Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   13   14   15   16   17   18   19   20   21

Özgə harda günü xoş keçər?» Bu məntiqi sübutu tez-tələsik 
ortaya atmağı şübhələrimi artırdı: «Orada  
olmadığını mən hardan bilim?» «Bu halda, – o, ağzımdan vurdu, – 
ümumiyyətlə, heç nə bilməsən  
yaxşıdır. Yoxsa elə deyil?» Mən ona yenə nifrət etdim. Ancaq bir 
az höcətləşəndən sonra Rosa qızı  
axtaracağına söz verdi. Ancaq elə də əl yeri qoymadı, çünki qıza 
zəng etdiyi qonşunun telefonu hələ də 
bağlı idi, onun harada yaşadığından isə xəbərsizdi. «Di yaxşı, lənət 
şeytana, buna da bir əlac tapılar, – o  
dedi, – bir saatdan sonra zəng vuraram». 
   Bir saat üç günə döndü, ancaq qızı tapdı – sağ-salamat və azad. 
Mən xəcalət çəkə-çəkə qayıdıb,  
taqsırımı boynuma aldım, günahımı yuyurammış kimi gecə saat on 
ikidən ilk xoruz banına qədər onu  
öpüşlərə qərq etdim. Sanki, hər şey təzədən başlayırdı. Otaq 
çılpaq və yaşayış üçün yararsız idi,  
haçansa gətirdiklərim də daha ələ gəlmirdi. Rosa hər şeyi olduğu 
kimi saxlayb dedi: əgər nəsə etmək  
istəsən, öz hesabınadır, çünki mənə borclusan. Ancaq maddi 
imkanım sıfra yaxınlaşırdı. Təqaüdüm getgedə məni daha az 
görürdü. Evdə satıla biləsi çox az şey qalmışdı ki, onlar da – 
anamın mənim üçün  


müqəddəs olan zinət əşyalarını çıxmaq şərti ilə – pula getmirdi, 
çünki o qədər qədimi əşyalar deyildi ki,  
antikvar sayılaydı. Yaxşı zamanlarda departamentin 
kitabxanasından ötrü yunan, latın və ispan  
klassiklərin cildlərini almaq məqsədi ilə qubernator mənə 
şirnikləşdirici təkliflər etmişdi, ancaq o vaxt  
buna əlim gəlmədi. Sonralar isə xeyli dəyişiklik baş verdi, 
ümumiyyətlə, dünyanın zayı çıxdı, hökumət  
artıq nə incəsənət, nə ədəbiyyat haqqında düşünürdü. Ləyaqətli 
bir çıxış yolu tapmaqdan bezib,  
Delqadinanın mənə qaytardığı zinət əşyalarını girov qoymaq üçün 
şəhər bazarına aparan dar küçəyə 
yollandım. Dalğın müdrik adam görkəmi alıb, ağzınacan dolu 
yoxsul yeməkxanaların, köhnə kitablar  
satılan dükanların, lombardların yanından bir neçə dəfə oyan-
buyana keçdim, ancaq Florina Diosun  
təmiz adı yolumu kəsdi: cəsarət etmədim. Onda başımı dik tutub, 
zinət əşyalarını qədim, etibarlı  
zərgərlik mağazasına satmaq qərarına gəldim. 
   Böyüdücü şüşə arxasından onlara baxa-baxa satıcı mənə suallar 
verirdi. Onda həkim ədaları,  
vərdişləri və həkimə xas da qorxutmaq xüsusiyyəti var idi. Ona 
dedim ki, bu bəzək əşyaları mənə 


anamdan miras qalıb. Hər izahımla razılaşırmış kimi mızıldanırdı, 
nəhayət, monoklunu bir kənara  
qoydu. 
   – Çox təəssüf edirəm, – o dedi. – Ancaq bunların hamısı adi 
şüşədir. 
   Mənim təəccübümü görüb, canıyananlıqla izah etdi: «Yaxşı ki, 
qızıl – qızıldır, platin də – platin».  
Zinət əşyaları alınanda verilən qəbzi özümlə gətirdiyimə əmin 
olmaq üçün ciblərimi axtardım. Və 
tamamilə sakit şəkildə dedim: 
   – Axı onlar yüz ildən çox olar bu hörmətli mağazadan alınıb. 
Satıcının heç tükü də tərpənmədi. «Olur ki, – izah etdi, – irsən 
qalmış zinət əşyalarından zamanzaman ən qiymətli daşlar yoxa 
çıxır;  onlar ya ailədəki dönüklər, ya oğru zərgərlər tərəfindən  
dəyişdirilir, saxtakarlığın üstü yalnız onları satmaq istəyəndə açılır. 
Ancaq icazənizlə, bir saniyə 
gözləyin», – satıcı qapıdan keçib, zinət əşyalarını mağazanın 
içərilərinə apardı. Bir müddət sonra  
qayıdıb, heç nə izah etmədən mənə stul göstərdi – otur gözlə, – 
özü isə işləməyə davam etdi. 
   Mən dükana göz gəzdirdim. Anamla buraya bir neçə dəfə 
gəlmişdim və anamın təkrar etdiyi sözlər  


indiyəcən yadımda qalmışdı: «Atana demə». Qəfil beynimdən 
keçən fikir məni diksindirdi: bəlkə, Rosa  
Kabarkas Delqadina ilə sözləşib, əsl daşları satıblar, mənə də 
saxtalarını qaytarıblar? 
   Şübhələr məni üzürdü, bu vaxt katibə məndən arxasınca 
gəlməyi xahiş edib, bayaqkı qapıdan  
keçərək, uzun rəflərinə qalın cildlər düzülmüş kiçik kabinetə 
apardı. Kabinetdəki uzundraz ərəb yazı  
masasının arxasından qalxıb, mənə köhnə dost kimi sən deyə 
müraciət edərək, əlimi bərk-bərk sıxdı. «Biz bir yerdə bakalavrlıq 
oxumuşuq», – o, salamlaşmaq əvəzinə dedi. Bu nəhəng adamı 
çətinlik  
çəkmədən tanıdım: o, məktəbdə ən yaxşı futbolçu və 
fahişəxanalara ilk səfərlərimizdə çempion idi.  
Sonra onu itirdim və yəqin, məni belə əldən düşmüş halda görüb, 
öz sinif yoldaşlarından biri ilə səhv  
salmışdı. 
Anamın zinət əşyalarının qeydə alındığı arxiv kitabçası açıq şəkildə 
şüşəli masanın üstünə qoyulmuşdu.  
Dəqiq tarix və təfərrüatlar təsdiq edirdi ki, Karqamantosların iki 
nəslin gözəl, ləyaqətli qadınların zinət  
əşyalarını şəxsən o özü dəyişdirib və elə bu dükanda satdırıb. Bu 
hadisə biz hələ indiki dükan sahibi ilə 


məktəbdə oxuyanda, dükanı atası işlədən vaxt baş vermişdi. O, 
məni sakitləşdirdi: bu bicliklər çətinliyə 
düşən və maddi çətinlikdən öz şərəfinə ləkə gətirmədən çıxmağa 
çalışan kübar ailələr üçün adi şeydir.  
Bu amansız gerçəklik qarşısında eşitdiklərimi  tanımadığım başqa 
bir Florina de Dios haqqında xatirə 
kimi yadda saxlamağı qərara aldım. 
   İyulun əvvəlində məni ölümdən ayıran həqiqi məsafəni hiss 
etdim. Ürəyim zəifləmişdi və  hər yerdə 
ölümün əlamətlərini görməyə başladım. İncəsənət Cəmiyyətindəki 
konsert zamanı bunu lap aydın  
duydum. Sərinkeş xarab olmuşdu, ədəbiyyat və incəsənət 
aləminin say-seçmə adamları ağzınacan dolu  
salonda istidən boğulurdular, ancaq musiqinin sehri onları göylərə 
qaldırırdı. Sonda, Allegretto poco  
mosso çalınanda birdən dərk etdim ki, taleyin mənə bu həyatda 
bəxş etdiyi sonuncu konsertə qulaq  
asıram. Nə ağrı, nə qorxu duydum, yalnız hər şeyi darmadağın 
edən bir hiss keçirirdim: bu duyğuları  
yaşamaq mənə nəsib olub. 
   Tərə batmış halda ağuşlardan və fotoqraflardan birtəhər qopa 
bilmişdim ki, yüz yaşlı ilahə kimi  


təkərli kresloda əyləşən Ximena Ortislə qarşılaşdım. Onun burda 
olması bağışlanmaz günahımı mənə 
xatırlatdı. Dərisi kimi hamar, fil sümüyü rəngində ipək köynək 
geyinmişdi, mirvari boyunbağısı üç dəfə 
boynuna dolanmışdı, iyirminci illərin dəbində vurulan gümüşü 
saçları yanağında burulmuşdu, altı  
kölgələnmiş iri sarı gözləri parıldayırdı. Bütün görkəmi yaddaşının 
pozulması ucbatından ağlının getgedə ağ kağıza dönməsi barədə 
şayiələrlə ziddiyyət təşkil edirdi. Taqətsiz halda quruyub qaldım, 
ancaq  
üzümə sıçrayan istiliyin öhdəsindən gəlib, ədəblə dinməzcə təzim 
etdim. O, kraliça kimi gülümsəyib,  
əlimdən yapışdı. Başa düşdüm ki, bu – taleyin qismətidir və 
ürəyimi həmişə göynədən tikanı çıxarmaq  
fürsətini əldən vermədim: «Bu anı mən ömrüm boyu 
arzulamışam», – dedim. «Nə danışırsan! – o  
təəccübləndi. – Axı sən kimsən?»  Mən heç sonra da bilmədim: o, 
doğrudanmı, hər şeyi unutmuşdu, ya  
bu onun sonuncu intiqamı idi. 
   Öləcəyim haqda fikir əlli yaşımın tamamına az qalmış, buna 
oxşar bir şəraitdə, gecə karnavalda  
üzünü görmədiyim qeyri-adi bir qadınla apaçi tanqosu oynayanda 
məni sarsıtmışdı; o, məndən qırx funt  


ağır və iki qarış uzun idi, buna baxmayaraq, quş kimi süzürdü. Bir-
birimizə bərk-bərk sıxılıb  
oynayırdıq, hətta damarlarımızda axan qanın səsini eşidirdik, onun 
tövşüyən nəfəsi, kəsif tər qoxusu, iri  
döşləri məni uyutmuşdu və  birdən-birə ölümü elə yaxında hiss 
etdim ki, diksinib az qaldım yıxılam.  
Sanki, qeybdən gələn bir səs qulağıma dedi: «Nə eləyirsən elə, 
fərqi yoxdur, bu il, ya yüz il sonra,  
onsuz da ölüb gedəcəksən». Qadın qorxaraq məndən aralandı: 
«Sizə nə oldu?» «Heç nə», – toxtamağa  
çalışıb, cavab verdim: 
   – Məni titrəməyə siz məcbur edirsiniz. 
   O vaxtdan ömrümü illərlə yox, onilliklərlə hesablamağa 
başladım. Beşinci onillik həlledici oldu – 
birdən dərk etdim ki, az qala, hamı, məndən balacadır. Ən 
dolğunu altıncı onillik idi – artıq səhv 
etməyə vaxtım qalmırdı. Yeddinci onilliyi qorxu içində keçirdim, 
çünki bu axırıncı on il həm də 
sonuncu ola bilərdi. Ancaq doxsanilliyimin səhəri sağ-salamat və 
xoşbəxt halda Delqadinanın  
yatağında oyananda özümə təskinlik verdim ki, həyat – heç də 
axıb gedən coşqun Heraklit çayı deyil,  


doxsan il qovrulduğun ocaqda daha bir doxsan il də o biri böyrün 
üstə bişmək fürsəti verən möcüzəli  
bir şeydir. 
   İndi gözümün yaşı ovcumun içində idi. Kimdənsə bir damcı 
mehribanlıq görməyimə bənddim,  
qəhərimi heç də həmişə boğa bilmirdim və ölümümdən çox, 
Delqadinanın qalan ömrünü mənsiz necə 
keçirəcəyi  mənə ağır gəldiyindən, onun yuxusuna keşik çəkmək 
ləzzətindən imtina etmək qərarına  
gəldim. Belə üzüntülü günlərin birində fikrimi dağıtmaq üçün 
rəsmi idarələrin yerləşdiyi Notariuslar küçəsinə getdim və heç on 
iki yaşım tamam olmamış eşqin incəlikləri ilə zorla tanış edildiyim, 
görüş  
yeri olan köhnə mehmanxananın yerində bir yığın zir-zibil görüb 
heyrətləndim. Qədimlərdə gəmi  
sahiblərinə məxsus olmuş, gəclə suvanmış, qızılı frizli sütunları, 
ortasında – oranjeriyaya əlvan işıq  
süzülən yeddi rəngli şüşə günbəzin altında isə daxili həyəti olan 
bu gözəl binadan şəhərdə çox az idi.  
Aşağı mərtəbədə, küçəyə baxan portalın arxasında bir əsrdən 
artıqdı ömrü boyu xəyallarla yaşayan,  
firavan dolanan, sonra isə müflisləşən atamın işlədiyi müstəmləkə 
notarial kontorları yerləşirdi.  


Tədricən kübar ailələr üst mərtəbəni tərk etdilər və onların yerini 
bir peso yarıma çay limanının  
yaxınlığındakı yeməkxanalarda ələ keçirdikləri müştərilərlə səhərə 
qədər otaqlara çıxıb düşən, gecələr  
çalışmaq müsibətilə üzləşmiş qadın dəstəsi tutdu. 
   On iki yaşımda, hələ gödək şalvar və məktəbli başmaqları 
geyindiyim vaxt atam növbəti qurtarmaq  
bilməyən iclasda çarpışanda üst mərtəbə ilə tanış olmaq 
həvəsindən özümü saxlaya bilmədim və 
qarşımda ilahi bir mənzərə açıldı. Səhərə qədər bədənini satan 
qadınlar gündüz saat on birdən sonra adi  
həyat yaşayırdılar; şüşə günbəzin altı dözülməz isti idi və onlar 
gecə sərgüzəştləri barədə hündürdən  
danışa-danışa evdə lüt anadangəlmə gəzirdilər. Mən qorxdum. 
Ağlıma gələn yeganə şey gəldiyim yolla  
da geri qaçmaq oldu, ancaq bu yerdə ətli-canlı, qıvraq, gil sabun 
qoxusu verən çılpaq qadınlardan biri  
məni arxadan qucaqlayıb, lüt kirayənişinlərin şən qışqırıqları və 
alqış sədaları altında öz karton  
hücrəsinə dartıb apardı. 
   Məni dalı üstə dörd adama yetəsi yatağa tulladı, gödək şalvarımı 
ustalıqla çıxarıb, üstümə mindi,  


ancaq bədənimi buxovlayan vahimə onu kişi kimi qəbul etməyimə 
imkan vermədi. Gecə evdə 
xəcalətimdən qovrulurdum və onu yenə görmək istəyi məni bir 
dəqiqə də olsun yatmağa qoymadı.  
Ertəsi gün, gecələr çalışan qadınların hələ yatdığı vaxt, titrəyə-
titrəyə həmin hücrəyə qalxdım, ağlayaağlaya qadını oyadıb, 
amansız gerçəklik bizi həyata qaytarana qədər sevgidən ağlımı 
itirdim. Adı  
Kastorina olan həmin qadın binanın kraliçası idi. 
   Ayaqüstü eşqbazlıq üçün xırda otaqlar bir peso idi, ancaq günü 
neçəyə olduğunu çox az adam bilirdi.  
Bundan başqa, Kastorina məni kasıb müştəriləri öz səhər 
ziyafətlərinə dəvət etdikləri, sabun borc  
verdikləri, dişlərini sağaltdıqları, ehtiyacları olanda isə sevgilərini 
əsirgəmədikləri bəlalı aləmləri ilə də 
tanış etdi. 
   Ancaq haçan öldüyü məlum olmayan, çay bəndinin sınıq-salxaq 
künc-bucağından çıxıb, baş mamasanın müqəddəs taxtına 
qalxmağı bacaran, yeməkxana davasında itirdiyi gözünü dəniz 
qulduru kimi  
sarğı ilə bağlamış ölməz Kastorinanı indi heç kim tanımırdı. Onun 
sonuncu oynaşı dəmiryol qəzasında  
öz şən təbəssümünü itirənə qədər Havanada ən yaxşı 
kornetçilərdən biri kimi tanınan, Katorqa Xonas  


adında kamaqueyalı xoşbəxt zənci olmuşdu. 
   Həmin acı təəssüratlar yaradan gəzintidən sonra ürəyim 
sancmağa başladı, ot-alafdan dəmlədiyim  
çay, bədənimə sürtdüyüm cürbəcür şeylər mənə yüngüllük 
gətirmədi. Yanına getdiyim məşhur nəsildən  
olan həkim qırx iki yaşımda məni müalicə edənin nəvəsi idi; öz 
babasına elə oxşayırdı,  yetmiş  
yaşındakı babası  kimi elə qoca görünürdü ki, mən diksindim: 
vaxtından əvvəl tökülmüş saçlar,  
gözündə uzağı görmək üçün eynək və ümidsiz kədər. Həkim 
zərgər dəqiqliyi ilə bütün bədənimi  
müayinə etdi. Sinəmə, kürəyimə qulaq asdı, təzyiqimi ölçdü, 
dizlərimin reaksiyasını yoxladı, gözümün  
dibinə və alt göz qapaqlarımın rənginə baxdı. Mən taxtda 
çevrildiyim vaxt elə qəliz suallar yağdırırdı  
ki, fikirləşib cavab verməyə çatdırmırdım. Bir saatdan sonra 
xoşbəxtcəsinə gülümsəyərək mənə baxdı.  
«Bax belə, – o dedi, – güman edirəm ki, burda mənlik bir şey 
yoxdur». «Bu nə deməkdir?» «Siz yaşda  
adam üçün sağlamlığınız əla vəziyyətdədir». «Çox maraqlıdır, – 
dedim, – qırx yaşım olanda babanız da  
eynən belə demişdi, sanki, vaxt keçmir». «Həmişə belə demək 
olar, – nəvə bildirdi, – çünki yaş  


yaşdır». Ondan söz qopartmaq məqsədilə dedim: «İntəhası, hər 
şeyin sonu ölümdür». – «Bəli, – o  
təsdiq etdi, – ancaq sizin vəziyyətinizdə ölmək elə də asan deyil. 
Sizə faydalı ola bilmədiyimə görə 
səmimi qəlbdən təəssüflənirəm». 
   Bütün bu xatirələr gözəldir, ancaq 29 avqust ərəfəsində daş 
asılmış ayaqlarım pilləkənlə evə qalxanda  
məni hissiz-duyğusuz gözləyən yüz yaşımın sonsuz ağırlığını hiss 
etdim. Yenə anam Florina de Dios  
ölənəcən onun yatağı olan çarpayıda yuxuma girdi və son dəfə, 
ölümünə iki saat qalmış gördüyüm vaxtdakı kimi, mənə xeyir-dua 
verdi. Bunu sonuncu xəbərdarlıq kimi başa düşüb həyəcanlandım 
və 
Rosa Kabarkasa zəng etdim ki, elə bu axşam qızı gətirsin, çünki 
görürəm, doqquzuncu onilliyi son  
nəfəsimə qədər yaşamaq arzum həyata  keçməyəcək. Axşam saat 
səkkizdə bir də zəng vurdum və o  
təkrar etdi ki, mümkün deyil. «Nəyin bahasına olursa olsun, bunu 
etmək lazımdır», – bərk qorxmuş  
halda qışqırdım. Rosa xudahafizləşmədən dəstəyi asdı, ancaq on 
beş dəqiqədən sonra zəng vurdu: 
   – Yaxşı, o buradadır. 
On birə iyirmi dəqiqə işləmiş oraya gedib, Rosa Kabarkasa son 
vəsiyyətimi etdim, məndən sonrakı  


dövr üçün qıza dair göstərişlərimi verdim. Onun evindəki qətldən 
təsirləndiyimi güman edib, məni  
sancdı: «Ölməyə hazırlaşmısansa, lütf elə, burda yox». Mən isə 
cavab verdim: «Bir şey olsa, deyərsən,  
Puerto-Kolombia qatarı vurub, ancaq bu miskin dəmir qutu 
mığmığanı da vurmağa qadir deyil». 
   Həmin gecə hər şeyə hazır vəziyyətdə arxası üstə uzanıb, 
doxsan bir yaşımın ilk anında son ağrılarımı  
gözlədim. Kilsə zənglərinin uzaqdan gələn səsini dinlədim, yanı 
üstə yatan Delqadinanın ətrini  
duydum, kiminsə qışqırtısını və ola bilsin, yüz il əvvəl bu otaqda 
ölmüş adamın hönkürtüsünü eşitdim.  
Son dəfə köks ötürüb, işığı söndürdüm, özümlə aparmaq üçün 
onun əlindən tutdum, sonuncu göz  
yaşlarımı udaraq, qüllə zənginin gecəyarısını bildirən on iki 
zərbəsini saydım, sonra xoruzlar banladı,  
sonra səhər açıldı və doxsan bir yaşımda sağ-salamat olmağımın 
şərəfinə fişənglər göyə yüksəldi. 
   Rosa Kabarkasa ilk olaraq dedim: «Sənə dükan və bağı ilə bir 
yerdə ev alaram». O cavab verdi: «Gəl  
iki qoca saziş bağlayaq: ikimizdən kim çox yaşasa, hər şeyimiz 
ona qalsın, notariusda da imzalayaq».  
«Yox, mən öləndə hər şey ona çatmalıdır». «Nə fərqi var, – Rosa 
Kabarkas dedi, – mən qızın qayğısına  


qalaram, sonra səninkini də, özümünkünü də ona verərəm, bu 
dünyada mənim başqa heç kimim  
yoxdur. Hələlik isə gəl sənin otağına sərinkeş qoyaq, yaxşı bir 
otaq düzəldək, kitabların, musiqin də 
olsun». 
   – Deyirsən, o razılaşar? 
– Ay tənha qoca, əlbəttə,  sən yaşlaşmısan,  ancaq axmaq ki 
deyilsən, – Rosa Kabarkas uğundu. – Bu  
yazıq qız səndən ötrü dəli-divanədir. 
   Mən göz qamaşdıran, fərəh oyadan küçəyə çıxdım və yüz 
yaşımın üfüqündə ilk dəfə özümü tanıdım.  
Xoşbəxt səhərin dumduru işığı sakit və sahmanlı  evimə dolurdu. 
Damiana mətbəxdə bərkdən  
oxuyurdu, heç vaxt olmadığı qədər gümrah və sağlam görünən 
pişik quyruğunu topuğuma sürtüb,  
mənimlə yazı masamın yanına gəldi. Masanı səliqəyə salanda – 
saralmış kağızlar, mürəkkəbqabı, qaz  
lələyindən qələm – günəş parkdakı badam ağaclarının arasından 
içəri düşdü və quraqlığa görə bir həftə 
gecikmiş poçt daşıyan çay gəmisi uğultu ilə liman kanalına girdi. 
Axır ki, əsl həyat gəlib yetişdi, mən  
xilas oldum. Və yüz il yaşayandan sonra günlərin birində, yalnız 
böyük məhəbbətdən bəxtiyarlıq içində 


can verərək öləcəyəm. 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə