Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   2   3   4   5   6   7   8   9   ...   21

olub». «Eybi yox, altını dəyişərəm», – onun nəyə işarə vurduğunu 
anlamadan zarafat etdim. «Söhbət  
səndən getmir, – qadın dedi, – bəs mənim üç il həbsxanada 
yatmağımın haqqını kim verəcək?» 
   Heç kim haqq verəsi deyildi, o da ola Rosa Kabarkas. O, öz 
çörəyini məhz azyaşlıların hesabına  
çıxarırdı, onlar dükanda açıq satılan mal idilər, onun yanında qızlar 
ilk addımlarını atırdılar və  daha  
sərt peşəkar həyatı yaşamaq üçün məşhur Qara Eufemiya 
fahişəxanasına keçənə qədər onların şirəsini  
sıxıb çıxarırdı. Rosa Kabarkas heç vaxt cərimə ödəmirdi, çünki 
onun evi qubernatordan tutmuş  
meriyanın sonuncu dəftərxana siçovuluna qədər, yerli 
hakimiyyətdə kim Kim, hamısı üçün behişt idi və 
çətin təsəvvür etmək olardı ki, qanunu istədiyi kimi pozmağa bu 
fahişələr fahişəsinin gücü çatmasın.  
Onun gec oyanmış vicdanı, görünür, öz xidmətini baha satmaq 
məqsədi güdürdü: nə qədər təhlükəlidirsə, bir o qədər bahadır. 
Əngəl əlavə iki peso ilə aradan qaldırıldı, danışdıq ki, saat onda  
nağd beş peso ilə onun evinə gəlirəm və pulu qabaqcadan 
ödəyirəm. Bir dəqiqə də tez olmaz, çünki qız  
kiçik qardaşlarını yedirib yatızdırmalı və yel xəstəliyindən əziyyət 
çəkən anasını yatmaq üçün  
hazırlamalıdı. 


   Dörd saat qalmışdı. Vaxt keçdikcə ürəyim acı köpüklə dolurdu, 
bu da məni  nəfəs almağa qoymurdu.  
Vaxtı qısaltmaq üçün geyinib hazırlaşmaqla başımı qatmağa 
çalışdım. Əgər hətta Damiana da deyirsə 
ki, senyor yepiskop kimi geyinirəm, təbii, bunda fövqəladə bir şey 
yoxdur. Ülgüclə üzümü qırxdım,  
gün qızdırmış suyun  borulardan axıb getməsi üçün duşda 
gözləməli oldum. Ancaq dəsmalla  
qurulanana kimi yenə tərlədim. Gecə məni gözləyən hadisəyə 
uyğun geyindim: ağ kətan kostyum, göy  
zolaqlı, yaxalığı nişastalı köynək, Çin ipəyindən qalstuk, sinkli ağ 
boya ilə təzələnmiş ştibletlər və 
kostyumun yaxasındakı ilgəyə taxılmış saf qızıldan zəncirli saat. 
Sonda bir qarış balacalaşdığım  
bilinməsin deyə, şalvarın belini içəri qatladım. 
   Hamı məni simic kimi tanıyır, çünki belə evdə yaşadığıma görə 
kasıb olduğuma inanmırlar, ancaq  
doğrusu, bu cür gecə cibimə uyğun deyil. Çarpayımın altındakı 
sandıqçada saxladığım puldan otağa  
vermək üçün iki peso, fahişəxananın sahibəsi üçün dörd, qız üçün 
üç, şam yeməyi və başqa xırda  
xərclər üçün özümə beş peso götürdüm. Başqa sözlə desək, bazar 
sayında çap olunan məqalələrimə 


görə qəzetin ödədiyi həmin on dörd pesonu. Onları qurşağımdakı 
gizli cibə qoyub, «Lapman And  
Kemp-Barslay And Co» firmasının «Aqua de Florida» 
odekolonundan üst-başıma püskürtdüm. Bu  
yerdə qorxu məni bürüdü, ancaq kilsə zəngi saat səkkizi vuran 
kimi qorxudan tərləmiş halda əlhavasına  
qaranlıqda pillələri düşüb, böyük ümidlər bəslədiyim nəşəli 
gecənin qoynuna girdim. 
   Hava sərin idi. Kolumb prospektində, işlək yolun ortasında cərgə 
ilə sıralanmış boş taksilərin  
arasında kişilər dəstə-dəstə toplanıb, futbol haqqında bərkdən 
mübahisə edirdilər. Kiçik nəfəsli orkestr  
siçovulqıran oleandrların çiçəklədiyi xiyabanda vals çalırdı. 
Notariuslar küçəsində abırlı müştəri  
axtaran bədbəxt fahişələrdən biri həmişəki kimi məndən siqaret 
istədi, mən də həmişəki kimi ona  
dedim: artıq otuz üç il, iki ay, on yeddi gündür ki, siqareti 
tərgitmişəm. «Qızıl Zınqırov»un yanından  
keçəndə işıqlı vitrinə baxıb, özümü hiss etdiyimdən daha qoca və 
pis geyinmiş gördüm. 
   Saat ona az qalmış taksi tutub, hara getdiyimi başa düşməsin 
deyə Ümumi qəbiristanlığa sürməsini  
xahiş etdim. Sürücü güzgüdə mənə baxıb, qımışaraq dedi: 
«Hörmətli ağa, məni qorxutmayın, Allah  


eləsin, mən də sizin kimi uzunömürlü olum». Qəbiristanlığın 
qarşısında maşından birlikdə düşdük,  
çünki onun xırdası yox idi, ona görə də pulu «Qəbir»də, səhərə 
kimi içib, öz əziz mərhumlarını ağlayan  
əyyaşların toplaşdığı kasıb qəlyanaltıda xırdalamalı olduq. Hesabı 
üzəndə sürücü  ciddi şəkildə dedi:  
«Ağa, ehtiyatlı olun, Rosa Kabarkasın evi  çoxdandır əvvəlki ev 
deyil». Ona minnətdarlıq etməkdən  
savayı əlacım qalmadı və hamı kimi möhkəm surətdə inandım ki, 
Kolumb prospektindəki taksi  
sürücülərinin bilmədiyi şey yoxdur. 
   Bir vaxtlar gördüyümdən əsər-əlamət qalmamış kasıblar 
məhəlləsinə girdim. Həmin enli, gündən  
qızmış qumlu küçələr, qapıları taybatay açıq, divarları yonulmamış 
taxtadan, damları acı palma  
yarpaqları ilə döşənmiş və həyətlərinə çınqıl tökülmüş evlərdi. 
Ancaq buradakı sakinlər sakitlik və 
rahatlıq nə olduğunu unutmuşdular. Evlərin çoxunda cümə 
gününün şadyanalığı hökm sürürdü,  
musiqiçilər öz nağaraları və sincləri ilə evləri silkələyirdi. Kim olsa 
əlli sentə istədiyi qapıdan girə 
bilərdi, ancaq evin qarşısında, küçədə yıxılana qədər oynaya da 
bilərdi. Mən gedə-gedə bu bahalı  


kostyumuma görə xəcalətdən yerə girmək istəyirdim, ancaq evinin 
astanasında mürgüləyən arıq  
mulatdan savayı heç kim mənə fikir vermədi. 
   – Allah amanında, ağa, –  o, məni ürəkdən salamladı. 
   Ona nə cavab verə bilərdim? Yalnız minnətdarlıq etdim. Diki 
çıxana qədər nəfəsimi dərmək üçün üç  
dəfə dayanmalı oldum. Üfüqdən qalxan mis rəngli iri ayı gördüm, 
bu yerdə məni sancı tutdu, qorxdum,  
ancaq keçib getdi. Küçənin sonunda evlərin qurtarıb, meyvə 
ağaclarının başladığı yerdə Rosa  
Kabarkasın dükanına girdim. 
   Bu artıq həmin Rosa Kabarkas deyildi. Bir zamanlar nəhəng 
bədən quruluşuna, həm də öz məkanında  
eşq alovunun öhdəsindən cəldliklə gələ bildiyinə görə biz hətta 
onu yanğınsöndürmə xidmətinin serjantı rütbəsi ilə təltif etmək 
istəyirdik. Ancaq tənhalıq onu yumağa döndərmişdi, dərisini  
qırışdırmışdı və səsini elə naziltmişdi ki, bu nəhəng qadın qoca 
qıza oxşayırdı. Əvvəlki Rosadan bircə 
əla dişləri qalmışdı və onlardan birinə nazlanmaq üçün qızıl qapaq 
saldırmışdı. O, əlli il bir yerdə 
yaşadığı ərinə yas saxlayırdı və bu matəm qiyafəsinə əngəlli işində 
ona kömək edən yeganə oğlu üçün  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə