Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   2   3   4   5   6   7   8   9   ...   25

siyahıya əlavə edilməsi zəruri sayılmışdı. 

Bolşeviklərin daşnaklar, sağ eserlər və başqa anti azərbaycanlı qüvvələrlə 

əlbir işlədiyini belə bir faktdan da aydın görmək olar ki, İnqilabi Müdafiə 

Komitəsinin “inqilaba sadiq qüvvələrə” müraciətindən dərhal, sonra, martın 31-də 

“bitərəflər” - daşnak hərbi hissələri və  Xəzər hərbi donanması matrosları Bakı 

Soveti tərəfində vuruşacaqlarını bildirmiş  və  fəal surətdə  hərbi  əməliyyatlara 

qoşulmuşdular. Həmin “inqilaba sadiq qüvvələrin” həmrəyliyi sovet qoşunlarına 

elə  həmin gün müsavatçıların qeyri-mütəşəkkil silahlı qüvvələrinə qarşı bütün 

cəbhə boyu qəti hucuma keçməyə imkan vermişdi. Döyüşlərdə zirehli maşınlardan, 

top və aviasiyadan istifadə edilməsi azərbaycanlı əhali arasında çaşqınlıq yaratmış, 

qorxu və təlaşa səbəb olmuşdu. Axı, kim güman edə bilərdi ki, kiçik bir münaqişə 

şəhər hüdudları daxilində dinc əhalinin gözü qarşısında  əsl müasir müharibəyə 

çevriləcəkdir. Bakı Soveti qoşunlarının sərəncamında olan topların lülələri şəhərin 

müsəlman məhəllələrinə  tərəf tuşlandı, hərbi gəmilərin topları isə  şəhərin yuxarı 

məhəllələrini atəşə tutmağa başladılar. Onlar hətta tarixi binaları, məscidləri belə 

dağıtmaqdan çəkinmirdilər. Müsavatçıların səngər etdikləri  İçərişəhər  ətrafında, 

Şamaxı yolunda və  şəhərin digər hissələrində  şiddətli küçə vuruşmaları başlandı. 

Dinc, əhali arasında ölənlər və yaralananlar çox idi.  

Düşmənin üstün quvvələri qarşısında müqavimət göstərməyin yalnız 

günahsız qurbanların sayını artıra biləcəyini görən müsavatçılar martın 31-də atəşi 

dayandıraraq sülh danışıqlarına başlamağı  təklif etdilər.  İnqilabi Müdafiə 

Komitəsinin ultimatumu (Bakı Soveti Hakimiyyətinin qeyd-şərtsiz tanınması  və 

onun sərəncamlarına tam tabelik; müsəlman hərbi birləşmələrin, bunun ardınca nsə 

erməni qüvvələrinin  şəhərdən çıxarılması; Bakıdan Tiflisə  və Petrovska  dəmir 

yolunun açılması) müsavat rəhbərliyi tərəfindən qəbul edildi. Bununla da güman 

etmək olardı ki, bolşeviklərlə ilk hərbi toqquşmada hədsiz olmasa da, xeyli qurban 

vermiş azərbaycanlılar) yenidən dinc yaşayış dövrünə qayıda biləcəklər. Lakin 

hadisələrin  əsl faciəli davamı ultimatumun qəbulundan sonra, daşnak-bolşevik 

ittifaqının şəhərin müsəlman  hissələrində  qarətlər,  yanğınlar, qətllər törətməsi ilə 

baş verdi. 

Müsavat hərbi blrləşmələrinin  şəhərdən çıxarılmasına nail olmuş daşnak 

hissələri  elə  martın  31-də şəhərdə  fitnə-fəsad,  nizamsızlıq    törətməyə,   milli  

qırğını  qızışdırmağa  əl atdılar. Onlar şəhərdə dinc əhalini talan edir və  

öldürürdülər.  Beləliklə,  İnqilabi Müdafiə Komitəsinin irəli sürdüyü şərtlərin 

müsavatçılar tərəfindən imzalanması  və yerinə     yetirilməsi  silahlı toqquşmalara 

son qoya bilmədi. Bakı bolşeviklərinin xəyanətkar,   ermənipərəst  mövqe  

tutmaları  daşnakların əl qolunu açmış, dinc azərbaycanlı əhaliyə vəhşi    usullarla 

divan tutmaq üçün onlara hədsiz  imkanlar vermişdi. Daşnak dəstələrindən olan 

talançılar və soyğunçular özləri yandırır, dinc  əhalini    qarət  edib    qırırdılar. 

Onlar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından 

bağlayıb küçə boyu çılpaq qaçmaqa məcbur edir,  qocalara rəhm  etmirdilər.  Bu  

insanabənzərlər, hətta  adamları öldürməklə    kifayətlənmir,    onların qulaqlarını,  

burunlarını kəsir,  qarınlarını  yırtır və sair vəhşiliklər törədirdilər. Bunlar barədə o 

dövr hadisələrinin    salamat  qalmış  bir çox  şahidlərinin  söylədiklərini sakitcə 

dinləmək sadəcə mümkün deyildir. Bu vəhşilikləri öz gözləri ilə görmüş bir çox 



xristian əhali nümayəndələri da həmin qeyri-insani hərəkətlər  barədə əsl həqiqəti 

tam  çılpaqlığı ilə  qələmə  almışlar.  

Ermənilərin        Bakıda        törətdikləri    özbaşınalıqlar dövründə bir çox 

görkəmli memarlıq nümunələri dağıdılmış, yandırılmış, yararsız hala salınmışdı. 

Bunların sırasında Xalq evini, Müsəlman Xeyriyyə  Cəmiyyətinin binasını, 

müsəlman siyasi partiyaları iqamətgahlarını, qəzet - redaksiyalarını (rusca çıxan 

“Kaspi”, azərbaycanca çıxan “Açıq söz” qəzetləri) göstərmək olar. Bakının  ən 

böyük məscidlərindən biri top mərmiləri ilə dəlik-deşik edilmişdi. Bu vəhşiliklərin 

nəticəsi olaraq çoxlu azərbaycanlı Bakını  və onun neft mədənlərini tərk etməli 

olmuşdular.  Ən görkəmli müsəlman siyasi xadimlərn həbs edilmiş  və 

güllələnmişdi. Yerli azərbaycanlı  əhalinin rəhmsizliklə  məhv edilməsi və öz 

doğma şəhərindən didərgin salınması, heç şübhəsiz, uzaq məqsədlər güdən, erməni 

millətçilərinin, siyasi niyyətlərinə xidmət edirdi. Onlar bu yolla Bakını yerli 

əhalidən təmizləmək, onun sərvətlərinə sahib çıxmaq, hadisələrin özləri üçün 

sonrakı  uğurlu cərəyanı  təqdirində isə bu qədim Azərbaycan  şəhərini Ermənistan 

torpağı elan etmək istəyirdilər. Erməni Milli Şurası Bakı bölməsinin göstərişi ilə 

azərbaycanlılara qarşı  vəhşiliklərdə nizami erməni ordusu əsgərlərinin də Bakı 

ermənilərinə yaxından yardım göstərməsi, erməni qoşunlarına başçılıq edən 

Amazasp, Stepan Lalayan və başqaları kimi bədnam ad çıxarmış daşnakların 

şəraitin tələblərindən, bolşeviklərin rəğbətindən istifadə edərək Qızıl Ordunun 

komandirlərinə çevrilməsi, erməni polkları da daxil olmaqla, bütün milli qoşun 

dəstələrinin Qızıl Ordu sıralarına cəlb edilməsi nə qədər sərsəm görünsə də, belə 

bir planın həqiqətən mövcud olduğuna dəlalət edir. 

“Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar 

deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın 

kifayətdir”. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba 

qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı  hər cür 

vəhşiliyə  yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm 

etmirdilər”. Bu sözlərin müəllifi  İnqilabi Müdafiə Komitəsi üzvləri sırasında adı 

çəkilən Nəriman Nərimanov olmuşdur. Onun münaqişanin ikinci dövrü haqqında 

bu qeydləri sadəcə daşnaklara qəzəbini ifadə etmirdi, həm də müsəlmanlar 

əleyhinə  bolşevik-daşnak  ittifaqına  mənfi münasibətini bildirirdi. 

Deyildiyi kimi, martın 31 - də müsavatçılar Bakı Sovetinin ultimatumunu 

qəbul etdikdən sonra sanki şəhər orta əsr qaydaları ilə iki günlüyə qaliblərin 

ixtiyarına verilmiş  və bundan istifadə edən silahlı daşnaklar saysız-hesabsız 

cinayətlər törətmişdilər. Yalnız ayrı-ayrı yerlərdə azərbaycanlı  əhalinin 

fədakarlıqla müdafiə olunması onların tamamilə  məhv edilməsinin qarşısını  

almışdı. Beləliklə, azərbaycanlı  əhali 15 min nəfər itki versə  də, öz şərəfinin, 

ləyaqətinin axıra qədər tapdalanmasına yol verməmişdi (itkilərin sayı barədə 

rəqəmlər müxtəlifdir). 

Bolşevik-daşnak alyansına dair başqa bir nümunə,  İnqilabi Müdafiə 

Komitəsinin, indiyə  qədər tarix kitablarında oxuduğumuz kimi, “fəal səyləri 

sayəsində” guya aprel ayının 2-də Bakı şəhərində qayda-qanun bərpa olunmuş və 

talanların qarşısı alınmışdı.  Əgər erməni milli şurası  və daşnak polkları 

buraxılmamışdısa, deməli, qayğıkeş hamilərin köməyi sayəsində fitnə-fəsad 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə