmirdimi? Sənədlərin birində oxuyuruq “... dekabrın 2-də 

Gülyataq ermənilərinin quldur dəstəsi Sırxavənd kəndinə hücum edib, 122 baş 

qaramal və 45 keçi aparmışlar. Həmin quldur dəstəsi Gülyataq, Canyataq, Kasapet 

ermənilərindən ibarət daha üçlü tərkiblə iki dəfə Qalayçılar kəndinə hücum etmiş 

və 105 baş qaramal sürüb aparmışlar, belə bir şayiə  gəzir ki, Andronik Şuşa 

tərəfdən öz qoşunları ilə hücuma keçir, ermənilər isə bu qüvvələr peyda olana kimi 

buraları darmadağın etməklə müsəlmanları dağlıq hissədən sıxışdırıb erməni 

rayonu yaratmaq fikrindədir, bununla da buranı Azərbaycandan ayırmaq 

istəyirlər... Quldur dəstəsinin başçıları siyahısına Cavanşir qəzasının üçüncü sahəsi 

üzrə keçmiş xalq komissarı (kursiv bizimdir-K. M.) Karapet, ağdərəli Andresbek, 

Moses qardaşları  və sairə daxil idi. Bu quldur dəstələrində Andronik tərəfindən 

göndərilmiş Türkiyə və İrəvan erməniləri də vardı” (“Gənclik”, 1989, № 3, səh. 5-

6). Bu sənəddə, zənnimizcə, hər şey deyilmişdir. 

Qarabağın aran kəndləri də daşnakların quldur hərəkətlərindən böyük ziyan 

görmüşdülər. Cavanşir. qəzasında onlar Tərtərsu hovuzuna tökülən kiçik çayların 

yolunu bağlayaraq axarını  dəyişmiş, nəticədə azərbaycanlı  kəndlərinin nəinki 

tarlaları  və bağları suvarmaq üçün lazım olan sudan, hətta içməli sudan belə 

məhrum etmişdilər, su dəyirmanları dayanmışdı. 

Ermənilər, həmçinin, azərbaycanlı  kəndlərinə öz mal-qarasını yaylaqlara 

çıxarmağa imkan verməmiş, Şuşa şəhərinə və qəzasına gedən yolu bağlayaraq aran 

zonasının  əhalini daim gərginlikdə saxlamışdılar, təsərrüfat işləri tamam 

pozulmuşdu. Qəribə  də olsa, azərbaycanlıları belə  gərgin vəziyyətdə yaşamağa 

məcbur edən ermənilər özləri azərbaycanlı  kəndlərindən sərbəst keçib gedir, hər 

həftə Tərtər bazarında ticarət edir, hətta azərbaycanlıların özlərindən oğurladıqları 

mal-qaranı onlara satmağı da unutmurdular  (Azərb. EA Xəbərləri, 1989,  № 3, 

səh. 132). 

Cəbrayıl qəzasında da ermənilərə  inam  bəslənilməsi onun sakinlərini çətin 

vəziyyətdə qoymuşdu.  Beləki, cəbrayıllılar hər dəfə qonşu qəzalarda erməni 

vəhşilikləri barədə  məlumatlar  alanda,  burada yaşayan ermənilər onları arxayın 

salırmışlar. Bu arxayınçılıq  əhval-ruhiyyəsi 1918-ci ilin dekabrına kimi davam 

etmişdi. Dekabrda isə ermənilər vahid mərkəzdən verilən komanda ilə  qəzanın 

azərbaycanlı  kəndlərinə basqınlar etməyə, talanlar düzəltməyə, adamları  

öldürməyə,  yandırmağa, mal-qaranı sürüb aparmağa başlamışdılar. 

Dekabrın 2-də erməni silahlı quldur dəstəsi Aşıq Məlikli kəndini yandırmış, 

kənd  əhalisinin  əmlakını talan etmiş,  mal-qarasını    isə sürüb   aparmışdılar;     

dekabrın 5-də   Qarakollu  kəndinə basqın  edilmiş  və kənd sakinlərinin qoyunları 

sürülüb aparılmışdı;    dekabrın  7-də Arış kəndi belə bir hücuma məruz qalmışdı; 

dekabrın 18-də Sirik kəndi dağıdılmış  və yandırılmışdı.  Əlbəttə, bu siyahını 

uzatmaq mümkündür. Lakin, zənnimizcə, erməni riyakarlığına misal üçün bunlar 

da kifayətdir. 

Sənədlər  erməni quldurlarının Qarabağ torpaqlarında   törətdikləri qanlı 



cinayətlər barədə də müfəssəl məlumat verir. Məsələn, Cavanşir qəzasının Umudlu 

kəndində ermənilər Süleyman Qazaxaslan oğlunu, Məmməd Məşədipaşa oğlunu və 

Kazım Atam oğlunu öldürmüş və tikə-tikə doğramışdılar,  həmkəndliləri  onları  bu  

vəziyyətdə  tapmışdılar, Hacı  Qərvənd  kənd  sakini  Zeynəb  Şirin qızının meyidi 

döşləri kəsilmiş halda tapılmışdı. Sırxəvənd Bollu Qaya kənd sakini Soltanəli İman 

oğlu Qazançı  kəndi yaxınlığında saxlanmış,  vəhşicəsinə  öldürülmüş  və 

yandırılmışdı;  güney  Qaya Sırxavənd kənd sakinləri Şərif İsmayıl oğlu və Rəcəb 

Novruzəli oğlunun başları  kəsilmiş    və   aparılmışdı;   Cəbrayıl          qəzasına     

mənsub Hadrutun Muxan və   Noromanik    kəndlərinin    erməniləri Balyand kənd 

sakinləri Cəfər Ələkbər  oğlunu    və  Nəsir Məhərrəmoğlunu qarət etmiş, sonra isə 

öldürmüşdülər, ölənlərin   meyidləri çılpaq vəziyyətdə tapılmışdı; Axıllu kəndində 

2 kişi, 3 qadın və 1 uşaq öldürülmüş, 1  kişi yaralanmışdı;  Evatlı kəndində  1  kişi, 

Məzrə        kəndində 6 kişi, Sirik kəndində isə 11 kişi, 10 qadın və  14 uşaq 

öldürülmuşdü... Əlbəttə, erməni quldurları öz arxalarında Ermənistan Respublikası 

rəhbərlərinin və tayqulaq general Andronikin nəfəsini duymasaydılar, belə qanlı, 

niyətlər törətməyə heç vaxt çəsarət etməzdilər. Bunu sübut edən faktlar isə 

istənilən qədərdir. 

Məlumdur ki, hələ 1918-ci il avqustun əvvəllərində Andronik öz 

 

 

başkəsənləri ilə  qəflətən  Zəngəzur və  Qarabağ torlaqlarında görünmüş  və dinc 



azərbayçanlı əhaliyə qanlı divan tutmağa başlamışdı. Bu münasibətlə Azərbaycan 

mokratik Respublnkası hökuməti özünün  1918-ci il 15 qust  tarixli 461 №-li  

rəsmi   məktubu ilə    Erlmənistan hökumətinə müraciət edərək bu rüsvayçılıqlara 

son qoymağa və  Andronikin  quldur  dəstəsini  Azərbaycan     ərazisindən geri 

çəkməyi tələb  etmişdi.  Ermənistan hökuməti həmin məktuba  cavabında  

riyakarlıqla  bildirmişdi  ki,”...general Andronik, həm də onun dəstəsi artıq çoxdan 

erməni qoşunlarının tərkibindən və  siyahısındandır, bundan  sonra  onlar 

Ermənistan  rəhbərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər. 

Beləliklə, general Andronik  və onun dəstəsinin    Ermənistanın milli 

qoşunları  və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur  və    Ermənistan 

Respublikasının hökuməti

  

onların



 

məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir”   

(“Gənclik”, 1989, № 11, səh. 5). 

Bu  çavab həqiqətən  də  riyakarlıq nümunəsi sayıla bilər. Əgər Androniklə 

rəsmi Ermənistan arasııda doğrudan da heç bir əlaqə yox idisə, bəs o zaman niyə 

Azərbayçan torpaqlarına basqın  edərək günahsız adamların  qanını axıdan bu  

tayqulaq  quldurun  azərbaycanlılara  ilk müraciəti  Ermənistan  Respublikasına   

tabe  olmaqdan ibarət olurdu? Axı, sirr deyildir ki, məhz tabe olmayanlar ilk 

növbədə təhqir olunur, qətlə yetirilir, yaxud da ən yaxşı halda doğma yurdlarından 

qovulurdular. 

Digər tərəfdən, Azərbaycan hökuməti öz vətəndaşlarının təhlükəsizliyini 

təmin etmək  məqsədilə müvafiq tədbirlər görməyə başlayan kimi, bunlar   

Ermənistanda böyük narazılıqla qarşılanır və onun ərazi hüquqlarına    qəsd kimi 

qiymətləndirilirdi? Məsələn,  1919-cu ilin   əvvəli üçün Azərbaycan hökuməti öz 

ərazi  bütövlüyünü    vətəndaşlarının  hüquqlarını  qorumaq    məqsədilə  Şuşa, 

Cəbrayıl və  Zəngəzurda general-qubernatorluq   təsis etmişdi. Onun fəaliyyəti 

ermənilərin işğalçılıq və seperatçılıq planları qarşısında ciddi sədd yarada bilərdi. 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə