Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   2   3   4   5   6   7   8   9   10   ...   21

istifadə edib, yenə əllə yazırdım, sonra isə ağacdələn kimi mətni 
birnəfəsə makinaya döyəcləyirdim.  
İndi təqaüdə çıxsam belə, sıradan çıxmamışam, məni narahat 
etməsinlər deyə telefon söndürmək və 
çiynimin üstündən yazdığıma göz qoyan olmasın deyə evdə 
işləmək kimi yüksək imtiyazdan  
yararlanıram. 
.*     *     *                                                     
   Mən tək yaşayıram – nə it, nə quş saxlayıram, çətin günlərimdə 
dadıma çatan və həftədə bir dəfə 
mənə baş çəkən vəfalı Damianadan savayı bir xidmətçim də 
yoxdur, ancaq o da küt olmağı cəhənnəm,  
üstəlik, fərsizdir. Anam ölüm ayağında mənə yalvardı ki, gənc ağ 
qadınla evlənim və bizim, ən azı, üç  
uşağımız, onlardan da biri qız olsun ki, bu qıza onun, ondan əvvəl 
anasının, nənəsinin daşıdığı adı  
verək. Anamın xahişini unutmamışdım, ancaq gənclik dövrüm o 
qədər uzanmışdı ki, mənə elə gəlirdi,  
evlənmək heç vaxt gec deyil. O vaxta qədər ki, Pradomarda 
günortanın istisində, Polomares de  
Kastronun ailəsi yaşayan evdə qapını səhv salıb, onların kiçik qızı 
Ximena Ortisi siesta zamanı yataq  


otağında çılpaq vəziyyətdə gördüm. O, kürəyi qapıya tərəf 
uzanmışdı və başını elə tez döndərdi ki,  
gizlənməyə macal tapmadım. «Oy, üzr istəyirəm», – nəhayət, 
dilləndim, ürəyim isə az qalırdı sinəmdən  
çıxsın. Qız gülümsəyib, ceyran kimi çevrilərək, özünü büsbütün 
mənə göstərdi. Otaqda ondan başqa  
heç kim və heç nə yox idi. O, tamam lüt deyildi, çünki Manenin 
Olimpiası kimi qulağının dalına  
narıncı ləçəkləri olan zəhərli gül taxmışdı, sağ biləyində qızıl 
qolbaq, boynunda isə xırda mirvaridən  
boyunbağı gözə dəyirdi. Təsəvvürümə gətirməzdim ki, nə vaxtsa 
bundan da valehedici bir şey görə 
bilərəm və indi etiraf edirəm ki, düz fikirləşmişəm. 
   Öz yöndəmsizliyimdən utanıb, onu həmişəlik unutmaq məqsədi 
ilə qapını örtdüm. Amma Ximena Ortis onu unutmağa imkan 
vermədi. Ümumi tanışlarımız vasitəsi ilə göndərdiyi məktublarda 
görüşə 
çağırırdı, hədələyirdi və bir kəlmə belə kəsməsək də, şayiə buraxdı 
ki, guya, bir-birimizdən ötrü dəlidivanəyik. Müqavimət göstərmək 
mümkün olmadı. Onun gözləri çölpişiyinin gözlərinə oxşayırdı,  
paltarda da çılpaq olduğu qədər cazibəli idi, qızılı gur saçları isə o 
dərəcədə qadın qoxuyurdu ki,  
gecələr yastığı qucaqlayıb, hönkür-hönkür ağlayırdım. Bilirdim ki, 
aramızda məhəbbət deyilən şeydən  


söhbət gedə bilməz, ancaq onun iblisanə cazibəsi məni yandırıb-
yaxırdı və mən qarşıma çıxan  
yaşılgözlü fahişələrlə yata-yata rahatlıq tapmağa çalışırdım. Ancaq 
Pradomardakı yataqla bağlı  
xatirənin alovunu söndürə bilmədim, ona görə silahı yerə qoydum 
– üzük taxıb, Troitsa bayramına  
qədər toy olacağını bildirməklə, rəsmən evlənmək təklifi etdim. 
   Bu xəbər kübar klublarından çox, Çin məhəlləsində hay-küy 
yaratdı. Mənim nişanım xristian əxlaq  
normalarına riayət edilməklə gəlin evinin eyvanında, amazon 
orxideyaları və ayıdöşəyi dibçəklərinin  
əhatəsində oldu. Ağ kətan kostyumda hədiyyə ilə – nəsə xırda bir 
şey, ya İsveçrə şokoladı  ilə axşam  
saat yeddidə oraya gəldim və o dövr romanlarındakı aradüzəldən 
qadınlar kimi mürgüləyən Arxenid  
xalanın nəzarəti altında yarı eyhamla, yarı ciddi axşam saat ona 
qədər söhbət etdik. 
   Bir-birimizi  yaxından tanıdıqca Ximena özünü açıq-aşkar 
ehtiraslı aparırdı, yayın istiləri  
başlayandan isə koftasının yaxası bir az da açıldı, yubkası daha da 
gödəldi və bütün bunların qaranlıqda  
hansı dağıdıcı gücə malik olacağını təsəvvür etmək çətin deyildi. 
Nişanlanandan iki ay sonra  


danışmağa sözümüz qalmamışdı və o, bir kəlmə də demədən, 
sadəcə, yun ipdən papış toxumağa  
başlamaqla uşaq məsələsini gündəmə gətirdi. Tərbiyəli adaxlı kimi 
mən də toxumağı öyrəndim və biz  
toya qədər qalan saatları belə mənasızcasına keçirdik, mən oğlan 
uşaqları üçün mavi, o isə qızlar üçün  
çəhrayı papışlar toxuyurdu, kimin düz tapacağını bilənə qədər bir 
yığın papış hördük. Saat onu vurarvurmaz faytona minib, ləzzətli 
bir gecə yaşamaq üçün Çin məhəlləsinə cumurdum. 
   Subay həyatımla vidalaşmam şərəfinə hay-küylü mərasimlərin 
təşkil edildiyi Çin məhəlləsi üzücü  
mərasimlərin keçirildiyi Ümumi klubun tam əksi idi. Həmin təzad 
bu iki aləmdən hansının, həqiqətən,  
mənim olduğunu anlamağıma kömək edirdi və illüziya yarandı ki, 
ikisi də mənimdir, ancaq hər biri öz  
vaxtında: onların birində olanda o birinin dənizə çıxan gəmi kimi 
yanıqlı ah-nalə ilə necə uzaqlaşmağa  
başladığını hiss edirdim. Toy ərəfəsində «Tanrı Qüdrəti» 
fahişəxanasındakı ziyafət şəhvətdən başını  
itirmiş ispan keşişinin ağlına gələn mərasimlə sona çatdı. Mənimlə 
axır nəfəsədək müqəddəs qaydaqanunlarla kəbində olmaları üçün 
o, bütün fahişələrin üzünə duvaq örtüb, narınc çiçəyi ilə onları  
bəzədi. Bu, böyük küfr gecəsi idi, çünki onların iyirmi ikisi məni 
sevəcəklərinə və mənə itaət  


edəcəklərinə, mən isə qəbrədək onlara sadiq qalacağıma və dayaq 
duracağıma and içdim. 
   Bağışlanmaz səhv etdiyimi düşündüyümdən, gecəni yata 
bilmədim. Dan yeri sökülürdü, mən isə ötüb  
keçən ömrümü yaşayaraq, qüllədəki saatın yeddini – kilsədə 
olacağım vaxtı bildirən qorxunc zəngini  
sayırdım. Telefon saat səkkizdə çalmağa başlayıb, bir saatdan 
artıq uzun-uzadı, inadkarlıqla cingildədi.  
Cavab vermək nədir, nəfəsimi də dərmirdim. Saat ona yaxın 
qapını yumruqla döyməyə başladılar,  
sonra tanış, hirsli səslər eşidildi. Qorxurdum ki, qapını da qıralar, 
ancaq saat on birə yaxın evə böyük  
fəlakətdən xəbər verən ağır sükut çökdü. Mən onda ağladım, həm 
ona, həm də özümə ağladım və 
ürəkdən dua elədim ki, ömrümün sonunadək heç zaman onunla 
görüşməyim. Görünür, hansısa  
müqəddəsin qulağı alıbmış, çünki Ximena Ortis elə həmin gecə 
ölkədən gedib, bir də iyirmi ildən  
sonra, uğurlu nikahdan mənim ola biləcək, yeddi uşaq törədib 
qayıtdı. 
   Cəmiyyətə meydan oxuduğuma görə işdə qalmağım və «Diario 
de-la-Pas»da köşəmi saxlamağım  
mənə böyük çətinliklər bahasına başa gəldi. Ancaq məqalələrimi 
on birinci səhifəyə heç də bu  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə