Q ə t n a m ə Azərbaycan Respublikası Adından



Yüklə 124,82 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü124,82 Kb.
#9921


       

 

 



                        

                              

                                   Q Ə T N A M Ə   

                                                Azərbaycan Respublikası Adından  

03 iyul 2017-ci il                              İş № 2(106)1694/2017                                                          

Şirvan şəhəri                                                                                                                                                                         

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyasının  hakimləri  Zeynalov  Zeynal 



Ağabala  oğlu,  (sədrlik  edən,  məruzəçi)  Kərimov  Qəzənfər  Babaxan  oğlu  və  Eyvazov 

Rafael  Əmir  oğlundan  ibarət  tərkibdə,  Əliyev  Həsən  Əhliman  oğlunun  katibliyi,  iddiaçının 

nümayəndəsi Cavadov Tural Məmmədağa oğlunun iştirakı ilə açıq məhkəmə iclasında, 

İddiaçı  “Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyətinin

  cavabdehlər  Əhmədov  Araz 

Ağazəhir  oğlu,  Nəhmətov  Şərafəddin  Ağahəsən  oğlu,  Dədəyeva  Gülnarə  Ağazər  qızı, 

Nəhmətova Çinarə Ağazər qızı və Bayramov Eldəniz Seyidağa oğluna qarşı “əsas borcun, 

faiz  borcunun,  peniyanın  tutulması  və  20  manat  ödənilmiş  dövlət  rüsumu”  tələbinə  dair 

mülki iş üzrə Astara Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(018)-392/2017 saylı 

qətnaməsindən  cavabdeh  Əhmədov  Araz  Ağazəhir  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq, 

 

                                            MÜƏYYƏN    ETDİ: 



 

Astara  Rayon  Məhkəməsinin  30  mart  2017-ci  il  tarixli  2(018)-392/2017  saylı 

qətnaməsi  ilə  (sədrlik  edən  Z.İbrahimov)  iddia  qismən  təmin  edilərək  cavabdehlər 

Əhmədov  Araz  Ağazəhir  oğlu,  Nəhmətov  Şərafəddin  Ağahəsən  oğlu,  Dədəyeva  Gülnarə 

Ağazər  qızı,  Nəhmətova  Çinarə  Ağazər  qızı  və  Bayramov  Eldəniz  Seyidağa  oğlundan 

müştərək  qaydada  3052,64  ABŞ  dolları  məbləğində  kredit  borcu,  842,91  ABŞ  dolları 

məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə, cəmi 3905,55 ABŞ dolları (üç 

min  doqquz  yüz  beş  dollar,  əlli  beş  sent)  məbləğində  pul  (ödəniş  gününə  Azərbaycan 

manatına  məzənnə  ilə)  məbləğində  borc  və  ödənilmiş  20  (iyirmi)  manat  dövlət  rüsumu 

tutularaq  “Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyətinə  ödənilməsi  qət  edilmiş,  iddia  qalan 

hissədə təmin edilməmişdir. 

Cavabdeh Əhmədov Araz Ağazəhir oğlu tərəfindən qətnamədən apellyasiya şikayəti 

verilmişdir. 

                                                İŞİN  HALLARI: 

İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əhmədov Araz Ağazəhir oğlunun  

“Accessbenk”  Qapalı  Səhmdar  Cəmiyyəti  ilə  06  mart  2008-ci  il  tarixdə  bağladığı 

08L000001104  saylı  kredit  xətti  müqaviləsinə  əsasən  cavabdehə  60  ay  ərzində  20000 

ABŞ  dolları  məbləğində  kredit  xətti  açılmışdır.Bu  müqaviləyə  əsasən  borcluya  veriləcək 

məbləğ  və  müddət  ayrıca  olaraq  kredit  razılaşması  ilə  müəyyən  olunur.Kreditor 

“Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyəti  tərəfindən  borclu  Əhmədov  Araz  Ağazəhir 

oğluna  aylıq  2,33  faiz  olmaqla,  24  ay  müddətinə  ödəmək  şərti  ilə  10000  ABŞ  dolları 

məbləğində kreditin verilməsinə dair 04 may 2012-ci il tarixdə 08R000018436 saylı kredit 

müqaviləsi  bağlanmış  və  həmin  məbləğ  cavabdehə  verilmişdir.Borclu  kredit  müqaviləsi 

üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun “Accessbank” Qapalı Səhmdar 

Cəmiyyətinə  3052,64  ABŞ  dolları  əsas  kredit,  842,91  ABŞ  dolları  faiz  borcu  və  305,26 

ABŞ  dolları  cərimə  olmaqla,  ümumilikdə  4200,81  ABŞ  dolları  borcu  yaranmışdır.Eyni 




 

zamanda  “Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyəti  ilə  Nəhmətov  Şərafəddin  Ağahəsən 



oğlu  arasında  05  noyabr  2010-cu  il  və  04  may  2012-ci  il  tarixdə,  Dədəyeva  Gülnarə 

Ağazər  qızı  ilə  05  noyabr  2010-cu  il  və  04  may  2012-ci  il  tarixdə,  Nəhmətova  Çinarə 

Ağazər qızı ilə 19 iyun 2014-cü il tarixdə və Bayramov Eldəniz Seyidağa oğlu arasında 11 

iyul  2013-cü  il  tarixlərdə  zaminlik  müqavilələri  bağlanmış  və  həmin  müqavilələrə  əsasən 

Nəhmətov Şərafəddin Ağahəsən oğlu, Dədəyeva Gülnarə Ağazər qızı, Nəhmətova Çinarə 

Ağazər  qızı  və  Bayramov  Eldəniz  Seyidağa  oğlu  bank  qarşısında  kredit  müqaviləsindən 

irəli  gələn  öhdəliklərin  icrası  üçün  borclu  Əhmədov  Araz  Ağazəhir  oğlu  ilə  eyni  həcmdə 

məsuliyyət daşımalarını üzərlərinə götürmüşlər. 

İddia  tələbində  cavabdehlər  Əhmədov  Araz  Ağazəhir  oğlu,  Nəhmətov  Şərafəddin 

Ağahəsən  oğlu,  Dədəyeva  Gülnarə  Ağazər  qızı,  Nəhmətova  Çinarə  Ağazər  qızı  və 

Bayramov Eldəniz Seyidağa oğlundan müştərək qaydada 3052,64 ABŞ dolları məbləğində 

kredit  borcu,  842,91  ABŞ  dolları  məbləğində  faiz  borcu  və  305,26  ABŞ  dolları  cərimə 

olmaqla,  ümumilikdə  4200,81  ABŞ  dolları  məbləğində  borcun  və  ödənilmiş  20  manat 

dövlət rüsumunun məcburi tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.  

Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. 

 

                          APELLYASİYA  ŞİKAYƏTİNİN  DƏLİLLƏRİ: 



 

Cavabdeh  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  birinci  instansiya 

məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin 

gəldiyi  nəticə  üçün  mühüm  əhəmiyyəti  olan  bütün  faktiki  halların  araşdırılmaması  və 

sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. 

Apellyasiya  şikayətində  Astara  Rayon  Məhkəməsinin  30  mart  2017-ci  il  tarixli 

2(018)-392/2017  saylı  qətnaməsinin  ləğv  edilməsi  və  yeni  qətnamə  qəbul  edilməsi  xahiş 

edilmişdir.  

 

                                    TƏRƏFLƏRİN  İZAHATLARI: 



 

    Cavabdeh Əhmədov Araz Ağazəhir oğluna məhkəmə iclasının yeri və vaxtı barədə 

qanunla  müəyyən  olunmuş  qaydada  rəsmi  məlumat  verilməsinə  baxmayaraq  məhkəmə 

kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə bildirməmişdir.  

   Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin 

376.2-ci  maddəsinə  əsasən  işə  cavabdehin  iştirakı  olmadan  baxılmasını  mümkün  hesab 

etmişdir. 

 Azərbaycan  Respublikası  Mülki-Prosessual  Məcəlləsinin  376.2-ci  maddəsinin 

tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş 

bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. 

Məhkəmə  kollegiyasının  iclasında  iddiaçının  nümayəndəsi  Cavadov  Tural 

Məmmədağa  oğlu  izahatında  apellyasiya  şikayətinin  təmin  edilmədən,  Astara  Rayon 

Məhkəməsinin  30  mart  2017-ci  il  tarixli  qətnaməsinin  dəyişdirilmədən  saxlanılmasını 

məhkəmə kollegiyasından xahiş etdi. 

Məhkəmə  kollegiyası  iddiaçının  nümayəndəsinin  izahatını,  məruzəçi  hakimin 

məruzəsini  dinləyib,  iş  materiallarını  araşdırıb,  apellyasiya  şikayətinin  dəlillərini  müzakirə 

edərək  hesab  edir  ki,  cavabdeh  Əhmədov  Araz  Ağazəhir  oğlu  tərəfindən  verilmiş 

apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 

2(018)-392/2017 saylı qətnaməsi cavabdeh Əhmədov Araz Ağazəhir oğlunun apellyasiya 

şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. 

 

                                                İŞİN  HÜQUQİ  MƏSƏLƏLƏRİ: 



                    


 

 



        Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən 

apellyasiya  instansiya  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə  işdə  olan  və  əlavə 

olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya  məhkəməsi 

şikayətin  dəlillərindən  asılı  olmayaraq  məhkəmənin  maddi  və  prosessual  hüquq 

normalarına riayət etməsini yoxlayır. 

         Həmin  Məcəllənin  372.6-cı  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi 

birinci instansiya  məhkəməsinin  qətnaməsinin  əsaslılığını  onun  düzünə  və  ya  dolayısı ilə 

mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv  edilməsinə  yönəldikdə  və  ya 

apellyasiya  şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə  əsasən  mübahisənin 

predmeti bölünməz olduqda isə tam yoxlayır. 

“Məhkəmə  qətnaməsi  haqqında”  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 

Plenumunun  2005-ci  il  24  noyabr  tarixli  qərarının  17-ci  bəndində  göstərilmişdir  ki, 

kassasiya  və  apellyasiya  instansiya  məhkəmələri  aşağı  instansiya  məhkəmələrinin 

qətnamələrindən  şikayətlərə  baxdıqda,  qəbul  etdikləri  aktlarda  verilən  şikayətlərin 

dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 

        Bu  baxımdan  məhkəmə  kollegiyası  hesab  edir  ki,  apellyasiya  şikayətinin  dəlillərindən 

asılı  olmayaraq  işə,  işdə  olan  və  əlavə  təqdim  olunmuş  sübutlar  əsasında  mahiyyəti  üzrə 

baxılmalı  və  iş  üzrə  toplanmış  sübutlar  obyektiv  araşdırılmalı  və  birinci  instansiya 

məhkəməsinin  işə  baxarkən  maddi  və  prosessual  hüquq  normalarına  düzgün  riayət  edib 

etməməsinə hüquqi qiymət verilməlidir. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərinə  müfəssəl  hüquqi  qiymət 

verərək  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən  işə  baxılarkən  maddi  və 

prosessual  hüquq  normaları  düzgün  tətbiq  və  təfsir  edilmiş,  məhkəmənin  iş  üzrə  gəldiyi 

nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. 

Belə  ki,  iş  materiallarında  olan  “Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyəti  ilə 

Əhmədov  Araz  Ağazəhir  oğlu  arasında  bağlanılmış  06  mart  2008-ci  il  tarixli, 

08L000001104  saylı  kredit  xətti  müqaviləsindən  görünür  ki,  bank  ilə  cavabdeh  Əhmədov 

Araz Ağazəhir oğlu arasında 60 ay müddətinə, 20000 ABŞ dolları məbləğində kredit xətti 

açılmasına dair müqavilə imzalanmışdır.  

Həmin  müqavilənin  1.2-ci  bəndinə  əsasən  bu  müqavilə  və  kredit  razılaşmaları 

əsasında  istənilən  məbləğ  60  ay  müddətində,  6  mart  2013-cü  il  tarixdən  gec  olmayaraq 

verilməlidir. 

İş materiallarında olan “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Əhmədov Araz 

Ağazəhir oğlu arasında bağlanılmış 04 may 2012-ci il tarixli, 1104 saylı kredit müqaviləsinə 

dəyişiklik  və əlavələr edilməsi  haqqında  sazişdən  görünür  ki,  bankla  cavabdeh  Əhmədov 

Araz  Ağazəhir  oğlu  arasında  bağlanmış  06  mart  2008-ci  il  tarixli,  08L000001104  saylı 

kredit xətti  müqaviləsinin 1.2-cibəndində dəyişiklik edilərək, məbləğ 169 ay müddətinə 06 

aprel 2022-ci il tarixdən gec olmayaraq verilməsi razılaşdırılmışdır.  

İş materiallarında olan “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Əhmədov Araz 

Ağazəhir  oğlu  arasında  bağlanılmış  19  iyun  2014-cü  il  tarixli,  08R000018436  saylı  kredit 

razılaşmasından  görünür  ki,  bank  cavabdeh  Əhmədov  Araz  Ağazəhir  oğluna  24  ay 

müddətinə, 10000 ABŞ dolları kredit vermişdir.  

İş  materiallarında  olan  “Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyəti  ilə  Nəhmətov 

Şərafəddin  Ağahəsən  oğlu,  Nəhmətova  Çinarə  Ağazər  qızı,  Bayramov  Eldəniz  Seyidağa 

oğlu,  Dədəyeva  Gülnarə  Ağazər  qızı  arasında  bağlanılmış  zaminlik  müqavilələrindən 

görünür  ki,  onlar  Əhmədov  Araz  Ağazəhir  oğlu  ilə  “Accessbank”  Qapalı  Səhmdar 

Cəmiyyəti  arasında  bağlanılmış  kredit  müqavilələri  üzrə  borclunun  öhdəliklərinin  təminatı 

kimi zamin durmuşlar. 

İş materiallarında olan “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin 19 iyun 2014-cü 

il tarixli məxaric orderindən görünür ki, Əhmədov Araz Ağazəhir oğlu bankdan 10000 ABŞ 

dolları məbləğində pul götürmüşdür.   




 

İş  materiallarında  olan  “Accessbank”  Qapalı  Səhmdar  Cəmiyyəti  tərəfindən 



verilmiş  23  yanvar  2017-ci  il  tarixli  kredit-maliyyə  arayışından  görünür  ki,  Əhmədov  Araz 

Ağazəhir oğlunun banka 3052,64 ABŞ dolları məbləğində kredit borcu, 842,91 ABŞ dolları 

məbləğində  faiz  borcu  və  305,26  ABŞ  dolları  məbləğində  cərimə,  cəmi  4200,81  ABŞ 

dolları  məbləğində borcu vardır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  76.1-ci  maddəsinə  əsasən 

tərəflərin  tələb  və  etirazlarını  əsaslandıran  halların  və  işi  düzgün  həll  etmək  üçün 

əhəmiyyəti  olan  başqa  halların  mövcud  olduğunu  və  ya  olmadığını  məhkəmə  müəyyən 

edərkən  bu  Məcəllədə  və  başqa  qanunlarda  müəyyən  olunmuş  qaydada  əldə  etdiyi 

məlumatlar sübutlar hesab olunur. 

Həmin  Məcəllənin  76.2-ci  maddəsinə  əsasən  bu  məlumatlar  yazılı  və  maddi 

sübutlarla,  ekspertlərin  rəyləri  ilə,  yerində  müayinə  keçirməklə,  səs  və  video  yazıları  ilə, 

şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 

Həmin  Məcəllənin  80-ci  maddəsinə  əsasən  məhkəmə  işin  gedişində  təqdim 

olunmuş  ancaq  o  sübutları  qəbul  edir  və  nəzərə  alır  ki,  onlar  işdə  tərəflərin  tələblərini 

müəyyən edən faktlarla və hallarla əlaqədardır. 

Həmin  Məcəllənin  106.1-ci  maddəsinə  əsasən  işdə  iştirak  edən  şəxslərin  iş  üçün 

əhəmiyyəti  olan  və  onlara  məlum  olan  faktlar  barədə  izahatları  iş  üzrə  toplanmış  digər 

sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  739.1-ci  maddəsinə  əsasən  borc 

müqaviləsinə  görə  iştirakçılardan  biri  (borc  verən)  pula  və  ya  digər  əvəz  edilən  əşyalara 

mülkiyyət  hüququnu  digər  iştirakçıya  (borc  alan)  isə  aldıqlarını  müvafiq  olaraq  pul  və  ya 

eyni  keyfiyyətdə  və  miqdarda  olan  eyni  növlü  əşyalar  şəklindəö  borc  verənə  qaytarmağı 

öhdəsinə götürür. 

Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı 

pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 

Həmin  Məcəllənin  741-ci  maddəsinə  əsasən  əgər  müqavilənin  iştirakçıları  borcun 

faizlər  ilə  verilməsini  şərtləşdirirlərsə,  faizlər  müvafiq  surətdə  bir  ilin  sonunda  ödənilməli, 

borc  bir  il  başa  çatanadək  qaytarılmalıdırsa,  borcun  qaytarılması  ilə  bir  vaxtda 

ödənilməlidir. 

Həmin  Məcəllənin  385.1-ci  maddəsində  qeyd  edilir  ki,  öhdəliyə  əsasən  bir  şəxs 

(borclu)  başqa  şəxsin  (kreditorun)  xeyrinə  müəyyən  hərəkətlər  etməlidir,  məsələn  pul 

ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.  

Həmin  Məcəllənin  442-ci  maddəsinə  görə  öhdəliyin  icra  edilməməsi  dedikdə,  onun 

pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və 

xidmətlərdə  qüsurlarla  və  ya  öhdəliyin  məzmunu  ilə  müəyyənləşdirilmiş  digər  şərtləri 

pozmaqla icra edilməsi) başa düşülür. 

Həmin  Məcəllənin  449.1-ci  maddəsinin  tələbinə  görə  özgəsinin  pul  vəsaitini 

qanunsuz  saxlamaqla,  onu  qaytarmaqdan  boyun  qaçırmaqla,  onun  ödənilməsini  digər 

şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və 

ya  toplamaqla  ondan  faydalanmağa  görə  həmin  vəsaitin  məbləğindən  faizlər 

ödənilməlidir.Faizlərin  miqdarı  pul  öhdəliyinin  və  ya  onun  müvafiq  hissəsinin  icra  edildiyi 

gün  üçün  bank  uçot  dərəcəsi ilə  müəyyənləşdirilir.Borc  məhkəmə  qaydasında  tutulduqda 

məhkəmə  kreditorun  tələbini  qərarın  çıxarıldığı  gün  üçün  bank  uçot  dərəcəsini  əsas 

götürməklə ödəyə bilər. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  470.1-ci  maddəsinin  tələbinə  görə 

zaminlik  müqaviləsi  üzrə  zamin  başqa  şəxsin  kreditoru  qarşısında  həmin  şəxsin  öz 

öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 

Həmin  Məcəllənin  472.1-ci  maddəsinə  əsasən  borclu  zaminliklə  təmin  edilmiş 

öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik 

müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti  nəzərdə  tutulmayıbsa,  zamin  və  borclu 

kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 



 

Həmin  Məcəllənin  472.2-ci  maddəsinə  əsasən  əgər  zaminlik  müqaviləsində  ayrı 



qayda  nəzərdə  tutulmayıbsa,  faizlərin,  borc  tutulması  üzrə  məhkəmə  xərclərinin  və 

borclunun  öhdəliyi  icra  etməməsi  və  ya  lazımınca  icra  etməməsi  nəticəsində  kreditora 

dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu 

ilə eyni həcmdə məsuliyyət daşıyır. 

Məhkəmə  kollegiyası  tətbiq  edilən  maddi  və  prosessual  hüquq  normalarına  əsasən 

hesab edir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın qismən təmin 

edilməsi  barədə  düzgün  nəticəyə  gəlmişdir, ona  görə də  birinci instansiya  məhkəməsinin 

gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. 

Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 

maddi  və  prosessual  hüquq  normaları  pozulmaqla  məhkəmənin  gəldiyi  nəticə  üçün 

mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət 

verilməməsi ilə qəbul edilmişdir. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  bu  dəlillərini  araşdıraraq  müəyyən 

etmişdir  ki,  birinci  instansiya  məhkəməsinin  qətnaməsi  maddi  və  prosessual  hüquq 

normalarının  düzgün  tətbiq  edilməsi  ilə  qəbul  edildiyindən  qanuni  və  əsaslıdır,  bu 

baxımdan  məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm  əhəmiyyəti  olan  bütün  faktiki  halların 

araşdırılmaması  və  sübutlara  obyektiv  qiymət  verilməməsi  ilə  qətnamə  qəbul  edilməsi 

barədə dəlillər əsassız sayılmışdır. 

Apellyasiya  şikayətində  Astara  Rayon  Məhkəməsinin  30  mart  2017-ci  il  tarixli 

2(018)-392/2017  saylı  qətnaməsinin  ləğv  edilməsi  və  yeni  qətnamə  qəbul  edilməsi  xahiş 

edilmişdir.  

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini  iş  materialları  üzrə  araşdırıb 

əsassız  olduğu  üçün  apellyasiya  şikayətinin  təmin  edilməsi,  birinci  instansiya 

məhkəməsinin  qətnaməsinin  ləğv  edilməsi  baxımından  qanuni  əsaslar  müəyyən 

etməmişdir. 

           Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  14.2-ci  maddəsinə  əsasən 

məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 

            Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  əsasən  hər  bir  tərəf  öz  tələblərinin  və 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, 

cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. 

           Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  88-ci  maddəsinə  görə 

məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin  sübutlara 

tətbiq  edilməli  hüquq  normalarına  müvafiq  olaraq  qiymət  verir.  Heç  bir  sübutun  məhkəmə 

üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 

         Həmin  Məcəllənin  217.1-ci  maddəsinə  görə  məhkəmənin  qətnaməsi  qanuni  və  əsaslı 

olmalıdır. 

         Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi 

hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 

     Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 

    Həmin  Məcəllənin  218.3-cü  maddəsinə  görə  hakim  işdə  iştirak  edən  şəxslərin  verdiyi 

tələblər üzrə qətnamə çıxarır.  

        Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən 

birinci  instansiya  məhkəməsinin  faktlar  nöqteyi-nəzərindən  qanuni  və  əsaslı  olan  və 

mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  

 Məhkəmə kollegiyası işin tədqiq edilən hallarına əsasən nəticəyə gəlir ki, cavabdeh 

Əhmədov  Araz  Ağazəhir  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin  edilmədən, 

Astara  Rayon  Məhkəməsinin  30  mart  2017-ci  il  tarixli  2(018)-392/2017  saylı  qətnaməsi 

cavabdeh Əhmədov Araz Ağazəhir oğlunun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən 

saxlanılmalıdır. 




 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  384.0.1-ci  maddəsinə 



əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini 

isə təmin etmədən saxlaya bilər. 

         Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 

382-ci, 384.0.1-ci, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası  

                           

                                             Q Ə T      E T D İ: 

 

Cavabdeh  Əhmədov  Araz  Ağazəhir  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti 



təmin edilməsin. 

Astara  Rayon  Məhkəməsinin  30  mart  2017-ci  il  tarixli  2(018)-392/2017  saylı 

qətnaməsi  cavabdeh  Əhmədov  Araz  Ağazəhir  oğlunun  apellyasiya  şikayətinə  əsasən 

dəyişdirilmədən saxlanılsın. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 

müddətində  Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  Mülki  Kollegiyasına  kassasiya  şikayəti  verilə  bilər,  qətnamədən  şikayət 

verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 

 

 

                       



                 Sədrlik edən:İmza var.                                     

                 Hakimlər:İmzalar var. 

        Əsli ilə düzdür.Hakim:                                                     Zeynal Zeynalov                                   

   


 

 

 



                  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sədrlik edən:                                        Zeynal Zeynalov 

 

 

                                   Hakimlər:                                         Qəzənfər Kərimov 



                                                                                    

                                                                                     Rafael Eyvazov 

 

 

 



 

                  

                

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

10 


 

 

 



 

 

 



 

 

 



                    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

11 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

12 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

13 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun 



Azərbaycan 

Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372-ci  maddəsinin  apellyasiya  baxışının 

hədləri  barədə  müddəalarının  həmin  Məcəllənin  372.1  və  372.7-ci  maddələrinin  tələbləri 

baxımından  şərh  edilməsinə  dair  20  may  2011-ci  il  tarixli  Qərarında  qeyd  edilmişdir  ki, 

apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya 

icraatı  yalnız  apellyasiya  şikayəti  əsasında  başlanılır.  Belə  şikayət  olmadığı  halda 

apellyasiya  icraatı  başlanıla  bilməz.  İkincisi,  apellyasiya  şikayətini  vermiş  şəxs  işin 

apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. 

Apellyasiya  instansiyası  məhkəməsində  işə  baxılmanın  hədlərini  həmçinin 

dispozitivlik  prinsipinin  mahiyyətini  təşkil  edən  “ne  eat  judex  ultra  petita  partium”  - 

“məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir.Bu 

tələb  məhkəmənin  qətnaməsindən  şikayət  verilməsi  mərhələsində  “temtum  devolutum 



qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. 

Həmin  Plenum  qərarında  qeyd  edilir  ki,  Azərbaycan  Respublikası  Mülki  Prosessual 

Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin 

Məcəllənin  372.6-cı  maddəsində  nəzərdə  tutulduğu  hallarda  birinci  instansiya 

məhkəməsinin  qətnaməsinin  əsaslılığını  mübahisələndirilən  hissəsində  apellyasiya 

şikayətinin dəlilləri həcmində yoxlayır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1  və  372.7-ci 

maddələrinə  uyğun  olaraq  apellyasiya instansiyası  məhkəməsi  maddi  hüquq  normalarına 

riayət  edilməsini  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  mübahisələndirilən 

hissəsində  yoxlayır.  Bu  hədlərdə  apellyasiya  instansiyası  məhkəməsi  şikayətin  hüquqi 

mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə 

əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.        

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1  və  372.7-ci 

maddələrinə  uyğun  olaraq  apellyasiya  instansiyası  məhkəməsi  həmin  Məcəllənin  387-ci 

maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq 

normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. 



Məhkəmə 

kollegiyası 

Azərbaycan 

Respublikasının 

MPM-nin 

372.6-ci 

maddəsinin  tələblərini  rəhbər  tutaraq  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin 

qətnaməsinin  qanuniliyi  və  əsaslılığı  onun  düzünə  və  ya  dolayısı  ilə  mübahisələndirilən 

hissəsində,  yəni  cavabdeh  Sadıxov  Elvin  Ramiz  oğlunun  apellyasiya  şikayətinin 

dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  Plenumunun  Azərbaycan 

Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372-ci  maddəsinin  apellyasiya  baxışının 

hədləri  barədə  müddəalarının  həmin  Məcəllənin  372.1  və  372.7-ci  maddələrinin  tələbləri 

baxımından  şərh  edilməsinə  dair  20  may  2011-ci  il  tarixli  Qərarında  qeyd  olunmuşdur  ki, 

Konstitusiya  məhkəməsinin  Plenumu  bir  daha  onu  vurğulayır  ki,  dispozitivlik  və  çəkişmə 




 

14 


prinsiplərinə  əsasən  şəxsin  xüsusi  maraqları  və  hüquqları  yoxlamanın  predmetini  və 

həddini  müəyyən  edir.  Xüsusilə  nəzərə  alınmalıdır  ki,  nə  qədər  ki,  dispozitivlik  prinsipinə 

uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü 

ilə  başlanılır  və  dayandırılır,  işə  baxılmanın  düzgünlüyü  məsələsi  yalnız  maraqlı  şəxslər 

tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə 

bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 124,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə