Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   17   18   19   20   21   22   23   24   25

bu cəhətdən maraqlıdır. Onun dediyinə görə erməni quldur dəstəsinin başçılarından 

biri olan Aşot Məlik Mosesyants həmin il iyunun 1-də bir neçə zabitlə Ordubada 

gəlib, danışıq aparmaq üçün 3 nəfər müsəlmanın yanlarına göndərilməsini tələb 

etmişlər. Ordubadlılar bu tələbi yerinə yetirərək öz aralarından 3 nəfəri Aşotun 

yanına göndərmişlər. Erməni qulduru həmin  şəxslərə hökmlə bildirib ki, artıq 

bundan sonra Vedibasar, Şərur, Naxçıvan, Ordubad və  Şuşaya qədər olan bütün 

Zəngəzur qəzası Ermənistana birləşdirilmişdir. Aşot Məlik Mosesyants da Ordubad 

rayonunun rəisi təyin olunmuşdur. 

Ordubadın səlahiyyətli nümayəndələri olan bu üç nəfər elə  həmin an 

Aşotdan onun sözlərinin düzgünlüyünü təsdiq edən mandatın göstərilməsini tələb 

etmişlər. Lakin Aşot heç bir mandat göstərməyərək, “mənim sözlərim sizin üçün 

qanun olmalıdır”, - deyə cavab vermişdir. Lakin ordubadlı nümayəndələr qəti 

bildirmişdilər ki, Aşot Azərbaycan respublikasından, yaxud da müttəfiqlərin 

komandandığından rəsmi sənəd gətirməsə, bütün əhali ona tabe olmayacaqdır. 

Bu hadisədən hiddətlənən Aşot çıxıb getmiş, sonra müsəlmanların silahları 

toplayıb onun səlahiyyətli nümayəndəsi Nikolay Alışevskiyə verilməsi barədə 

göstəriş vermişdi. 

Aşotun bu ultimatumu müsəlmanlara çox pis təsir göstərmişdir. Onlar artıq 

yeni bir qırğına hazırlıq görüldüyü barədə şayiələr yaymağa başlamışlar. 

Tezliklə ətraf kəndlərin erməni sakinləri Aşota qoşulmuşlar. Halbuki, onlar 

uzun müddət müsəlmanlar tərəfindən qorunurdular. Aşotun dəstəsinə daxil olan 

yerli ermənilər tez-tez müsəlman yaşayış  məskənlərinə hücum edir, hər gün bir 

neçə  nəfər öldürülür, ev-eşiyi quldurlar tərəfindən talan edilib aparılırdı (Bax: 

Azərbaycan tarixi: sənədlər və nəşrlər üzrə. Bakı, Elm, 1990, səh. 317-318). 

Bu dövrdə  İrəvan quberniyasından  Şeyxov familiyalı bir nəfər Azərbaycan 

Respublikasının baş nazirinə vurduğu teleqramda da bu ərazidə yeni qırğınların baş 

verdiyini xəbər verirdi. Teleqramda göstərilirdi ki, Naxçıvandan,  Şərur və 

Ordubaddan verilən xəbərlərə görə müsəlman xadimlərinin erməni hökuməti 

tərəfindən həbsləri başlayıb. Burada addımbaşı yoxlamalar aparılır, müsadirələr 

olunur. Erməni hökumətini nizami qoşunları Naxçıvandan bir qədər kənarda olan 

müsəlman kəndlərini top atəşinə tutur. Əhali hazırda təşviş içində çöldə yaşayır. 

Teleqram vuran şəxs dərhal Ermənistan hökumətinə bu barədə  xəbər 

verməyi, əhalinin qırılmağının qarşısını almaq üçün qəti tədbirlər görməyi təkidlə 

tələb edirdi. 

 Teleqramın  sonunda  isə o, bir daha xatırladır  ki,  bu işdə gecikmək 

müsəlman kəndlərinin, dinc əhalinin məhv olması deməkdir  (“Azərbaycan” qəzeti, 

29 iyun 1919-cu il). 

Türklərin   Naxçıvandan, o  cümlədən, Zaqafqaziyadan getməsi ermənilərin  əl-

qolunu açmışdı. Onlar   Naxçıvan torpaqlarında  yenidən    hökmranlıq etməyə,    

bu  əraziləri yaratdıqları daşnak hökumətinin  ərazisinə  qatmaq  niyyətində idilər.

 Ermənilər bu məqsədlərini həyata keçirmək üçün müttəfiq qoşunlarının 

komandanlığından istifadə edirdilər. Müxtəlif vasitələrlə ermənilər tərəfindən  ələ 

alınmış müttəfiq qoşunlarının komandanlığı  və zabitlər təbiidir ki, bir çox 

məsələlərdə erməni daşnaklarının tərəflərini saxlayırdılar. Hətta general Devi 

1919-cu ilin may ayında Naxçıvana gələrək, Naxçıvan və  Şərur qəzalarının 



müsəlman  əhalisini toplayaraq bildirmişdi ki, onlar bundan sonra erməni 

hökumətinə tabe olmalıdırlar. 

Lakin general Devinin bu təklifi müsəlman  əhalisi arasında çox böyük 

narazılıqla qarşılandı. Naxçıvan və  Şərur qəzalarının  əhalisi erməni hökumətinin 

son ildə müsəlman əhalisinə qarşı soyqırımı siyasətini tətbiq etdiyini nəzərə alaraq 

general Devinin təklifini rədd etdi və bu qərara gəldi ki, onlar Azərbaycan 

respublikasının tərkibindədir və heç bir qüvvə onları bu respublikanın tərkibindən 

alıb Ermənistan respublikasına verə bilməz.. 

Həmin qərardan sonra silahlı müsəlman dəstələri “Qurd qapısı” qəzasının 

ərazisinə erməni silahlı qüvvələrini buraxmamağı qərara aldılar. 

Azərbaycanda və eləcə  də Ermənistanda Sovet respublikasının yaradılması 

ərəfəsində müttəfiq qoşunlarının komandanlığı bu ərazilərdə yaşayan xalqlar 

arasında milli qırğınların daha da qızışdırılmasına xüsusi diqqət yetirirdilər. İngilis 

komandanlığının bu işdə böyük marağı vardı. Onların məhz yaxından köməyi 

sayəsində daşnak qoşunları 1919-cu ilin iyun ayında Naxçıvanı ələ keçirə bildilər. 

Əhaliyə amansız divan tutan daşnaklar Naxçıvanda yeni general-qubernatorluq 

yaradaraq  general  Şelkovnikovu başçı qoydular. Bir qədər sonra isə bu 

qubernatorluq qəddar daşnak Varşamyana həvalə edildi. 

Qeyd etmək lazımdır ki, 1919-cu ilin yayında ingilislər və daşnaklar yalnız 

Naxçıvan şəhərinə və Naxçıvan-Yerevan dəmir yolu xəttinin ətrafına hakim idilər.  

Bu dövrdə erməni daşnaklarına və ingilislərə qarşı xalqın mübarizəsini təşkil 

edən Kəlbalı xan, Cəfərqulu xan və  Xəlil bəy düşmənin planlarını alt-üst edir, 

bütün əli silah tutan kişiləri öz ətrafına toplayırdılar. 

Zaqafqaziya regionunda yaranmış  hərbi siyasi vəziyyətin getdikcə 

kəskinləşməsi, Rusiyanın Azərbaycana qarşı  hərbi müdaxiləsi həm daşnak 

hissələrinə, həm də bu hissələrə qarşı  mətanətlə vuruşan  əhaliyə öz təsirini 

göstərirdi. 

Artıq 1920-ci il avqust ayının 10-da Qızıl Ordu ilə daşnaklar arasında atəşin 

dayandırılması haqqında barışıq imzalandı. Bu barışığa görə bütün Şərur qəzası və 

Naxçıvan qəzasının şimal-qərb məntəqələrinin bir hissəsi daşnakların əlində qaldı. 

Daşnak hökuməti isə Naxçıvandan, Qarabağdan və  Zəngəzurdan müvəqqəti də 

olsa əlini çəkdi. 

Lakin daşnak hökuməti bu barışığa məhəl qoymayaraq öz hərbi hissələrini 

Ordubad qəzasının  şimal-qərb hissəsində  əməliyyat keçirən Dro və Njdenin 

köməyinə göndərirdi. Bu quldur dəstələri Ordubad qəzasının kəndlərində 

özbaşınalıqlar edir, əllərinə keçən müsəlmanları ağır işgəncələrə məruz qoyurdular. 

Əlbəttə, daşnaklar Naxçıvanın əldən verilməsi ilə heç cürə barışa bilmirdilər. 

Odur ki, onlar həm ingilislər, həm də qonşu  İranda Maku sərdarı ilə  sıx  əlaqəyə 

girərək Naxçıvanın yenidən geri qaytarılması üçün müvafiq tədbirlər görməyə 

başladılar. Onlar bu məqsədlə 1920-ci ilin sentyabr ayında Naxçıvan üzərinə 

hücum etmək üçün Ordubad qəzasının cənub kəndlərinə hərəkət etdilər. 

Lakin bundan xəbər tutan rus ordusu daşnak quldur dəstələrinin hücumunu 

dəf edib Ordubad şəhərini azad etdi. 

Beləliklə, 1920-ci ilin payız və qış aylarında bütün Naxçıvan torpaqları rus 

qoşunlarının köməyilə daşnaklardan təmizləndi. 



Tariximizin bu qaranlıq səhifələri hələ  də öz tədqiqatçısının yolunu 

gözləməkdədir. 

 

 

  



GƏNCƏ   HADİSƏLƏRİ 

 

Bakıda törədilən qırğınlar Erməni Milli Şurasının “qələbəsi” sayılsa da, 



Müsəlman Milli Şurasının ağır məğlubiyyətə uğraması heç də daşnakların qələbəsi 

deyildi. Düzdür, Bakıda axıdılan günahsız qanlar nə  qədər faciəli olsa da, o 

dövrdəki müvəqqəti məğlubiyyətlər azərbaycanlıları heç də  həvəsdən salmadı, 

mübarizlik ruhunu qıra bilmədi. 

Əksinə, “Mart günlərindən sonra azərbaycanlı  rəhbərlər artıq 

muxtariyyətdən deyil, ayrılmaqdan danışır və öz ümidlərini rus inqilabına yox, 

Türkiyənin köməyinə bağlayırdılar” (“Qafqaz Azərbaycanı Respublikası”. Paris, 

1919, s. 21). 

Faciəli Mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli Şurası  və 

azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə  və Tiflisə 

köçmək məcburiyyətində qaldılar. 

Azərbaycanın müxtəlif  ərazilərində daşnakların törətdikləri vəhşiliklərin 

dalğaları tədricən Gəncə və onun ətraf yerlərində də hiss olunmağa başlayırdı. 

Əslində  Gəncə  və onun ətraf  ərazilərində azərbaycanlıların qırğınlarını 

həyata keçirmək üçün - Bakının “bolşevik” daşnakları  ilə Qarabağ erməniləri əl-

ələ verməli, qüvvələrini vahid məqsədə yenəltməli idilər. Daha doğrusu, daşnaklar 

Göyçayı, Yevlağı, Goranboyu zəbt etdikləri vaxt Qarabağ erməniləri də cənubdan 

Gəncə istiqamətində öz planlarını  həyata keçirəcəkdilər. Hətta o vaxtlar 

Azərbaycan demokratik qüvvələrinin  məqsədini lağa qoyan daşnak lideri S. 

Şaumyan və digər erməni liderləri mətbuat səhifələrində azərbaycanlılara rişxəndlə 

bildirirdi ki, “Siz muxtariyyət deyil, xarabazar alacaqsınız”. S.Şaumyan və onun 

əlaltıları bununla demək istəyirdilər ki, azərbaycanlılar öz ulu torpaqlarında heç 

vaxt nə milli dövlət yarada biləcəklər, nə də Qafqazda muxtariyyət əldə edəcəklər. 

  

Erməni daşnaklarının niyyətləri çox dərin qatlarda Azərbaycanı 



erməniləşdirmək arzusu ilə  nəfəs alırdılar. Belə ki, 1918-ci ilin aprelində  təşkil 

olunmuş Bakı quberniyası Xalq Komissarları Sovetinin rəhbərləri nəinki 

Azərbaycanın Türk xalqına öz müqəddəratını təyin etmək hüququnu - rəva görmür

hətta başçıları  Şaumyan “Azərbaycan” sözünü qəbul etməkdən imtina edir. 

Əmiryanın redaktoru olduğu “Bakinski raboçi” qəzeti bu sözü məsxərəyə 

qoymaqdan belə çəkinmirdi. “Bakı və Bakı quberniyasında milli qüvvələrə divan 

tutduqdan sonra, Bakı Soveti özünün əsasən erməni hərbi hissələrindən ibarət olan 

dəstələrini Gəncə üzərinə hücuma hazırlayırdı”. (“Mart qırğını”. “Azərbaycan” 

qəzetinin xüsusi buraxılışı. № 11, Mart 1993). 

Ermənilərin Bakıda törətdikləri vəhşiliklər tədricən Azərbaycanın digər 

bölgələrində də təkrar olundu. Xüsusilə Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan 

və Lənkəran ərazilərində... Adları çəkilən yerlərdə azərbaycanlı qırğınlarını həyata 

keçirmək üçün S.Şaumyan və onun əlaltıları xüsusi planlar cızmışdılar. 

Bakıdan sonra Şamaxı  şəhərini odlara düçar edən ermənilər (erməni 




məhəlləsindən və iki kilsədən savayı Gəncə istiqamətində irəliləməyə başladılar. 

M.  Ə. Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında erməni 

daşnaklarının o vaxtkı  əməlləri barədə yazır: “Şamaxının düçar olduğu təcavüzə 

Lənkəran, Səlyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi 

məruz qaldı. Bu təcavüzlər  əsasında yaxılan xanimanların, qıyılan  ərz və 

namusların, kəsilən qarı qocaları, yağmaya gedən mal və məvaiminin təsviri qeyri-

qabili təsəvvür bir faciə  təşkil edir” (M. Ə. Rəsulzadə, “Azərbaycan 

Cümhuriyyəti”. Bakı, “Elm”, 1990, səh. 37). 

Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası  əsasən ermənilərdən ibarət 

bolşevik silahlı  dəstələrini Hacıqabul, Kürdəmir və Göyçay, eləcə  də Salyan və 

Lənkəran istiqamətlərinə göndərərək, yerli əhalini-azərbaycanlıları  qırmaq barədə 

göstərişlər hazırlamışdı. 

Məsələn,  əsas məqsədi bu idi ki, “Bakı Komissarları Sovetinin rəhbəri 

erməni  Şaumyanın başçılıq etdiyi bolşevik təşkilatları azərbaycanlılarla öz milli 

haqq hesablarını bolşevizm pərdəsi altında çəksinlər”. (Əhməd Təbrizli. “Dağlıq 

Qarabağ tarixi və ona dair sənədlər”. 1 c. Strasburq, 1989). 

Şamaxı  və Göyçay istiqamətində göndərilən erməni silahlı  dəstələrinə S. 

Şaumyanın ən yaxın dostları Stepan Lalayan və Tatevos Əmirov başçılıq edirdilər. 

Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını  təşkil etmək üçün ermənilər 

çox böyük hazırlıq işləri aparırdılar. 

Məsələn, V.İ.Leninin tövsiyyəsi və himayədarlığı ilə Bakıya xüsusi 

səlahiyyətlə fövqəladə bolşevik komissarı təyin olunan S. Şaumyan Bakı Sovetinin 

sədri kimi belə bir göstəriş verdi ki, Bakıda olduğu kimi, Gəncədə  də  hərbi 

alayların ixtiyarında olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin, 

Əslində o vaxtlar Zaqafqaziya Seymi belə bir qərar çıxarmışdı ki, Gəncədə 

yerləşən 216-cı  və Bakıda yerləşən 219-cu alaylar özlərinin bütün silahlarını  və 

sürsatlarını müvafiq olaraq yeni yaradılan Gəncə  və Bakı musəlman alaylarına 

versinlər. Amma ermənilər bu işə heç cür yol vermək istəmirdilər. Onlar hər cür 

hiylə  və üsuldan istifadə edərək 216 və 219-cu alayların silahlarını öz əllərinə 

keçirməyə müvəffəq oldular. 

Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqlara səbəb oldu. 

Azərbaycanlarla ermənilər arasında qanlı toqquşmalar başlandı.  Vəziyyətin 

getdikcə  ağırlaşması  həm Bakıda, həm də Tiflisdə ciddi narahatçılıq doğurdu. 

Yaranmış  gərginlikdən çıxış yolu tapmaq məqsədilə Zaqafqaziya Seymindən 

müsəlman və erməni Milli Şuralarından, habelə “Müsavat” partiyasından 

səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi... Danışıqlardan sonra 

azərbaycanlılar Milli Ordunun yaradılması  işində xeyli fəallıq göstərdilər. 

Ermənilərin hər cür maneçiliklərinə, fitnə-fəsadlarına baxmayaraq, qısa müddət 

ərzində  həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində Milli Ordunun 

yaradılması sahəsində bir sıra konkret işlər görüldü. 

Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlincə, həm də  aşkar 

çoxlu  əks-tədbirlərə  əl atdılar. Daha doğrusu, “Daşnaklar yatmayıb xəlvətcə öz 

işlərini işləyirdilər. Həştərxandan, Petrovskidən, Krasnovodskidən gələn ermənilər 

bu bəhanə ilə Bakıda saxlanılırdılər ki, guya müsəlmanlar yollarda onlara hücum 

edirlər.  İrandan və Krasnovodskidən paroxodlarda Şura hökuməti adına gətirilən 



mühümmati-hərbiyyə  və qeyri şeylər, həqiqətdə isə daşnakların  əlinə keçirdi. Bu 

şeylər etibarlı yerlərə yığılırdı. O cümlədən, Maitaşovun zavoduna 

və qeyri yerlərə. 

Bunların hamısı ilə  bərabər, eyni zamanda, Şaumyan və Avakyanın 

fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu (“Azərbaycan”, 31 mart 1919-

cu il). 


Şamaxıda ermənilərin    törətdikləri        vəhşiliklərlə bağlı S.Şaumyanın 

daşnaklara müraciətilə hazırladığı  məktub  Gəncə komendantının  əlinə keçdi. 

Həmin məktubdan açıq-aydın görünürdü ki, həm  Şaumyan, həm də Avakyan ən 

qatı daşnakdırlar. 

S.Şaumyan Bakı Xalq Komissarları Soveti adından 1918-ci ilin iyun ayının 

6-da ermənilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barədə  əmr 

hazırladı və daşnak əsgərlərinə xüsusi tapşırıqlar verdi. 

Şamaxı  şəhərini və onun ətraf kəndlərini viran qoyan, müsəlman  əhalisini 

ucdantutma qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə başladılar. 

Ermənilər silahlı qüvvələri  əgər Bakıdan  Şamaxıya üç günə gedib çıxmışdılarsa, 

onlar iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar. 

Vəziyyət çox ağırlaşırdı. Bütünlükdə həm yeni yaradılmış ADR-in, həm də 

bir millət kimi azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. Faciənin qarşısını 

almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Həmin günlər barədə qocaman 

müəllim M. Axundovun xatirələri çox maraqlıdır. O yazır: “Bu vaxt bizim 

milyonçular  İrana müraciət edib kömək istəyirdilər.  İran isə ancaq üçüncü 

müraciətdən sonra cavab verir ki, biz sizin daxili işinizə qarışmırıq. Bundan sonra 

H.Z.Tağıyev Türkiyəyə,  Ənvər paşaya müraciət edir. Ənvər paşa dərhal  İstanbul 

müdafiəsindən seçmə Türk diviziyalarını  çıxarıb Azərbaycana köməyə göndərir. 

Bu zaman Tovuzda atamgil qiymətdən ağır, çəkidən yüngül əşyaları yığıb qaçmağa 

hazırlaşırlar. Bir azdan xəbər çatır ki, Türklər eşalonla köməyə  gəlirlər Atamgil 

əllərində duz-çörək, gözlərində yaş türkləri qarşılamaq üçün vağzala çıxırlar.  

Türk diviziyaları Göyçayda ermənilərin qarşısını  kəsir, onları qova-qova 

Bakıya daxil olurlar. Hər stansiyada bir zabit, 5-6 əsgər qoyurlar ki, yerli 

azərbaycanlılardan özünü müdafiə dastələri yaratsınlar. 

Amma Türk diviziyalarının yerinə qoyulmuş ərəb diviziyalarının ingilislərə 

satıldığını görən Mustafa Kamal Paşa Atatürk Azərbaycandan diviziyaları geri 

çağırır (Bundan başqa ovyektiv və subyektiv səbəblər də olmuşdur. - Red). 

Beləliklə türklərin Göyçə gölünü və  Dərbəndi Azərbaycana qaytarmaq planları 

yarımçıq qalır (“Vətən səsi”, 26 mart, 1993-cu il). 

Doğrudan da  həmir  ağır  günlərdə  qardaş  Türkiyəni kömək  əli  vaxtında  

yetişməsəydi     Azərbaycan torpağının və azərbaycanlıların    taleyinin    necə  

olacağını,    bütün bunların  nə ilə  nəticələnəcəyini təsəvvür  belə  etmək çətindir. 

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikası yarandı. 

İyun ayının 4-də, bir həftə sonra Azərbaycan Respublikası ilə Turkiyə dövləti 

(Osmanlı  İmperiyası) arasında dostluq və qarşılıqlı yardım barədə müqavilə 

bağlandı. 

ADR hökuməti, daha doğrusü, Milli Şura Tiflisdə  təxminən üç həftəlik 

fəaliyyətdən sonra iyun ayının 16-da Gəncə şəhərinə köçdü. 



Azərbaycan milli dövlətinin yaradılması  və hökumətin müvəqqəti olaraq 

Gəncədə yerləşməsi bu qədim  şəhərdə ermənilərin daha geniş  şəkildə  əl-qol 

açmalarına imkan vermədi, onların hazırladıqları bir çox murdar planlarını alt-üst 

etdi. 


1918-ci ilin yayında qatı daşnak generalı Andronik Ozanyan Avropada baş 

verən hadisələrdən, yəni türk, ingilis, alman və rus münasibətlərinin kəskinləşdiyi 

vaxtda Azərbaycan torpaqlarını zəbt-etməyə, azərbaycanlıları qılıncdan keçirtməyə 

başladı. O öz dəstələri ilə Gəncə vilayətinin sərhədlərini keçərək Zəngəzura hücum 

etdi. Bu zaman Gəncə vilayətinin bəzi kəndləri də talan edilərək yandırıldı. 

Sonrakı hadisələr təxminən belə davam etdi. Azərbaycana Türkiyədən silahlı 

qoşun hissələrinin köməyə  gəldiyini görən daşnaklar müttəfiqlər sorağında çox 

yollara əl atdılar. Lakin S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda istefa 

verməyə məcbur oldular. Bakıda hakimiyyəti eser-menşevik və yeni daşnaklardan 

ibarət Sentrokaspi diktaturası ələ aldı. 

Az keçməmiş özünün çox gücsüz olduğunu başa düşən, Sentrokaspi 

ingilisləri kömək üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda ağalıq etmək 

arzusu ilə yaşayan yad və qondarma hökuməti nə ingilislər qoruya bildi, nə  də 

özünün 14-cü maddəsi ilə  gənc ADR-ə arxadan zərbə vuran Brest-Litovsk 

müqaviləsi. 

Avqust ayının ikinci yarısında Azərbaycan dövlətinin qoşunları, eləcə  də 

Türkiyədən öz qan qardaşlarını müdafiə etmək üçün gəlmiş türk hərbi dəstələri 

Bakı üzərinə qəti hücum planları hazırladılar. 

1918-ci il sentyabrın  15-də general leytenant  Əliağa Şıxlinskinin  rəhbərliyi   

altında  Azərbaycan   korpusu və üç gün sonra isə  Nuru  paşanın başçılığı  ilə Türk 

qoşun  hissələri  Azərbaycan Demokratik Respublikasının paytaxtı Bakını 

menşevik, eser və daşnaklardan    ibarət oyuncaq   Sentrokaspi   hökumətindən  

təmizlədi.   İngilislər elə sentyabrın  15-də Bakını  tərk etdilər. Öz xalqına sadiq 

döyüş  sərkərdələrinin və kifayət qədər silahın olması bu ağır müharibədə igid 

Azərbaycan əsgərlərinə qələbə qazandırdı.  15 min nəfərlik qoşunla düşmənin 50 

minlik ordusu tamamilə darmadağın olundu.  

Azərbaycan hökuməti Bakıya köçdü. 

  

 



 

 

 



 

 

 



KİTABIN   İÇİNDƏKİLƏR 

 

 



Ö N   S Ö 3   

 

 



 

 

 



 

 



 

Bakı qırğını 

(K. 

Muxtarov) 



    6 


Şamaxı qırğını (V. Həbiboğlu)   

 

 



 

21 


Quba qırğını (V. Arzumanlı) 

 

 



 

 

34 



Qarabağ faciəsi (K. Muxtarov)  .                                   

44 


Zəngəzur qırğını 

(K. 


Muxtarov) 

    52 


İrəvan qırğını (V.  Həbiboğlu)   

 

 



 

64 


Naxçıvan qırğını (V.  Həbiboğlu) 

 

 



 

76 


Gəncə hadisələri (V. Arzumanlı) 

 

 



 

84 


  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Vaqif Minad oğlu Arzumanlı 

Vəli Həbib oğlu Məcidov 

Kamil Yəhya oğlu Muxtarov 

 

1918-ci il 

QIRĞINLARI 

 

Tarixi araşdırmalar 

 

“ÖYRƏTMƏN”-1995 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



 

 

 



 

 

 



 

 

 



Bədii redaktoru Abdulla Ələkbərov 

Texniki redaktoru Nisə Nağıyeva 

Korrektorları Aləmzər  Zabir qızı,   Zəhra Paşayev 

 

 



 

Çapa imzalanmış 24.01.95. Kağız formatı 60X84

16

1



. Yüksək çap. Məktəb 

qarnituru. Mətbəə kağızı № 2. Fiziki çap vərəqi 5,75, Şərti çap 

vərəqi 5,35. Uçot nəşr. vərəqi. 4,22. Sif. 151. Tir. 2000. Müqavilə ilə. 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Öyrətmən” 

nəşriyyatı, Bakı 370073, Şəhriyar küçəsi  6. 

 

Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə