Q ə t n a m ə Azərbaycan Respublikası Adından



Yüklə 65,82 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü65,82 Kb.
#10043


        

 

 



                                                 Q Ə T N A M Ə   

                                    Azərbaycan Respublikası Adından  

  21 oktyabr 2016-cı il               İş № 2(106)1890/2016                                              Şirvan şəhəri                                                                                                                           

 

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala 



oğlu,  (sədrlik  edən,  məruzəçi)  Kərimov  Qəzənfər  Babaxan  oğlu  və  Məmmədov  Namiq  Eyyub 

oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, 

İddiaçı  «Unibank”  KB  ASC-nin  cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğluna  qarşı  kreditin, 

kredit  faizlərinin  və  cərimənin  ödənilməsi,  girov  predmetinə  tutmanın  yönəldilməsi  tələbinə  dair 

mülki  iş  üzrə  Ağcabədi  Rayon  Məhkəməsinin  28  iyun  2016-cı  il  tarixli  2(017)-269/2016  saylı 

qətnaməsindən  cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə 

əsasən işə apellyasiya qaydasında baxaraq 

 

                                        MÜƏYYƏN    ETDİ: 



 

Ağcabədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi 

ilə  (sədrlik  edən  F.Xanlarov)  iddia  təmin  edilərək  cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlundan 

11575 manat 37 qəpik məbləğində əsas kredit borcu, 816 manat 79 qəpik məbləğində faiz borcu, 

63 manat 02 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 12455 manat 18 qəpik məbləğində pul 

və  30  manat  məbləğində  dövlət  rüsumu  alınaraq  iddiaçı  “Unibank”  Kommersiya  Bankı  Açıq 

Səhmdar  Cəmiyyətinin  xeyrinə  ödənilməsi,  tələbin  girov  predmeti  olan  “Akkord  İnşaat  Sənaye” 

MMC tərəfindən emissiya olunmuş 08/5-009 dövlət qeydiyyat nömrəli, 29 iyun 2007-ci il tarixli, 

AMS 000116 saylı mənzil sertifikatına yönəldilməsi, həmin mənzilin sertifikatı açıq hərrac yolu ilə 

satılması, satışdan əldə ediləcək puldan 11575 manat 37 qəpik məbləğində əsas kredit borcu, 816 

manat 79 qəpik məbləğində faiz borcu, 63 manat 02 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 

12455 manat 18 qəpik məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu iddiaçı “Unibank” 

Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra 

artıq qalan məbləğin cavabdeh Səfərov Məqsəd Vaqif oğluna qaytarılması qət edilmişdir.  

Cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlu  tərəfindən  qətnamədən  apellyasiya  şikayəti 

verilmişdir. 

                                                    İŞİN  HALLARI: 

 

İddiaçı  iddia  tələbini  onunla  əsaslandırmışdır  ki,  “Unibank”  Kommersiya  Bankı  Açıq 



Səhmdar Cəmiyyəti ilə cavabdeh Səfərov Məqsəd Vaqif oğlu arasında bağlanmış 30 iyul 2007-ci il 

tarixli kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi ilə 121 ay müddətinə 31102 manat 64 qəpik 

məbləğində  cavabdehə  kredit  verilmişdir.Kreditin  təminatı  olaraq  kreditorla  borclu  arasında  eyni 

tarixdə  girov  müqaviləsi  bağlanmaqla  mülkiyyət  hüququ  ilə  cavabdeh  Məqsəd  Səfərova  məxsus 

“Akkord İnşaat Sənaye”  MMC tərəfindən emissiya edilmiş  AMS 000116  mənzil  sertifikatı girov 

qoyulmuşdur.Kredit  müqaviləsinin  2.2-ci  bəndinə  əsasən,  borc  alan  kreditin  qaytarılmasını 

öhdəsinə  götürsə  də,  kreditin  ödənilməsinə  dair  öhdəliyi  vaxtında  və  lazımı  qaydada  icra 

etməmişdir.Bu  barədə  cavabdeh  dəfələrlə  yazılı  və  şifahi  qaydada  xəbərdar  edilməsinə 

baxmayaraq öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır. Cavabdehin 30 iyul 2007-ci il tarixli 

kredit müqaviləsi üzrə 02 noyabr 2015-ci il tarixə borcunun məbləği əsas borca görə 11575 manat 

37  qəpik,  faiz  borcuna  görə  816  manat  79  qəpik,  dəbbə  pulu  borcuna  görə  63  manat  02  qəpik, 

borcun cəmi məbləği isə 12455 manat 18 qəpik təşkil etmişdir. 




 

İddia  tələbində  cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlundan  11575  manat  37  qəpik 



məbləğində əsas, 816 manat 79 qəpik məbləğində faiz borcu, 63 manat 02 qəpik məbləğində dəbbə 

pulu,  cəmi  12455  manat  18  qəpik  məbləğində  pulun,  həmçinin  ödənilmiş  30  manat  dövlət 

rüsumunun  iddiaçının  xeyrinə  tutulması,  tutmanın  girov  predmeti  olan  “Akkord  İnşaat  Sənaye” 

MMC  tərəfindən  emissiya  edilmiş  AMS  000116  mənzil  sertifikatına  yönəldilməsi,  həmin  mənzil 

sertifikatının  açıq  hərracda  satılması  və  satışından  əldə  edilmiş  vəsait  hesabına  cavabdehin 

iddiaçıya olan borclarının ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.  

 

Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. 



APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 

 

Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 



qətnaməsi  maddi  və  prosessual  hüquq  normaları  pozulmaqla  məhkəmənin  gəldiyi  nəticə  üçün 

mühüm  əhəmiyyəti  olan  bütün  fatkiki  halların  araşdırılmaması  və  sübutlara  obyektiv  qiymət 

verilməməsi ilə qəbul edilmişdir. 

Apellyasiya  şikayətində  Ağcabədi  Rayon  Məhkəməsinin  28  iyun  2016-cı  il  tarixli  2(017)-

269/2016  saylı  qətnaməsinin  ləğv  edilməsi,  iddianın  rədd  edilməsi  barədə  yeni  qətnamə  qəbul 

edilməsi xahiş edilmişdir. 

 

                                            TƏRƏFLƏRİN  İZAHATLARI: 



 

Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi 

məlumat  verilməsinə  baxmayaraq  məhkəmə  kollegiyasının  iclasına  gəlməmişlər,  gəlməmələrinin 

səbəbləri barədə bildirməmişlər. 

   Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci 

maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.  

 Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci  maddəsinin  tələblərinə 

əsasən  işə  baxılmanın  vaxtı  və  yeri  haqqında  lazımi qaydada  xəbərdar edilmiş  bu  maddədə qeyd 

olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.                

Məhkəmə  kollegiyası  məruzəçi  hakimin  məruzəsini  dinləyib,  iş  materiallarını  araşdırıb, 

apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh Səfərov Məqsəd Vaqif 

oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 28 

iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 

 

İŞİN  HÜQUQİ  MƏSƏLƏLƏRİ: 



                    

 

        Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  əsasən 



apellyasiya  instansiya  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə  işdə  olan  və  əlavə  olunmuş 

sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya  məhkəməsi  şikayətin 

dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini 

yoxlayır. 

         Həmin  Məcəllənin  372.6-cı  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi  birinci 

instansiya  məhkəməsinin  qətnaməsinin  əsaslılığını  onun  düzünə  və  ya  dolayısı  ilə 

mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv  edilməsinə  yönəldikdə  və  ya  apellyasiya 

şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə  əsasən  mübahisənin  predmeti  bölünməz 

olduqda isə tam yoxlayır. 

“Məhkəmə  qətnaməsi  haqqında”  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun 

2005-ci  il  24  noyabr  tarixli  qərarının  17-ci  bəndində  göstərilmişdir  ki,  kassasiya  və  apellyasiya 

instansiya  məhkəmələri  aşağı  instansiya  məhkəmələrinin  qətnamələrindən  şikayətlərə  baxdıqda, 

qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 




 

        Bu  baxımdan  məhkəmə kollegiyası  hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı 



olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş 

üzrə  toplanmış  sübutlar  obyektiv  araşdırılmalı  və  birinci  instansiya  məhkəməsinin  işə  baxarkən 

maddi  və  prosessual  hüquq  normalarına  düzgün  riayət  edib  etməməsinə  hüquqi  qiymət 

verilməlidir. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərinə  müfəssəl  hüquqi  qiymət  verərək 

hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən  işə  baxılarkən  maddi  və  prosessual  hüquq 

normaları düzgün tətbiq və təfsir edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına 

və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. 

İş  materiallarında  olan  30  iyul  2007-ci  il  tarixli  kredit  müqaviləsindən  görünür  ki, 

“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səfərov Məqsəd Vaqif oğluna 

121 ay müddətinə, illik 15 faizlə 31102 manat 64 qəpik məbləğində kredit verilmişdir. 

İş  materiallarında olan 30  iyul 2007-ci  il tarixli girov  müqaviləsindən görünür ki, Səfərov 

Məqsəd  Vaqif  oğluna  məxsus  “Akkord  İnşaat  Sənaye”  MMC  tərəfindən  emissiya  edilmiş  AMS 

000116 saylı  mənzil sertifikatı girov qoyulmuşdur.  

İş  materiallarında  olan  “Unibank”  Kommersiya  Bankı  Açıq  Səhmdar  Cəmiyyətinin  04 

avqust  2015-ci  il  tarixli  bildirişindən  görünür  ki,  Səfərov    Məqsəd  Vaqif  oğlu  borclu  qaldığı 

məbləği  banka  ödəməsi  və  öhdəliklər  yerinə  yetirilmədiyi  halda  məhkəməyə  müraciət  olunacağı, 

kredit  müqaviləsinin  təminatı  olaraq  girov  predmeti  açıq  hərracda  satılaraq  əldə  olunmuş  vəsait 

borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdar olunmuşdur. 

İş  materiallarında olan 25 noyabr 2015-ci  il tarixli  maliyyə arayışından görünür ki, Səfərov 

Məqsəd  Vaqif  oğlunun  25  noyabr  2015-ci  il  tarixə  Banka  olan  əsas  borc  qalığı  11575  manat  37 

qəpik, faiz borcun məbləği 816 manat 79 qəpik, dəbbə borcu 63 manat 02 qəpik  təşkil edir. 

Məhkəmə  araşdırmaları  ilə  müəyyən  edilmişdir  ki,  iddiaçı  “Unibank”  Kommersiya  Bankı 

Açıq  Səhmdar  Cəmiyyəti  ilə  cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlu  arasında  bağlanmış  30  iyul 

2007-ci  il  tarixli  kredit  müqaviləsinə  əsasən  illik  15  faiz  dərəcəsi  ilə  121  ay  müddətinə  31102 

manat 64 qəpik məbləğində cavabdehə kredit verilmişdir.Kreditin təminatı olaraq kreditorla borclu 

arasında  eyni  tarixdə  girov  müqaviləsi  bağlanmaqla,  Səfərov  Məqsəd  Vaqif  oğluna  məxsus 

“Akkord İnşaat Sənaye” MMC tərəfindən emissiya olunmuş AMS 000116 saylı mənzil sertifikatı 

girov qoyulmuşdur, cavabdeh Səfərov Məqsəd Vaqif oğlunun “Unibank” Kommersiya Bankı Açıq 

Səhmdar Cəmiyyətindən 31102 manat 64 qəpik məbləğində kredit alması, müqavilə öhdəliklərini 

yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması və “Unibank” Kommersiya 

Bankı  Açıq  Səhmdar  Cəmiyyətinə  11575  manat  37  qəpik  məbləğində  əsas  kredit  borcunun,  816 

manat  79  qəpik  məbləğində  faiz  borcunun,  63  manat  02  qəpik  məbləğində  dəbbə  pulu  olmaqla, 

cəmi 12455 manat 18 qəpik məbləğində borcunun qalması sübuta yetirilmişdir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  76.1-ci  maddəsinə  əsasən 

tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan 

başqa  halların  mövcud  olduğunu  və  ya  olmadığını  məhkəmə  müəyyən  edərkən  bu  Məcəllədə  və 

başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 

Həmin  Məcəllənin  76.2-ci  maddəsinə  əsasən  bu  məlumatlar  yazılı  və  maddi  sübutlarla, 

ekspertlərin rəyləri  ilə,  yerində  müayinə keçirməklə, səs  və  video  yazıları  ilə, şahidlərin  ifadələri 

ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 

Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq 

o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və 

hallarla əlaqədardır. 

Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti 

olan  və  onlara  məlum  olan  faktlar  barədə  izahatları  iş  üzrə  toplanmış  digər  sübutlarla  yanaşı 

yoxlanılmalı və qiymətləndirilməlidir. 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  14.2.1-ci  maddəsində  qanunvericilikdə 

nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona 

zidd  olmayan  müqavilələr  və  başqa  əqdlərin  bağlanması  mülki  hüquqların  və  vəzifələrin  əmələ 

gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 



 

Həmin  Məcəllənin  386.1-ci  maddəsinə  görə  isə  öhdəliyin  zərər  vurulması,  əsassız 



varlanma  və  ya  bu  Məcəllədə  nəzərdə  tutulmuş  digər  əsaslar  nəticəsində  əmələ  gəlməsi  halları 

istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 

Həmin Məcəllənin 385-ci  maddəsinə görə, öhdəliyə əsasən  bir şəxs (borclu)  başqa şəxsin 

(kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, 

xidmətlər  göstərməli  və  i.a.  və  ya  müəyyən  hərəkətdən  çəkinməlidir,  kreditorun  isə  borcludan 

vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin 

bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış 

edə  bilərlər  (Mülki  Məcəllənin  5-ci  maddəsi).Hər  bir  öhdəlikdə  borclu  –  pul  ödəməyə,  əmlak 

verməyə,  işi  icra  etməyə,  xidmət  göstərməyə  borclu  olan  şəxs  və  kreditor  –  borcludan  vəzifəsini 

icra etməyi tələb etmək hüququ olan şəxsdir.  

Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası 

onun  predmetini  təşkil  edən  hərəkətlərin  yerinə  yetirilməsində  və  ya  yetirilməməsində  ifadə 

olunur.Öhdəliyin  yerinə  yetirilməməsi  anlayışını  müəyyən  edən  Mülki  Məcəllənin  442-ci 

maddəsinə  görə  isə  öhdəliyin  icra  edilməməsi  dedikdə  onun  pozulması  və  ya  lazımınca  icra 

edilməməsi  başa  düşülür.Bu  mənada,  öhdəliyin  pozulması  –  öhdəliyin  tərkibini  təşkil  edən 

hərəkətlərin  ümumiyyətlə  yerinə  yetirilməməsində  ifadə  olunur.Öhdəliyin  lazımınca  icra 

edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə 

dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə 

öhdəliyin  vaxtında  icra  edilməməsi,  xammalın,  işin  və  xidməti  qüsurlu  icrası  və  ya  öhdəliyin 

tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.  

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  445.1-ci  maddəsinə  görə  icranı 

gecikdirmiş  borclu  gecikdirmə  nəticəsində  vurduğu  zərər  üçün  kreditor  qarşısında  məsuliyyət 

daşıyır. 

Həmin  Məcəllənin  445.2.1-ci  maddəsinə  əsasən  isə  öhdəliyin  onun  icrası  üçün 

müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.  

Həmin  Məcəllənin 448.1-ci  maddəsində göstərilir ki, əgər  bu Məcəllə  ilə  və  müqavilə  ilə 

ayrı  qayda  müəyyənləşdirilməyibsə,  borclu  onun  risk  dairəsinə  daxil  olan  öhdəliklərin  icra 

edilmədiyi bütün hallar üçün cavabdehdir. 

Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir 

ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün 

nəticəyə  gəlmişdir,  ona  görə  də  birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşaraq 

qətnaməni qanuni və əsaslı hesab etmişdir. 

Apellyasiya  şikayətində  qeyd  edilmişdir  ki,  birinci  instansiya  məhkəməsinin  qətnaməsi 

maddi  və  prosessual  hüquq  normaları  pozulmaqla  məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm 

əhəmiyyəti olan  bütün  fatkiki  halların araşdırılmaması  və sübutlara obyektiv qiymət verilməməsi 

ilə qəbul edilmişdir. 

Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, 

birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq 

edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün 

mühüm  əhəmiyyəti  olan  bütün  fatkiki  halların  araşdırılmaması  və  sübutlara  obyektiv  qiymət 

verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. 

Apellyasiya  şikayətində  Ağcabədi  Rayon  Məhkəməsinin  28  iyun  2016-cı  il  tarixli  2(017)-

269/2016  saylı  qətnaməsinin  ləğv  edilməsi,  iddianın  rədd  edilməsi  barədə  yeni  qətnamə  qəbul 

edilməsi xahiş edilmişdir. 

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb əsassız 

olduğu  üçün  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  ləğv  edilməsi  iddianın  rədd  edilməsi 

barədə qətnamə qəbul edilməsi baxımından qanuni əsaslar müəyyən etməmişdir. 

           Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  14.2-ci  maddəsinə  əsasən 

məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 



 

            Həmin  Məcəllənin  77.1-ci  maddəsinə əsasən  hər  bir tərəf öz tələblərinin  və  etirazlarının 



əsası  kimi  istinad  etdiyi  halları  sübut  etməlidir.İşin  materiallarından  görünür  ki,  cavabdeh  öz 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. 

           Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  88-ci  maddəsinə  görə  məhkəmə 

sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin  sübutlara  tətbiq  edilməli 

hüquq  normalarına  müvafiq  olaraq  qiymət  verir.Heç  bir  sübutun  məhkəmə  üçün  qabaqcadan 

müəyyən edilmiş qüvvəsi yoxdur. 

         Həmin  Məcəllənin  217.1-ci  maddəsinə  görə  məhkəmənin  qətnaməsi  qanuni  və  əsaslı 

olmalıdır. 

         Həmin  Məcəllənin  217.3-cü  maddəsinə  əsasən  qətnamə  iş  üzrə  müəyyən  edilmiş  həqiqi 

hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 

     Həmin  Məcəllənin  217.4-cü  maddəsinə  əsasən  məhkəmə  (hakim)  öz  qətnaməsini  yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 

    Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər 

üzrə qətnamə çıxarır.  

        Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.2-ci  maddəsinə  əsasən  birinci 

instansiya  məhkəməsinin  faktlar  nöqteyi-nəzərindən  qanuni  və  əsaslı  olan  və  mahiyyəti  üzrə 

düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

 Məhkəmə  kollegiyası  işin  tədqiq  edilən  hallarına  əsasən  nəticəyə  gəlir  ki,  cavabdeh 

Səfərov  Məqsəd  Vaqif  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin  edilmədən,  Ağcabədi 

Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(017)-269/2016 saylı qətnaməsi dəyişdirilmədən 

saxlanılmalıdır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  384.0.1-ci  maddəsinə  əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  qətnaməni  dəyişmədən,  apellyasiya  şikayətini  isə  təmin 

etmədən saxlaya bilər. 

         Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  382-ci, 

384.0.1-ci, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 

                             

                                        Q Ə T      E T D İ: 

 

Cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin 



edilməsin. 

Ağcabədi  Rayon  Məhkəməsinin  28  iyun  2016-cı  il  tarixli  2(017)-269/2016  saylı  qətnaməsi 

cavabdeh  Səfərov  Məqsəd  Vaqif  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  əsasən 

dəyişdirilmədən saxlanılsın. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay  müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki 

Kollegiyasına  kassasiya  şikayəti  verilə  bilər,  qətnamədən  şikayət  verilmədikdə  qəbul  edildiyi 

gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.  

 

                 Sədrlik edən:İmza var.                                     



                 Hakimlər:İmzalar var. 

        Əsli ilə düzdür.Hakim:                                                        Zeynal Zeynalov                                              



 

 

Yüklə 65,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə