Q t I s a d I İ s L a h a t L a r



Yüklə 257,71 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix15.03.2018
ölçüsü257,71 Kb.
#32522
1   2   3   4   5   6   7

4

dəyişikliklərin  təsirlərinə  məruz  qalan  bir 

mühitdə inkişaf edəcəkdir. Belə təsirlərin 

müşahidə  edilməsi  və  başa  düşülməsi 

onların  səbəb  olduğu  çətinliklərin 

öhdəsindən gəlmək və verdiyi imkanlardan 

faydalanmaq 

nöqteyi–nəzərindən 

vacibdir. Bu zaman proqnozlaşdırılmayan 

proseslərin baş vermə ehtimalı böyük olsa 

da, qlobal meyillərin bir neçəsinin növbəti 

onilliklər  ərzində  qlobal  iqtisadiyyata 

təsirlərinin  ilk  əlamətləri  artıq  indidən 

görünməkdədir.  Bu  təsirlərdən  dördünün 

Azərbaycan üçün vacib olacağı yəqindir: 

qlobal  iqtisadi  güc  mərkəzinin  Asiyada 

yeni  yaranmaqda  olan  bazarlara  doğru 

yerdəyişməsi,  texnoloji  innovasiyaların 

əhəmiyyətli  təsirləri,  dəyişən  geosiyasi 

konfiqurasiya və neft–qaz qiymətləri.

 

İnkişaf etməkdə olan bazarların iqtisadi 

əhəmiyyətinin davamlı artımı

Asiyanın  inkişaf  etməkdə  olan  bazarları 

hazırda dünyada yaradılan iqtisadi dəyərin 

təqribən  beşdə  birinə  sahibdir.  2030-cu 

ildə  bu  pay  üçdə  birədək  yüksələcəkdir. 

Asiyanın  orta  təbəqəsinin  ölçüsündə  də 

müvafiq  artım  gözlənilir.  Proqnozlara 

görə,  dünyanın  orta  təbəqəsi  hazırkı  3 

milyard nəfərdən 2023-cü ildə təqribən 5 

milyard nəfərədək artacaq və bu artımın 

80  faizi  Asiyanın  payına  düşəcəkdir. 

Eyni  inkişaf  prosesləri  həm  də  şirkət 

səviyyəsində  özünü  büruzə  verəcəkdir: 

yeni  yaranmaqda  olan  bazarlar  hazırda 

illik  gəlirləri  1  milyard  ABŞ  dollarından 

çox  olan  dünya  şirkətlərinin  təqribən 

dörddə birini əhatə etdiyi halda, bu payın 

2025-ci  ilə  qədərki  dövrdə  demək  olar 

ki,  yarıyadək  artması  gözlənilir.  Təkcə 

Asiyada  ümumi  gəlirləri  1  milyard  ABŞ 

dollarından  ibarət  təxminən  3  min  yeni 

şirkətin olması gözlənilir. Bununla yanaşı, 

son  zamanlar  mal  və  xidmətlər  üzrə 

qlobal  ticarətin  həcminin  artımı  ÜDM-in 

artımından  iki  dəfə  yüksək  sürətə  malik 

olmuşdur.  Ticarət  həcmlərinin  getdikcə 

artması Avrasiyanın  mərkəzində,  Şimal–

Cənub  və  Şərq–Qərb  dəhlizlərinin 

kəsişməsində  yerləşən  Azərbaycan  kimi 

ölkələrin  bu  artımdan  faydalanmasına 

şərait yaradır.

Yeni texnologiyaların iqtisadi təsirləri

İnternet  və  yaxın  tarixdə  mobil 

internetin 

geniş 


yayılması 

qlobal 


istehlak  mədəniyyətlərində  əhəmiyyətli 

dəyişikliklərə  səbəb  olmuşdur.  Rabitə 

əlaqələri  üçün  yeni  imkanlar  təklif 

etməklə, internet şirkətlərə istehlakçılarla 

onlayn  əlaqə  qurmağa  imkan  vermiş  və 

milli sərhədləri aşan satış kanalları təmin 

etmişdir.

Yeni texnologiyalar həm artıq formalaşmış, 

həm də yeni formalaşan iqtisadi sahələrin 

inkişafına  təsir  edir.  Avtomatlaşdırılmış 

bilik  yaradılması  prosesi,  “İnternet 

nəzarəti”  (dəyər  zəncirləri  boyu  fiziki 

aktivlər 

arasında 

internet 

əsaslı 


avtomatlaşdırılmış  əməkdaşlıq),  uzaq 

məsafəli  idarəetmə  texnologiyaları,  süni 

intellekt  və  robotlaşdırma  mövcud  bazar 

liderlərini  sınağa  çəkərək  yeni  şirkətlərin 

qlobal  flaqmanlar  kimi  mövqelərini 

möhkəmləndirəcəkdir. Azərbaycanda həm 

dövlət, həm də  özəl  sektorda  idarəetmə 

bio,  nano,  informasiya,  kommunikasiya, 

sənaye,  maliyyə  və  başqa  sahələrdə 

qabaqcıl  texnologiyaların  tələblərinə 

uyğunlaşacaqdır.  Yeni  texnologiyaların 

inkişafı ilə yanaşı artan kibertəhlükəsizlik 

risklərinin  idarə  edilməsi  qlobal  çağırış 

olaraq  Azərbaycan  üçün  də  aktualdır. 

Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, 

həm də onu idarə edən insan kapitalının 

formalaşdırılması,  ümumilikdə  təfəkkür 

tərzinin yeni qlobal çağırışlar və meyillərə 

uyğun inkişafı həyata keçiriləcəkdir. Daha 

qabaqcıl texnologiya və insan kapitalı daha 

yüksək əlavə dəyər yaradır. Azərbaycanın 

elmi  potensialı  qlobal  meyillərə  uyğun 

şəkildə  yeni  texnologiyaların  inkişafına 

töhfə verəcəkdir.



Geosiyasi qeyri–sabitlik

Ötən  illər  ərzində  misli  görünməmiş 

qlobal  siyasi  qeyri–sabitlik  müşahidə 

olunmuşdur.  Bunun  təsirləri  siyasi 

rəhbərlərin 

tez–tez 


dəyişməsi, 

müharibə, 

terrorçuluq 

və 


sürətlə 

artan  qaçqın  axınında  özünü  büruzə 

vermişdir.  Siyasi  qeyri-sabitlik  fonunda 

təhlükəsizlik  problemlərinin  olduğu  və 

ya sanksiyaların tətbiq edildiyi ərazilərdə 

ticarət  həcmləri  kəskin  surətdə  azaldığı 

halda,  böhranlı  vəziyyətlərin  öhdəsindən 



5

gəlindiyi, iqtisadiyyatın açıq olduğu və ya 

sanksiyaların aradan qaldırıldığı ərazilərdə 

bərabər  səviyyəli  artım  müşahidə 

olunmuşdur. 

Geosiyasi 

baxımdan 

yenidən  formalaşan  dünyada  risklər 

və  çağırışlar  düzgün  qiymətləndirilərək 

sabit  inkişaf  təmin  ediləcəkdir.  Xüsusilə, 

iqtisadi təhlükəsizliyin əsas komponentləri 

–  enerji,  ərzaq,  maliyyə  və  nəqliyyat 

təhlükəsizliyinin 

davamlı 


olması 

ölkənin  geosiyasi  kataklizmlərə  qarşı 

dayanıqlılığını daha da gücləndirəcəkdir.

Neftin yeni qiymət hədləri

Ötən illər ərzində neftin qiymətləri düşmüş 

və  qiymətlərdə  volatillik  artmışdır:  neftin 

bir bareli 2008-ci ildə 150 ABŞ dollarına 

yaxınlaşdığı  halda  2016-cı  ildə  30  ABŞ 

dollarından  da  aşağı  düşmüşdür.  Neft 

qiymətlərindəki  bu  cür  qlobal  azalmanın 

Azərbaycan  iqtisadiyyatına  da  təsiri 

böyük olmuşdur. Belə ki, Dövlət Statistika 

Komitəsinin 

məlumatlarına 

əsasən, 


2010–2014-cü illərdə iqtisadi artım sürəti 

yavaşlayaraq  ildə  orta  hesabla  2,7  faiz 

olmuşdur.  2015-ci  ildə  ixracın  həcmi  və 

dövlət  büdcəsinin  gəlirlərinin  azalması 

işsizlik  səviyyəsinin  əvvəlki  ilə  nisbətən 

2  faiz  artmasına səbəb olmuşdur. Aşağı 

neft  qiymətləri  səbəbindən  cari  hesablar 

balansında  yaranmış  gərginlik  manatın 

məzənnəsinə  təzyiqi  artırmış  və  2015-ci 

ildə  milli  valyuta  iki  dəfə  devalvasiyaya 

uğramışdır.

Proqnozlar  onu  göstərir  ki,  neft–qaza 

qlobal  tələbatda  artım  2050-ci  ilədək 

ildə  təqribən 0,7 faiz zəifləyəcək (əvvəlki 

artım  proqnozlarından  30  faiz  az)  və 

ümumi  enerji  sektorunda  üzvi  yanacaq 

növlərinin  payı  azalacaqdır.  Bu  şərtlər 

altında  neft  qiymətlərinin  əvvəlki  yüksək 

səviyyələrinə  qayıdışı  gözlənilmədiyi 

üçün  yaxın  gələcəkdə  neft  gəlirləri 

hesabına  yüksək  dayanıqlı  artımın 

bərpa  olunacağı  proqnozlaşdırılmır. 

Beynəlxalq  Valyuta  Fondu  Azərbaycan 

iqtisadiyyatının 2025-ci ilədək illik 2–3 faiz 

artacağını proqnozlaşdırır. Bu temp ötən 

bir neçə il ərzində müşahidə olunan artım 

səviyyəsinə  uyğundur.  Lakin  belə  aşağı 

artım  səviyyəsi  iqtisadiyyatın  qarşısında 

duran məqsədlərə çatmağa, o cümlədən 

indiki  və  gələcək  nəsillər  üçün  lazım 

olan  sayda  iş  yerləri  yaratmağa  kifayət 

etmir. Buna görə də Azərbaycanda aşağı 

neft  qiymətləri  şəraitində  iqtisadiyyat 

yeni  təməllər  üzərində  qurulmaqla  daha 

yüksək artım tempinə nail olunacaqdır.

Neft–qaz 

sektorunun 

iqtisadiyyatı 

inkişaf  etdirmək  potensialı  zəiflədikcə, 

Qazaxıstan,  Səudiyyə  Ərəbistanı  və 

Rusiya  da  daxil  olmaqla,  dünyanın  təbii 

ehtiyatlarla  zəngin  ölkələri  çətinliklərlə 

üzləşir 

və 


öz 

iqtisadiyyatlarını 

şaxələndirməyə  təşəbbüs  göstərirlər. 

Azərbaycanda 

da 

hazırda 


eyni 

vəziyyət  mövcuddur.  Ölkə  ötən  on  il 

ərzində  yaratdığı  baza  əsasında  qlobal 

iqtisadiyyatdakı  mövqelərini  daha  da 

gücləndirmək üçün güclü siyasi iradə və 

imkanlara malikdir.



Yeni iqtisadi artım yanaşması: strateji 

seçim

Ölkənin  gələcək  iqtisadi  artımının 

hansı  «artım  nöqtələri»  vasitəsilə  təmin 

edilməsi  mühüm  strateji  qərardır.  Aktiv 

şəkildə  kapital  yığımı  modelinin  yeni 

strateji dövrdə əlavə dəyər formalaşdırma 

imkanlarının 

daralması 

nəticəsində 

gələcək artım yanaşması ilə bağlı ölkənin 

qarşısında iki seçim vardır:

a. əməktutumlu artım yanaşması

b. məhsuldarlıq-effektivlik əsaslı 

artım yanaşması

Qlobal  dəyər  zəncirinə  inteqrasiya, 

iqtisadi artımın keyfiyyəti və dayanıqlılığı 

baxımından  münasib  və  məntiqli  zaman 

dövründə 

məhsuldarlıq-effektivlik 

əsaslı  iqtisadi  artım  yanaşmasına 

transformasiya  strateji  seçim  ola  bilər. 

Lakin  yaxın  və  ortamüddətli  dövrdə  hər 

iki  modelin  kombinasiyasından  istifadə 

edilməsi  strateji  seçim  yanaşmasına 

keçid müddətinin daha qısa vaxt ərzində 

reallaşdırılmasına imkan verə bilərdi.

Xüsusilə  də  nəzərə  almaq  lazımdır  ki, 

Azərbaycanda  regionlarda  işçi  qüvvəsi 

Bakı  şəhərinə  nisbətən  əhəmiyyətli 

səviyyədə ucuzdur və bu da regionlarda 

əməktutumlu klaster  inkişafı  üçün böyük 

potensial  formalaşdırır.  Bununla  belə, 




Yüklə 257,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə