Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   2   3   4   5   6   7   8   9   ...   21

fikirləşməmişdim. Nə qədər sular axıb… Aylar, illər gəlib keçib… 
   Uşaq vaxtı eşitmişdim ki, adam öləndə onun saçlarında yuva 
salmış bitlər ölənin doğmalarına xəcalət  
verərək, yastığın üstü ilə dəhşətlə qaçışırlar. Bu, məni o qədər 
heyrətləndirmişdi ki, məktəbə gedəndə 
saçımı dibdən qırxdırıb, itlər çimizdirilən cod sabunla keçəlimi 
yumuşdum. Başqa sözlə desək,  
uşaqlıqdan utancaqlıq hissinin məndə ölüm haqqında təsəvvürdən 
yaxşı formalaşdığını indi anlayıram. 
   Artıq bir neçə aydır, yubiley məqaləmin, bir qayda olaraq, ötən 
illər haqqında sızıltı yox, qocalığın  
mədhi olacağını düşünürdüm. Hansı məqamda qocaldığımı dərk 
etdiyimi xatırlamağa başladım, belə 
çıxdı ki, bu günə lap az qalmış. Belim ağrıyanda mənim qırx iki 
yaşım var idi, çətin  nəfəs alırdım,  
durub həkimə getdim. O, ağrılarıma əhəmiyyət vermədi: «Sizin 
yaşınız üçün normal haldır», – dedi.  
Mən onda yaşımı yada salıb, ilk dəfə qocalıq haqqında düşündüm, 
ancaq çox tezliklə bunu unutdum.  
Hər gün yeni bir ağrı ilə oyanmağa vərdiş etdim, illər keçirdi və 
hər gün bir başqa yerim bir başqa cür  
ağrıyırdı. Hərdən mənə elə gəlirdi, ölüm qapının ağzını kəsdirib, 
ancaq o biri gün ağrılar yerli-dibli  


yoxa çıxırdı. Məhz o vaxtlar kimsə dedi ki, qocalığın ilk əlaməti – 
adamın atasına oxşamağa  
başlamasıdır. Onda düşündüm, görünür, əbədi cavan qalmağa 
məhkumam, çünki mənim at profilim heç  
vaxt nə atamın sərt qəraibli profilinə, nə də anamın Roma 
imperatoruna xas profilinə oxşayacaq.  
Məsələ ondadı ki, ilk dəyişikliklər elə yavaş gedir, adam bunu hiss 
etmir, daxilən özünü əvvəllər  
olduğu kimi görməkdə davam eləyir, başqaları isə ona baxdıqca 
bu dəyişikliyi sezirlər. 
   Beşinci onillikdə ilk yaddaş pozuntularını hiss edəndə, qocalığın 
nə olduğunu anlamağa başladım.  
Eynəyimi öz üstümdə tapana qədər bütün evi alt-üst edirdim, ya 
gözümdə eynək duşun altına girirdim,  
ya da uzağı göstərən eynəyi çıxarmadan yaxını göstərən eynəyi 
taxırdım. Elə oldu ki, bir dəfə yediyimi  
unudub, ikinci dəfə səhər yeməyi yedim və dostlarıma bir həftə 
əvvəl danışdığımı təkrar söyləyəndə 
onların necə narahat olduğunu sezdim. Yaddaşımda o vaxta qədər 
tanış sifətlərin və adların siyahısı var  
idi, ancaq onlarla görüşdüyüm vaxt sifətlərlə adları birləşdirə 
bilmirdim. 
   Seksual mənada yaş heç vaxt məni qayğılandırmayıb, çünki 
imkanlarım məndən  çox qadınlardan  


asılı olub – nəyi, necə, nə vaxt etmək lazım olduğunu onlar 
bilirlər. Xırda bir uğursuzluqla qarşılaşan  
kimi həkimə qaçan səksən yaşlı uşaqlara indi gülməyim gəlir, 
onların xəbəri yoxdur ki, doxsanda lap  
betər olacaq, ancaq artıq əhəmiyyəti olmayacaq: bu risk – sağ 
olduğunun əvəzidir. Və həyatın təntənəsi  
elə ondadır ki, qocaların yaddaşı ikinci dərəcəli şeyləri yadda 
saxlamır və çox nadir hallarda əsl  
mənada əhəmiyyətli olan şeylər sarıdan bizə naxələflik eləyir. 
Siseron bunu bir kəlmə ilə ifadə eləyib:  
«Elə bir qoca yoxdur ki, xəzinəsini harada gizlətdiyini unutsun». 
   Avqust günəşi parkdakı badam ağaclarının arasından şaxıyanda 
və quraqlığa görə bir həftə gecikmiş  
poçt daşıyan çay gəmisi uğultu ilə liman kanalına girəndə bu və 
digər düşüncələrlə öz qeydlərimin ilk qaralamasını bitirdim. Mən 
fikirləşdim: bax budur, doxsan yaşım üzüb gəldi. Bilmirəm niyə, 
heç vaxt  
da bilməyəcəm, ancaq mənim şərəfimə bir dəli gecə təşkil etmək 
üçün Rosa Kabarkasa zəng etmək  
qərarına gəlməyim, yəqin, hər şeyi uçurub dağıdan xatirələri bir 
növ ovsunlamaq istəyindən doğmuşdu.  
Artıq illərdi sevimli Latın Amerikası müəlliflərinin dönə-dönə 
oxuduğum kitabları arasında dolaşaraq  


və klassik musiqiyə dalaraq, öz bədənimlə sülh şəraitində 
yaşayırdım, amma həmin gün məni elə bir  
istək çulğaladı ki, bunu Allahdan gələn əlamət saydım. Telefon 
danışığından sonra daha yaza bilmədim.  
Kitabxananın səhərlər gün vurmayan küncündən tor yelləncək 
asıb uzandım, əzab dolu intizar isə 
sinəmi sıxırdı. 
   Mən hər cəhətdən qabiliyyətli, əlli yaşında vərəmdən ölən 
anamın, halal yaşayan, ömründə səhv  
etməyən və Mingünlük müharibəyə, eyni zamanda, keçən əsrin 
xeyli vətəndaş müharibəsinə son  
qoymuş Neerland müqaviləsinin imzalandığı gün dan yeri 
söküləndə öz dul yatağında keçinən atamın  
ərköyün uşağı idim. Sülh şəhəri gözlənilmədən və arzu 
edilməyəcək dərəcədə dəyişdi. Bekar qadınlar  
dəstə-dəstə, ürəyimə bu qədər doğma olan, işıqlı saf havasına,  
sakinlərinin gözəl xasiyyətinə görə 
özününkülərin də, özgələrin də sevdiyi bu şəhərin sonradan Abelo, 
indi isə Kolumb prospekti adlanan  
Geniş küçəsindəki köhnə çaxır zirzəmilərini kefli havasına 
doldururdular. 
   Heç bir qadınla pulsuz yatmamışam, nadir hallarda qeyri-
peşəkarlarla iş görəndə də sözlə, ya güclə,  


hətta zibilliyə atmalı olsalar belə, yenə onları pul götürməyə razı 
salmışam. İyirmi yaşından onların   
hesabını aparmağa  başladım,  hamısının adını,  yaşını,  görüş 
yerini,  qısası – şəraiti və hər birinin  
üslubunu yazırdım. Əlli yaşıma çatanda, ən azı bir dəfə olduğum 
qadınların sayı siyahıda beş yüz on  
dördə çatmışdı. Bədən artıq bu zıppazıpa dözməyəndə yazmağı 
tərgitdim, hesabı beynimdə davam  
etdirdim. Mənim öz əxlaq qaydalarım var idi. Heç vaxt dəstə 
halında və adamların gözü qabağında  
cinsi əlaqədə olmamışam, heç vaxt sirlərimi heç kimlə 
bölüşməmişəm, bədənimin və ruhumun  
sərgüzəştlərini heç kimə danışmamışam, çünki cavanlıqdan 
bilmişəm ki, bunların heç biri cəzasız  
qalmır. 
   Yeganə qəribə, illərlə davam edən əlaqəm vəfalı Damiana ilə 
olub. Damarlarında hindu qanı axan  
qıvraq, utancaq bu qız, az qala, uşaq idi, qısa və qətiyyətlə 
danışırdı, mən yazı yazanda narahat  
etməmək üçün evdə ayaqyalın gəzirdi. Yadımdadır, dəhlizdə tor 
yelləncəkdə uzanıb, «Əndəlus qaməti»  
kitabını oxuyurdum, təsadüfən gözüm ona sataşdı, əyilib paltar 
yuyurdu, qısa yubkası yuxarı dartılıb,  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə