Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

bəsləmədiyim redaksiya müdiri insafsızcasına bizi göydən yerə 
endirdi. Əlahəzrət səbəbkar, indi isə 
deyin, məqaləniz hanı? 
   Düzünü desəm, bütün bu vaxt ərzində məqalə köz kimi cibimi 
yandırırdı, ancaq mərasim məni elə 
həyəcanlandırmışdı ki, onu istefa ərizəmlə korlamağa ürək 
eləmirdim. Mən dedim: «Bu dəfə yoxdur».  
Redaksiya müdiri keçən əsrdən bəri baş verməyən bu yolverilməz 
xətadan çox narazı qaldı. «Başa  
düşün, – ona izah etdim, – çox ağır gecə keçirmişəm, yuxudan 
duranda başımı qaldıra bilmirdim».  
«Bax elə bundan yazardınız, – özünə xas olan istehza ilə dedi. – 
Doxsan yaşda həyatın necə olduğunu  
ilk mənbədən öyrənmək oxucuya maraqlı gələrdi». Katibələrdən 
biri söhbətə qarışdı. «Bəlkə, bu sirdir,  
– o, mənə bic-bic baxdı. – Düz demirəm?» Əməllicə pörtdüm. 
«Lənətə gələsən, – düşündüm, – nə şit  
zarafatdır». Başqa bir katibə gülərək, barmağı ilə məni göstərdi. 
«Nə gözəldir! O hələ qızarmaq  
qabiliyyətini də qoruya bilib». Onun ədəbsizliyindən daha artıq 
qızardım. «Yəqin, qızğın gecə olub, – 
birinci katibə dil boğaza qoymurdu. – Paxıllığım tutur!» Və boyalı 
dodaqları ilə yanağıma möhür basdı.  


Fotoqrafçılar bir haya bənd idilər. Gur işıq partlayışlarından gözüm 
qamaşmış halda əlyazmanı  
redaksiya müdirinə verib, götür, dedim, zarafat edirdim və son 
alqış sədaları altında tez aradan çıxdım  
ki, yarım əsr külüng vurduğum hücrədən istefa verdiyimi camaat 
biləndə özüm orada olmayım. 
   Narahatlıq hissi axşam evdə hədiyyələri açanda da məni tərk 
etməmişdi. Linotipçilər yanılıb, əvvəlki   
ad günlərimdə bağışlanan üç qəhvəbişirəndən birini də indi 
vermişdilər. Mətbəə işçiləri heyvan  
yetişdirmə müəssisəsindən anqora pişiyini götürməyimə 
bələdiyyənin icazəsini almışdılar. Rəhbərlik  
nələr üçünsə rəmzi güzəştlər vermişdi. Katibələrin hədiyyəsi 
dodaq boyası ilə öpüş izləri qoyduqları üç  
cüt ipək alt paltarı və onu soyundurmaq üçün öz xidmətlərini təklif 
etdikləri açıqca idi. Fikirləşdim ki,  
qocalığın gözəlliklərindən biri də budur – gənc qızlar sənin daha 
heç nəyə yaramadığını düşünüb, belə 
dilxoşluğu özlərinə rəva görürlər. 
   Aşkenazinin ifasında Şopenin iyirmi dörd prelüdiyası yazılmış valı 
kimin göndərdiyini bilmədim.  
Redaktorlar əsasən dəbdə olan kitablar bağışlamışdılar. 
Hədiyyələrin hamısını açmağa macal tapmamış  


telefon zəng çaldı və Rosa Kabarkas eşitmək istəmədiyim sualı 
verdi: «Qızla aranızda nə olub?» – 
«Heç nə», – fikirləşmədən cavab verdim. «Hətta onu oyatmamağı 
sən heç nə hesab edirsən? – Rosa  
Kabarkas soruşdu. – İlk gecəsində kişinin ona laqeyd olmasını 
qadın heç vaxt bağışlamır». Mən etiraz  
etdim ki, qız yalnız düymə tikməkdən belə üzgün ola bilməzdi, çox 
güman, pis rəftardan qorxduğuna  
görə özünü yuxululuğa vurub. «O pisdi ki, – Rosa dedi, – qız elə 
bilib, guya, sən, doğrudan da, artıq  
heç nəyə qadir deyilsən, mən isə istəmirəm bunu aləmə car 
çəksin». 
   Məni qəfil yaxalamaqdan məmnuniyyət duymasına imkan 
vermədim. «Hər necə olsa da, – israr  
etdim, – qız yazıq elə haldadır ki, yuxulu, ya oyaq olsun, bilmirsən 
onunla nə edəsən: o,  
xəstəxanalıqdır». Rosa Kabarkas səsinin tonunu aldı: «İşi tələsiklik 
korlayıb, ancaq görərsən, hər şeyi  
yoluna qoymaq olar». O vəd etdi ki, qızı olanları olduğu kimi 
danışmağa məcbur edəcək, əgər  
doğrudan da, mən deyəndirsə, pulu qaytardacaq: «Razısan?» 
«Qoy hər şey olduğu kimi qalsın, – mən  
etiraz etdim, – heç nə olmaz, əksinə, bu mənə dərs oldu, indi 
bilirəm ki, belə igidliklər mənlik deyil. Bu  


yerdə qız haqlıdır: artıq yaramıram». Dəstəyi qoydum və həyatda 
indiyəcən dadmadığım azadlıq hissi  
içimi doldurdu: nəhayət, on üç yaşımdan mənə əziyyət verən 
köləlikdən xilas oldum. 
   Axşam saat yeddidə incəsənət salonuna, Sezar Frankın skripka  
və fortepiano üçün sonatasını məşhur  
Cak Tibo və Alfred Kortonun ifasında dinləməyə fəxri qonaq kimi 
dəvət olunmuşdum və fasilədə 
olmazın təriflər eşitdim. Qüdrətli musiqiçimiz maestro Pedro Biava 
ifaçılara təqdim etmək üçün məni,  
az qala, sürüyərək səhnə arxasına apardı. O qədər karıxdım ki, 
Şumanın ifa etmədikləri sonatasına görə 
onları təbrik etdim və kimsə adamların içində, kobudcasına 
səhvimi düzəltdi. İştirakçılar elə bildilər iki  
sonatanı, sadəcə, nadanlıqdan dolaşıq salmışam və konsert 
haqqında yazdığım məqalədə, bunu kifayət qədər qarmaqarışıq 
tərzdə düzəltməyə çalışmağım vəziyyəti lap ağırlaşdırdı. 
   Bu uzun həyatımda ilk dəfə hiss etdim ki, kimisə öldürməyə 
qadirəm. Üzücü narahatlıqla evə 
qayıtdım, şeytan mənim qulağıma vaxtında ağlıma gəlməyən 
sarsıdıcı cavablar pıçıldayırdı və nə 
kitablar, nə musiqi qəzəbimi soyutmadı. Bəxtimdən Rosa 
Kabarkasın telefonda çığıra-çığıra dedikləri  


məni bu dəhşətdən qurtardı: «Xoşbəxtliyə bax, qəzetdə oxudum 
ki, doxsan yaşın tamam olub, mən elə 
bilirdim yüzdür». Mən özümdən çıxdım: «Nədir, gözünə elə haldan 
düşmüş görünürəm?» «Əksinə, – o  
cavab verdi, – yaxşı göründüyünə görə təəccübləndim. Çox əladır 
ki, yaxşı qaldığına hamını  
təəccübləndirmək üçün yaşını artıq deyən qocalara oxşamırsan. – 
Və keçidsiz-filansız dedi: – Sənə 
hədiyyəm var». Mən səmimi qəlbdən təəccübləndim: «Nə 
hədiyyə?» «Qız». Bir an belə düşünmədim.  
«Sağ ol, – dedim, – bu cəncəl iş mənlik deyil». O, öz sözünü 
yeritdi: «Mən onu yaxşıca qızardıb,  
üstünə sous töküb, səndəl çubuqları ilə bir yerdə gümüşü 
zərkağıza büküb, düz sənin evinə 
yollayacağam, hamısı da havayı». Mən mətanətlə dözürdüm, 
ancaq Rosa da dediyindən dönmürdü və 
mənə elə gəlirdi ki, səmimi danışır.  Dedi ki, həmin cümə günü qız 
iki yüz düyməni iynə-sap və 
üsküklə tikməkdən əldən düşübmüş. Düzdür, zorlanmaqdan 
qorxurdu, ancaq ona necə lazımdır  
məsləhət vermişdilər və qız buna hazır idi. Doğrudan da, vanna 
otağına dəymək üçün gecə durub,  
intəhası, mən elə bərk yatmışam ki, oyatmağa qıymayıb, səhər o, 
yuxudan ayılanda isə mən artıq  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə