Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

ifadə etmək istəyindən doğmuşdu, onları qoca kimi düşünməyi 
öyrənməmiş doxsan yaşlı adamın  
dilindən yazırdım. Həmişə olduğu kimi intellektual mühit özünü 
riyakarcasına apardı. Hətta qrafoloqlar  
mənim xəttimlə bağlı yanlış fikirlərə əsaslanaraq, bir-birinə zidd 
mühakimələr yürütməyə girişdilər.  
Məhz onlar ağıllara və könüllərə nifaq toxumu səpdilər, 
mübahisəni qızışdırıb, nisgili dəbə mindirdilər. 
   Rosa Kabarkasla razılaşdım ki, elektrik ventilyatoru, tualet 
ləvazimatları və yaşayış üçün vacib  
saydığım başqa şeylər ilin axırına qədər otaqda qalacaq. Mən saat 
onda gəlirdim, həmişə də qıza, ya hər  
ikimizə nəsə gətirirdim və bir neçə dəqiqə bizim gecə teatrı üçün 
dekorasiya qurmaqla məşğul  
olurdum. Getməmişdən isə həmişə saat beşdən gec olmayaraq, 
hər şeyi yerinə yığıb, ağzını  
qıfıllayırdım. Yataq otağı təsadüfi müştərilərin kədərli sevgiləri 
üçün nəzərdə tutulmuş əvvəlki miskin  
görkəmini alırdı. Bir səhər eşitdim ki, gözəl səsi ilə tanınan Markos 
Peres mənim bazar günü dərc  
olunan məqalələrimi bazar ertəsi radioda öz xəbərlər buraxılışında 
oxumaq istəyir. Vasvasılığın və 
qorxunun öhdəsindən gəlib dedim: «Delqadina, bilirsənmi, şöhrət 
– səninlə yatmayan, ancaq oyananda  


başının üstündə dayanıb, sənə baxdığını gördüyün gombul 
senyordur». 
   Matəm saxladığına və gözünün üstünə endirdiyi qara şlyapasına 
baxmayaraq, daha mənə elə də əldən  
düşmüş görünməyən Rosa Kabarkasla bir gün səhər yeməyinə 
qaldım. Onun səhər yeməkləri öz  
təmtərağı və bibərinin gözdən yaş çıxmaq dərəcəsində bolluğuna 
görə məşhur idi. Bu zəqqutumdan bir  
dişdəm alıb, göz yaşı tökə-tökə dedim: «Ayın bədirlənən vaxtı 
olmasa da, bu gecə dalım yanacaq». «Az  
sızılda, – o dedi. – Əgər yanırsa, demək, Allaha şükür, hələ dalın 
var». 
   Mən Delqadina deyəndə Rosa təəccübləndi. «Onun adı elə 
deyil», –  dedi. «Belə danışma, – onun  
sözünü kəsdim, – o mənim üçün Delqadina-Cüllütdür». O, 
çiyinlərini çəkdi: «Yaxşı, nə fərqi, o  
sənindir, sadəcə, bu addan raxitlik yağır». Qızın pələng haqqında 
güzgüyə yazdığı sözləri ona dedim.  
«Elə şey ola bilməz, – qadın təəccübləndi, – o nə yaza bilir, nə 
oxuya». «Onda bəs kim yazıb?» Rosa  
çiyinlərini çəkdi: «Yəqin, həmin otaqda ölənlərin biri». 
   Bu səhər yeməyindən istifadə etdim ki, Rosa Kabarkasa ürəyimi 
boşaldım, Delqadina üçün xırdaxuruş şeylər istəyim, bir az 


şəraitini yaxşılaşdırım, bir az əyin-başını düzəldim. O, həvəslə, 
hətta  
məktəbli kimi bicliklə razılaşdı: «Gülməlidir! – Rosa qəribə tərzdə 
ded. – Məndə elə bir hiss var ki,  
guya, ondan ötrü mənə elçi düşmüsən. Söz düşmüşkən, – elə bil, 
qəfil ağlına gəldi, – doğrudan, sən axı  
niyə onunla evlənməyəsən?» Mən quruyub qaldım. «Ciddi 
deyirəm, – o israr etdi, – ucuz başa gələrdi.  
Sən yaşda adam üçün əsas odur ki, yarıyırsan, ya yox, sən isə 
deyirsən, bu məsələdə hər şey  
qaydasındadır». Mən təşəbbüsü ələ aldım: «Sevgisiz seks – aşiq 
olmayanlar üçün təsəllidir». 
   O qəhqəhə çəkdi: «Ay tənha qoca, əsl kişi olduğuna həmişə 
inanmışam, həmişə belə olmusan, şadam  
ki, o cür də qalmısan, sənin düşmənlərin isə artıq silahlarını yerə 
qoyublar. Haqqında gəzən söhbətlər  
əbəs yerə deyilmiş. Markos Peresə qulaq asmısan?». «Kim ona 
qulaq asmır ki», – söhbəti bitirmək  
üçün dedim. Ancaq o, dediyindən əl çəkmədi: «Professor Kamaço 
və Kano dünən «Hər şeydən bir az» verilişində deyirdilər ki, dünya 
daha əvvəlki deyil, çünki sənin kimi adamlar az qalıb». 
   Həftənin sonunda Delqadinanın öskürdüyünü, hərarətinin 
qalxdığını gördüm. Mən Rosa Kabarkası  


oyatdım və o, ilk yardım göstərmək üçün otağıma dərman qutusu 
gətirdi. İki gün sonra o, hələ də zəif  
olduğundan həmişəki məşğuliyyətinə – düymə tikməyə qayıda 
bilmədi. Həkim bir həftəyə keçib gedən  
adi qripə qarşı ev üsulları ilə müalicə yazdı, ancaq onun ümumi 
üzgünlüyü sarıdan da narahat idi. Mən  
Delqadinanı görmürdüm, onun yoxluğunu duyurdum və fürsətdən 
istifadə edib, otağı öz istədiyim kimi  
sahmana salmaq qərarına gəldim. 
   Mən Alvaro Sepedanın «Biz hələ də gözləyirik» hekayələr 
kitabına Sesiliya Porrasın çəkdiyi rəsm  
əsərini, yuxusuz gecələrimi qısaltmaq üçün Romen Rollanın «Jan 
Kristof»unu gətirdim. Bir sözlə, otaq  
layiqli görkəm almışdı və Delqadina buraya qayıda bilsə,  
xoşbəxtlik üçün tam yararlı idi: ətirli  
insektisidlərlə təmizlənmiş hava, çəhrayi  divarlar, tutqun rəngdə 
plafonlar, vazada təzə-tər güllər,  
mənim sevimli kitablarım, anamın bugünkü zövqə uyğun asılmış 
tabloları. Köhnə qəbuledicini  
qısadalğalı yenisi ilə əvəz etdim və klassik musiqi proqramının 
üstündə saxladım ki, Delqadina  
Motsartın kvartetləri altında yatmağı öyrənsin, ancaq axşamların 
birində aydın oldu ki, o, dəbdə olan  


baleroları səsləndirən dalğaya köklənib. Şübhə yoxdu, onun zövqü 
belə idi və mən buna  
heyifsilənmədim, çünki bir vaxtlar, ömrümün ən gözəl çağlarında 
onlara ürəkdən aludə olmuşdum.  
Səhəri gün evə getməmişdən dodaq boyası ilə güzgüyə yazdım: 
«Mənim qızcığazım, biz bu dünyada  
tək-tənhayıq». 
   Həmin günlər məndə qəribə bir hiss yaranmışdı, guya, o, 
vaxtından əvvəl böyüyürdü. Mən  
təəssüratımı Rosa Kabarkasla bölüşdüm. Bu ona təbii göründü. On 
beş dekabrda Delqadinanın on beş  
yaşı tamam olacaq. O, tipik Oxatandır. Mən qorxdum: qız o qədər 
realdır ki, hər il yaşının üstünə yaş  
gəlir. Ona nə bağışlaya bilərdim? «Velosiped, – Rosa Kabarkas 
dedi. – O, gündə iki dəfə şəhərin bu  
başından o başına öz düyməsinin arxasınca getməli olur». Rosa 
qızın anbardakı velosipedini göstərdi  
və mən fikirləşdim ki, çox güman, bu qədər əziz olan qadına belə 
köhnə-köşküldə gəzmək yaraşmaz.  
Ancaq Delqadinanın, doğrudan da, real həyatda yaşamasının bu 
dərəcədə hiss olunan sübutu məni  
mütəəssir etdi. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə