Q t I s a d I İ s L a h a t L a r


-ci ildən sonrakı dövr üçün hədəf



Yüklə 257,71 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix15.03.2018
ölçüsü257,71 Kb.
#32522
1   2   3   4   5   6   7

12

2025-ci ildən sonrakı dövr üçün hədəf 

baxış

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış 

sosial  rifah  halının  yaxşılaşdırılmasını 

və  insan  inkişafı  indeksinin  ən  yüksək 

həddə  çatdırılmasını  təmin  edən  və 

yüksək texnoloji inkişafa və iqtisadiyyatın 

optimal  strukturuna  əsaslanan  güclü 

rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat 

qurmağı nəzərdə tutur. 

Güclü  orta  təbəqə,  rəqabət  üstünlüyü 

olan sahələrdə dərin ixtisaslaşma, dünya 

iqtisadiyyatı  ilə  effektiv  inteqrasiya,  milli 

iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  və 

inkişaf  etmiş  infrastruktur  2025-ci  ildən 

sonrakı  dövr  üçün  hədəf  baxışın  əsas 

sütunlarını  təşkil  edəcəkdir.  Azərbaycan 

BMT-nin  Dayanıqlı  İnkişaf  Məqsədlərinə 

uyğun  olaraq,  dünyanı  dayanıqlı  və 

güclü edəcək təxirəsalınmaz, cəsarətli və 

transformativ tədbirlərin həyata keçirilməsi 

öhdəliyinə sadiq qalacaqdır.

Sosial rifah

2025-ci  ildən  sonrakı  dövr  üçün  hədəf 

baxış  insan  potensialının  reallaşdırılması 

üçün geniş imkanlar təmin etməyi nəzərdə 

tutur. Yaxşı həyat keyfiyyəti üçün ilkin şərt 

rifah, səhiyyə və təhsildir.

2025-ci  ildən  sonrakı  dövrdə  yoxsulluq 

ünvanlı  şəkildə  tam  aradan  qaldırılacaq, 

keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə 

çıxış  imkanları  genişləndiriləcəkdir.  Ötən 

on il ərzində keçilmiş yolu davam edərək, 

dövlət iqtisadi inkişafın ən yoxsul insanları 

əhatə  etməsini  və  beləliklə  də  ünvanlı 

olaraq yoxsulluğun aradan qaldırılmasını 

təmin  edəcəkdir.  2025-ci  ildən  sonrakı 

dövrdə  yoxsulluq  probleminin  həllinə  iki 

yanaşma  olacaqdır:  layiqli  iş  yerlərinin 

sayının  artırılması;  əməkhaqqı  və  digər 

gəlirləri  ilə  ən  zəruri  ehtiyaclarını  ödəyə 

bilməyən insanlara ünvanlı sosial dəstək. 

Minimum  əməkhaqqı  məbləğində  tədrici 

artım  işləyən  yoxsul  insanların  xüsusi 

çəkisini minimuma endirəcəkdir. Xüsusən 

də minimum əməkhaqqı orta əməkhaqqı 

səviyyəsinin 60 faizinə yaxınlaşacaqdır.

Ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsi  üçün  2025-ci  ildən  sonrakı 

dövrdə iqtisadi, sosial, demoqrafik, təbiət 

və  texnoloji  sahələrdə  baş  verə  biləcək 

əsas  dəyişikliklər  və  problemlər  nəzərə 

alınacaqdır.  Adekvat  ərzaq  təhlükəsizliyi 

sisteminin  formalaşdırılması  üçün  yeni 

qida  zənciri  texnologiyalarının  tətbiqinin 

genişləndirilməsi 

(biotexnologiya 

və 


nanotexnologiyalardan 

istifadə 

səviyyəsinin  artırılması,  digər  istehsal 

texnologiyalarından  istifadə  vasitəsilə 

ərzaq  istehsalının  artırılması,  qidanın 

medikallaşdırılması və yeni qida növlərinin 

yaradılması)  və  yeni  aqro-ərzaq  zənciri 

strukturlarının  formalaşdırılması  (orqanik 

məhsul  istehsalının  genişləndirilməsi, 

regional,  yerli  və  alternativ  qida 

zəncirlərinin 

formalaşdırılması, 

qida  zənciri  üzrə  itki  və  tullantıların 

azaldılması və yenidən emal imkanlarının 

genişləndirilməsi) nəzərdə tutulur. Hazırda 

Qlobal  Ərzaq  Təhlükəsizliyi  İndeksində 

Azərbaycan  qida  təminatına  görə  61-ci, 

qida  məhsullarının  keyfiyyətinə  görə  86-

cı  yerdədir.  Daha  yaxşı  kənd  təsərrüfatı 

sistemi  Azərbaycanın  hər  iki  göstərici 

üzrə  mövqeyinin  təxminən  40-cı  yerə 

yüksəlməsinə imkan verəcəkdir.

Şəhər  yerlərində  uyğun  mənzil  təminatı 

seçimləri  Azərbaycanın  kənd  yerlərində 

olan    hazırkı    işçi    qüvvəsinin    şəhər    

yerlərindəki    məşğulluq     imkanlarından 

bəhrələnməsinə şərait yaradacaqdır. Bu, 

nəinki  yoxsulluq  səviyyəsini  azaltmağa 

kömək edər, hətta regionlar arasında gəlir 

bərabərsizliyinin azalmasına gətirib çıxara 

bilər. Mənzil təminatı artan şəhər əhalisinin 

tələblərini  də  əhatə  edəcək  və  bu  əhali 

qrupunun  xüsusi  çəkisi  hazırkı  təxminən 

55  faizdən  70-75  faizədək  artacaqdır. 

Daha  yaxşı  məşğulluq  imkanlarına  görə 

şəhərlərə  axın  və  kənd  yerlərində  daha 

yüksək  gəlirli  məşğulluq  imkanlarının 

artımı nəticəsində gəlirlərdəki bərabərsizlik 

azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə 

ölkənin  digər  regionları  arasındakı  gəlir 

fərqi adambaşına təxminən 50 faizdən 40 

faizədək enəcəkdir.

İqtisadi  inkişaf  perspektivləri  nəzərə 

alınaraq 

planlı 

şəkildə 


aparılan 

urbanizasiya  nəticəsində  orta  təbəqənin 

güclənməsi  –  orta  təbəqənin  maddi 

rifah  halının  yaxşılaşdırılması,  alıcılıq 




13

qabiliyyətinin  yüksəlməsi  və  əmək 

məhsuldarlığının  artması  yolu  ilə 

iqtisadi  inkişaf  tempi  yüksək  səviyyədə 

saxlanılacaqdır.

Səhiyyə xidmətləri və təhsilin keyfiyyətinin 

artması  ilə  insan  kapitalına  verilən  töhfə 

2025-ci  ildən  sonrakı  dövrdə  iqtisadi 

artımda  mühüm  rol  oynayacaqdır. 

Azərbaycanın  təhsilin  keyfiyyətinə  görə 

qlobal  miqyasda  hazırda  107-ci  yerdə 

qərarlaşması  hələ  də  təkmilləşmə 

potensialının  böyük  olduğunu  göstərir. 

Dövlət  xidmətləri  insanlar  üçün  eyni 

dərəcədə  əlçatan  olacaq  və  texnoloji 

bacarıqlara  malik  əhaliyə  əlverişli 

rəqəmsal xidmətlər göstəriləcəkdir.

2025-ci  ildən  sonrakı  dövrdə  elektrik 

enerjisi, su və kanalizasiya, istilik və qaz 

təchizatı  sektorlarında  səmərəliliyin  və 

xidmət  səviyyəsinin  yüksəldilməsi  sosial 

rifahın  yaxşılaşdırılmasına  və  insan 

kapitalının inkişafına xidmət edəcəkdir.

Təkmilləşdirilmiş təhsil sistemi səmərəlilik 

və  innovasiyaya  əsaslanan  iqtisadiyyata 

keçidin  əsasını  təşkil  edəcəkdir.  Bu 

sistem  Avropa  İttifaqı  üzvü  olan  Şərqi 

Avropa  ölkələrinin  nail  olduğu  səviyyəyə 

çatmağa  imkan  verən  gəlirlərə  şərait 

yaradacaqdır.  Xüsusən  də  azgəlirli 

işçilər üçün belə keyfiyyətli həyatın təmin 

edilməsindən ötrü lazım olan əməkhaqqı 

artımları  daha  yüksək  məhsuldarlıq  və 

münasib  iş  imkanlarına  çıxışdan  asılı 

olacaqdır.  2025-ci  ildən  sonrakı  dövrdə 

Azərbaycanın  təhsil  sistemi  İqtisadi 

Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 

verilmiş  PİSA  balları  kimi  beynəlxalq 

standartlara  uyğun  qiymətləndiriləcəkdir. 

Təhsil  səviyyəsi  ən  azı  Şərqi  Avropa 

ölkələri 

səviyyəsinə 

çatdırılacaqdır. 

Bundan  əlavə,  məktəbəqədər  təhsilə 

əlçatanlıq  ənənəvi  Avropa  səviyyəsinə 

qaldırılaraq, uşaqlara öz təhsil həyatlarına 

qədəm  qoymaq  imkanı  veriləcəkdir. 

Ali  təhsillilərin  payı  əhəmiyyətli  şəkildə 

artacaqdır (qlobal sıralamada Azərbaycan 

hazırda  20  faizlə  91-ci  mövqedədir).  İT 

bacarıqlarının  tədrisi  ibtidai  təhsildən 

ali  təhsil  səviyyəsinə  kimi  2025-ci  ildən 

sonrakı  müasir  tədris  proqramının  əsas 

hissəsini  təşkil  edəcəkdir.  Beynəlxalq 

təhsil 

standartlarına 



uyğunlaşma 

məktəb  və  universitet  səviyyəsində 

daha çox beynəlxalq mübadilə imkanları 

yaradacaqdır.

2025-ci  ildən  sonrakı  dövr  üçün 

Azərbaycan 

iqtisadiyyatının 

əsas 


hərəkətverici  qüvvəsi  rəqabətqabiliyyətli 

işçi qüvvəsi olacaqdır. Xüsusilə, gənclərin 

və  qadınların  işlə  təminatına  daha  çox 

diqqət yetiriləcəkdir. Əmək bazarında çevik 

siyasətin həyata keçirilməsini təmin edən 

institutlar vasitəsilə sosial dialoqun inkişafı 

və  inklüziv  məşğulluğun  artırılmasına 

nail  olunacaqdır.  Azərbaycanda  insan 

kapitalının təkcə milli iqtisadiyyatın deyil, 

qloballaşan  dünya  iqtisadiyyatının  da 

tələblərinə  uyğun  inkişaf  etdirilməsi 

əmək  miqrasiyasını  elə  tənzimləməyə 

şərait  yaradacaq  ki,  daha  çox  dəyər 

ölkədə  qalsın.  Güclü,  yüksəkixtisaslı 

və  innovativ  işçi  qüvvəsi  qlobal  dəyər 

zəncirlərində Azərbaycanın  mövqelərinin 

daha  da    möhkəmlənməsində  mühüm   

rol  oynayacaqdır.  Texnoloji  imkanların 

artması, Azərbaycanın işçi qüvvəsinin bir 

sıra  xidmət  sferalarında  ixrac  fəaliyyəti 

göstərməsinə 

imkan 


yaradacaqdır. 

Bacarıqların  inkişaf  etdirilməsi,  həmçinin 

əmək  resurslarından  səmərəli  istifadə 

nəticəsində 

Azərbaycanda 

əmək 


məhsuldarlığı  Şərqi  Avropa  ölkələrinin 

müvafiq 


göstəricisinin 

səviyyəsinə 

çatdırılacaqdır.  Ümumilikdə  2025-ci 

ildən  sonrakı  dövrdə  əmək  bazarının 

tənzimlənməsi 

həyata 


keçirilərkən 

yüksək  texnologiyaların,  o  cümlədən 

ağıllı  maşınların  və  sistemlərin  tətbiqi, 

həmçinin  kommunikasiya  imkanlarının 

genişlənməsi  kimi  amillərin  təsiri  nəzərə 

alınacaqdır.

2025-ci 

ildən 


sonrakı 

dövrdə 


Azərbaycanda ətraf mühitin mühafizəsinə 

daha  çox  diqqət  yetiriləcək,  ölkədə 

karbon  emissiyasının  azaldılması  hava, 

su  və  torpağın  ekoloji  baxımdan  daha 

təmiz  olmasına  şərait  yaradacaqdır. 

Enerji  səmərəliliyi  prinsipi  əsasında 

Azərbaycanda  ÜDM-in  hər  bir  vahidinin 

istehsalı üçün enerji sərfiyyatı minimuma 

endiriləcək, 2025-ci ildən sonrakı dövrdə 

ölkənin  enerji  balansında  bərpa  oluna 

bilən  enerji  növlərinin  payı  artırılacaqdır. 



Yüklə 257,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə