Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 4,8 Kb.

səhifə1/21
tarix26.08.2018
ölçüsü4,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   21


     
Elyazma.org saytının elektron kitabxanası 
                     
 
        
Q.Q.Markes 
    
  
 Hüznlü fahişələrim 
 
  


        Doxsan yaşım tamam olan gün özümə hədiyyə etmək 
qərarına gəldim – gənc bakirə qızla dəli bir  
eşq gecəsi keçirmək.  Keçmiş zamanlarda əlinə «təzə-tər» qızlar 
düşən kimi öz xeyirxah müştərilərinə 
xəbər verən gizli görüş evinin sahibəsi Rosa Kabarkası xatırladım. 
Mən onun iyrənc təkliflərinə 
şirnikmirdim, o isə mənim prinsiplərimin təmizliyinə inanmırdı. 
«Əxlaq zamana baxır, – o,  
bədxahcasına gülümsəyirdi, – vaxt gələr, özün əmin olarsan». 
Rosa məndən azca kiçik idi və çox illərdi  
ondan xəbər-ətər eşitməmişdim, ola bilsin, artıq ölmüşdü. Ancaq 
elə ilk kəlmədən  səsini telefonda  
tanıdım və salamsız-filansız dedim: 
   – Bu gün – hə. 
O, köks ötürdü: ay tənha qoca, iyirmi ildi itib-batmısan  və yalnız 
ona görə qayıtmısan ki, mümkün  
olmayanı xahiş edəsən. Ancaq onun peşəsi öz sözünü dedi, 
seçmək üçün mənə bir yığın variant təklif  
elədi, di gəl, əfsus, hamısı istifadə olunmuşlardı. Mən israr etdim, 
bakirə qız olmalıdır, özü də bu gecə.  
Rosa təşvişlə soruşdu: «Sən nəyi sınaqdan keçirmək istəyirsən?» 
«Heç nəyi, – o, mənim ən yaralı  


yerimə toxunmuşdu, – nəyi bacardığımı, nəyi bacarmadığımı özüm 
yaxşı bilirəm». O, halını pozmadan  
dedi ki, müdriklər çox şeyi bilirlər, ancaq hər şeyi yox: «Dünyada 
bir qız qalıbsa, o da  sənin kimi Qız  
bürcü altında doğulanlardır. Sən niyə əvvəlcədən mənə xəbər 
vermirdin?»  «Təb birdən gəlir», – dedim.  
«Ancaq gözləyə də bilər», – həmişə hər şeyi istənilən kişidən yaxşı 
bilən Rosa cavabımı verib soruşdu  
ki, «bazarı» yaxşı öyrənmək üçün ona, heç olmasa, iki gün vaxt 
vermək olarmı. Tamamilə ciddi surətdə 
etiraz etdim ki, bu cür işlərdə mən yaşda adamların hər günü ilə 
bərabərdir. «Olmur, olmasın, – o,  
tərəddüd etmədən dedi, – eybi yox, lənət şeytana, belə daha 
maraqlıdır, bir saatdan sonra sənə zəng  
vuraram». 
   Bunu deməsəm də olardı, çünki elə baxan kimi görünür: mən 
yaraşıqlı  deyiləm, utancaq və 
ümumiyyətlə, keçmişdənqalma adamam. Ancaq belə olmaq 
istəmədiyimdən, özümü elə göstərməyə 
başladım ki, guya, hər şey əksinədir. Bu gün səhər açılanda, 
nəhayət, qərara  aldım ki, heç olmasa,  
vicdanımı sakitləşdirmək üçün, əslində, necə olduğumu özümə 
deyim. Və Rosa Kabarkasa qeyri-adi  


zəngdən başladım. Çünki mən indi anlayırdım ki, bu, yeni həyatın 
başlanğıcı olub. Adətən adam bu  
yaşda dünyasını dəyişir.                                                             
.*       *       *                                                          
   Mən San Nikolas parkının güney səmtində, müstəmləkə 
üslubunda tikilmiş evdə yaşayıram, bütün  
ömrümü də bu evdə qadınsız, var-dövlətsiz keçirmişəm; 
valideynlərim də bu evdə yaşayıb ölüblər və 
mən də bu evdə, doğulduğum çarpayıda, tezliklə gəlməsini 
istəmədiyim bir gündə ağrısız, tək-tənha  
ölmək istəyirəm. Atam bu evi XIX əsrin sonunda hərracdan alıb, 
alt mərtəbəni burada cah-cəlallı dükan  
açan italiyalıların konsorsiumuna kirayəyə verib, ikinci mərtəbəni 
isə onlardan birinin qızı, Motsartın  
gözəl ifaçısı, poliqlot və haribaldiçi Florina de Dios Karqamantosla 
xoşbəxt yaşamaq üçün özünə 
saxlayıb. Bu gözəl qadının şəhərdə heç kimdə olmayan bir cəhəti 
də vardı: o, mənim anam idi. 
    Gipslə suvanmış tağları, şahmatvari yığılmış florensiya 
mozaikalı döşəməsi olan bu ev geniş və 
işıqlıdır;  şüşəli dörd qapı evi qurşayan eyvana çıxır, anam mart 
axşamlarında öz  italyan əmiqızıları ilə 


burada məhəbbət ariyaları oxuyurdu. Eyvandan San Nikolas parkı, 
kilsə və Xristofor Kolumbun  
heykəli, bir az uzaqda sahildəki çaxır zirzəmiləri, onlardan arxada 
isə mənsəbində 20 liq yayılıb  
şaxələnən, yatağına sığmayan böyük Maqdalena çayı görünür. 
Evin yeganə nöqsanı – gün ərzində 
növbə ilə bütün pəncərələrdən boylanan günəşdir, ona görə 
hamısına pərdə asmaq lazım gəlir ki, siesta  
vaxtı od tutub yanan alaqaranlıqda birtəhər yata biləsən. Otuz iki 
yaşımda tək qalanda valideynlərimin  
otağına köçdüm, kitabxananın qapısını açıb, həyatda mənə lazım 
olmayacaq hər şeyi satmağa başladım   
və aydın oldu ki, kitablardan və üstünə val qalaqlanmış 
pianoladan başqa hər şey elə artıq imiş.   Mən qırx il «Diario de-
la-Pas» üçün xəbərlər hazırlamaqla məşğul olmuşam, işim qısa 
dalğalarda, ya  
Morze əlifbasında səmanın ənginliklərinə yayılan dünya xəbərlərini 
tutub, yerli əhaliyə çatdırmaq idi.  
Bu gün yaşamaqdan çox, artıq ölüb getmiş peşəyə görə aldığım 
təqaüdlə candərdi sürünürəm; latın və 
ispan qrammatikasından dediyim dərslərə görə mənə ondan da az 
pul verirlər, artıq yarım əsrdir  
yorulmadan hər bazar yazdığım məqalələrə görə, demək olar ki, 
heç nə, məşhur ifaçılar gələndəngələnə  çap etdirdiyim musiqi və 


teatr haqqındakı məlumatlara görə isə, ümumiyyətlə, heç nə 
vermirlər.  
Başqa bir işlə məşğul olmamışam, ancaq yazmışam, intəhası, 
məndə xüsusi bir qabiliyyət, istedad  
yoxdur, dramaturgiya kompozisiyasının qanunlarından qəti 
xəbərsizəm və  yalnız ona görə bu işə baş  
qoşmuşam ki, ömrüm boyu oxuduğum saysız-hesabsız kitabdan 
öyrəndiyim biliklərin gücünə 
inanmışam. Kobud desək, mən – nəslimin şan-şöhrətsiz 
davamçısıyam, əgər başıma gələn və bu  
xatirələrdə danışacağım o böyük məhəbbət olmasa idi, gələcək 
nəsillərə məndən heç nə qalmayacaqdı. 
   Həmişəki kimi doxsan yaşımda da ad günüm səhər saat beşdə 
yadıma düşdü. Həmin gün yeganə işim  
«Diario de-la-Pas»ın bazar sayı üçün məqalə yazmaq idi. Özümü 
xoşbəxt saymamaqdan ötrü ideal  
səhər idi: hava işıqlaşandan sümüklərim sızıldayırdı, dalım alışıb-
yanırdı, üstəlik də, üç aylıq  
quraqlıqdan sonra ildırım çaxırdı. Qəhvə hazır olana kimi 
yuyundum, sonra bir fincan ballı qəhvə 
içdim, moniokadan hazırlanmış içi cemli iki  kökə ilə qəlyanaltı 
edib, kətan ev kostyumumu geyindim. 
   Həmin gün məqalənin mövzusu, əlbəttə ki, mənim doxsanilliyim 
idi. Heç vaxt yaş haqqında  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə