Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

gətirilmişdir. Bütövlükdə yalnız Şamaxının kəndlərində 5000 nəfərdən çox kişi və 

qadın, 1000 nəfərə yaxın uşaq qətlə yetirilmişdir. 1918-ci ilin mart ayında aparılan 

hesablamalara görə  Şamaxının 58 kəndində soyqırımının həyata keçirilməsi 

nəticəsində 7 min nəfərdən çox azərbaycanlı öldürülmüşdür. 

Lakin qeyd etməliyik ki, bu həmin faciənin bütün tam mənzərəsini açıb 

göstərən rəqəm deyildir. Çünki Şamaxıda və onun ətrafında ermənilərin törətdiyi 

soyqırımı sonralar da həyata keçirilmişdir ki, bu hadisələr, qətllər o vaxt hökumət 

dairələri tərəfindən müfəssəl uçota alınmamışdır.  

Stepan Lalayevin dəstəsi 1918-ci ilin aprel ayında da Şamaxının kəndlərinə 

basqın etmiş, qırğından canlarını  birtəhər qurtarmış  azərbaycanlılar üçüncü dəfə 

soyqırımına məruz qalmışlar. 

Şamaxı  qəzasının Qalaybucurt kəndinin sakinləri Məmmədzər Qəhrəman 

oğlu, Mustafa və Əbdüləli Əbdüləzim oğlu 1918-ci il aprelin 25-də başlarına açılan 

müsibət barədə belə  məlumat vermişlər: “Şamaxı faciəsindən bir neçə gün sonra 

kəndimizə 100 nəfərlik bir silahlı  dəstə  gəldi. Molokanlardan və ermənilərdən 

ibarət olan bu dəstəyə Stepan Lalayev başçılıq edirdi. Bu, dəstəd Çuxuryurd 

kəndinin sakinləri Baros-Ovanes oğlu, Palanq və Semyon Qara İvan oğlu, 

Polovinkin və Yakov Qara İval oğlu, Semyon Popov və Matvey Qarayev və 

tanıdığımız başqa ermənilər də var idi. Stepan Lalayev özünü bizim padşahımız 

elan edib bildirdi ki, əmlakımız və özümüz ona məxsusuq. O, mal-qaranı, 

əmlakımızı və bütün varidatımızı bir yerə toplamaq barədə əmr verdi. 

Sonra bizi heyvan sürüsü kimi qabaqlarına qatıb aparmağa başladılar. 

Meşəyə çatdıqda, S.Lalayev hamını güllələmək əmri verdi. Yüzlərlə günahsız, dinc 

əhali meşədə amansızcasına öldürüldü. Bu qırğından cəmi dörd nəfər xilas ola 

bildik”. 

Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra Bakı, Quba və 

Şamaxıda erməni cəlladlarının törətdikləri qırğınları təhlil etmək məqsədilə dərhal 

təcili fövəladə komissiya yaradıldı. Bu komissiya öz dövrünə görə xeyli iş 

görməsinə baxmayaraq, onun tərtib etdiyi materiallar, sənədlər,  şahidlərin 

dindirilmə protokolları, çox təəssüf ki, vaxtında işıq üzü görmədi, dünya 

içtimaiyyətinin diqqətinə çatdırılmadı. 

Lakin onu da qeyd edək ki, bu komissiya yaradılana qədər dövrün bir sıra 

qəzetləri bu faciəyə öz qiymətini vermiş, ermənilərin   vəhşi   simasını      açmış,   

törətdikləri qırğınlar barədə ətraflı materiallar dərc etmişdilər. 

1918-ci il oktyabrın 21-də “Azərbaycan” qəzeti bu barədə yazırdı ki, biz 

Şamaxı əksinqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda 

sosialist “Əmirov və Lalayev” olmaqla qırmızı sosialist dəstəsi  Şamaxıda olan 

bütün müsəlman  əhalisini kəsib doğramış, 40-a qədər kəndi dağıtmışdılar. 

Lalayevin  Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət  ərzində 

gördüklərimiz bütün dəhşətləri kölgədə qoyur. 

Bu mətndən aydın olur ki, Şamaxıya göndərilən erməni silahlı dəstələri guya 

əksinqilabçıları cəzalandırmalı idilər. Əlbəttə, bu, gözdən pərdə asmaq, əsl həqiqəti 

ört-basdır etmək məqsədi daşıyırdı. Bu dövrdə Şamaxıda əksinqilabi qüvvələr yox 

idi.  Şamaxı  kəndlərinə  gətirilən silah arabalarına görə  əhalinin narazılığı  əks 

inqilabi çıxışlar kimi irəli sürülmüşdür. Əvvəlcədən planlaşdırılmış bu qırğın guya 



sosialist qüvvələrinin əksinqilabçılara qarşı çıxışı kimi qələmə verilmişdi. 

Lakin buna baxmayaraq ermənilərin  Şamaxıda törətdikləri vəhşiliklər o 

qədər dəhşətli oldu ki, hətta o dövrdə bolşevik mətbuat orqanları belə baş vermiş 

bu faciələrə öz münasibətlərini gizlədə bilmədi. Qəddar S.Lalayevin hərəkətləri 

bircə cümlə ilə ifadə olundu: “Dinc əhaliyə qarşı da bəzi haqsızlıqlar törədildi”. 

Göründüyü kimi, bolşevik mətbuatı minlərlə günahsız, dinc əhalinin 

vəhşicəsinə öldürülməsinə, evlərin yandırılmasına, işğal edilməsinə “bəzi 

haqsızlıq” aktı kimi yanaşmışdır. 

Həmin dövrdə “Azərbaycan” qəzeti bu fakta vaxtında öz münasibətini 

bildirərək yazırdı ki, “müsəlman  əhalisinin bütünlüklə  qırğına məruz qalmasına, 

hamilə qadınların qarnının cırılması, ismətlərinin ayaqlar altına atılıb tapdanması, 

sonra isə diri-diri odda yandırılması  və sair vəhşiliklərin daşnakların “bəzi 

haqsızlığı” kimi qələmə verilməsi nə dərəcədə düzgündür? 

Ermənilər Zaqafqaziyada bütün müsəlman kəndlərinin ahalisini qırmaq üçün 

geniş proqram hazırlamışdılar. 1918-ci il noyabrın 9-10-da aparılan istintaq 

protokolunda qeyd edilmişdir ki, ermənilərin əsas nümayəndəsi Stepan Şaumyanın 

Tiflisdə niyyəti uğurla nəticələnmədiyindən, o, Bakı quberniyasında türklər gələnə 

qədər müsəlmanları qırdırmışdır, Şamaxı, Quba qırğınları da məhz onun bilavasitə 

rəhbərliyi altında həyata keçirilmişdir. Təsadüfi deyildir ki, 1918-ci ilin noyabr 

ayında Şamaxı qırğınını təhqiq edən Fövqəladə Komissiyanın protokolunda onun  

adı  S.Lalayevə havadarlıq edən bir şəxs kimi hallanır. 

1918-ci il noyabrın 29-da Bakı  şəhərində yaşayan bir qrup Şamaxı sakini 

müttəfiq qoşununun ali komandanı Tomsona müraçiət edərə yazırdılar ki, bizə 

məlum olduğuna görə hazırda Stepan Lalayev həbs edilərək sizin sərəncamınızda 

saxlanılır. Sizdən acizanə xahiş edirik ki, ədalət və insanpərvərlik naminə bu vəhşi 

insanın  şamaxılılara vurduğu ziyanlara, vəhşiliklərə görə onu hərbi məhkəməyə 

verəsiniz. O, mart ayında öz dəstəsi ilə Şamaxıya gələrək yol boyu bütün kəndləri 

yerlə yeksan etdi, bütün əhalini qırdı. 

Fövqəladə  Hərbi   İstintaq   Komissiyasının   başçısı Kocemyako Şamaxı 

hadisələrindən bir qədər sonra, yəni qırğından xilas olmuş  şamaxılıların  

müraciətinə  əsasən qatil Stepan Lalayevi həbs etmək istərkən, o, Kocemyakonu 

söymüş, elə onun yanından Stepan Şaumyana zəng vurub əhvalatı ona danışmışdır. 

Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan elə oradaca  Kocemyakonu 

telefona çağırıb demişdi: “Lalayevi həbs etmək yaxşı iş deyil, bu nə deməkdir?”. 

Beləliklə, S.Lalayev həbs olunmamış və öz mühafizəçiləri  ilə  birgə  Bakı  

küçələrində  yenə var-gəl   edərək müsəlmanlara   qarşı  yeni  cinayətlər  törətməyə   

başladı. Bir neçə gün sonra isə  hərbi  İstintaq Komissiyası  ləğv  edildi   

(“Azərbaycan” qəzeti, 30 mart  1919-cu il). 

Bu məlumatdan göründüyü kimi, 1918-ci ildə Bakı bolşeviklərinin rəhbəri S. 

Şaumyan erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdyi cinayətləri ört-

basdır etmiş, bu qırğınların törədicilərini,  əsl təşkilatçılarını xalq cəzasından 

qorumuş, hətta həbs olunmasına belə razılıq verməmişdir. Məhz buna görə  də 

xalqımızın S.Lalayev kimi düşmənləri vaxtında öz layiqli cəzalarına çata 

bilməmişlər. 

Xalqımızın böyük oğlu, görkəmli ictimai xadim Nəriman Nərimanov 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə