Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   2   3   4   5   6   7   8   9   ...   21

   Qızı oyatmamağa çalışıb, soyunmuş halda çarpayının qırağında 
oturdum, qırmızı işığın aldanışlarına  
öyrəşmiş gözlərimi onun hər qarışında gəzdirdim. Şəhadət 
barmağımı tərli boynunun dalına çəkdim, o,  
arfanın simləri kimi titrədi, nəsə mızıldayıb, mənə tərəf çevrildi, 
acıtəhər isti nəfəsi üzümə vurdu.  
Burnunu tutub, azacıq sıxdım, o diksindi, başını yana çəkib, 
kürəyini mənə tərəf çevirdi, ancaq  
oyanmadı. Qəfil coşqunluq duydum və dizimlə ayaqlarını 
aralamağa çalışdım. İlk iki cəhdimdə yalnız  
dizlərini bərk-bərk sıxdı. Mən onun qulağına oxudum: 
«Delqadinanın çarpayısı başında mələklər  
durub». O, bir az boşaldı. Qan damarlarımda qaynadı və mənim 
öz işini yadırğamış astagəl yırtıcım  
uzun yuxudan sonra ayıldı. 
   Delqadina, canım mənim, qovrularaq ona yalvardım. 
Delqadina… O, kədərlə hıçqırdı, ayaqlarımdan  
xilas olub, arxasını mənə çevirdi və ilbiz kimi öz qabığına yığıldı. 
Pişikotu içmək, görünür, təkcə ona  
yox, mənə də yaxşı təsir etmişdi, çünki  heç nə baş vermədi. 
Ancaq vacib deyil. Fikirləşdim ki, əgər  
özümü belə aciz hiss edirəmsə, belə kədərliyəmsə, üstəlik, 
molyusk kimi soyuğamsa, axı onu niyə 


oyadım. 
   Qüllənin zəngi düz vaxtında gecə on ikini vurdu və yeni gün – 
29 avqust, şəhid Xuan Bautista günü  
başladı. Küçədə kimsə bərkdən ağlayırdı, ancaq ona fikir verən 
yox idi. Mən onun üçün dua elədim,  
əgər onun buna ehtiyacı vardısa və bütün yaxşılıqlara görə 
şükürlər etdim: «Aldanmayın, fikirləşməyin  
ki, sizin gözlədiyiniz, ümid elədiyiniz, gözünüz gördüyündən daha 
uzun sürəcək». Qız yuxuda inildədi  
və mən ondan ötrü də dua etdim: «Qoy elə belə də olsun». Sonra 
yatmaq üçün radionu və işığı  
söndürdüm. 
    Dan yeri söküləndə oyanıb, harada olduğumu kəsdirə 
bilmədim. Qız ana bətnindəki uşaq kimi  
qıvrılıb arxası mənə tərəf hələ də yatırdı. İçimdə dumanlı bir 
duyğu var idi, elə bil, onun qaranlıqda  
durduğunu, vanna otağında axıdılan suyun şırıldadığını 
eşitmişdim, ancaq ola da bilsin, bunu yuxuda  
görmüşdüm. Məndə nəsə yeni bir şey yaranmışdı.  Şirnikdirmək 
üçün hiylə nə olduğunu heç vaxt  
bilməmişdim, məşuqəni bir gecəliyə gözəyarı, onun gözəlliyindən 
çox, qiymətinə görə seçmişdim və 


biz eşqbazlıqla eşqsiz, əksər vaxt da yarısoyunmuş vəziyyətdə və 
olduğumuzdan yaxşı görünmək üçün  
həmişə qaranlıqda məşğul olmuşduq. Həmin gecə çox böyük bir 
həzz kəşf etdim – mən yatan qadının  
bədəninə baxırdım və utancaqlıq, üzücü həvəs mənə mane 
olmurdu. 
   Saat beşdə təşviş içində oyandım, çünki mənim bazar günü 
məqaləm gündüz on ikidə redaksiyada  
masanın üstündə olmalı idi. Öz dəqiq zamanında, ay bədirlənən 
vaxt dalımda həmişəki acışmanı hiss  
edərək, bağırsağımı boşaltdım və suyu buraxmaq üçün zənciri 
çəkəndə duydum ki, bütün keçmiş hirshikkəm, incikliklərim 
yuyulub kanalizasiyaya axdı. Gümrah və geyinmiş halda otağa 
qayıdanda qız  
çarpayıda çəpəki vəziyyətdə uzanaraq ayaqlarını aralayıb, sübh 
çağının dinclik gətirən şəfəqləri  altında  
öz bakirəliyinin şəriksiz ağası kimi yatmışdı. «Allah səni qorusun», 
– mən pıçıldadım. Cibimdəki  
pulları – özümdə qalası və ona çatası pulların hamısını yastığının 
üstünə qoyub, həmişəlik ayrılaraq, alnından öpdüm. Bütün görüş 
evləri kimi bu ev də sübh çağı daha çox cənnətə bənzəyirdi. Heç 
kimlə 
rastlaşmamaq üçün bağa açılan qapıdan çıxdım. Küçədə,  günəşin 
altında yenə doxsan yaşımın  


ağırlığını hiss etdim və bu gecənin dəqiqələrindən ölənə qədər 
qalan anlarımı saymağa başladım. 
                                                        II. 
   Mən bu xatirələri güvənin, ağacqurdunun için-için yediyi rəflərin 
öz-özünə uçduğu kitabxanada,  
valideynlərimin kitabxanasından qalmış çox az şeyin  əhatəsində 
yazıram. Cürbəcür lüğətlərim, don  
Benito Peres Qaldosun «Milli epizodlar» seriyasından birinci kitabı 
və anamın vərəmdən yaranan xəstə 
ovqatını  anlamağı öyrəndiyim «Sehrli dağlar» bu dünyada əvvəl-
axır görəcəyim işlər üçün, demə,  
kifayət imiş. 
   Qalan mebeldən və məndən fərqli olaraq, iri yazı masam, 
görünür, əla vəziyyətdədir, vaxt ona  
toxunmayıb, çünki onu ata babam, keçmiş gəmi dülgəri nəcib 
ağacdan düzəldib.  Hətta heç nə 
yazmasam da, hər səhər daha yaxşı işlərə tətbiq olunası 
inadcıllıqla, ucbatından nə qədər eşqbazlıqdan  
əlimin çıxdığı bu masanın arxasında otururam. Məlumat kitabları 
həmişə əlimin altındadır: «İspaniya  
Kral akademiyasının birinci illüstrasiyalı lüğəti»nin 1903-cü il nəşri 
iki cilddə; don Sebastyan  


Kavarrubiasın «Kastil və ispan dilinin inciləri»; Andres Belonun 
qrammatikası, əgər hansısa sözün  
mənasını dəqiqləşdirməyə ehtiyac yaranarsa; don Xulio Kaserasın 
ən yeni «İdeoloji lüğət»i, əsasən   
antonim və sinonimlərə görə; anamın beşikdən bildiyim dilində 
mənə yardımçı olan Nikola  
Zinqarellinin «Vocabolario dela Lingua İtaliana» və o biri iki dilin 
ulu babası olduğu üçün ana dilim  
hesab etdiyim latın dili lüğəti. 
   Yazı masamın sol tərəfində bazar günü yazdığım məqalələr 
üçün həmişə beş ədəd xüsusi formatlı  
kətan kağız və mürəkkəb üçün qumqabı olur, çünki onu indiki 
suçəkən yastıqdan üstün tuturam. Sağda  
– calamaio  və qızıl uclu qələm üçün yüngül ağacdan altlıq durur, 
çünki hələ də əllə, qəşəng xətlə 
yazıram, bunu da mənə son nəfəsinə qədər notarius və vəkil 
işləyən ərinin ilan-qurbağa dəftərxana  
xəttinə oxşamasın deyə Florina de  Dios öyrədib. Bir müddət əvvəl 
qurğuşun literlərin həcmini  
hesablamaq və mətni səhifələmək asanlaşsın deyə qəzetdən 
tapşırmışdılar ki, makinada yazaq, ancaq  
mən bu səfeh vərdişi mənimsəyə bilmədim. Buna görə sıxılsam 
da, qocaman əməkdaş hüququmdan  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə