Q ə r a r d a d azərbaycan respublikasi adindan



Yüklə 47,58 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü47,58 Kb.
#8215


 

 

 



 

                                                                                                              

                                                                                                                                                                                                                                                                          

 

 



                                                 Q Ə R A R D A D 

 

               AZƏRBAYCAN   RESPUBLIKASI   ADINDAN 



 

08 sentyabr 2016-cı il               İş № 2-2(106)58/2016                                               Şirvan şəhəri                                                                        

                                                        

Şirvan  Apellyasiya  Məhkəməsinin  İnzibati-İqtisadi  Kollegiyasının  hakimləri  Zeynalov 

Zeynal  Ağabala  oğlu  (sədrlik  edən,  məruzəçi),  Kərimov  Qəzənfər  Babaxan  oğlu  və  Eyvazov 

Rafael Əmir oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçı “Sərvət-

2000” fərdi firmasının nümayəndəsi İsmayılbəyli İsmayıl Malik oğlunun, cavabdeh Məmmədova 

Leyla  Tehran  qızının  nümayəndəsi  Hacıyev  Azad  Bəyəli  oğlunun  iştirakı  ilə  açıq  məhkəmə 

iclasında, 

İddiaçı  “Sərvət-2000” Fərdi Firmasının  cavabdeh Məmmədova  Leyla Tehran qızına qarşı 

“icarəyə  verilmiş  qeyri-yaşayış  sahəsinin  boşaldılması,  cavabdehin  qeyri-yaşayış  sahəsindən 

çıxarılması  və  pul”  tələbinə  dair  mülk  iş  üzrə  iddianın  təmin  edilməsi  tədbirinə  dair  Şirvan 

İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2-2(86)-708/2016 saylı qərardadından 

cavabdeh  Məmmədova  Leyla  Tehran  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  əsasən  işə 

apellyasiya qaydasında baxaraq 

 

                                        MÜƏYYƏN    ETDİ: 



 

Şirvan İnzibati-İqtisadi  Məhkəməsinin 09 avqust 2016-cı  il tarixli  2-2(86)-708/2016 saylı 

qərardadı  ilə  (sədrlik  edən  Z.Allahyarov)  iddianın  təmin  edilməsi  barədə  ərizə  təmin  edilərək 

hazırki  işə  mahiyyəti  üzrə  baxılıb  qurtaranadək,  “Sərvət-2000”  Fərdi  Firmasına  məxsus  Bakı 

şəhəri,  Nəsimi  rayonu,  2  mkr,  H.B.Əliyev  küçəsi,  3224-cü  məhəllə  ünvanda  yerləşən  ümumi 

sahəsi  86.9  kv.m  olan  qeyri-yaşayış  sahəsinin  (mağaza  binası)  18.0  kv.m  sahəsindən 

Məmmədova Leyla Tehran qızının istifadəsi qadağan edilməsi qərara alınmışdır. 

Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı    il    tarixli  2-2(86)-708/2016 

saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin 19 avqust 2016-cı 

il  tarixli  2-2(86)-708/2016  saylı  qərardadı  ilə  təmin  edilməmiş  və  baxılması  üçün  Apellyasiya 

məhkəməsinə göndərilmişdir. 

 

                                         İŞİN  HALLARI: 



 

İddiaçı  “Sərvət-2000”  Fərdi  Firması  cavabdeh  Məmmədova  Leyla  Tehran  qızına  qarşı 

Məmmədova Leyla Tehran qızının Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr, H.B.Əliyev küçəsi, 3224-

cü  məhəllə  ünvanda  yerləşən  ümumi  sahəsi  86.9  kv.m  olan  qeyri-yaşayış  sahəsinin  (mağaza 

binası)  18.0  kv.m  sahəsindən  çıxarılması  və  “Sərvət-2000”  Fərdi  Firmasının  xeyrinə 

ödənilməmiş  5100  manat  icarə  pulunun,  ödənilmiş  30  manat  dövlət  rüsumunun,  cəmi  5130 

manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.  

İddiaçı  iddianın  təmini  tədbirinə  dair  ərizə  ilə  müraciət  edərək  iddianın  təmini  tədbiri 

kimi  işə  mahiyyəti  üzrə  baxılıb  qurtarana  qədər  “Sərvət-2000”  Fərdi  Firmasına  məxsus  Bakı 

şəhəri,  Nəsimi  rayonu,  2  mkr,  H.B.Əliyev  küçəsi,  3224-cü  məhəllə  ünvanda  yerləşən  ümumi 

sahəsi  86.9  kv.m  olan  qeyri-yaşayış  sahəsinin  (mağaza  binası)  18.0  kv.m  sahəsindən 

Məmmədova Leyla Tehran qızının  istifadəsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını 

xahiş etmişdir.  

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. 

                 APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 

   



 

2

 Cavabdeh  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  iddianın  təmini  tədbirinə 



dair  ərizə  faktlarla  əsaslandırılmamış,  məhkəmə  formal  mülahizələrlə  iddianın  təmin  tədbiri 

barədə qərardad qəbul etmişdir. 

İddiaçı ilə 31 mart 2015-ci il tarixli  icarə müqaviləsinə əsasən 31 mart 2019-cu il tarixə 

kimi  18.0  kv.m  qeyri  yaşayış  sahəsi  cavabdehə  icarəyə  verilib  və  icarə  müqaviləsi  hüquqi 

qüvvədə olduğu üçün qeyri yaşayış sahəsindən müqavilə öhdəliklərini icra etmək hüququ vardır.   

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2-2(86)-708/2016 saylı 

qərardadı  qanuna  müvafiq  deyil  və  sahibkar  kimi  cavabdehin  hüquqlarını  pozur,  qərardad 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  məhdudiyyət  yaradır  və  hazırda  sahibkarlıq 

fəaliyyətinə zərər dəyir. 

Apellyasiya  şikayətində  Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı  il 

tarixli 2-2(86)-708/2016 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. 

 

                               TƏRƏFLƏRİN   İZAHATLARI: 



 

Məhkəmə  kollegiyasının  iclasında  cavabdeh  Məmmədova  Leyla  Tehran  qızının 

nümayəndəsi Hacıyev Azad Bəyəli oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək 

apellyasiya şikayətinin təmin edilərək Şirvan İnzibati-İqtisadi  Məhkəməsinin 09 avqust 2016-cı 

il  tarixli  qərardadının  ləğv  edilərək  iddianın  təmin  edilməsinə  dair  ərizənin  təmin  edilməməsi 

barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

Məhkəmə  kollegiyasının  iclasında  iddiaçı  “Sərvət-2000”  fərdi  firmasının  nümayəndəsi 

İsmayılbəyli  İsmayıl  Malik  oğlu  izahatında  apellyasiya  şikayətinin  təmin  edilmədən  Şirvan 

İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli  qərardadının  dəyişdirilmədən 

saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. 

Məhkəmə  kollegiyası  tərəflərin  izahatlarını,  məruzəçi  hakimin  məruzəsini  dinləyib,  iş 

materiallarını  araşdırıb,  apellyasiya  şikayətinin  dəlillərini  müzakirə  edərək  hesab  edir  ki, 

cavabdeh Məmmədova Leyla Tehran qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 

Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli  2-2(86)-708/2016  saylı 

qərardadı və 19 avqust 2016-cı il tarixli 2-2(86)-708/2016 saylı qərardadı ləğv edilərək iddianın 

təmin edilməsi barədə ərizə təmin edilməməlidir. 

 

                                  İŞİN  HÜQUQİ  MƏSƏLƏLƏRİ: 



 

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə  işdə  olan  və  əlavə  təqdim 

olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin 

dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual  hüquq  normalarına  riayət 

etməsini yoxlayır. 

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı 

olmayaraq  işə,  işdə  olan  və  əlavə  təqdim  olunmuş  sübutlar  əsasında  baxılmalı  və  iş  üzrə 

toplanmış  sübutlar  tam,  hərtərəfli  və  obyektiv  araşdırılmalı  və  birinci  instansiya  məhkəməsi 

tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-

etməməsinə hüquqi qiymət verilməlidir. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərinə  müfəssəl  hüquqi  qiymət  verərək 

hesab  edir  ki,  iddianın  təmin  edilməsi  barədə  qərardad  qəbul  edilərkən  maddi  və  prosessual 

hüquq normalarının tələbləri pozulmuşdur.  

İşdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr, H.B.Əliyev küçəsi, 3224-cü məhəllə 

ünvanda  yerləşən  ümumi  sahəsi  86.9  kv.m  olan  qeyri-yaşayış  sahəsinin  (mağaza  binası)  18.0 

kv.m  sahəsindən  Məmmədova  Leyla  Tehran  qızı  tərəflər  arasında  bağlanmış  icarə  müqaviləsi 

əsasında istifadə edir. 

İddia  ərizəsinin  məzmunundan  və  iş  materiallarından  görünür  ki,  iddiaçı  “Sərvət-2000” 

Fərdi  Firması  cavabdeh  Məmmədova  Leyla  Tehran  qızına  qarşı  Məmmədova  Leyla  Tehran 

qızının  Bakı  şəhəri,  Nəsimi  rayonu,  2  mkr,  H.B.Əliyev  küçəsi,  3224-cü  məhəllə  ünvanda 




 

3

yerləşən  ümumi  sahəsi  86.9  kv.m  olan  qeyri-yaşayış  sahəsinin  (mağaza  binası)  18.0  kv.m 



sahəsindən  çıxarılması  və  “Sərvət-2000”  Fərdi  Firmasının  xeyrinə  ödənilməmiş  5100  manat 

icarə pulunun, ödənilmiş 30  manat dövlət rüsumunun, cəmi 5130  manat pulun tutulmasına dair 

iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, iddia ərizəsində tərəflər arasında bağlınmış icarə 

müqaviləsinin ləğv edilməsi tələb edilməmişdir.  

İş  materiallarında  olan  seriya  RX  №  0868446  saylı  Hüquqların  Dövlət  qeydiyyatı 

haqqında  daşınmaz  əmlakın  Dövlət  reyestrindən  Çıxarışın  surəti  ilə  müəyyən  olunur  ki,    Bakı 

şəhəri,  Nəsimi  rayonu,  Hüseynbala  Əliyev  küçəsi,  3,  5,  9  ünvanda  yerləşən  86,9  kv.m.  qeyri-

yaşayış binasının mülkiyyət hüququ “Sərvət-2000” Fərdi Firmasına məxsusdur. 

İş materiallarında olan 31 mart 2015-ci il tarixli icarə müqaviləsi ilə müəyyən olunur ki, 

“Sərvət-2000”  Fərdi  Firmasına  məxsus  Bakı  şəhəri,  Nəsimi  rayonu,  2  mkr,  H.B.Əliyev  küçəsi, 

3224-cü  məhəllə  ünvanda  yerləşən  ümumi  sahəsi  86.9  kv.m.  olan  qeyri-yaşayış  sahəsinin 

(mağaza binası) 18.0 kv.m. sahəsi Məmmədova Leyla Tehran qızının icarəsinə verilmişdir, icarə 

müqaviləsinin müddəti 31.03.2019-cu il tarixədək müəyyən edilmişdir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  700.1-ci  maddəsinə  əsasən  icarə 

müqaviləsi  əmlak  kirayəsi  müqaviləsidir.Bu  müqaviləyə  görə  kirayəyə  verən  (icarəyə  verən) 

kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən 

istifadə etmək və gəlir götürmək hüququ da verir.İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə 

haqqı ödəməyə borcludur. 

Həmin  Məcəllənin  700.3-cü  maddəsinə  əsasən  əgər  bu  Məcəllənin  bu  fəslinin 

müddəalarından ayrı qayda  irəli gəlmirsə, torpaq icarəsi  istisna olmaqla,  icarəyə  bu Məcəllənin 

əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 

Həmin Məcəllənin 675-ci  maddəsinə əsasən əmlak kirayəsi  müqaviləsinə görə, kirayəyə 

verən  əşyanı  kirayəçinin  istifadəsinə  verməyi,  kirayəçi  isə  bunun  üçün  kirayəyə  verənə  kirayə 

haqqı ödəməyi öhdəsinə götürür. 

Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmini tədbirinə dair 

ərizə  faktlarla  əsaslandırılmamış,  məhkəmə  formal  mülahizələrlə  iddianın  təmin  tədbiri  barədə 

qərardad qəbul etmişdir. 

Apellyasiya  şikayətinin  həmin  dəlilləri  iş  materialları  üzrə  araşdırılıb  əsaslı  hesab 

edilmişdir. 

Apellyasiya  şikayətində  Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı  il 

tarixli 2-2(86)-708/2016 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini  araşdırıb  hüquqi  qiymət  verərək 

hesab edir ki, cavabdeh Məmmədova Leyla Tehran qızı tərəfindən verilmiş apellyasiya şikayəti 

təmin  edilərək,  Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli  2-2(86)-

708/2016  saylı  qərardadı  və  19  avqust  2016-cı  il  tarixli  2-2(86)-708/2016  saylı  qərardadı  ləğv 

edilərək iddianın təmin edilməsi barədə ərizə təmin edilməməlidir. 

          Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  14.2-ci  maddəsinə  əsasən 

məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 

Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  əsasən  hər  bir  tərəf  öz  tələblərinin  və  etirazlarının 

əsası kimi istinad etdiyi halları sübut etməlidir. 

Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq 

o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və 

hallarla əlaqədardır. 

Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  398.0.3-cü  maddəsinə  əsasən 

apellyasiya  instansiyası  məhkəməsinin  şikayətə  baxıb  qərardad  qəbul  etdikdə  qərardadı  tam  və 

ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 

263-264-cü, 397.2, 398.0.3, 400-cü, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 

              

                                       Q Ə R A R A     A L D I: 

 

Cavabdeh Məmmədova Leyla Tehran qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin 



edilsin. 


 

4

  İş  üzrə  Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli  2-2(86)-



708/2016      saylı      qərardadı      və      19      avqust    2016-cı    il    tarixli    2-2(86)-708/2016  saylı 

qərardadı ləğv edilsin. 

 İddianın təmin edilməsi barədə ərizə təmin edilməsin. 

         Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. 

 Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində 

Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-

İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. 

 

 



                   

           Sədrlik edən:İmza var.                                   

           Hakimlər:İmzalar var.           

  Əsli ilə düzdür.Hakim:                                                        Zeynal Zeynalov 



 

 

 



 

Yüklə 47,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə