Q ə t n a m ə s I



Yüklə 78,93 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü78,93 Kb.
#2110


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının

Q Ə T N A M Ə S İ

12 aprel 2017-ci il

İş № 2(105)-979/2017

Sumqayıt şəhəri

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu

Quliyev (sədrlik edən və məruzəçi), Afaq Bayram qızı Nuriyeva və Gülnarə Fikrət qızı Tağızadədən

ibarət tərkibdə,

məhkəmə iclas katibi Aynur Asif qızı Dadaşovanın,

iddiaçı

Rəfiyeva Məhbubə Əlbayaz qızının



və nümayəndəsi Əliyev Abbas Əli oğlunun,

cavabdeh


Rəfiyev Nurlan Mərhəmət

oğlunun iştirakları

ilə,

Qobustan Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(026)-956/2016 saylı



qətnaməsindən iddiaçı M.Ə.Rəfiyevanın verdiyi apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya

Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,



M Ü Ə Y Y Ə N

E T D İ :

Qobustan Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(026)-956/2016 saylı qətnaməsi

ilə

(hakim


Q.M.Hacıyev)

Rəfiyeva Məhbubə Əlbayaz

qızının Rəfiyev Nurlan Mərhəmət oğluna

qarşı 583 əyyarlı 25 qram çəkidə qiyməti

850 manat olan komplekt sırğa-üzük; 583

əyyarlı 18 qram çəkidə qiyməti 570 manat

olan sep qolbağ; 585 əyarlı 5 qram çəkidə

140 manat qiyməti olan iki nişan üzüyü;

585 əyarlı 3 qram çəkidə 100 manat

qiyməti olan sırqa-üzük; 585 əyarlı 12 qram

çəkidə 500 ABŞ dolları qiyməti olan sep və



ürək formalı klon; bibisinin ona hədiyyə

verdiyi 585 əyarlı 4 qram çəkidə qiyməti

126 manat olan sep və qızına hədiyyə

verilmiş 585 əyarlı 6 qram çəkidə 200

manat qiyməti olan sırğa-üzük; cəmi 1.980

manat və 500 ABŞ dolları dəyərində qızıl-

zinət əşyalarının alınıb verilməsi tələbinin

rədd edilməsi

qət edilmişdir.

İddiaçı M.Ə.Rəfiyeva apelyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 08 noyabr

2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.

İ Ş İ N H A L L A R I :

İddiaçı M.Ə.Rəfiyeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla

əsaslandırmışdır ki, o, 21 sentyabr 2009-cu il tarixdə Rəfiyev Nurlan Mərhəmət oğlu ilə rəsmi nikaha

daxil olaraq evlənmişlər. Nikaha daxil olan zaman nikah müqaviləsi bağlanmamışdır. Onların birgə

nikahdan 28 avqust 2010-cu il tarixdə Sadiq və 06 yanvar 2012-ci il tarixdə Nurtac adlı övladları

doğulmuşdur. Hazırda Nurlanla aralarında olan nikah pozulmuşdur. Nişan və toy mərasimlərində

Nurlanın valideynlərinin ona 583 əyyarlı 25 qram çəkidə, qiyməti 850 manat olan komplekt

sırqa-üzük, 583 əyyarlı 18 qram çəkidə, qiyməti 570 manat olan sep-qolbaq, 585 əyarlı 5 qram çəkidə

140 manat qiyməti olan iki nişan üzüyü, 585 əyarlı 3 qram çəkidə 100 manat qiyməti olan sırqa-üzük,

nişana alınmış 585 əyarlı, 12 qram çəkidə 500 ABŞ dolları qiyməti olan sep və ürək formalı klon,

bibisinin ona hədiyyə verdiyi 585 əyarlı, 4 qram çəkidə, qiyməti 120 manat olan sep və həmçinin

qızına hədiyyə verilmiş 585 əyarlı, 6 qram çəkidə 200 manat qiyməti olan sırğa-üzük, cəmi 1.980

manat və 500 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Dəfələrlə qızıl-zinət

əşyalarını cavabdehdən tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, cavabdeh

Rəfiyev Nurlan Mərhəmət

oğlundan


583 əyyarlı

25 qram çəkidə qiyməti 850 manat

dəyərində olan komplekt sırğa-üzüyün, 583

əyyarlı 18 qram çəkidə qiyməti 570 manat

olan sep-qolbağın, 585 əyarlı 5 qram çəkidə

140 manat qiyməti olan iki nişan üzüyünün,

2



585 əyarlı 3 qram çəkidə 100 manat

qiyməti olan sırqa-üzüyün, nişana alınmış

585 əyarlı 12 qram çəkidə 500 ABŞ dolları

qiyməti olan sep və ürək formalı klonun,

bibisinin ona hədiyyə verdiyi 585 əyarlı 4

qram çəkidə qiyməti 120 manat olan sepin

və həmçinin qızına hədiyyə verilmiş 585

əyarlı 6 qram çəkidə 200 manat qiyməti

olan sırğa-üzüyün, cəmi 1.980 manat və

500 ABŞ dolları dəyərində qızıl-zinət

əşyalarının alınıb ona verilməsi

barədə


qətnamə

çıxarılmasını xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.

A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ V Ə

P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T I :

İddiaçı M.Ə.Rəfiyeva apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon

Məhkəməsi 08 noyabr 2016-cı il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası

Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci

maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri pozulmuş və

işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

O

na görə də, birinci instansiya



məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın ləğv edilməsi, qarşılıqlı iddianın təmin

edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə

kollegiyasının



iclasında

iddiaçı


M.Ə.

Rəfiyeva və

nümayəndəsi A.Ə.Əliyev

apelyasiya şikayətini müdafiə edib, iddia

ərizəsində göstərilən xüsusatları təsdiq edərək, apelyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

Cavabdeh N.M.

Rəfiyev

apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci



instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi

tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə

baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə

3



mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya

şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda

işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

normalarına riayət etməsini yoxlayır.

Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını

dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara

görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel

2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə

çıxarılmalıdır.

Belə ki, iş materialları ilə müəyyən olur ki, Rəfiyeva Məhbubə Əlbayaz qızı ilə Rəfiyev Nurlan

Mərhəmət oğlu 21 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Birgə

nikahdan 28 avqust 2010-cu il təvəllüdlü Sadiq və 06 yanvar 2012-ci il təvəllüdlü Nurtac adlı iki nəfər

uşaqları doğulmuşdur. Cavabdehlə nikaha daxil olan zaman iddiaçı Bakı şəhəri, Sabunçu rayonu,

Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən özbaşına inşa edilən evə gəlin köçüb yaşamışdır.

İşin həqiqi halları ilə müəyyən olur ki, tərəflərin ailədaxili münasibətləri 2016-cı ilin

əvvəllərindən faktiki surətdə pozularaq, həmin vaxtdan başqa-başqa ünvanlarda yaşamaqla, birgə

təsərrüfat aparmamışlar və cavabdeh N.M.Rəfiyev 2016-cı ilin iyul ayında nikahın pozulmasına dair

iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Qobustan Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli, 2(026)-474/2016 saylı qətnaməsi ilə

Rəfiyeva Məhbubə Əlbayaz qızı və Rəfiyev Nurlan Mərhəmət oğlu arasında bağlanmış nikah

pozulmuşdur.

Qobustan Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli, 2(008)-8703/2016 saylı

qətnaməsi ilə iddiaçı Rəfiyeva Məhbubə Əlbayaz qızının cavabdehlər Rəfiyev Mərhəmət Yusif oğluna,

Rəfiyeva Rəhilə Aqil qızına və Rəfiyev Nurlan Mərhəmət oğluna qarşı yaşayış sahəsinə köçürülmə

tələbi təmin edilərək, Rəfiyeva Məhbubə Əlbayaz qızının 28 avqust 2010-cu il təvəllüdlü Rəfili Sadiq

Nurlan oğlu və 06 yanvar 2012-ci il təvəllüdlü Rəfili Nurtac Nurlan qızı ilə birlikdə Bakı şəhəri,

Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış

evinə köçürülmələri qət edilmişdir.

Birinci instansiya məhkəməsi iddianı rədd edərkən onunla əsaslandırmışdır ki, iddiaçının

cavabdehdən tələb etdiyi 583 əyyarlı 25 qram çəkidə qiyməti 850 manat olan komplekt sırğa- üzük,

583 əyyarlı 18 qram çəkidə qiyməti 570 manat olan sep, qolbağ, 585 əyarlı, 5 qram çəkidə 140 manat

qiyməti olan iki nişan üzüyü, 585 əyarlı, 3 qram çəkidə 100 manat qiyməti olan sırğa, üzük, nişana

alınmış 585 əyarlı, 12 qram çəkidə 500 ABŞ dolları qiyməti olan sep və ürək formalı klon, bibisinin

ona hədiyyə verdiyi 585 əyarlı, 4 qram çəkidə qiyməti 126 manat olan sep və həmçinin qızına hədiyyə

verilmiş 585 əyarlı, 6 qram çəkidə 200 manat qiyməti olan sırğa üzük, cəmi 1.980 manat və 500 ABŞ

dolları dəyərində qızıl-zinət əşyalarının nikahları pozulduqdan sonra cavabdehdə qalmasını təsdiq

edən heç bir sübut iddiaçı tərəfindən təqdim olunmamış, həmin qızıl-zinət əşyalarının Nurlanla Bakı

şəhərinə köçdükdən və Nurlandan ayrıldıqdan sonra da onda olması iş materiallarındakı videoyazı və

fotoşəkillərlə təsdiq olunmuşdur.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir

ki, iddianı rədd edərkən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının

tətbiqində səhvə yol vermiş, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmayan

qanunsuz və əsassız bir nəticəyə gəlmişdir.

Cavabdeh tərəfindən iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının miqdarı, əyarı, çəkisi və

qiymətinə qarşı heç bir etiraz olmadığından, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi qızıl-

zinət əşyalarının nişan və toyda ona və Nurtac adlı qızlarına hədiyyə edildiyinin təsdiq olunduğu

qənaətinə gəlmişdir.

Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Zeynalova Həvayət Qara qızı

ifadəsində göstərdi ki, Məhbubə Rəfiyeva onun qardaşı qızı, cavabdeh Nurlan Rəfiyev isə bibisi

nəvəsidir. Onlar 21 sentyabr 2009-cu il tarixində rəsmi nikaha girərək evlənmişlər. Evləndikdən sonra

aralarında tez-tez münaqişələr olmuşdur. Qardaşı iki-üç dəfə Məhbubəgilə gedib onu öz evinə

gətirmişdir. Toyda Məhbubə Rəfiyevaya hədiyyə edilmiş qızıl-zinət əşyalarını Nurlan Rəfiyevin anası

ondan almış və ona qaytarmamışdır, sonradan onlar Bakı şəhərinə köçərkən qızıl-zinət əşyalarını

4



apara bilməmişdir, həmin əşyalar cavavdehdə qalmışdır. Axırıncı dəfə münaqişə zamanı atası

Məhbubəni öz evinə gətirəndə də uzərində heç bir qızıl-zinət əşyaları olmamışdır.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyinin 05 aprel

2017-ci il tarixli, 167 saylı ekspert rəyindən görünür ki, 21 sentyabr 2009-cu il tarixdə keçirilmiş toy

məclisində çəkilən video diskdəki video yazılarda, habelə 07 iyul 2012-ci il tarixdə keçirilmiş qaynı

Sətdarın tov məclisindəki video diskdəki video yazılarda və ailə qurarkən tov məclisindəki gəlinlik

şəkillərində gəlinin üzərində olan qızıl-zinət əşyaları sonradan çəkilmiş şəkillərdə və nigah

pozulduqdan sonra 19 avqust 2016-cı il tarixdə kiçik toy məclisindəki video diskdəki videoyazılarda

gəlinin üzərində olan zinət-əşyaları uyğunsuzluq təşkil edir. Belə ki, sonradan çəkilmiş şəkillərdə və

19 avqust 2016-cı il tarixdə kiçik toy məclisində çəkilmiş videodiskdəki videoyazılarda gəlinin

üzərində olan zinət əşyaları qızıl-zinət əşyaları deyil, bijuteriyadır. Siyahıda adları çəkilən,

fotoşəkillərdə və video disklərdə görüntüləri olan qızıl-zinət əşyalarının (585 əyarlı, çəkisi 12 qram

olan bir dəst sırğa üzük- 720 manat, 585 əyarlı, çəkisi 16 qram olan sep (kolye) – 960 manat, 585

əyarlı, çəkisi 5 qram olan nişan üzüyü 300 manat, 585 əyarlı, çəkisi 5 qram olan sırğa-üzük – 300

manat, övladı üçün hədiyyə edilmiş 585 əyarlı, çəkisi 5 qram olan sırğa-üzük – 300 manat, 585 əyarlı,

çəkisi 10 qram olan sep-boyunbağı ürək şəklində kulonla birgə – 600 manat, bibisi tərəfindən hədiyyə

olunmuş 585 əyarlı çəkisi 4 qram olan sep – 240 manat) bu günə olan ümumi orta bazar qiyməti 3.420

manat müəyyən edilmişdir. 21 sentyabr 2009-cu il tarixdə keçirilmiş toy məclisində çəkilən video

diskdəki video yazılarda, habelə 07 iyul 2012-ci il tarixdə keçirilmiş qaynı Sətdarın toy məclisindəki

video diskdəki video yazılarda və ailə qurarkən toy məclisindəki gəlinlik şəkillərində gəlinin üzərində

olan qızıl-zinət əşyaları sonradan çəkilmiş şəkillərdə və nikah pozulduqan sonra 19 avqust 2016-cı il

tarixdə kiçik toy məclisindəki video diskdəki videoyazılarda gəlinin üzərində olan qızıl-zinət əşyaları

ilə uyğunsuzluq təşkil edir. Belə ki, sonradan çəkilmiş şəkillərdə və 19 avqust 2016-cı il tarixdə kiçik

toy məclisində çəkilmiş video diskdəki videoyazılarda gəlinin üzərində olan qızıl-zinət əşyaları deyil,

bjuteriyadır.

Tərəflərin birgə nikahı dövründə iddia olunan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən nişan

və toy mərasimlərində alınaraq iddiaçıya hədiyyə olunması işin mübahisəsiz halıdır.

İddiaçı M.Ə.Rəfiyeva məhkəmə kollegiyasına təqdim etdiyi ərizə ilə dəyəri 200 manat

məbləğində olan sırğa-üzük qızı Nurtacda olduğunu bildirərək, həmin predmetin alınıb verilməsi

barədə hazırda tələbi olmadığını göstərdi.

Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş cavabdehin anası

R.A.Rəfiyeva ifadə verərək göstərmişdir ki, iddiaçıdan ona hədiyyə edilmiş qızıl-zinət əşyaları

alınmamış, həmin qızıl-zinət əşyaları özündə olmaqla, iştirak etdiyi toy məclislərində daima istifadə

etmişdir.

Məhkəmə kollegiyası şahid R.A.Rəfiyevanın ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, şahid

cavabdehin anası olmaqla, onun ifadəsi cavabdehi müdafiə xarakteri daşıyır və məhkəmə

kollegiyasının iclasında toplanmış digər sübutlarla öz təsdiqini tapmayaraq, təkzib edilmişdir.

Azərbaycan

Respublikası

Konstitusiyasının

13-cü

maddəsinə



görə

Azərbaycan

Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət-dövlət

mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət

hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və

daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə

əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından

ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyaya dair 1 saylı

Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə

hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi

prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər

özlərinin qanunla hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə

qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-

5



subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona

dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz

sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi

ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında,

digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın

şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına

uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə

qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin

faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə,

məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması

təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız

hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin

qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafıə

edən akt kimi çıxış etməlidir”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24

noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və

prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin

qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli

olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks

etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh

edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, Rəfiyeva

Məhbubə Əlbayaz qızı ilə Rəfiyev Nurlan Mərhəmət oğlu 21 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha

daxil olub ailə həyatı qurmuş və birgə nikahlarından 28 avqust 2010-cu il təvəllüdlü Sadiq və 06

yanvar 2012-ci il təvəllüdlü Nurtac adlı iki nəfər uşaqları doğulmuşdur. Cavabdehlə nikaşa daxil olan

gündən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən

özbaşına inşa edilən evə gəlin köçüb yaşamışdır. Qobustan Rayon Məhkəməsinin 19 iyul 2016-cı il

tarixli, 2(026)-474/2016 saylı qətnaməsi ilə Rəfiyeva Məhbubə Əlbayaz qızı ilə Rəfiyev Nurlan

Mərhəmət oğlu arasında bağlanmış nikah pozulmuşdur. Nişan və toy mərasimlərində cavabdeh

tərəfindən iddiaçıya

bir dəst komplekt sırğa-üzük; bir

ədəd sep-qolbaq; bir ədəd nişan üzük; bir

ədəd sırqa-üzük; bir ədəd sep və ürək

şəklində klon; bir ədəd sep hədiyyə

edilmiş və

tərəflərin ər-arvadlıq münasibətləri pozulduqdan sonra, həmin əşyalar cavabdehdə qalmışdır.

Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi

dəyəri 850 manat olan, 583 əyyarlı, 25

qram çəkidə komplekt sırğa-üzük

dəyəri


500 ABŞ dolları olan, 585 əyarlı, 12 qram

çəkidə sep və ürək şəklində klon

ekspertizanın rəyinə

6



uyğun olaraq qimmətləndirilməli,

dəyəri 720 manat olan, 583

əyyarlı,

12

qram



çəkidə

komplekt


sırğa-üzük və

d

əyəri 600 manat olan, 585



əyarlı, 10 qram çəkidə sep və ürək şəklində

klon şəklində müəyyən olunmalı və digər

qızıl-zinət əşyaları isə iddiaçının iddia

ərizəsində tələb etdiyi çəkidə və qiymətdə

müəyyən olunmalıdır.

Cavabdeh N.M.Rəfiyev qeyd olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılaraq,

hazırda onun özündə olmasını və iddianın təkzib edilməsini təsdiq edən ilk iddianın rədd edilməsi

üçün heç bir sübut təqdim edə bilməmişdir.

İddiaçı M.Ə.Rəfiyeva iddia ərizəsinin verilməsi üçün 31 manat və apelyasiya şikayətinin

verilməsi üçün isə 15 manat məbləğində dövət rüsumu ödəmişdir.

Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş

tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir)

manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət

rüsumu pulu cavabdeh

Rəfiyev Nurlan Mərhəmət

oğlundan

tutularaq iddiaçı

Rəfiyeva Məhbubə Əlbayaz

qızına verilməlidir.

Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və

ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin

apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya

düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində

səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud

qanunu səhv təfsir etsin.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi

işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin

həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu

da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya

qaydasında ləğv edilməsi üçün əsasdır.

Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə rə alaraq, işdə olan sübut

ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət lən dirərək belə nəticəyə gəlir ki, apelyasiya

şikayəti təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı,

iddiaçı


Rəfiyeva Məhbubə Əlbayaz qızının

cavabdeh


Rəfiyev Nurlan Mərhəmət

oğluna qarşı

qızıl-zinət

7



əşyaları

tələbi qismən təmin edilərək,

cavabdeh Rəfiyev

Nurlan Mərhəmət oğlundan dəyəri 720

manat olan, 583 əyyarlı, 12 qram çəkidə

komplekt sırğa-üzük; dəyəri 570 manat

olan, 583 əyyarlı, 16 qram çəkidə

sep-qolbaq; dəyəri 140 manat olan, 585

əyarlı, 5 qram çəkidə nişan üzük; dəyəri

100 manat olan, 585 əyyarlı, 3 qram çəkidə

sırğa-üzük; dəyəri 600 manat olan, 585

əyarlı, 10 qram çəkidə sep və ürək şəklində

klon; dəyəri 120 manat olan, 585 əyarlı 4

qram çəkidə sep və ya onların dəyəri, cəmi

2.250 (iki min iki yüz əlli) manat

məbləğində pulun alınıb Rəfiyeva Məhbubə

Əlbayaz qızına verilməli, iddia qalan

hissədə təmin edilməməli, i

ddia ərizəsinin verilməsi üçün

ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 28,25 (iyirmi səkkiz manat iyirmi beş qəpik) manatı

və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu pulu

cavabdeh


Rəfiyev

Nurlan


Mərhəmət

oğlundan


tutularaq

iddiaçı


Rəfiyeva Məhbubə

Əlbayaz


qızına verilməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat

dövlət rüsumunun 2,75 (iki manat yetmiş beş qəpik) manatı iddiaçının özünə aid edilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə T E T D İ :

İddiaçı M.Ə.Rəfiyevanın apelyasiya şikayəti qismən təmin edilsin.

8



Qobustan Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(026)-956/2016 saylı qətnaməsi

ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin.

İddiaçı

Rəfiyeva Məhbubə Əlbayaz qızının



cavabdeh

Rəfiyev Nurlan Mərhəmət

oğluna qarşı

qızıl-


zinət əşyaları

tələbi qismən təmin edilsin.

Cavabdeh Rəfiyev Nurlan Mərhəmət

oğlundan dəyəri 720 manat olan, 583

əyyarlı,

12

qram



çəkidə

komplekt


sırğa-üzük; dəyəri 570 manat olan, 583

əyyarlı, 16 qram çəkidə sep-qolbaq; dəyəri

140 manat olan, 585 əyarlı, 5 qram çəkidə

nişan üzük; dəyəri 100 manat olan, 585

əyyarlı, 3 qram çəkidə sırğa-üzük; dəyəri

600 manat olan, 585 əyarlı, 10 qram çəkidə

sep və ürək şəklində klon; dəyəri 120 manat

olan, 585 əyarlı 4 qram çəkidə sep və ya

onların dəyəri, cəmi 2.250 (iki min iki yüz

əlli) manat məbləğində pul alınıb Rəfiyeva

Məhbubə Əlbayaz qızına verilsin.

İddia qalan hissədə təmin edilməsin.

İddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 28,25 (iyirmi

səkkiz manat iyirmi beş qəpik) manatı və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş)

manat məbləğində dövlət rüsumu pulu

cavabdeh Rəfiyev Nurlan

Mərhəmət oğlundan

tutularaq

iddiaçı

Rəfiyeva


Məhbubə Əlbayaz

qızına verilsin.

9



İddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 2,75 (iki

manat yetmiş beş qəpik) manatı iddiaçının özünə aid edilsin.

Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya

şikayəti verilə bilər.

Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi

gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:imza

Hakimlər:imzalar

Əsli ilə düzdür



Hakim

T.O.Quliyev



10

Yüklə 78,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə